Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə42/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   38   39   40   41   42   43   44   45   ...   79

125
1 Qrup və Onun Fəaliyyəti
Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (“ARDNŞ”)  13  sentyabr  1992-ci  il 
tarixli  Prezident  Fərmanı  ilə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən 
yaradılmış və Azərbaycan Respublikasında fəaliyyət göstərir. Şirkətin fəaliyyətinin 
səmərəliliyini  artırmaq  üçün  ARDNŞ  bir  neçə  dəfə  yenidən  strukturlaşdırılmışdır. 
Hazırda  ARDNŞ  müxtəlif  sahələrdə  fəaliyyət  göstərən  20  struktur  bölmələrindən 
ibarətdir.  ARDNŞ  və  onun  struktur  bölmələri  neftin  hasilatı,  nəql  və  satışı  və 
emalı  sahəsində  fəaliyyət  göstərirlər.  ARDNŞ-ın  əsas  fəaliyyəti  neft,  qaz  və  qaz 
kondensatlarının  hasilatı,  emalı  və  nəqli,  eləcə  də  neftin,  qazın  və  neft  və  qaz 
məhsullarının satışından ibarətdir. ARDNŞ 100 faiz Azərbaycan dövlətinə (“Dövlət”) 
məxsusdur. 
2  aprel  2010-cu  il  tarixində  ARDNŞ  Azərbaycan  Respublikasında  neft-kimya 
məhsullarının istehsalı ilə məşğul olan “Azərikimya” dövlət şirkətinin (“Azərikimya 
SC”) səhmdar kapitalının 100 faizini əldə etmişdir. Bu alışdan sonra Azərikimya SC 
ARDNŞ-ın  nəzdində  Azərikimya  İstehsalat  Birliyinə  (“Azərikimya  İB”)  çevrilmişdir. 
(Ətraflı məlumat üçün Qeyd 36-ya baxın.)
1  iyul  2009-cu  il  tarixində  ARDNŞ  Azərbaycan  Respublikasında  qaz  təchizatçısı 
olan  dövlətə  məxsus  “Azəriqaz”  Qapalı  Səhmdar  Cəmiyyətinin  (“Azəriqaz  QSC”) 
səhmdar  kapitalının  100  faizini  əldə  etmişdir.  Bu  alışdan  sonra  Azəriqaz  QSC 
ARDNŞ-ın nəzdində Azəriqaz İstehsalat Birliyinə (“Azəriqaz İB”) çevrilmişdir. Ətraflı 
(məlumat üçün Qeyd 36-ya baxın.)
Qeyd
2010
2009
Qısamüddətli borc öhdəliklərindən daxilolmalar     
87,104
155,865
Uzunmüddətli borc öhdəliklərinin geri qaytarılması     
(361,354)
(337,713)
Qısamüddətli borc öhdəliklərinin geri qaytarılması     
(65,890)
(174,608)
Nizamnamə kapitalında artım
99,986
200,000
Borc vəsaitləri üzrə məhdudiyyət qoyulmuş pul vəsaitlərində dəyişiklik 
35,301
68,366
Dövlətə  ayırmalar
27
(374,530)
(242,577)
Alış üzrə ödənişlər 
26
(32,992)
-
Maliyyələşdirmə fəaliyyəti üzrə (istifadə edilən) / daxil olan  
xalis pul vəsaitləri
(126,613)
721,354
Xalis məzənnə fərqləri
31,387
(134,959)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım
226,655
253,336
İlin əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
8
773,506
520,170
İlin sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
8
1,000,161
773,506


126
Şirkətin  hüquqi  ünvanı:  Neftçilər  prospekti  73,  AZ  1000  Bakı,  Azərbaycan 
Respublikası.
2  Maliyyə  Hesabatlarının  Hazırlanmasının  Əsası  və  Mühüm  Mühasibat  
Uçotu  Prinsipləri 
Maliyyə hesabatlarının hazırlanmasının əsasları. ARDNŞ-in, onun törəmə, 
əlaqəli və birgə müəssisələrinin (birlikdə “Qrup” adlandırılır) konsolidasiya edilmiş 
hazırkı  maliyyə  hesabatları  Beynəlxalq  Mühasibat  Uçotu  Standartları  Şurası 
(“BMUSŞ”)  tərəfindən  dərc  edilmiş  Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarına 
(“BMHS”)  uyğun  hazırlanmışdır.  Bu  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarının 
hazırlanmasında  istifadə  edilən  mühüm  mühasibat  uçotu  prinsipləri  aşağıda 
göstərilir.  Bu  mühasibat  uçotu  prinsipləri  təqdim  edilən  bütün  dövrlərə  müvafiq 
olaraq tətbiq edilmişdir.
Konsolidasiya prinsipləri. Törəmə müəssisələr fəaliyyətlərindən mənfəət əldə 
etmək məqsədilə maliyyə və əməliyyat siyasətlərinə Qrupun nəzarət etmək imkanı 
olduğu bütün müəssisələrdir (xüsusi təyinatlı müəssisələr daxil olmaqla); Qrupun 
bu müəssisələrin səsvermə hüquqlu səhmlərində payı adətən 50 faizdən artıq olur. 
Qrupun  digər  müəssisəyə  nəzarət  edib-etməməsi  barədə  qərar  qəbul  edərkən 
hazırda  istifadə  oluna  bilən  və  ya  çevrilə  bilən  potensial  səsvermə  hüquqlarının 
mövcudluğu və təsiri nəzərə alınır. Törəmə müəssisələr, onların əməliyyatları üzrə 
effektiv  nəzarət  Qrupa  keçdiyi  tarixdən  tam  olaraq  konsolidasiya  edilmiş  maliyyə 
hesabatlarına daxil edilir və nəzarətin itirildiyi tarixdən konsolidasiya edilmiş maliyyə 
hesabatlarından çıxarılır.
Şirkətdaxili  əməliyyatlar,  qalıqlar  və  Qrup  şirkətləri  arasındakı  əməliyyatlar  üzrə 
realizasiya olunmamış gəlirlər konsolidasiya edilmiş maliyyə hesabatlarından silinir. 
Bundan  əlavə,  realizasiya  olunmamış  zərərlər,  həmçinin  konsolidasiya  edilmiş 
maliyyə hesabatlarından çıxarılır, lakin köçürülmüş aktivin dəyərsizləşmə göstəricisi 
kimi nəzərə alınır. Lazım olduqda, törəmə müəssisələrin uçot siyasəti Qrup tərəfindən 
qəbul edilmiş qaydalara uyğun olmaq üçün dəyişdirilir. 
Müəssisələrin birləşməsi (1 yanvar 2010-cu ildən sonra).  Müəssisələrin 
birləşməsi alış metodu üzrə uçota alınır. Alışın dəyəri alış tarixindəki ədalətli dəyərlə 
ölçülən  köçürülmüş  ödəniş  məbləği  və  satın  alınan  müəssisədə  qeyri-nəzarət 
payı məbləğinin məcmusu şəklində ölçülür. Hər bir müəssisə birləşməsi üçün alıcı 
müəssisə satın alınan müəssisədə qeyri-nəzarət payını ya ədalətli dəyərlə, ya da 
satın alınan müəssisənin xalis müəyyən edilə bilən aktivlərinin proporsional payı ilə 
ölçür. Çəkilən alış məsrəfləri xərclərə silinir və inzibati xərclərə aid edilir. Qrup hər 


127
hansı müəssisəni satın aldıqda, onun uyğun təsnifləşdirmə və müqavilə şərtləri, iqti-
sadi şərait və uyğun şərtlərə əsasən tərtib olunma üçün nəzərdə tutulmuş maliyyə 
aktiv və passivlərini qiymətləndirir. Bura əsas müqavilədə əlaqədar törəmə alətlərin 
satın alınan müəssisə tərəfindən ayrılması da aid edilir.
Müəssisələrin  mərhələli  birləşməsi  zamanı  alıcı  müəssisənin  satın  alınan 
müəssisədə hər əvvəlki mərhələdə sahib olduğu pay alış tarixindəki ədalətli dəyərlə 
yenidən qiymətləndirilir və yaranan gəlir və ya zərər il üzrə mənfəət və ya zərər 
kimi əks etdirilir.
Müəssisələrin birləşməsi nəticəsində alıcı müəssisə tərəfindən qəbul edilmiş hər 
bir şərti öhdəlik alış tarixində onun ədalətli dəyərində ölçülür. Aktiv və ya passiv 
kimi  təsnifləşdirilən  şərti  öhdəliklərin  ədalətli  dəyərində  olan  sonrakı  dəyişikliklər 
Beynəlxalq Mühasibat Standartlı (“BMS”) 39 əsasında gəlir və ya zərər kimi, ya da 
sair  ümumi  gəlirdə  dəyişiklər  kimi  uçota  alınır.  Kapital  kimi  təsnifləşdirilirən  şərti 
öhdəlik kapitalda əvəzləşdirilənə qədər yenidən qiymətləndirilməməlidir.
Müəssisələrin  birləşməsi  (1  yanvar  2010-cu  il  tarixindən  əvvəl). 
Müəssisələrin  birləşməsi  alış  metodu  ilə  uçota  alınırdı.  Alış  ilə  birbaşa  bağlı  olan 
əməliyyat məsrəfləri alış məsrəflərinə aid edilirdi. Qeyri-nəzarət payı (bundan əvvəl 
azlığın payı adlanan) satın alınan müəssisənin xalis müəyyən edilə bilən aktivlərinin 
proporsional payı kimi uçota alınırdı.
Müəssisələrin mərhələli birləşməsi ayrı ayrı pillələrlə uçota alınırdı. Əlavə alınmış 
pay əvvəlki pillələrdə uçota alınmış qudvilə təsir göstərmir.
Əgər  müəssisə  birləşməsi  müqavilənin  şərtlərində  pul  vəsaitlərinin  hərəkətinə 
əhəmiyyətli dərəcədə təsir edəcək dəyişikliklərin nəticəsində baş vermirsə, hər hansı 
müəssisənin Qrup tərəfindən satın alınması zamanı satın alınan müəssisə tərəfindən 
əsas müqavilədən ayrılmış əlaqədar törəmə alətlər yenidən qiymətləndirilmirdi.
Şərti öhdəlik yalnız və yalnız Qrup mövcud öhdəliyə malik olduğu, iqtisadi məxaricin 
baş verməsi ehtimalının baş verməməsi ehtimalından daha böyük olduğu və etibarlı 
proqnozun müəyyən ediləbildiyi zaman uçota alınırdı. Şərti öhdəliyə edilən sonrakı 
düzəlişlər qudvilin bir hissəsi kimi uçota alınırdı.
Qeyri-nəzarət payı olan səhmdarlarla əməliyyatlar – 1 yanvar 2010-cu 
il tarixindən sonra
Nəzarətin  itirilmədiyi  halda  Qrupun  törəmə  müəssisədə  olan  iştirak  payındakı 
dəyişiklik  kapital  əməliyyatları  kimi  uçota  alınmalıdır  (yəni  pay  sahibləri  ilə  olan 
əməliyyatlar  kimi).  Bu  cür  hallarda  nəzarət  və  qeyri-nəzarət  paylarının  balans 
dəyərlərinə,  törəmə  müəssisədə  uyğun  iştirak  payının  dəyişməsini  əks  etdirəcək 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə