Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə38/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   34   35   36   37   38   39   40   41   ...   79

110
Dəniz  plarformalarına,  Cilov  adasına  və  Neft  Daşlarına  növbə  (sərnişin)  və  yük 
daşımaları üzrə ARDNŞ və Es Dablyu Helicopter Services MMC ilə bağlanmış müqavilələr 
üzrə vertolyot xidmətləri təşkil olunmuşdur. Əsasən Mİ-8, ES-155 və “Super Puma” tipli 
vertolyotlar  xidmət  göstərmişdir.  ARDNŞ-nin  strukturuna  daxil  olan  müvafiq  təşkilatlar 
tərəfindən (“Azneft” İB, “Kompleks Qazma İşləri” tresti) vertolyotlara olan gündəlik tələbat 
müəyyənləşdirilərək sifarişlər hazirlanıb və bu sifarişlərə əsasən, hava şəraiti və tələb olu-
nan müvafiq tipli vertolyotların mövcudluğundan asılı olaraq, xidmətlər yerinə yetirilmişdir. 
ARDNŞ və Dassault Aviation şirkəti arasında Falcon 900 EX təyyarəsinin alınmasına dair 
müqaviləyə əsasən təyyərənin təhvil-təslimi 2010-cu ilin mart ayında həyata keçirilmişdir. 
Müqavilə əsasında Palmali Hava Taşımaçılığı AŞ şirkəti tərəfindən idarə olunan ARDNŞ-ə 
məxsus Falcon 900 EX və Challenger 300 təyyarələri vaxtaşırı olaraq şirkətin məqsədləri 
üçün uçuşlar yerinə yetirir. Uçuşlar Kommersiya daşımaları şöbəsi tərəfindən koordinasiya 
edilir və onlarla bağlı xərclərə nəzarət olunur.
Azərbaycanda yeni gəmiqayırma zavodunun inşasına dair ARDNŞ (65% iştirakcı payı), 
Azərbaycan İnvestisiya Şirkəti (25%), və Sinqapurun “Keppel Singmarine Pte Ltd” (Kep-
pel) şirkəti (10%) arasında danışıqlar aparılmış və razılıq əldə olunmuşdur. 2010-cu ilin 
dekabr ayında səhmdarlar arasında müqavilə imzalanmışdır. Layihənin operatoru Keppel 
şirkətidir. ARDNŞ tərəfindən layihənin həyata keçirilməsində Kommersiya daşımaları şöbəsi 
2010-cu il ərzində göstərilmiş xidmətlər aşağıdaki kimi olmuşdur:
                                                                                                  
Cədvəl XX-6
Tarix
Sifariş olunan reyslərin sayı
Faktiki reyslərin sayı
Sərnişinlərin 
sayı
Yük 
(ton)
ES-155
Super 
Puma
Mİ-8
ES-155
Super 
Puma
Mİ-8
Yanvar
141
4
298
91
4
201
4 043
60,4
Fefral
134
20
280
82
31
190
4 138
69,9
Mart
97
-
304
76
36
214
4 467
73,6
Aprel
54
-
307
83
-
225
4 053
70,4
May
71
-
308
106
-
206
3 865
77,5
İyun
98
2
241
104
4
215
4 018
82,1
İyul
124
6
222
137
38
189
4 256
105,9
Avqust
147
-
213
145
-
201
4 063
67,7
Sentyabr
123
-
215
134
4
217
4 705
78,3
Oktyabr
116
6
222
107
36
205
4 799
78,8
Noyabr
125
6
225
86
40
181
4 083
69,9
Dekabr
149
10
242
101
30
184
4 079
78,1
CƏMİ
1 379
54
3 077
1 252
223
2 428
50 569
912,6


111
yaxından iştirak edir. Layihənin texniki-iqtisadi əsaslandırması və biznes planı hazırlanıb 
başa çatdırılmışdır. 2010-cu ilin mart ayında zavodun təməlqoyma mərasimi keçirilmişdir. 
Layihədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün ilkin tender sənədləri hazırlanmış 
və səhmdarlar tərəfindən razılaşdırılılaraq tenderdə iştirak edən şirkətlərə göndərilmişdir. 
Hal-hazırda  tender  prosesi  davam  edir.  Zavod  tikiləcək  ərazidə  süxürların  və  torpağın 
təhlili aparılmış və torpaq səthinin düzəlmə işləri həyata keçirilmişdir. 
Bunlarla yanaşı, loqistika sahəsində dünyada baş verən proseslər izlənilir və müvafiq 
təhlillər aparılıb.  
Xarici firmalarla əməkdaşlıq əlaqələrinin, Müştərək Müəssisə və Alyansların yaradılması 
barədə təkliflər verilmiş, bu sahədə, xüsusi ilə də dəniz nəqliyyatı xidməti üzrə, yaradılmış 
Müştərək  Müəssisə  və  Alyansların  fəaliyyətləri  ilə  əlaqədar  aidiyyatı  üzrə  hesabatların 
verilməsinə nəzarət olunmuş, onların fəaliyyətinin koordinasiyası şöbə tərəfindən həyata 
keçirilmişdir.


112
ARDNŞ-nin struktur bölmələrinin tabeliyində hazırda 2,5 milyon kv.m. yaxın mənzil 
fondu  (o  cümlədən,  73  yataqxana),  40  məktəbəqədər  uşaq  müəssisəsi,  Təlim-
Tədris Mərkəzi, 16 mədəniyyət evi və klub, 15 idman kompleksi və meydançası, 450 
çarpayılıq xəstəxana, 10 ədəd hər biri 20 çarpayılıq Müalicə-Diaqnostika Mərkəzləri 
(Lənkəran,  Şirvan,  Zaqatala,  Qəbələ,  Bərdə,  Qazax,  Gəncə,  Quba,  Şamaxı  və 
Cəlilabad), idarə və müəssisələrdə sanitariya nəzarətini həyata keçirən Gigiyena və 
Epidemiologiya Mərkəzi, 15 istirahət zonası və sair sosial təyinatlı obyektlər vardır.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan 
işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2007-2010-cu illər üçün Sosial-
İnkişaf Proqramı”na uyğun olaraq, yerinə yetirilməsi nəzərdə tutulmuş 224 bənddən 
ibarət  tədbirlərdən  100  bənd  üzrə  işlər  tam,  64  bənd  üzrə  işlər  qismən  yerinə 
yetirilmiş və digər işlərin başlanması üçün hazırlıq işləri aparılır. Belə ki: 
 - işçilərin isti yeməklə təmin edilmələri üçün 18 sahədə yeni yeməkxana binası 
tikilmiş, 56 sahədə yeməkxanalar əsaslı təmir olunaraq hər biri müasir avadanlıqlarla 
təchiz edilmişdir;
- əlahiddə dəniz özüllərində, estakadalarda və digər sahildəki istehsalat sahələrində 
çalışan işçilərin yaşayış, məişət şəraitlərinin yaxşılaşdırılması üçün 129 ədəd vaqon-
evlər  alınaraq  quraşdırılmış,  bəzi  sahələrdə  isə  əsaslı  təmir  edilərək  yeni  məişət 
avadanlıqları ilə təchiz olunmuşdur. 
- “Neft Daşları” NQÇİ-nin balansında olan 6 yataqxanada (ümumi sahəsi 24560 
kv.m.) yenidənqurma işləri aparılaraq əsaslı təmir edilmiş və müasir avadanlıqlarla 
(televizor,  soyuducu,  kondisioner  və  sair)  təchiz  olunaraq  istifadəyə  verilmişdir. 
Təmir nəticəsində boş və əlavə lazımsız yardımçı sahələrin ləğvi ilə əlaqədar yaşayış 
otaqlarının  sayı  965-dən  1260  ədədə  çatdırılaraq  2320  çarpayı  yeri  yaradılmışdır 
ki,  bunun  nəticəsində  əlavə  900  nəfər  işçi  yaşayış  sahəsi  ilə  təmin  olunmuşdur. 
İdarənin  inzibati  binası  əsaslı  təmir  olunaraq  avadanlıqlarla  təmin  olunmuşdur.  9 
mərtəbəli kişilər korpusunda hazırda əsaslı təmir işləri aparılır. 
- “28 May” NQÇİ-nin 5 və 8 saylı Dərin Dəniz Özüllərində yaşayış blokları əsaslı təmir 
edilmiş, yeni məişət avadanlıqları ilə təmin edilmişdir. 6 ədəd DDÖ-də kondisionerlər 
XXI. SOSİAL MƏSƏLƏLƏR


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə