Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə46/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   42   43   44   45   46   47   48   49   ...   79

134
batda xərcə yazılır. Satıla bilən maliyyə aktivləri və mənfəət və ya zərərdə ədalətli 
dəyərdə  əks  etdirilən  maliyyə  aktivləri  sonradan  ədalətli  dəyərlə  uçota  alınır. 
Kreditlər və debitor borcları effektiv faiz metoduna əsasən amortizasiya olunmuş 
dəyərdə uçota alınır.
“Mənfəət və ya zərərdə ədalətli dəyərdə əks etdirilən maliyyə aktivlərinin” ədalətli 
dəyərində  dəyişikliklərə  görə  yaranan  gəlir  və  ya  zərər  onların  yarandığı  dövrdə 
ümumi gəlir haqqında hesabatda “sair gəlir/(zərər)” sətrində əks etdirilir. Mənfəət 
və ya zərərdə ədalətli dəyərdə əks etdirilən maliyyə aktivlərindən yaranan dividend 
gəlirləri Qrupun ödənişləri almaq hüququ müəyyən edildikdə ümumi gəlir haqqında 
hesabatda sair gəlirlərin tərkibində uçota alınır.
Xarici valyutada ifadə olunan və satıla bilən qiymətli kağızlar kimi təsnifləşdirilən 
monetar  qiymətli  kağızların  ədalətli  dəyərindəki  dəyişikliklər  qiymətli  kağızların 
amortizasiya  edilmiş  dəyərində  və  balans  dəyərində  baş  verən  dəyişikliklər 
nəticəsində  yaranan  məzənnə  fərqləri  kimi  təhlil  edilir.  Monetar  qiymətli  kağızlar 
üzrə məzənnə fərqləri mənfəət və ya zərərdə uçota alınır; qeyri-monetar qiymətli 
kağızlar üzrə məzənnə fərqləri kapitalda uçota alınır. Satıla bilən qiymətli kağızlar kimi 
təsnifləşdirilən  monetar  və  qeyri-monetar  qiymətli  kağızların  ədalətli  dəyərindəki 
dəyişikliklər kapitalda uçota alınır.
Satıla  bilən  maliyyə  aktivləri  kateqoriyasında  təsnifləşdirilən  qiymətli  kağızlar 
satıldıqda  və  ya  dəyərsizləşdikdə,  kapitalda  qeydə  alınan  ədalətli  dəyər  üzrə 
yığılmış düzəlişlər ümumi gəlir haqqında hesabatda investisiya qiymətli kağızlarının 
satışından yaranan gəlir və zərər kimi əks etdirilir. Satıla bilən qiymətli kağızlar üzrə 
effektiv faiz metoduna əsasən hesablanmış faizlər ümumi gəlir haqqında hesabatda 
sair gəlirlərin tərkibində uçota alınır. Satıla bilən pay alətləri üzrə dividendlər Qru-
pun ödənişləri almaq hüququ müəyyən edildikdə ümumi gəlir haqqında hesabatda 
sair gəlirlərin bir hissəsi kimi uçota alınır.
Sərbəst surətdə alınıb-satılan investisiya qiymətli kağızlarının ədalətli dəyəri cari 
bazar qiymətlərinə əsaslanır. Maliyyə aktivləri bazarı (həmçinin birjaya çıxarılmayan 
qiymətli kağızlar üzrə) aktiv olmadığı təqdirdə, Qrup, ədalətli dəyəri qiymətləndirmə 
üsullarından  istifadə  etməklə  müəyyən  edir.  Bu  üsullara  bazar  göstəricilərindən 
maksimum  istifadə  etmək  və  müəssisənin  göstəricilərindən  daha  az  asılı  olmağı 
nəzərdə  tutan,  müstəqil  tərəflər  arasındakı  ən  son  əməliyyatlar,  mahiyyət  etibarı 
ilə  eyni  xarakter  daşıyan  sair  maliyyə  alətlərinə  istinad,  diskontlaşdırılmış  pul 
vəsaitlərinin hərəkətinin təhlili və opsiyonların qiymətləndirilməsi modelləri daxildir.
Qrup  hər  bir  maliyyə  vəziyyəti  haqqında  hesabat  tarixində  maliyyə  aktivlərinin 
və  ya  maliyyə  aktivləri  qrupunun  dəyərsizləşməsinə  dair  obyektiv  sübutun  olub-
olmamasını  müəyyən  edir.  Satıla  bilən  qiymətli  kağızlar  kimi  təsnifləşdirilən  pay 
qiymətli kağızlar ilə əlaqədar qiymətli kağızın ədalətli dəyərinin onun maya dəyərindən 
əhəmiyyətli  dərəcədə  və  ya  davamlı  şəkildə  azalması,  həmin  qiymətli  kağızların 


135
dəyərsizləşməsi əlaməti kimi nəzərə alınır. Satıla bilən maliyyə aktivləri üzrə bu cür 
dəlil olduqda, alış dəyəri ilə cari ədalətli dəyər arasında fərq kimi qiymətləndirilən 
ümumi zərər, əvvəlki dövrdə mənfəət və ya zərərdə həmin aktiv üzrə qeydə alınmış 
hər  hansı  dəyərsizləşmə  üzrə  zərər  çıxılmaqla,  kapitaldan  silinərək  ümumi  gəlir 
haqqında hesabatda qeydə alınır. Ümumi gəlir haqqında hesabatda pay alətləri üzrə 
qeydə alınan dəyərsizləşmə üzrə zərər mənfəət və ya zərərdə bərpa edilmir.
Maliyyə  öhdəlikləri.  Qrup  öz  maliyyə  fəaliyyətini  aşağıdakı  kateqoriyalara 
təsnifləşdirir: (a) satış üçün nəzərdə tutulan maliyyə öhdəlikləri, həmçinin maliyyə 
derivativləri daxil olmaqla və (b) sair maliyyə öhdəlikləri. Satış üçün nəzərdə tutulan 
öhdəliklər ədalətli dəyərdə uçota alınır. Həmin öhdəliklərin dəyərindəki dəyişikliklər 
onların  yarandığı  dövrdə  konsolidasiya  edilmiş  ümumi  gəlir  haqqında  hesabatda 
uçota alınır. Sair maliyyə öhdəlikləri amortizasiya olunmuş dəyərdə uçota alınır.
Maliyyə  aktivlərinin  uçotdan  silinməsi.  Qrup  aşağıdakı  hallarda  maliyyə 
aktivlərini uçotdan silir: (I) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul 
vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (II) Qrup bu 
aktivlər üzrə mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə 
başqa tərəfə ötürdükdə və ya (III) Qrup bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar 
bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin həmin 
aktivlər  üzrə  nəzarət  hüququnu  özündə  saxlamadıqda.  Nəzarət  qarşı  tərəfin  öz 
mülkiyyətində olan aktivi satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli olma-
yan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.
Maliyyə öhdəliklərinin uçotdan silinməsi. Qrup maliyyə öhdəliyini bu öhdəlik 
üzrə  məsuliyyətdən  azad  olduqda,  həmin  öhdəlik  ləğv  edildikdə  və  ya  müddəti 
başa  çatdıqda  uçotdan  silir.  Mövcud  maliyyə  öhdəliyi  eyni  borcverən  tərəfindən 
əhəmiyyətli  dərəcədə  fərqli  şərtlər  ilə  başqa  bir  öhdəlik  ilə  əvəz  edildikdə  və  ya 
mövcud  öhdəliyin  şərtləri  əhəmiyyətli  dərəcədə  dəyişdirildikdə,  bu  cür  mübadilə 
və ya dəyişiklik müvafiq balans məbləğindəki fərqin hər hansı çəkilmiş xərclər və 
komissiya  haqları  ilə  birlikdə  mənfəət  və  ya  zərərdə  uçota  alınması  şərtilə,  ilkin 
öhdəliyin uçotdan silinməsi və yeni öhdəliyin uçota alınması kimi nəzərə alınır.
Maliyyə  zəmanəti  razılaşmaları.    Maliyyə  zəmanəti  razılaşmaları  maliyyə 
aləti  üzrə  şərtlərə  əsasən  ödənilməli  olan  vaxtda  borclu  tərəfin  ödəməni  yerinə 
yetirə bilmədiyi zaman yaranan zərərin əvəzinin Qrup tərəfindən ödənilməsini tələb 
edən razılaşmalardır. Maliyyə zəmanəti razılaşmaları ilkin olaraq birbaşa zəmanətin 
emissiyası  ilə  bağlı  olan  sövdələşmə  xərcləri  nəzərə  alınmaqla  ədalətli  dəyər 
əsasında öhdəlik kimi uçota alınır. Daha sonra, öhdəlik hesabat tarixinə olan cari 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə