Heydər Əliyev Azərbaycan xalqının


Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə54/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   50   51   52   53   54   55   56   57   ...   79

152
Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi. Bərpa edilə bilməyən aktivlərin 
balans dəyərini əks etdirən hadisələr və ya şəraitlərə əsasən rəhbərlik hər bir he-
sabat tarixində bütün qeyri-maliyyə aktivlərinin mümkün dəyərsizləşməsi üzrə hər 
hansı göstəricilərin olub-olmamasını müəyyən edir. Bu cür göstəricilərə aşağıdakılar 
daxildir:  Qrupun  biznes  planlarında  baş  verən  dəyişikliklər,  qeyri-rentabelli 
fəaliyyətə  gətirib  çıxaran  əmtəə  qiymətlərində  dəyişikliklər,  məhsul  qarışıqlarında 
olan dəyişikliklər və neft və qaz əmlakına gəldikdə isə - təxmin edilmiş təsdiqlənmiş 
ehtiyatların əhəmiyyətli dərəcədə azalması. Qudvil və digər qeyri-müəyyən faydalı 
istifadə  müddətinə  malik  olan  qeyri-maddi  aktivlər  hər  il  və  digər  vaxtlarda 
dəyərsizləşmə göstəriciləri olduğu zaman dəyərsizləşmə üzrə yoxlanılır. Digər qeyri-
maliyyə aktivləri bərpa edilə bilməyən balans dəyərinə dair göstəricilərin mövcud 
olduğu zaman dəyərsizləşmə üzrə yoxlanılır. 
İstifadə dəyəri hesablanarkən rəhbərlik aktivlər və yaxud pul vəsaitlərini yaradan 
vahidlər üzrə gələcək pul vəsaitlərinin hərəkətini təxmin edir və onların cari dəyərini 
hesablamaq üçün uyğun diskont dərəcəsini seçir. 
2010-cu  ildə  bəzi  pul  vəsaitlərini  yaradan  vahidlərin  gözləniləndən  zəif  nəticə 
göstərməsinə görə Qrup həmin pul vəsaitlərini yaradan vahidlərin bərpa dəyərlərini 
təhlil  etmişdir  və  nəticədə  360,047  AZN  (2009:  241,639  AZN)  məbləğində 
dəyərsizləşmə  xərci  yaranmışdır.  Bu  aktivlər  Qrupun  Neft  və  Qaz  seqmentində 
istifadə edilir. Potensial olaraq dəyərsizləşmiş aktivin balans dəyərinin hesablanması 
üçün dəyərsizləşmənin tələb olunduğunu müəyyən edərkən aktivin balans dəyəri 
onun bərpa dəyəri ilə müqayisə edilir. Aktivin bərpa dəyəri onun satışı üzrə məsrəflər 
çıxılmaqla, ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. Qrupun 
fəaliyyətinin xarakterini nəzərə alaraq, potensial alıcılıar ilə danışıqlar aparılmayana 
qədər aktivin ədalətli dəyəri haqqında məlumat əldə etmək adətən çətindir. Müvafiq 
olaraq,  başqa  cür  qeyd  olunmadığı  halda  aşağıda  göstərilən  dəyərsizləşmə  üzrə 
xərclərin müəyyən edilməsində istifadə edilən bərpa dəyəri istifadə dəyəridir. Qrup 
adətən  istifadə  dəyərini  rəhbərliyin  təsdiq  etdiyi  maliyyə  büdcəsindəki  diskont 
edilmiş pul vəsaitlərinin hərəkəti modelindən istifadə edərək təxmin edir. 
İstifadə dəyərinin hesablanmasında istifadə edilən əsas fərziyyələr
Neft  yataqları  üçün  istifadə  dəyərinin  hesablanması  aşağıdakı  fərziyyələrə  görə 
çox həssasdır:
Hasilatın həcmi: İstehsalın təxmin edilən həcmi yataqlar ilə bağlı ətraflı məlumatlara 
əsaslanır  və  uzunmüddətli  planlaşdırma  prosesinin  bir  hissəsi  kimi  rəhbərlik 
tərəfindən təsdiqlənmiş yataqlar üzrə inkişaf planlarını nəzərə alır. Təxminlərə görə 
ümumi  hasilat  növbəti  15  il  üçün  10  faiz  azalsaydı,  bu  95,984  AZN  məbləğində 
əlavə dəyərsizləşmə xərcinin yaranması ilə nəticələnərdi.
Ümumi marja: Ümumi marja əvvəlki ilin faktiki rəqəmlərinə əsaslanır. Bu marjalar 
proqnozlaşdırılan inflyasiya dərəcəsinə uyğun olaraq büdcə dövrü ərzində artırılır.


153
Kapital  məsrəfləri:  Təxmin  edilən  hasilatın  həcmini  təmin  etmək  üçün  zəruri 
olan kapital məsrəfləri müəyyən neft yatağı üzrə uzunmüddətli inkişaf planlarına 
əsaslanır.
Xam neftin qiyməti: Proqnozlaşdırılan istehlak qiymətləri ictimaiyyətə açıq olur.
Diskont dərəcəsi: Pul vəsatlərinin hərəkəti üzrə proqnozlara tətbiq edilən vergidən 
sonrakı  diskont  dərəcəsi  12.81  faizdir  (2009:  13.55  faiz).  Diskont  dərəcəsinin 
hesablanması Qrup ilə bağlı spesifik vəziyyətlərə və əməliyyat seqmentlərinə əsaslanır 
və kapitalın orta çəkili dəyərindən (“WACC”) irəli gəlir. WACC hesablanarkən kapitalın 
dəyəri oxşar qrup məlumatlarından istifadə etməklə təxmin edilir və borcun dəyəri 
Qrupun xidmət etməli olduğu faiz hesablanan borc öhdəliklərinə əsaslanır. Xüsusi 
risklər  ayrı-ayrı  beta  amillərini,  bazar  riskini  və  Qrupun  həcmini  tətbiq  etməklə 
nəzərə alınır. Beta amilləri ictimaiyyətə açıq olan bazar məlumatlarına əsasən hər il 
qiymətləndirilir. Əgər hesablamada istifadə edilən təxmin edilmiş WACC rəhbərliyin 
təxmin etdiyindən 1 faiz yuxarı və ya aşağı olarsa, o zaman dəyərsizləşmə zərərinin 
məcmu  məbləği,  müvafiq  olaraq,  26,054  AZN  yuxarı  və  ya  11,899  AZN  aşağı 
olacaqdır.
İnflyasiya dərəcələri ilə bağlı təxminlər: İstifadə edilən dərəcələr Beynəlxalq Val–
yuta Fondunun (“BVF”) proqnozlarına əsaslanır.
Aksiz vergisi və ixrac rüsumları: Neft və neft məhsulları üzrə aksiz vergisi və ixrac 
rüsumları Neft və Qaz əmlakı və avadanlıqları üçün vacib amildir.
Debitor  borclarının  dəyərsizləşməsi  üzrə  ehtiyatlar.  Debitor  borclarının 
dəyərsizləşməsi üzrə ehtiyatlar müştərilərin debitor borclarının yığılması ehtimalının 
rəhbərlik tərəfindən qiymətləndirilməsinə əsaslanır. Müştərinin əhəmiyyətli maliyyə 
çətinlikləri, onun müflisləşmə və ya maliyyə strukturunun yenidən təşkilinə məruz 
qalması ehtimalı və defolt və ya ödənişlərin gecikdirilməsi debitor borclarının po-
tensial  olaraq  dəyərsizləşmiş  olmasını  əks  etdirən  göstəricilər  hesab  edilir.  Əgər 
əsas müştərinin ödəniş qabiliyyətində pisləşmə baş verərsə və ya bu faktiki defolt 
təxminlərindən yuxarı olarsa, faktiki nəticələr bu təxminlərdən fərqlənə bilər.  
Debitor  borcları  üzrə  əlavə  pul  vəsaitlərinin  bərpası  gözlənilmədikdə,  debitor 
borcları müvafiq ehtiyatlara silinir. 
Dəyərsizləşmə  üzrə  zərərlərə  qarşı  qiymətləndirilən  debitor  borcları  üzrə  pul 
vəsaitlərinin  gələcək  hərəkəti  həmin  aktivlərin  müqavilə  üzrə  pul  vəsaitlərinin 
hərəkətinə, rəhbərliyin keçmişdə baş vermiş zərər halları nəticəsində vaxtı keçəcək 
məbləğlərin  həcmi  ilə  münasibətdə  təcrübəsinə  və  vaxtı  keçmiş  məbləğlərin  geri 
ödənilməsinə əsasən təxmin edilir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin 
təsirini əks etdirmək və cari dövrdə mövcud olmayan keçmiş şəraitin təsirini aradan 
qaldırmaq məqsədilə əvvəlki təcrübə müşahidə edilə bilən cari məlumatlara əsasən 
tənzimlənir. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə