Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə51/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   47   48   49   50   51   52   53   54   ...   79

145
sərfiyyatına əsasən hesablanır. Təbii qazın qiyməti və qazın nəqli tarifləri Azərbaycan 
Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
Digər malların satışından yaranan gəlirlər mallar üzrə mülkiyyət hüququ ilə bağlı 
risk və faydaların ötürüldüyü anda qeydə alınır.
Xidmətlərin realizasiyası müqavilə üzrə göstəriləcək ümumi xidmətlərə proporsio–
nal olaraq faktiki göstərilmiş xidmətlərə əsasən qiymətləndirilən konkret əməliyyatın 
tamamlanma mərhələsinə istinadən həmin xidmətlərin göstərildiyi uçot dövründə 
qeydə alınır.
Faiz  gəlirləri  effektiv  faiz  metodundan  istifadə  etməklə  maliyyələşdirmə  vaxtına 
proporsional şəkildə gəlirə daxil edilir.
Xam  neftin  overlifti/anderlifti.  Xam  neftin  overlifti  və  ya  anderlifti  birgə 
fəaliyyətdəki  tərəfdaşın  əldə  etdiyi  neftin  həcmi  ilə  onun  hasilatdakı  iştirak  payı 
arasındakı fərqdən yaranır. Anderlift, satış kimi xam neftin yüklənmə məntəqəsində 
anderlifter tərəfindən overlifterə satışı zamanı uçota alınır. Overlift, alış kimi xam 
neftin  overlifter  tərəfindən  anderlifterdən  alınması  zaman  uçota  alınır.  Anderliftin 
həcmi Qrupun maliyyə vəziyyəti haqqında hesabatında aktiv kimi, overliftin həcmi 
isə  öhdəlik  kimi  göstərilir.  Overlift  öhdəliyi  və  ya  anderlift  aktivinin  ilkin  uçotu 
yüklənmə tarixinə xam neftin bazar qiyməti ilə aparılır. Overlift/anderlift öhdəlikləri və 
aktivlərinin hesabat tarixindən sonrakı dövrdə uçotu müvafiq əməliyyat sazişlərində 
nəzərdə tutulan şərtlərdən asılıdır. Bu cür şərtlər tərəflər arasında overlift/anderlift 
qalıqlarının nağd pulla hesablaşmasına imkan yaradarsa, həmin qalıqlar ilkin uçot-
dan sonrakı hesabat tarixlərinə ədalətli dəyərdə yenidən qiymətləndirilir. Xam neftin 
təhvili nəticəsində yaranmış overlift/anderlift qalıqları ilkin uçotdan sonrakı hesabat 
tarixlərinə balans dəyəri və ədalətli dəyərdən ən aşağı olanı ilə qeydə alınır.
İşçilərə ödənişlər. Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə 
Fonduna ödənişlər, məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul 
şəklində  olmayan  imtiyazlar  (məs,  səhiyyə  xidmətləri  və  uşaq  bağçaları)  Qrupun 
işçiləri tərəfindən müvafiq xidmətlərin göstərildiyi ildə hesablanır.
Seqmentlər  üzrə  məlumat.  Əməliyyat  seqmentləri  haqqında  məlumat  daxili 
hesabat qaydalarına əsasən əməliyyat məsələləri ilə bağlı Qrupun əsas qərar qəbul 
edən şəxsinə təqdim edildiyi formatda göstərilir. Gəlirləri, maliyyə nəticələri və ya 
aktivləri bütün seqmentlərin on faizini və ya artıq hissəsini təşkil edən seqmentlər 
ayrıca açıqlanır.
Əlaqəli tərəflər. Əlaqəli tərəflər haqqında məlumat BMS 24-ə “Əlaqəli tərəflər 
barədə açıqlamalar” uyğun olaraq açıqlanır.


146
Dövlətin  iqtisadi  və  sosial  siyasəti  Qrupun  maliyyə  vəziyyətinə,  əməliyyat 
nəticələrinə  və  pul  vəsaitlərinin  hərəkətinə  təsir  edir.  Dövlət  tərəfindən  Qru-
pun  üzərinə  Azərbaycan  Respublikasındakı  müştərilərə  dövlətin  nəzarət  etdiyi 
qiymətlərlə davamlı olaraq neft və qaz təchiz etmək öhdəliyi qoyulmuşdur. Dövlətlə 
əməliyyatlara Qeyd 33-də göstərilən vergilər daxildir. 
Əlaqəli  tərəflər  öz  aralarında  əlaqəli  olmayan  tərəflərin  apara  bilmədiyi 
əməliyyatları həyata keçirə bilər. Bununla yanaşı, əlaqəli tərəflər arasında aparılan 
əməliyyatların şərtləri, müddətləri və məbləğləri əlaqəli olmayan tərəflər arasında 
aparılan əməliyyatlarla eyni olmaya bilər. 
Əlaqəli  tərəflərlə  aparılan  əməliyyatların  xarakterinə  görə  onlar  kommersiya 
cəhətdən müstəqil tərəflər arasında həyata keçirilən əməliyyatların şərtlərinə uyğun 
hesab edilə bilməz.
Maraqların  ötürülməsi  haqqında  müqavilələr.  Qrupun  maliyyələşdirilən 
tərəf kimi iştirak etdiyi maraqların ötürülməsi haqqında müqavilə maliyyələşdirən 
tərəfin hər iki tərəfin iştirak payı olduğu layihədə maliyyələşdirilən tərəfin hasilatdan 
əvvəlki xərclərinin bir hissəsini və ya hamısını ödəmək üçün razılaşdığı müqavilədir. 
Layihə uğursuz olduqda, maliyyələşdirən tərəfin maliyyələşdirilən tərəfin adından 
çəkdiyi xərclər ona ödənilmir. Layihə uğurlu olarsa, maliyyələşdirən tərəfin çəkdiyi 
xərclər maliyyələşdirilən tərəfə aid olan hasilatdakı pay üzrə daxilolmalardan nağd 
pul şəklində və ya maliyyələşdirilən xərclər bərpa edilənə qədər hasilatdan qeyri-
proporsional yüksək pay əldə etməklə ödənilir.
Maraqların  ötürülməsi  haqqında  müqavilələrin  şərtlərindən  asılı  olaraq,  Qrup 
həmin  müqavilələri  maliyyələşdirmə  müqaviləsi  və  ya  alqı-satqı  müqaviləsi  kimi 
tanıyır.
Maliyyələşdirmə  müqavilələrində  maliyyələşdirən  tərəfin  maliyyələşdirilən  tərəfi 
maliyyə vəsaiti ilə təmin etməsi və təmin edilmiş vəsaitlər üzrə borcverəndən faiz 
alması ehtimal edilir. Bu halda əlavə hasilat hüququ müqaviləni dəstəkləyən təminat 
kimi çıxış edir.
Alqı-satqı müqaviləsində maliyyələşdirilən tərəf effektiv olaraq layihədəki payını tam və 
ya qismən maliyyələşdirən tərəfə satır. Layihə uğurlu olduğu təqdirdə, malilyyələşdirən 
tərəfin daxilolmalardakı payının artması müqabilində layihəni maliyyələşdirməsi tələb 
olunur və maliyyələşdirilən tərəfin daxilolmalardakı payı azalır.
Layihələrin  kəşfiyyat  mərhələsində  layihələrin  nəticələri  və  maliyyələşdirən 
tərəfin maliyyələşdirilən tərəfin adından çəkilmiş xərcləri qaytarması ehtimalı qeyri-
müəyyən  olduqda,  Qrup  maraqların  ötürülməsi  ilə  bağlı  əməliyyatları  və  qalıqları 
konsolidasiya edilmiş maliyyə hesabatlarında qeydə almır.


147
Yenidən təsnifləşdirmələr 
Cari  ilin  maliyyə  hesabatlarının  təqdimatına  uyğunlaşmaq  məqsədilə  keçən  ilin 
Konsolidasiya Edilmiş Maliyyə Vəziyyəti Haqqında Hesabatda, Konsolidasiya Edilmiş 
Ümumi  Gəlirlər  Haqqında  Hesabatda  və  müvafiq  qeydlərdə  müəyyən  yenidən 
təsnifləşdirmələr  aparılmışdır.  Bunlar  Qrupun  maliyyə  vəziyyətinə,  əməliyyatların 
nəticələrinə və kapitala əhəmiyyətli təsir göstərməmişdir.
Konsolidasiya Olunmuş Maliyyə Vəziyyəti 
Haqqında Hesabat
Pul vəsaitləri və pul vəsaitlərinin 
ekvivalentlərinin məhdudiyyət qoyulmuş pul 
vəsaitlərinin yenidən təsnifləşdirilməsi
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
698,600
74,906
773,506
Məhdudiyyət qoyulmuş pul vəsaitləri
128,750
(74,906)
53,844
Debitor borcları, sair uzunmüddətli aktivlər, 
sair qısamüddətli aktivlər və sair uzunmüddətli 
maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi
Ticarət və sair debitor borcları
2,129,774
(19,130)
2,110,644
Sair uzunmüddətli aktivlər
316,263
(62,116)
254,147
Sair uzunmüddətli maliyyə aktivləri
-
74,068
74,068
Sair qısamüddətli aktivlər
-
7,178
7,178
Konsolidasiya Edilmiş Ümumi Gəlirlər Haqqında 
Hesabat
Ümidsiz borclar üçün yaradılmış ehtiyatın 
geri qaytarılmasından gəlirin yenidən 
təsnifləşdirilməsi 
Satışların maya dəyəri
(2,898,902)
820,693
(2,078,209)
Sair əməliyyat gəlirləri
1,025,401
(820,693)
204,708


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə