Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə53/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   49   50   51   52   53   54   55   56   ...   79

150
Rəhbərlik ləğv etmə və sahənin bərpa xərclərini diskontlaşdırmaq üçün istifadə 
edilən diskont dərəcələrini pul vəsaitlərinin vaxt dəyəri üzrə cari bazar qiymətlərini 
və  lazım  gəldikdə  müvafiq  öhdəliyə  xas  olan  riskləri  əks  etdirən  vergidən  əvvəl 
faiz  dərəcəsi  kimi  müəyyən  edir.  31  dekabr  2010-cu  il  tarixinə  istifadə  edilmiş 
diskont  dərəcəsi  6.91  faiz  (2009:  8.4  faiz)  təşkil  etmişdir.  Rəhbərlik  hesab  edir 
ki,  bu  diskont  dərəcəsi  hesabat  tarixinə  Azərbaycanda  neft  və  qazın  kəşfiyyatı, 
qiymətləndirilməsi, işlənməsi və paylanması sahəsinə aid olan bütün risk və qeyri-
müəyyənlikləri müvafiq olaraq əks etdirir.
Hesablama  zamanı  istifadə  edilmiş  təxmin  edilən  diskont  dərəcəsi  rəhbərliyin 
təxminlərindən  1  faiz  çox  /  az  olsaydı,  ehtiyatın  balans  dəyəri,  müvafiq  olaraq, 
89,252 AZN az / 151,395 AZN çox olardı.
BOTAŞ Petroleum Pipeline Corporation (“BOTAŞ”) şirkəti ilə bağlanmış 
müqavilə  qiyməti.  Şahdəniz  HPBS  (Qeyd  17)  çərçicəsində  Qrupa  məxsus  olan 
təbii qaz BOTAŞ şirkətinə satılır. Müqavilənin qiymət düsturu 4 iyun 2010-cu il tarixli 
Məktub Razılaşmasına əsasən BOTAŞ şirkəti ilə qiymətə yenidən baxılması nəticəsində 
dəyişmişdir.  Qazın  satış  qiymətinin  hesablanmasının  komponentlərindən  biri  olan 
qazın nəql edildiyi aydan əvvəl altı ardıcıl ay ərzində Platt’s şirkətinin aylıq nəşr et-
dirdiyi Yanacağın Qiymətinə dair Hesabatda rəsmi olaraq dərc olunan “Gasoil 0.2” 
göstəricisinin orta qiyməti olmuşdur. Gasoil göstəricisinin dərc olunması 31 dekabr 
2009-cu il tarixindən etibarən dayandırılmışdır və müvafiq olaraq müqavilə qiyməti 
bir  daha  31  mart  2010-cu  il  tarixində  imzalanmış  Qaz  Müqaviləsində  göstərilən 
qaydada hesablana bilməmişdir. Bir daha dərc olunmayan Gasoil göstəricisinin əvəz 
edilməsi haqqında hər hansı razılaşma olmadığına görə, 2010-cu ilin yanvar-mart 
ayları üzrə sonuncu dəfə dərc edilmiş Gasoil göstəricisi Qaz Müqaviləsinin şərtlərinə 
uyğun olaraq şərti müqavilə qiymətinin hesablanması üçün istifadə edilir.
Ətraf mühitin qorunması ilə bağlı öhdəliklər. Qeyd 23-də göstərildiyi kimi, 
Qrup  yaranmasından  əvvəlki  dövrlərdə  göstərdiyi  fəaliyyət  və  irsi  olaraq  həyata 
keçirdiyi  əməliyyatlar  nəticəsində  əsasən  Abşeron  yarımadası  ərazisində  ətraf 
mühitə dəymiş zərərin ödənilməsi üçün təxmin edilən xərclər üçün ehtiyat ayırır. 
Ehtiyat  kimi  uçota  alınmış  məbləğ  mövcud  öhdəliyin  maliyyə  vəziyyəti  haqqında 
hesabat  tarixinə  qüvvədə  olan  qanunvericiliyə  və  qaydalara  uyğun  olaraq  yerinə 
yetirilməsi  üçün  tələb  olunan  məsrəflər  üzrə  ən  dəqiq  təxminləri  əks  etdirir  və 
həmçinin qanunvericilik, qaydalar və onlara dair müvafiq şərhlərin dəyişdirilməsi və 
yenidən işlənməsi ilə əlaqədar olaraq dəyişə bilər. Hökumət orqanları ətraf mühitlə 
bağlı qanunvericiliyi və onun tətbiqini davamlı olaraq nəzərdən keçirir. Bu səbəbdən 
Qrupun ətraf mühitin bərpası üzrə əsas öhdəlikləri uçota alınmış məbləğlərdən fərqli 


151
ola bilər. Bu ehtiyatların subyektiv xarakter daşıdığına görə belə xərclərin məbləği 
və yaranma müddəti ilə bağlı qeyri-müəyyənlik mövcuddur. 31 dekabr 2010-cu il 
tarixinə ətraf mühitin bərpası ilə bağlı təxmin edilmiş öhdəlik 416,419 AZN (2009: 
416,544  AZN)  təşkil  etmişdir.  Bu  şərtlərdən  hər  hansı  birinin  dəyişməsi  Qrupun 
ayırdığı ehtiyatlar üzrə düzəlişlərin aparılmasına gətirib çıxara bilər.
Rəhbərlik  ətraf  mühitin  bərpası  xərclərini  diskontlaşdırmaq  üçün  istifadə  edilən 
diskont  dərəcələrini  pul  vəsaitlərinin  vaxt  dəyəri  üzrə  cari  bazar  qiymətlərini  və 
lazım  gəldikdə  hesabat  tarixinə  müvafiq  öhdəliyə  xas  olan  riskləri  əks  etdirən 
vergidən əvvəl faiz dərəcəsi kimi müəyyən edir. 31 dekabr 2010-cu il tarixinə istifadə 
edilmiş diskont dərəcəsi 6.91 faiz (2009: 8.4 faiz) təşkil etmişdir. Rəhbərlik hesab 
edir ki, bu diskont dərəcələri Azərbaycan Respublikasında neft və qazın kəşfiyyatı, 
qiymətləndirilməsi, işlənməsi və paylanması sahəsinə aid olan bütün risk və qeyri-
müəyyənlikləri  müvafiq  olaraq  əks  etdirir.  Bu  şərtlərdən  hər  hansı  birində  baş 
verən dəyişiklik Qrup tərəfindən uçota alınan ehtiyatlarda düzəlişlərin aparılması ilə 
nəticələnə bilər.
Hesablama  zamanı  istifadə  edilmiş  təxmin  edilən  diskont  dərəcəsi  rəhbərliyin 
təxminlərindən 1 faiz çox/az olsaydı, ehtiyatın balans dəyəri müvafiq olaraq 7,091 
AZN az / 7,307 AZN çox olardı.
Əsas  vəsaitlər  və  qeyri-maddi  aktivlərin  faydalı  istifadə  müddəti. 
Rəhbərlik,  əsas  vəsaitləri  və  qeyri-maddi  aktivlərin  təxmin  edilən  faydalı  istifadə 
müddətini və müvafiq amortizasiya xərclərini müəyyən edir. Bu təxminlər, Qrupun 
həmin aktivlər üzrə iqtisadi səmərə əldə etməyi planlaşdırdığı dövrə əsaslanır. Əgər 
faydalı  istifadə  müddəti  əvvəlki  illərdə  təxmin  edilmiş  faydalı  müddətdən  aşağı 
olarsa, o zaman rəhbərlik amortizasiya xərcini artıracaq və ya ləğv edilmiş və ya 
satılmış texniki cəhətdən köhnəlmiş aktivləri balansdan siləcəkdir. Faydalı istifadə 
müddətinə ən azı hər maliyyə ilinin sonunda yenidən baxılır. Yuxarıda qeyd olunan 
şərtlərin və ya təxminlərin hər hansı birində dəyişiklik olarsa, bu, gələcəkdə amor-
tizasiya dərəcələri üzrə düzəlişlərin aparılmasına gətirib çıxara bilər. 
Təxirə  salınmış  vergi  aktivinin  uçotu.  Təxirə  salınmış  xalis  vergi  aktivi 
vergiyə cəlb olunan gəlirdən gələcək çıxılmalar vasitəsilə əldə olunan mənfəət ver-
gisi məbləğlərindən ibarətdir və maliyyə vəziyyəti haqqında hesabatda qeydə alınır. 
Təxirə salınmış mənfəət vergisi aktivləri realizasiya oluna biləcəyi məbləğdə uçota 
alınır. Vergiyə cəlb olunan gələcək mənfəət və gələcəkdə yaranması ehtimal edilən 
vergi faydasının məbləğini ehtimal edərkən Rəhbərlik son üç ilin vergiyə cəlb olu-
nan mənfəətindən və mövcud şəraitdə məqbul hesab edilən gələcək gəlirlər üzrə 
təxminlərdən istifadə edir.


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə