Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə56/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   52   53   54   55   56   57   58   59   ...   79

156
və ya bu tarixdən sonra başlayan dövr üçün BMHS-ə uyğun hazırlanmış ilk maliyyə 
hesabatlarına tətbiq edilir). Yenidən işlənmiş BMHS 1, istifadəçilərin Standarta edilmiş 
dəyişiklikləri başa düşməsi və mənimsəməsini asanlaşdırmaq üçün əvvəlki versiyaya 
edilmiş  struktur  dəyişikliklər  ilə  birlikdə  öz  məzmununu  saxlamışdır.  Qrup  yenidən 
işlənmiş standartın hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarına təsir etmədiyi 
qənaətinə gəlmişdir.
BMHS-i  ilk  dəfə  tətbiq  edən  müəssisələr  üçün  əlavə  istisnalar  –  BMHS 
1-ə dəyişikliklər, BMHS-in ilk dəfə tətbiq edilməsi (1 yanvar 2010-cu il və ya 
bu  tarixdən  sonra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minir).  Bu  dəyişikliklər  tam 
xərc metodundan istifadə edən müəssisələrin neft və qaz aktivlərinin uçotu ilə bağlı 
BMHS-ləri  retrospektiv  qaydada  tətbiq  etməkdən,  həmçinin,  qüvvədə  olan  icarə 
müqavilələrinə malik olan müəssisələrin həmin müqavilələri, müəssisələrin milli uçot 
standartlarını tətbiq edəcəyi təqdirdə əldə edəcəkləri nəticələr ilə eyni olduqda, BMHŞK 
4 ‘Müqavilədə İcarə Əlamətlərinin Mövcudluğunun Müəyyən Edilməsi” Şərhinə uyğun 
olaraq  təsnifləşdirməkdən  azad  edir.  Bu  dəyişikliklər  Qrupun  konsolidasiya  edilmiş 
maliyyə hesabatlarına hər hansı təsir göstərməyəcəkdir.
Beynəlxalq  Maliyyə  Hesabatı  Standartlarının  təkmilləşdirilməsi  (2009-cu 
ilin aprel ayında dərc edilmişdir; BMHS 2, BMS 38, BMHŞK 9 və BMHŞK 16-ya 
dəyişikliklər 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 
qüvvəyə minir; BMHS 5, BMHS 8, BMS 1, BMS 7, BMS 17, BMS 36 və BMS 39-a 
dəyişikliklər 1 yanvar 2010-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər 
üçün qüvvəyə minir). Təkmilləşdirmələr aşağıdakı standartlara və onlara dair 
şərhlərə edilmiş əsaslı dəyişikliklər və düzəlişlərdən ibarətdir: müəssisələr tərəfindən 
ümumi  nəzarət  olunan  əməliyyatlara  qoyuluşlar  və  birgə  müəssisələrin  yaradılmasının 
BMHS  2-yə    uyğun  olmadığının  aydınlaşdırılması;  BMHS  5  və  digər  standartlarda  satış 
üçün nəzərdə tutulan uzunmüddətli aktivlər (və ya silinmə qruplarının) və ya dayandırılmış 
əməliyyatlar üzrə məlumatların açıqlanması tələblərinin aydınlaşdırılması; BMHS 8-ə əsasən 
hesabat verilən bütün seqmentlər üzrə cəmi aktiv və öhdəliklərin qiymətləndirilməsi ilə 
bağlı  hesabatın  hazırlanması  tələbi  (yalnız  bu  cür  məbləğlər  müntəzəm  olaraq  rəhbər 
işçiyə  təqdim  edildikdə);  müəssisənin  öz  pay  alətləri  hesabına  yerinə  yetirilmiş  bəzi 
öhdəliklərin  uzunmüddətli  öhdəliklər  kimi  təsnifləşdirilməsi  üçün  BMS  1-yə  dəyişikliyin 
edilməsi; yalnız aktivlərin uçota alınmasına təsir göstərən xərclərin investisiya fəaliyyəti 
kimi təsnifləşdirilməsi üçün BMS 7-ə dəyişikliyin edilməsi; hətta lizinq müddətinin sonun-
da torpaq üzrə mülkiyyət hüququnu ötürmədən, bəzi uzunmüddətli torpaq lizinqlərinin 
BMS 17-yə uyğun olaraq maliyyə lizinqi kimi təsnifləşdirilməsi; müəssisənin başçısı və ya 
agent qismində fəaliyyət göstərməsini müəyyən etmək üçün BMS 18-də əlavə təlimatın 
verilməsi; gəlir yaradan vahidin aktivlərin birləşməsindən əvvəl əməliyyat seqmentindən 
artıq  olmayacağının  BMS  36-da  aydınlaşdırılması;  müəssisələrin  birləşməsi  nəticəsində 
əldə edilmiş qeyri-maddi aktivlərin ədalətli dəyərinin qiymətləndirilməsi ilə bağlı BMS 38-ə 
dəyişikliyin edilməsi; (I) müəssisələrin birləşməsi ilə nəticələnə bilən opsion müqavilələrinin 


157
BMS  39-a  daxil  edilməsi,  (II)  nağd  pul  axınlarının  hecləşdirilməsi  alətləri  üzrə  gəlir  və 
ya zərərin səhmdar kapitalından il üzrə mənfəət və zərərə köçürülməsi müddətinin BMS 
39-da  aydınlaşdırılması  və  (III)  hətta  opsion  icra  edilərkən  borcverənə  dəymiş  zərər 
borcalan  tərəfindən  ödənildikdə,  qabaqcadan  ödəniş  opsionunun  əsas  müqavilə  ilə  sıx 
əlaqəli olduğunu göstərmək üçün BMS 39-a dəyişikliyin edilməsi; ümumi nəzarət olunan 
əməliyyatlar birgə müəssisələrin yaradılmasızamanı əldə edilmiş müqavilələrdəki əlavə el-
ementli derivativlər BMHŞK 9-a uyğun olmadığının aydınlaşdırılması; və hecinq alətlərinin 
özü hecləşdirilən xarici fəaliyyət tərəfindən saxlanıla bilməməsi haqqında məhdudiyyətin 
BMHŞK 16-dan çıxarılması. Bundan əlavə, törəmə müəssisə üzərində nəzarətin itirildiyi 
halda BMHS 5-ə əsasən maddələrin “satış üçün nəzərdə tutulan” kimi təsnifləşdirilməsini 
nəzərdə tutan 2008-ci ilin may ayında Beynəlxalq Maliyyə Hesabatı Standartlarının İllik 
Təkmilləşdirilməsi çərçivəsində dərc edilmiş dəyişikliklər 1 iyul 2009-cu il və ya bu tarixdən 
sonra başlayan illik dövrlər üçün qüvvəyə minir.
Yuxarıda başqa cür göstərilmədiyi halda, hazırkı dəyişikliklər və şərhlər Qrupun kon-
solidasiya edilmiş maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. 
(b) Qüvvəyə minmə tarixindən əvvəl tətbiq edilən standartlara dəyişikliklər
Qrup  Beynəlxalq  Maliyyə  Hesabatı  Standartlarının  illik  təkmilləşdirilməsi  prosesi 
çərçivəsində  2010-cu  ilin  may  ayında  dərc  edilmiş  BMS  1  “Maliyyə  hesabatlarının 
təqdimatı” Standartına dəyişiklikləri qəbul etmişdir. Bu dəyişiklik səhmdar kapitalında 
dəyişikliklər haqqında hesabatın təqdim edilməsi və məzmunu ilə bağlı tələbləri əks et-
dirir. Səhmdar kapitalında dəyişikliklər haqqında hesabatda dövrün əvvəlinə və dövrün 
sonuna  kapitalın  hər  bir  komponenti  üzrə  balans  dəyərinin  üzləşdirilməsi  təqdim 
edilməlidir. Bununla kapitalın hər bir komponentinin ayrı-ayrı maddələri üzrə sair ümu-
mi  gəlirlərin  maliyyə  hesabatlarına  qeydlərdə  təhlil  edilə  bilməsinə  görə  hesabatın 
məzmunu sadələşdirilmişdir. 
(c)  Buraxılmış,  lakin  qüvvəyə  minməmiş  və  Qrup  tərəfindən  qüvvəyə 
minmə tarixindən əvvəl qəbul olunmamış standartlar
1 yanvar 2011-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri 
üzrə  Qrup  üçün  məcburi  xarakter  daşıyan  və  Qrup  tərəfindən  qüvvəyə    minmə 
tarixindən  əvvəl  tətbiq  edilməyən  bəzi  yeni  standartlar  və  onlara  dair  şərhlər  dərc 
olunmuşdur:
BMHS  9,  “Maliyyə  Alətləri  Hissə  1:  Təsnifləşdirmə  və  Qiymətləndirmə”. 
2009-cu ilin noyabr ayında dərc edilmiş BMHS 9 39 saylı BMS-də maliyyə aktivlərinin 
təsnifləşdirilməsi  və  qiymətləndirilməsi  bölmələrini  əvəz  edir.  Onun  əsas  fərqləri 
aşağıda göstərilir. 2010-cu ilin oktyabr ayında BMHS 9 yenidən işlənmişdir. Yenidən 
işlənmiş  BMHS  9  maliyyə  öhdəliklərinin  təsnifləşdirilməsini  və  qiymətləndirilməsini 
əhatə edir. Bu Standartın əsas xüsusiyyətləri aşağıda göstərilir:


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə