Heydər Əliyev Azərbaycan xalqının


 Əhəmiyyətli uçot təxminləri və Mülahizələri



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə52/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

148
3. Əhəmiyyətli uçot təxminləri və Mülahizələri 
Qrup hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğlərinə təsir göstərən 
təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq 
rəhbərliyin  təcrübəsinə  və  digər  amillərə,  həmçinin  rəhbərliyin  fikrincə  mövcud 
şəraitə  uyğun  olaraq  əsaslandırılmış  gələcək  hadisələr  üzrə  təxminlərə  əsasən 
təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr 
irəli  sürür.  Konsolidasiya  edilmiş  hazırkı  maliyyə  hesabatlarında  əks  etdirilən 
məbləğlərə  daha  çox  təsir  göstərən  peşəkar  mülahizələr  və  hesabat  tarixinə  ak-
tiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan 
təxminlərə aşağıdakılar daxildir: 
Neft və qaz ehtiyatlarının qiymətləndirilməsi. Neft və qaz ehtiyatları Qru-
pun investisiya sahəsində qərar qəbul edilməsi prosesində əsas elementlərdir. Onlar 
həmçinin dəyərsizləşmə üzrə yoxlanmanın mühüm elementidir. Təsdiqlənmiş neft 
və  qaz  ehtiyatlarında,  xüsusilə  də  təsdiqlənib  işlənilmiş  ehtiyatlarda  baş  vermiş 
dəyişikliklər ümumi gəlir haqqında hesabatda əks olunan istehsal həcmindən asılı 
olaraq amortizasiya xərclərinə təsir göstərir.
Təsdiqlənmiş neft və qaz ehtiyatları mövcud iqtisadi və əməliyyat şəraitində (yəni 
qiymətləndirmə tarixinə qiymətlər və xərclər) geoloji və mühəndislik məlumatlarının 
gələcək illərdə məlum yataqlardan məsrəflərin ödənilməsini kifayət qədər əminliklə 
göstərdiyi xam neft və təbii qazın qiymətləndirilmiş miqdarıdır. Təsdiqlənib işlənilmiş 
ehtiyatlar  dedikdə  mövcud  quyularda  mövcud  avadanlıqlar  və  onların  istismar 
üsulları vasitəsi ilə bərpa edilməsi gözlənilə bilən ehtiyatlar başa düşülür. Neft və 
qaz  ehtiyatlarının  ilkin  qiymətləndirmələri  mahiyyət  etibarı  ilə  qeyri-müəyyəndir, 
mülahizələrin tətbiq edilməsini tələb edir və gələcəkdə yenidən baxılmalıdır. Müvafiq 
olaraq, təsdiqlənib işlənilmiş və ya təsdiqlənmiş ehtiyatlara əsaslanan maliyyə və 
uçot ölçüləri də (tükənmə və amortizasiya xərcləri və aktivlərin ləğv olunması üzrə 
öhdəliklər üçün ehtiyatlar) dəyişə bilər.
Neft və qaz ehtiyatlarının qiymətləndirilməsi (davamı). Təsdiqlənmiş ehti-
yatlar rezervuarlara və quyulara dair mövcud məlumatlara istinadən qiymətləndirilir. 
Yeni məlumatlara (misal üçün, məhsulun qiymətləri, müqavilə şərtləri və ya işlənmə 
planları  daxil  olmaqla,  qazma  və  hasilatla  bağlı  fəaliyyət  və  ya  iqtisadi  amillərdə 
dəyişikliklər)  əsasən  təsdiqlənmiş  ehtiyatlarla  bağlı  bütün  qiymətləndirmələrə 
(artırılması və ya azaldılması istiqamətində) yenidən baxılmalıdır. İşlənmə planları 
haqqında yeni məlumatların əldə edilməsi nəticəsində karbohidrogen ehtiyatlarının 
texniki istismar müddətində baş verən dəyişikliklər illik yenidən qiymətləndirmələrin 
aparılmasının əsas səbəbidir. İşlənmə və hasilat fəaliyyəti haqqında yeni məlumatların 


149
əldə edilməsi nəticəsində karbohidrogen ehtiyatlarının texniki istismar müddətində 
baş verən dəyişikliklər illik yenidən qiymətləndirmələrin aparılmasının əsas səbəbidir.
Ümumiyyətlə, işlənməmiş və ya qismən işlənmiş yataqlarla bağlı ehtiyatlar üzrə 
qiymətləndirmələr, işlənməmiş və ya tükənən yataqlara nisbətən, gələcək istismar 
müddəti ərzində daha böyük qeyri-müəyyənliyə məruz qalır. Yataqda hasilat işləri 
başlandıqda, əlavə quyuların qazılmasına və ya hasilat şəraitində olan rezervuarın 
uzunmüddətli fəaliyyətinə dair əlavə məlumatlar əldə etdikdən sonra, təsdiqlənmiş 
ehtiyatların miqdarına gələcəkdə yenidən baxılmalıdır. Bu yataqlar işləndikcə, yeni 
məlumatlar dəyişikliklərə gətirib çıxara bilər.
1  yanvar  2010-cu  il  tarixinə  ARDNŞ-in  təsdiqlənmiş  ehtiyatları  Neft  Mühəndisləri 
Cəmiyyətinin  qaydalarına  uyğun  olaraq  müstəqil  rezervuar  mühəndisləri  tərəfindən 
hazırlanmış hesabatlara əsaslanır. ARDNŞ müvafiq hesabat ilinin sonu üçün ehtiyatlar 
ilə bağlı məlumatları yerli geloloqlar tərəfindən görülmüş işlər əsasında yeniləmişdir. 
Aktivlərin ləğv olunması üzrə öhdəliklər. Bundan sonra Qeyd 22-də müzakirə 
edildiyi  kimi,  rəhbərlik  neft  və  qaz  hasilatı  obyektlərinin,  kəmərlərin  və  köməkçi 
avadanlıqların  istismardan  çıxarılması  və  bu  aktivlərin  gələcək  dəyəri  və  faydalı 
istifadə müddətinə dair təxminlərə əsasən ətraf mühitin bərpası məqsədilə gələcək 
xərclər üçün ehtiyatlar yaradır. Gələcək aktivlərin dəyərsizləşməsi üzrə öhdəliklərin 
müəyyənləşdirilməsi  mürəkkəb  məsələdir  və  rəhbərlikdən  uzaq  gələcəkdə  baş 
verəcək  öhdəliklərin  silinməsinə  dair  təxminlərin  və  mülahizələrin  yaradılmasını 
tələb  edir.  Mövcud  öhdəliklərin  ölçüsündə  baş  verən  dəyişikliklər  təxmin  edilmiş 
vaxt, gələcək xərclər və ya qiymətləndirmədə istifadə edilmiş diskont dərəcələrində 
baş verən dəyişikliklər nəticəsində yarana bilər. 
Qrup, aktivlərin silinməsi üzrə öhdəliklərini BMHŞK 1, İstismardan Çıxarılma, Bərpa 
üzrə Mövcud və Oxşar Öhdəliklərdə Dəyişikliklər haqqında qaydalara uyğun olaraq 
qiymətləndirir. Ehtiyat kimi uçota alınmış məbləğ mövcud öhdəliyin maliyyə vəziyyəti 
haqqında hesabat tarixinə qüvvədə olan qanunvericiliyə və qaydalara uyğun olaraq 
yerinə yetirilməsi üçün tələb olunan məsrəflər üzrə ən dəqiq təxminləri əks etdirir və 
həmçinin qanunvericilik, qaydalar və onlara dair müvafiq şərhlərin dəyişdirilməsi və 
yenidən işlənməsi ilə əlaqədar olaraq dəyişə bilər. Hökumət orqanları ətraf mühitlə 
bağlı qanunvericiliyi və onun tətbiqini davamlı olaraq nəzərdən keçirir. Bu səbəbdən 
Qrupun aktivlərin silinməsi üzrə əsas öhdəlikləri uçota alınmış məbləğlərdən fərqli 
ola  bilər.  Bu  ehtiyatlar  subyektiv  xarakter  daşıdığına  görə  belə  xərclərin  məbləği 
və  yaranma  müddəti  ilə  bağlı  qeyri-müəyyənlik  mövcuddur.  Neft  və  qaz  hasilatı 
obyektlərinin  istismardan  çıxarılması,  o  cümlədən  ləğv  etmə  və  sahənin  bərpası 
xərcləri ilə bağlı təxmin edilmiş öhdəlik 31 dekabr 2010-cu il tarixinə 324,632 AZN 
(2009: 170,727 AZN) təşkil etmişdir. Bu şərtlərdən hər hansı birinin dəyişməsi Qru-
pun ayırdığı ehtiyatlar üzrə düzəlişlərin aparılmasına gətirib çıxara bilər.


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə