Heydər Əliyev Azərbaycan xalqının


Əsas  vəsaitlərin  və  qeyri-maddi  aktivlərin  işlənib  təkmilləşdirilməsi



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə48/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

138
Əsas  vəsaitlərin  və  qeyri-maddi  aktivlərin  işlənib  təkmilləşdirilməsi. 
Platformalar, boru kəmərləri kimi infrastruktur qurğuların tikilməsi, quraşdırılması 
və  ya  tamamlanması  və  kommersiya  cəhətdən  təsdiqlənmiş  quyuların  qazılması 
üzrə xərclər onların xarakterinə uyğun olaraq əsas vəsaitlər və qeyri-maddi aktivlər 
kimi  kapitallaşdırılır.  Konkret  yataqda  işlənmə  tamamlandıqdan  sonra  o,  istehsal 
aktivlərinə (neft və qaz əmlakına) köçürülür. 
Neft və qaz hasilatı qurğuları üzrə təxmin edilən sökülmə xərclərinin cari dəyəri 
(ləğvetmə və ərazinin bərpası xərcləri daxil olmaqla) öhdəlik yarandıqda uçota alınır 
və istehsalın həcmindən asılı olaraq amortizasiya metodundan istifadə etməklə ba-
lans dəyərinə daxil edilir.
Bütün  kiçik  həcmli  təmir  və  istismar  xərcləri  çəkildiyi  zaman  xərcə  silinir. 
Əsas  vəsaitlərin  əsas  hissələrinin  və  ya  komponentlərinin  dəyişdirilməsi  xərcləri 
kapitallaşdırılır və əvəz edilmiş hissələr istismardan çıxarılır. 
Hər bir hesabat tarixində rəhbərlik, əsas vəsaitlər üzrə dəyərsizləşmə əlamətlərinin 
mövcud  olub-olmadığını  qiymətləndirir.  Əgər  bu  cür  əlamətlər  mövcud  olar-
sa,  rəhbərlik  bərpa  dəyərini  təxmin  edir.  Aktivin  bərpa  dəyəri,  aktivin  və  ya  pul 
vəsaitlərini yaradan biznes vahidlərinin satış xərcləri çıxılmaqla ədalətli dəyəri və 
istifadə dəyərindən daha yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpa 
dəyərinə qədər azaldılır və dəyərsizləşmə üzrə hər hansı zərər ümumi gəlir haqqında 
hesabatda  qeydə  alınır.  Dəyərsizləşmə  üzrə  zərərin  daha  olmamasına  və  ya  aza-
la  biləcəyinə  dair  əlamətlər  olduqda,  aktiv  və  ya  pul  vəsaitlərini  yaradan  biznes 
vahidləri üzrə əvvəlki illərdə qeydə alınmış dəyərsizləşmə zərəri ləğv edilir.
Əsas vəsaitlərin satışından yaranan gəlir və zərər alınmış vəsaitlərin məbləği ilə 
balans  dəyəri  arasındakı  fərq  kimi  müəyyən  edilir  və  mənfəət  və  ya  zərərə  daxil 
edilir.
Köhnəlmə. Neft və təbii qaz əmlakı ilə bağlı əsas vəsaitlər üzrə köhnəlmə istehsal 
həcmindən asılı olaraq köhnəlmə metoduna əsasən hesablanır. 
Neft və qaz aktivləri üçün köhnəlmə təsdiqlənib işlənilmiş ehtiyatlar və ya uyğun 
olduqda  cəmi  təsdiqlənmiş  ehtiyatlar  üzrə  hər  bir  yataq  üçün  hesablanır.  Birgə 
istifadə  olunan  neft-qaz  əmlakı  və  avadanlıqları  (məs,  daxili  təchizat  sistemləri, 
emal qurğuları və s.) cəmi təsdiqlənmiş ehtiyatlar üzrə köhnəlmə hesablanır. 
Torpaq üçün köhnəlmə hesablanmır. Neft-qaz əmlakı və avadanlığından başqa əsas 
vəsaitlər onların təxmin edilən faydalı istifadə müddəti ərzində bərabər çıxılmalar 
metoduna  əsasən  köhnəlmə  hesablanır.  Tikilməkdə  olan  aktivlər  üçün  köhnəlmə 
hesablanmır.
Qrupun  əsas  vəsaitlərinin  (neft-qaz  əmlakından  başqa)  təxmin  edilən  faydalı 
istifadə müddəti aşağıda göstərilir:


139
Əsas vəsaitlərin faydalı istifadə müddəti hər il nəzərdən keçirilir və lazım olduqda 
onların  faydalı  istifadə  müddətindəki  dəyişikliklər  sonrakı  dövrdən  etibarən  uçota 
alınır. 
Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin 
edilən  xərclər  çıxılmaqla,  Qrupun  həmin  aktivin  satışı  nəticəsində  əldə  edəcəyi 
təxmin  edilən  məbləğ  aktivin  qalıq  dəyəridir.  Əgər  Qrup  aktivlərini  fiziki  istismar 
müddətinin  sonuna  qədər  istifadə  edəcəyini  gözləyərsə  və  əlavə  qalıq  dəyərinin 
mövcud olmadığı nəzərdə tutulursa, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin 
qalıq  dəyəri  lazım  olduqda  hər  bir  maliyyə  vəziyyəti  haqqında  hesabat  tarixində 
nəzərdən keçirilir və dəqiqləşdirilir. 
Əməliyyat lizinqi. Qrup lizinq alan qismində çıxış etdikdə və lizinq obyektlərinin 
mülkiyyət  hüququ  ilə  əlaqədar  risk  və  faydalar  lizinq  verən  tərəfindən  Qrupa 
ötürülmədikdə, əməliyyat lizinqi müqavilələri üzrə cəmi ödənişlər lizinqin müddəti 
ərzində bərabər çıxılmalar metoduna əsasən mənfəət və ya zərərdə qeydə alınır.   
Lizinqin  müddəti  lizinq  alan  tərəfindən  əmlakın  lizinqə  götürülməsi  üçün  əlavə 
şərtlərlə  birlikdə  müqavilənin  imzalanması  ləğv  oluna  bilməyən  dövrdür.  Lizinq 
müddəti  ləğv  edilə  bilməyən  elə  müddətdir  ki,  lizinq  alan  aktivi  həmin  müddətə 
lizinqə götürmək müqaviləsini imzalamış və hər hansı əlavə müddətləri də nəzərə 
almaqla lizinq alan əlavə ödənişlər etməklə və ya əlavə ödənişlər etmədən lizinq 
müddətinin əvvəlində bu hüququn istifadə edilməsinə kifayət qədər əmin olduğu 
halda, əmlakın lizinq müddətini artırmaq hüququna malikdi.
Əmlak,  əməliyyat  lizinqinin  şərtlərinə  əsasən  lizinqə  verildikdə  lizinq  ödənişləri 
üzrə debitor borcları lizinqin ümumi müddəti ərzində bərabər çıxılmalar metodun-
dan istifadə etməklə lizinq gəliri kimi uçota alınır.
Qudvil.  Qudvil  ilkin  olaraq  məcmu  ödənişin  və  qeyri-nəzarət  payının  müəyyən 
edilə  bilən  xalis  aktivlər  və  güman  olunan  öhdəliklərdən  artıq  hissə  olan  dəyər 
kimi  hesablanır. Əgər bu məbləğ əldə edilmiş törəmə müəssisənin xalis aktivlərinin 
ədalətli dəyərindən azdırsa, bu fərq gəlir və ya zərər kimi qeydə alınır. 
İlkin  tanınmadan  sonra  qudvil  maya  dəyərindən  hər  hansı  qalıq  dəyərsizləşmə 
zərərini  çıxmaqla  ölçülür.  Dəyəsizləşmə  testi  üçün  müəssisələrin  birləşməsindən 
yaranan qudvil, yaranma tarixindən başlayaraq Qrupun birləşmədən fayda götürə 
biləcək hər bir pul vəsaitlərini yaradan vahidlərinə alınan müəssisənin sair aktiv və ya 
Köhnəlmə (davamı). 
Binalar və tikililər
12 - 40 il
Maşın və avadanlıqlar 
3 - 47 il
Gəmilər
25 il.


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə