Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə50/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

143
Dövlət qrantları. Dövlət qrantları onların Qrup tərəfindən alınması və Qrupun 
bu qrantlarla bağlı bütün şərtləri yerinə yetirəcəyi haqda əsaslı əminlik yarandıqda 
ədalətli  dəyərlə  uçota  alınır.  Əsas  vəsaitlərin  alınması  ilə  bağlı  alınmış  qrant-
lar  uzunmüddətli  öhdəliklərdə  təxirə  salınmış  gəlir  kimi  uçota  alınır  və  müvafiq 
aktivlərin gözlənilən faydalı istifadə müddəti ərzində bərabər çıxılmalar metoduna 
əsasən mənfəət və ya zərərdə gəlirə aid edilir.
Gəlirlər ilə bağlı alınmış qrantlar təxirə salınır və onların kompensasiya edəcəyi 
xərclərə  uyğunlaşdırılması  üzrə  tələb  olunan  dövr  ərzində  mənfəət  və  ya  zərərə 
daxil edilir.
Aktivlərin  ləğv  olunması  üzrə  öhdəliklər.  Qrup  qurğu  və  ya  avadanlığın 
bir  hissəsinin  sökülməsi  və  ya  ləğv  edilməsi  və  onların  yerləşdiyi  ərazini  bərpa 
etməsi üzrə öhdəliyə malik olduqda və həmin öhdəliklə bağlı əsaslı təxminlər irəli 
sürüldükdə aktivlərin silinməsi ilə bağlı xərclər üzrə öhdəliklər uçota alınır. Neft və 
təbii qazın hasilatı və ya nəqli üçün nəzərdə tutulan qurğular kimi yeni qurğularla 
bağlı öhdəliklər tikinti və ya quraşdırılma zamanı uçota alınır. Aktivlərin ləğv olunması 
üzrə  öhdəlik  qanunvericilikdə  baş  vermiş  dəyişiklik  ilə  əlaqədar  olaraq  qurğunun 
istismar dövrü ərzində yarana bilər. Uçota alınmış məbləğ yerli şərait və tələblərə 
uyğun olaraq müəyyən edilmiş gözlənilən gələcək xərclərin cari dəyərini əks etdirir. 
Bundan  əlavə,  əsas  vəsaitlərin  maya  dəyərində  aktivlərin  ləğv  olunması  üzrə 
öhdəliklər üçün təxmin edilən öhdəliklərin məbləği həcmində düzəliş aparılır.
Gələcək xərclərin məbləği və müddəti ilə bağlı təxminlərdəki dəyişikliklərə görə 
öhdəliyin cari dəyərində baş vermiş hər hansı dəyişiklik ehtiyat və əsas vəsaitlər üzrə 
kapitallaşdırılmış müvafiq xərclərə düzəliş kimi göstərilir. Tamamilə köhnəlmiş qurğu 
və ya avadanlığın sökülməsi və ya ləğv edilməsi üçün gələcək xərclərin məbləği və 
müddəti ilə bağlı təxminlərdəki dəyişikliklər ümumi gəlir haqqında hesabatda uçota 
alınır.  Diskontlaşdırılmış  dəyərə  düzəliş  nəticəsində  öhdəliyin  cari  dəyərində  baş 
vermiş dəyişikliklər ümumi gəlir haqqında hesabatda maliyyə xərcləri kimi göstərilir. 
Öhdəliklər və məsrəflər üzrə ehtiyatlar. Öhdəliklər və məsrəflər üzrə ehtiyat-
lara qeyri-müəyyən müddət və ya məbləğə malik olan öhdəliklər daxildir. Qrup keçmiş 
hadisələr  nəticəsində  hüquqi  və  ya  işgüzar  praktikadan  irəli  gələn  öhdəliklərə  malik 
olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi üçün Qrupdan iqtisadi resursların sərf 
olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ölçülə 
bildikdə ehtiyatlar uçota alınır. Ehtiyatlar gələcək əməliyyat zərərləri üçün uçota alınmır.
Bir sıra analoji öhdəliklər mövcud olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi 
məqsədilə  resursların  sərf  olunması  ehtimalı  ümumilikdə  bütün  öhdəliklər  üçün 
müəyyən edilir. Ehtiyat, hətta öhdəlik ilə eyni sinfə daxil olan hər-hansı bir ayrıca 
maddə üzrə resursların sərf olunması ehtimalı az olduqda belə qeydə alınır.


144
Ehtiyatlar  vergidən  əvvəl  faiz  dərəcəsindən  istifadə  etməklə,  öhdəliyin  yerinə 
yetirilməsi üçün zəruri olan xərclərin cari dəyəri ilə qiymətləndirilir. Vergidən əvvəl 
faiz dərəcəsi pul vəsaitlərinin vaxt dəyəri üzrə cari bazar qiymətlərini və öhdəliklərə 
xas olan riskləri əks etdirir. Vaxtın keçməsinə görə ehtiyatlardakı artım faiz xərcləri 
kimi uçota alınır. 
Dövlətə ayırmalar. Dövlətə ayırmalar hökumətin xüsusi qərarlarına uyğun olaraq 
dövlət  büdcəsinə,  ayrı-ayrı  dövlət  agentliklərinə  və  hökumətin  həyata  keçirdiyi 
layihələrə  Qrup  tərəfindən  pul  şəklində  qoyuluşları  və  ya  maliyyələşdirməni  əks 
etdirir. Bu cür ayırmalar kapitalın azalması kimi uçota alınır. Pul şəklində olmayan 
ayırmalar köçürülmüş aktivlərin balans dəyərində qeydə alınır.
Əlavə Dəyər Vergisi. Vergi orqanları satış və alış əməliyyatları üzrə əlavə dəyər 
vergisinin (“ƏDV”) xalis ödənilməsinə icazə verir.
ƏDV  üzrə  kreditor  borcu:  ƏDV  üzrə  kreditor  borcu  maliyyə  vəziyyəti  haqqında 
hesabat tarixində əvəzləşdirilmiş alışlar üzrə ƏDV-ni çıxmaqla, müştərilərə satışların 
tanınması  zaman  vergi  orqanlarına  ödənilməli  olan  satış  üzrə  ƏDV  məbləğidir. 
Maliyyə  vəziyyəti  haqqında  hesabat  tarixində  əvəzləşdirilməmiş  satışlar  üzrə 
ƏDV  (əvəzləşdirilən  ƏDV)  həmçinin  ƏDV  üzrə  kreditor  borcuna  daxildir.  Debitor 
borclarının  dəyərsizləşməsi  üzrə  ehtiyat  yaradıldıqda,  dəyərsizləşmə  üzrə  ehtiyat 
lazım  olduqda  ƏDV  daxil  olmaqla,  debitor  borcunun  ümumi  məbləğində  qeydə 
alınır. ƏDV üzrə müvafiq təxirə salınmış öhdəlik vergi məqsədləri üçün debitor borcu 
silinənə qədər saxlanılır.
Büdcədən tələb edilə bilən ƏDV: Büdcədən tələb edilə bilən ƏDV maliyyə vəziyyəti 
haqqında hesabat tarixində əvəzləşdirilməmiş alışlara aiddir. Büdcədən tələb edilə 
bilən ƏDV alışlar üçün ödəniş aparıldıqda satışlar üzrə ƏDV ilə əvəzləşdirilə bilər.
Gəlirlərin uçotu. Gəlirlər, Qrupun adi fəaliyyət gedişində satılmış mallar və ya 
göstərilmiş xidmətlərə görə alınmış və ya alınacaq məbləğin ədalətli dəyərini əks 
etdirir. Gəlirlər, Qrup daxilində satışlar silinməklə ƏDV, mənfəət, güzəşt və satışdan 
tutulan sair vergilər (əgər mövcuddursa) çıxılmaqla göstərilir.  
Xam neftin satışından yaranan gəlirlər adətən neftin tankerə və ya digər nəqliyyat 
vasitələrinə  yükləndiyi  zaman  xam  neft  üzrə  mülkiyyət  hüququ  ilə  bağlı  risk  və 
faydaların  ötürüldüyü  anda  qeydə  alınır.  Neft  məhsullarının  satışından  yaranan 
gəlirlər  adətən  məhsulların  yükləndiyi  zaman  məhsul  üzrə  mülkiyyət  hüququ  ilə 
bağlı  risk  və  faydaların  ötürüldüyü  anda  qeydə  alınır.  Təbii  qazın  satışından  ya-
ranan gəlirlər qaz sayğaclarındakı göstəricilərə (hər ay nəzarət edilir) və sonuncu 
göstəricidən hesabat dövrünün sonuna qədər istehlakçıların proqnozlaşdırılan qaz 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə