Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə58/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   54   55   56   57   58   59   60   61   ...   79

160
nəzərdə tutulmadığı halda), (II) müəssisələrin birləşməsi nəticəsində dəyişdirilməmiş 
və ya könüllü şəkildə dəyişdirilmiş səhm əsasında ödəniş şərtlərinə dair tövsiyələrin 
verilməsi və (III) yenidən işlənmiş BMHS 3-ün (2008-ci ilin yanvar ayında dərc edilmişdir) 
qüvvəyə mindiyi tarixdən əvvəl baş vermiş müəssisələrin birləşməsi nəticəsində ya-
ranan şərti ödənişlərin BMHS 3-ün əvvəlki versiyasının tələblərinə uyğun olaraq nəzərə 
alınması göstərilməlidir; yenidən işlənmiş BMHS 7 məlumatların açıqlanması sahəsində 
bəzi tələbləri dəqiqləşdirir, o cümlədən (I) maliyyə risklərinin xarakteri və səviyyəsi 
barədə məlumatının keyfiyyət və kəmiyyət acıqlamalarının qarşılıqlı əlaqəsinə xüsusi 
diqqət  yetirilir  (II)  şərtlərinə  yenidən  baxılmış  və  əks  təqdirdə  vaxtı  keçmiş  və  ya 
dəyərsizləşmiş maliyyə aktivlərinin balans dəyərinin açıqlanması tələb olunmur, (III) 
girov təminatının ədalətli dəyəri ilə bağlı məlumatların açıqlanması tələbi onun maddi 
təsirinin açıqlanmasına dair daha ümumi tələb ilə əvəzləşdirilmişdir; (IV) müəssisənin 
hesabat dövrü ərzində əldə edilmiş məbləği yox, hesabat tarixinə istifadə hüququn-
dan  məhrum  edilmiş  girov  təminatının  məbləğini  açıqlaması  aydınlaşdırılır;  yenidən 
işlənmiş BMS 27 (2008-ci ilin yanvar ayında edilmiş dəyişiklikləri nəzərə alaraq) bu 
standarta edilmiş dəyişikliklər nəticəsində BMS 21, BMS 28 və BMS 31 standartlarında 
yaranan  dəyişikliklər  ilə  bağlı  keçid  qaydalarını  aydınlaşdırır;  yenidən  işlənmiş  BMS 
34-də  yığcam  aralıq  maliyyə  hesabatlarında  açıqlanmalı  olan  əhəmiyyətli  hadisələr 
və əməliyyatlara dair əlavə nümunələr, o cümlədən ədalətli dəyərlə qiymətləndirmə 
iyerarxiyasının  səviyyələri  arasında  yerdəyişmələr,  maliyyə  aktivlərinin  təsnifatındakı 
dəyişikliklər  və  ya  müəssisənin  maliyyə  alətlərinin  ədalətli  dəyərinə  təsir  göstərən 
faəliyyət şəraiti və iqtisadi vəziyyətdəki dəyişikliklər əks etdirilir; və yenidən işlənmiş 
BMHŞK 13 mükafatlandırma ilə bağlı  ödənişlərin ədalətli dəyərinin qiymətləndirilməsi 
üsulunu müəyyənləşdirir. Qrup vaxtından əvvəl qəbul etdiyi BMS 1 üzrə dəyişikliklər 
istisna olmaqla, bu dəyişikliklərin onun maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə 
təsir edəcəyini gözləmir.
BMHS-i  ilk  dəfə  qəbul  edən  müəssisələrin  BMHS  7-yə  uyğun  olaraq 
müqayisəli  məlumatları  açıqlamaq  tələbindən  məhdud  həcmdə  azad 
edilməsi  –  BMHS  1-ə  Dəyişiklik  (1  iyul  2010-cu  il  və  ya  bu  tarixdən  son-
ra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minir).  Bu  dəyişiklik  BMHS-i  ilk  dəfə  qəbul 
edən müəssisələri 2009-cu ilin mart ayında BMHS 7 “Maliyyə Alətləri: Məlumatların 
Açıqlanması” Standartına edilmiş dəyişikliklərə uyğun olaraq müqayisəli məlumatları 
açıqlamaq tələbindən azad edir. BMHS 1-ə edilmiş bu dəyişiklik BMHS-i ilk dəfə qəbul 
edən müəssisələri BMHS 7-yə edilmiş düzəlişləri tətbiq edərkən istifadə olunan eyni 
azadolmalar  ilə  təmin  edir.  Qrup  bu  dəyişikliklərin  onun  maliyyə  hesabatlarına  hər 
hansı təsirini gözləmir.
Məlumatların  açıqlanması  –  Maliyyə  aktivlərinin  ötürülməsi  –  BMHS 
7-yə  Dəyişiklik  (2010-cu  ilin  oktyabr  ayında  dərc  edilmişdir  və  1  iyul  2011-ci 
il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu dəyişiklik 
maliyyə  aktivlərinin  ötürülməsi  zamanı  yaranan  riskin  həcminə  dair  məlumatların 


161
əlavə açıqlanmasını tələb edir. Həmin dəyişiklik şirkətin balansında olan qarşı tərəfə 
ötürülmüş  maliyyə  aktivlərinin  növləri  üzrə  aşağıdakı  məlumatların  açıqlanması 
tələbini  əhatə  edir:  aktivlə  bağlı  risk  və  faydaların  xarakteri,  dəyəri  və  təsviri.  Eyni 
zamanda istifadəçiyə aktivlə bağlı maliyyə öhdəliyinin həcmini, eləcə də maliyyə aktivi 
və onunla bağlı maliyyə öhdəliyi arasında qarşılıqlı əlaqəni anlamaq imkanı yaradan 
məlumatların açıqlanması zəruridir. Maliyyə aktivin uçotdan çıxarıldıqda, lakin, şirkətin 
hələ də müəyyən risklərə məruz qaldığı və ötürülmüş aktivlə bağlı müəyyən faydalar 
əldə etmək iqtidarında olduğu təqdirdə, belə riskin həcminin istifadəçiyə aydın olması 
üçün  əlavə  məlumatların  açıqlanması  tələb  olunur.  Hazırda  Qrup  yenidən  işlənmiş 
standartın onun konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir.
BMHS  10,  “Konsolidə  edilmiş  Maliyyə  Hesabatları”  hər  növ  müəssisələrin 
konsolidasiyası üçün əsas kimi götürülə biləcək model ilə təmin edir. Standart nəzarət 
prosesinin  çətin  olduğu  hallar:  potensial  səsvermə  hüququ,  agentlik  münasibətləri, 
müəyyən  aktivlərin  və  səsvermə  hüququnun  həlledici  olmadığı  şərtlərin  mövcud 
olduğu hallarda nəzarət üçün tələbləri müəyyən edir. Bundan əlavə BMHS 10 agent-
lik  münasibətləri  üçün  xüsusi  istiqamətləndirici  proqram  təqdim  edir.  Bu  stan–              
dart  həmçinin  BMS  27-dən  dəyişməz  qalan  mühasibat  uçotu  tələblərini  və  konsoli-
dasiya  prosedurlarını  ehtiva  edir.  BMHS  10  ŞDK-12  “Konsolidasiya-Xüsusi  Məqsədli 
Müəssisələr”  və  BMS  27  “Konsolidasiya  edilmiş  və  Müstəqil  Maliyyə  Hesabatlarında 
olan konsolidasiya” tələblərini əvəz edir və 1 Yanvar 2013-cü il tarixindən və sonra 
başlayan dövrlər üçün qüvvəyə minir. Hal-hazırda Qrup BMHS 10-un qəbulunun onun 
maliyyə vəziyyətinə və fəaliyyətinə mümkün təsirini qiymətləndirir.   
BMHS  11,  “Birgə  Layihələr”  Layihə  tərəflərindən  layihədə  iştirakdan  yaranan 
hüquq və öhdəliklərin tanınmağını tələb etməklə vahid prinsip əsasında yanaşma təqdim 
edir, hansıki birgə layihələrin uçotunu təkmilləşdirir. Birgə layihənin təsnifləşdirilməsi 
müqavilədən irəli gələn hüquq və vəzifələrin qiymətləndirilməsi ilə müəyyən edilir. Stan-
dartda ancaq 2 layihə növü təqdim olunur: birgə əməliyyat və birgə müəssisə. BMHS 
11 birgə müəssisələrin uçot metodu olan proporsional konsolidasiyanı aradan qaldırır. 
BMHS 11 BMS 31 “Birgə Müəssisələrdə İştirak payları” və ŞDK-13 “Birgə İdarəolunan 
Müəssisələr-Sahibkarlar tərəfindən qeyri-monetar töhfələr” tələblərini əvəz edir və 1 
Yanvar 2013-cü il tarixindən və sonra başlayan dövrlər üçün qüvvədə olacaqdır. Hal-
hazırda Qrup BMHS 11-in qəbulunun onun maliyyə vəziyyətinə və fəaliyyətinə müm-
kün təsirini qiymətləndirir.      
BMHS 12, “Digər Müəssisələrdə iştirak payının açıqlanması” standartı 2011-
ci il may ayında buraxılmış yeni standartdır, bu standart bütün növ iştirak payılarının 
(törəmə  müəssisələr,  birgə  müqavilələr,  əlaqəli  müəssisələr  və  konsolidə  edilməmiş 
tərkib  müəssisələr)  açıqlanması  tələblərini  ətraflı  şəkildə  özündə  əks  etdirir.  BMHS 
12 2013-cü il yanvarın 1-də və ya ondan sonrakı dövrlər üçün qüvvədədir, qüvvəyə 
minmə tarixindən əvvəl  tətbiqinə icazə verilir. Standartın tətbiqi yeni açıqlamaların he-


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə