Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə57/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   53   54   55   56   57   58   59   60   ...   79

158

Maliyyə  aktivləri  iki  qiymətləndirmə  kateqoriyasında  təsnifləşdirilməlidir: 
ilkin  qiymətləndirmədən  sonra  ədalətli  dəyərlə  qiymətləndirilən  aktivlər  və  ilkin 
qiymətləndirmədən  sonra  amortizasiya  edilmiş  dəyərlə  qiymətləndirilən  aktivlər. 
Təsnifləşdirmə  ilə  bağlı  qərar  ilkin  uçot  zamanı  qəbul  edilməlidir.  Təsnifləşdirmə, 
müəssisənin maliyyə alətlərinin idarə edilməsi üzrə biznes modeldən və alət üzrə nağd 
pul axınlarının xüsusiyyətindən asılıdır. 

Maliyyə aləti yalnız borc aləti olduqda ilkin qiymətləndirmədən sonra amortiza-
siya edilmiş dəyərlə qiymətləndirilir. Eyni zamanda bu aktiv aşağıdakı tələblərə cavab 
verməlidir: (i) müəssisənin biznes modelinin məqsədi aktivi saxlamaq yolu ilə onun 
yaratdığı nağd pul axınlarını əldə etməkdən ibarətdir və (ii) aktivin yaratdığı nağd pul 
axınları yalnız əsas məbləği və faiz ödənişlərini əks etdirir (yəni, maliyyə aləti yalnız 
‘kreditin ən sadə xüsusiyyətlərinə’ malikdir). Bütün sair borc alətləri mənfəət və zərər 
vasitəsilə ədalətli dəyərlə qiymətləndirilməlidir.

Bütün  pay  alətləri  ilkin  qiymətləndirmədən  sonra  ədalətli  dəyərlə 
qiymətləndirilməlidir. Satış üçün nəzərdə tutulan pay alətləri mənfəət və zərər vasitəsilə 
ədalətli  dəyərlə  qiymətləndirilməli  və  əks  etdirilməlidir.  Bütün  digər  pay  qoyuluşları 
ilə  bağlı  ədalətli  dəyərlə  yenidən  qiymətləndirmə  üzrə  realizasiya  edilməmiş  və  re-
alizasiya edilmiş gəlir və zərərlərin mənfəət və zərər kimi deyil, sair ümumi gəlirlər 
kateqoriyasında uçota alınması üçün ilkin uçot zamanı yekun seçim edilə bilər. Ədalətli 
dəyərlə yenidən qiymətləndirmə üzrə gəlir və xərclər mənfəət və zərərə aid edilmir. Bu 
seçim hər bir maliyyə aləti üçün fərdi qaydada tətbiq edilə bilər. Dividendlər, investisiya 
üzrə gəlirləri əks etdirdi zaman mənfəət və ya zərərdə göstərilməlidir. 

Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı BMS 39-
un əksər tələbləri dəyişdirilmədən BMHS 9-a köçürülmüşdür. Əsas dəyişiklik mənfəət 
və ya zərər vasitəsilə ədalətli dəyərdə qeydə alınan maliyyə öhdəlikləri kateqoriyasına 
aid  edilmiş  öz  kredit  riski  üzrə  dəyişikliklərin  effektinin  müəssisələr  tərəfindən  sair 
ümumi gəlirlərin tərkibində açıqlanması tələbindən ibarətdir. 
1  yanvar  2013-cü  il  tarixindən  BMHS  9  məcburi  şəkildə  tətbiq  edilir,  lakin  həmin 
standartın bu tarixdən əvvəl tətbiqinə icazə verilir. Hazırda Qrup bu standartın tətbiqi 
nəticələrini,  onun  maliyyə  hesabatlarına  təsirini  və  tətbiq  olunma  tarixini  nəzərdən 
keçirir.
Səhm emissiyalarının təsnifləşdirilməsi – BMS 32 Standartına dəyişiklik 
(8 oktyabr 2009-cu il tarixində dərc edilmişdir; 1 fevral 2010-cu il və ya bu tarixdən 
sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu dəyişiklik xarici valyutada ifadə 
olunan  müəyyən  səhm  emissiyaları  üzrə  daxilolmaları  maliyyə  derivativləri  kimi 
təsnifləşdirilməkdən azad edir. 
Qrup bu standartın tətbiqi nəticələrini, onun maliyyə hesabatlarına təsirini və tətbiq 
olunma tarixini nəzərdən keçirir.
Əlaqəli  tərəflər  barədə  açıqlamalar  standartına  dəyişiklik  (2009-cu  ilin    


159
noyabr ayında dərc edilmişdir və 1 yanvar 2011-ci il və ya bu tarixdən sonra başlayan 
illik dövrlər üçün qüvvəyə minir). BMS 24 2009-cu ildə yenidən nəzərdən keçirilmiş 
və nəticədə: (a) əlaqəli tərəf anlayışı sadələşdirilmiş, onun mənası dəqiqləşdirilmiş və 
uyğunsuzluqlar aradan qaldırılmışdır və (b) dövlət müəssisələr barədə açıqlamaların 
təqdim edilməsi ilə bağlı tələblər qismən azad edilmişdir. Hazırda Qrup bu şərhin onun 
konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir.
BMHŞK 19, Maliyyə öhdəliklərinin pay alətləri ilə ödənilməsi (1 iyul 2010-
cu  il  və  ya  bu  tarixdən  sonra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minir).  Bu  şərh 
müəssisənin  borc  öhdəliklərinin  yerinə  yetirilməsi    üzrə  şərtləri  yenidən  nəzərdən 
keçirdiyi və nəticədə borclu tərəfin qarşı tərəfə pay alətlərinin buraxılması hesabına 
öhdəliyin yerinə yetirildiyi hallarda uçot qaydasını müəyyən edir. Gəlir və ya zərər pay 
alətlərinin  ədalətli  dəyərinin  borc  öhdəliyinin  balans  dəyəri  ilə  müqayisəsi  əsasında 
mənfəət və ya zərərdə əks etdirilir. Hazırda Qrup bu şərhin onun konsolidasiya edilmiş 
maliyyə hesabatlarına təsirini qiymətləndirir.
Minimal  maliyyələşdirmə  tələbləri  həcmində  qabaqcadan  ödənişlər  – 
BMHŞK 14-ə Dəyişiklik (1 yanvar 2011-ci il və ya bu tarixdən sonra başlayan illik 
dövrlər üçün qüvvəyə minir). Bu dəyişiklik yalnız müəyyən edilmiş ödənişlərdən ibarət 
pensiya planları çərçivəsində minimal ödənişləri həyata keçirməli olan müəssisələrə 
aid edildiyi üçün məhdud təsirə malikdir. Dəyişiklik həmçinin, minimal maliyyələşdirmə 
tələblərinin tətbiq edildiyi pensiya planları üzrə könüllü ödənişlər ilə bağlı BMHŞK 14-
ün nəzərdə tutulmayan nəticələrini aradan qaldırır. Hazırda Qrup bu şərhin onun kon-
solidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir.
Beynəlxalq Maliyyə Hesabatı Standartlarının təkmilləşdirilməsi (2010-cu 
ilin may ayında dərc edilmişdir və 1 yanvar 2011-ci il tarixindən qüvvəyə 
minir). Təkmilləşdirmələr aşağıdakı standartlara və onlara dair şərhlərə edilmiş əsaslı 
dəyişikliklər  və  izahatlardan  ibarətdir:  yenidən  işlənmiş  BMHS  1-ə  uyğun  olaraq: 
(I)  əvvəlki  mühasibat  qaydalarına  uyğun  olaraq  hesablanmış  balans  dəyəri  əsas 
vəsaitlər və qeyri-maddi aktivlər üzrə hər bir maddənin şərti hesablanmış dəyəri kimi 
istifadə  edilə  bilər  (əgər  həmin  maddə  əmsalların  tənzimlənməsi  tələbi  ilə  üzləşən 
əməliyyatlarda  istifadə  edilmişdirsə)  (II)  müəyyən  hadısənin  nəticəsində  yaranmış 
yenidən qiymətləndirmə BMHS-ə uyğun hazırlanmış ilk maliyyə hesabatlarının əhatə 
etdiyi dövr ərzində baş verməsindən asılı olmayaraq, əsas vəsaitlərin şərti hesablanmış 
dəyəri kimi istifadə oluna bilər və (III) BMHS-i ilk dəfə tətbiq edən müəssisələr BMHS-ə 
uyğun birinci aralıq hesabatı ilə BMHS-ə uyğun birinci maliyyə hesabatları arasındakı 
müddət ərzində öz uçot siyasətinə və BMHS 1-də nəzərdə tutulan istisnalara dəyişiklik 
edərsə, həmin dəyişiklikləri izah etməlidir; yenidən işlənmiş BMHS 3-ə uyğun olaraq 
(i) mövcud iştirak paylarını əks etdirməyən və müəssisənin likvidasiyası halında xalis 
aktivlərdə proporsional həcmdə pay əldə etmək hüququ verməyən nəzarət olunmayan 
iştirak payı ədalətli dəyərlə qiymətləndrilməlidir (BMHS-də başqa qiymətləndirmə üsulu 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə