Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə55/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

154
4.    Yeni  və  ya  yenidən  i̇şlənmiş  standartların  və  onlara  dair  şərhlərin 
tətbiqi
a) 1 yanvar 2010-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 
qüvvəyə minmiş standartlar
Aşağıdakı yeni standartlar və onlara dair şərhlər 1 yanvar 2010-cu il tarixindən Qrup 
üçün qüvvəyə minmişdir: 
BMHŞK 17, Nağd olmayan aktivlərin səhmdarlar arasında bölüşdürülməsi 
(1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu 
şərh, nağd olmayan aktivlərin səhmdarlara dividend şəklində ödənilməsi zaman uçot 
qaydasını əks etdirir. Müəssisə, nağd olmayan aktivlərin dividend şəklində səhmdarlara 
ödənilməsi öhdəliyini bölüşdürüləcək aktivlərin ədalətli dəyərində qiymətləndirməlidir. 
Bölüşdürülmüş  nağd  olmayan  aktivlərin  silinməsindən  yaranan  gəlir  və  ya  zərər 
müəssisə  tərəfindən  dividendlər  ödənildikdən  sonra  il  üzrə  mənfəət  və  ya  zərərdə 
qeydə  alınmalıdır.  Qrup  yenidən  işlənmiş  standartın  hazırkı  konsolidasiya  edilmiş 
maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir etmədiyi qənaətinə gəlmişdir.
BMS 27, Konsolidasiya edilmiş və fərdi maliyyə hesabatları (2008-ci ilin yan-
var ayında yenidən işlənmişdir; 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik 
dövrlər üçün qüvvəyə minir). Yenidən işlənmiş BMS 27 şirkətdən ümumi gəlirlərin baş 
müəssisə sahiblərinə və qeyri-nəzarət paya (bundan əvvəl “azlığın payı”) qeyri nəzarət 
payı üzrə nəticələrin defisiti olduğu təqdirdə belə aid edilməsini tələb edir (əvvəlki stan-
dart əksər hallarda artıq zərərlərin baş müəssisənin sahiblərinə aid edilməsini tələb     
edirdi). Bundan əlavə, yenidən işlənmiş standartda göstərilir ki, baş müəssisənin törəmə 
müəssisədəki iştirak payında nəzarətin itirilməsi ilə nəticələnməyən dəyişikliklər səhm 
alətləri üzrə əməliyyatlar kimi uçota alınmalıdır. Standart həmçinin törəmə müəssisə 
üzrə nəzarətin itirilməsi nəticəsində yaranan hər hansı mənfəət və ya zərərin müəssisə 
tərəfindən necə qiymətləndirilməsini müəyyənləşdirir. Nəzarətin itirildiyi tarixdə keçmiş 
törəmə müəssisədə saxlanılmış investisiyalar ədalətli dəyərlə ölçülməlidir.
Əvvəllər  Qrupun  müəssisə  üzərində  nəzarəti  və  ya  əhəmiyyətli  təsiri  itdikdə, 
investisiyaların nəzarətin və ya əhəmiyyətli təsirin itmə tarixinə balans dəyəri saxlanılan 
iştirak  paylarının  əlaqəli  müəssisələr,  birgə  müəssisələr  və  ya  maliyyə  aktivləri  kimi 
sonrakı  uçotu  məqsədilə  istifadə  edilən  dəyərə  çevrilirdi.  Qrup  1  yanvar  2010-cu  il 
və  ya  bu  tarixdən  sonra  həyata  keçirilmiş  əməliyyatlara  yeni  uçot  qaydaları  tətbiq 
etmişdir. Bunun nəticəsində maliyyə hesabatlarında əvvəllər əks etdirilmiş məbləğlərə 
hər hansı düzəlişlərin aparılması zəruri olmamışdır.
BMHS 3, Müəssisələrin birləşməsi (2008-ci ilin yanvar ayında yenidən işlənmişdir; 
alış tarixi 1 iyul 2009 və ya bu tarixdən sonra başlayan birinci illik hesabat dövrünün 


155
başlanğıcı və ya sonra olan müəssisələrin birləşməsi üçün qüvvəyə minir). Yenidən 
işlənmiş BMHS 3 müəssisələrə nəzarət olunmayan iştirak paylarının əvvəlki BMHS 3 
üsulundan (alıcının əldə edilmiş müəssisənin identifikasiya edilə bilən xalis aktivlərində 
proporsional payı) istifadə etməklə və ya ədalətli dəyərlə qiymətləndirilməsi imkanını 
verir.  Yenidən  işlənmiş  BMHS  3  müəssisələrin  birləşməsində  alış  metodunun  tətbiqi 
üzrə  daha  ətraflı  təlimat  verir.  Qudvilə  aid  olan  hissənin  hesablanması  məqsədilə, 
hər  bir  mərhələli  alış  prosesində  bütün  aktiv  və  öhdəliklərin  ədalətli  dəyərlə 
qiymətləndirilməsi tələbi hesabatdan çıxarılmışdır. Bunun əvəzində alıcı müəssisələrin 
mərhələli  birləşməsi  zamanı  satın  alınan  müəssisədə  hər  əvvəlki  mərhələdə  sahib 
olduğu  payını  alış  tarixindəki  ədalətli  dəyərlə  yenidən  qiymətləndirməli  və  yaranan 
gəlir və ya zərəri (əgər gəlir və ya zərər əldə edilmişdirsə) il üzrə mənfəət və ya zərər 
kimi  əks  etdirməlidir.  Alış  ilə  bağlı  xərclər  müəssisələrin  birləşməsi  əməliyyatından 
ayrıca tanınır və qudvil kimi yox, xərc kimi uçota alınır. Alıcı şirkət alış tarixində alış ilə 
bağlı hər hansı şərti məbləğ üzrə öhdəliyi alış tarixində uçota almalıdır. Alış tarixindən 
sonra  bu  öhdəliyin  dəyərindəki  dəyişikliklər  qudvilin  təshih  edilməsi  yolu  ilə  deyil, 
tətbiq  edilən  digər  BMHS-lərə  uyğun  olaraq  uçota  alınır.  Yenidən  işlənmiş  BMHS  3 
yalnız bir neçə müəssisənin iştirakı ilə müəssisələrin birləşməsini və təkcə müqavilə 
əsasında həyata keçirilmiş müəssisələrin birləşməsini əhatə edir. Qrup yenidən işlənmiş 
standartın hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə 
təsir etmədiyi qənaətinə gəlmişdir.
Qrup üzrə pul şəklində səhm əsasında ödənişlər - BMHS 2, Səhm əsasında 
ödənişlər  standartına  dəyişikliklər  (1  yanvar  2010-cu  il  və  ya  bu  tarixdən 
sonra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minir).  Bu  dəyişikliklərdə  səhm  əsasında 
ödənişlərin konsolidasiya edilmiş və müstəqil maliyyə hesabatlarında təsnifləşdirilməsi 
üsulları aydın şəkildə müəyyən edilir. Həmin dəyişikliklər qüvvədən düşmüş BMHŞK 
8 və BMHŞK 11-də göstərilən təlimatı əks etdirir. Bu əlavələr standart üzrə şərhdə 
əvvəllər nəzərdə tutulmayan planları əhatə etmək üçün BMHŞK 11-də verilmiş təlimatı 
daha ətraflı açıqlayır. Dəyişikliklərdə həmçinin standarta Əlavədə göstərilən anlayışların 
izahı verilir. Qrup bu dəyişikliklərin onun konsolidasiya edilmiş maliyyə hesabatlarına 
hər hansı əhəmiyyətli təsirini gözləmir.
Müvafiq  hecləşdirilən  maddələr  –  BMS  39  Dəyişiklik,  Maliyyə  alətləri: 
Tanınması  və  qiymətləndirilməsi  (1  iyul  2009-cu  il  və  ya  bu  tarixdən  sonra 
başlayan  illik  dövrlərə  retrospektiv  qaydada  tətbiq  edilməklə  qüvvəyə  minir).  Bu 
dəyişiklik  hecləşdirilən  risk  və  ya  nağd  pul  axınlarının  bir  hissəsi  üçün  hecləşdirmə 
uçotunun tətbiq edilə bilməsini müəyyən edən prinsiplərin ayrı-ayrı vəziyyətlərdə necə 
istifadə edildiyini göstərir. Qrup bu dəyişikliklərin onun konsolidasiya edilmiş maliyyə 
hesabatlarına hər hansı əhəmiyyətli təsirini gözləmir.
BMHS  1,  Beynəlxalq  Maliyyə  Hesabatı  Standartlarının  ilk  dəfə  tətbiq 
edilməsi  (2008-ci  ilin  dekabr  ayında  edilmiş  dəyişikliyi  nəzərə  alaraq,  1  iyul  2009 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə