Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə49/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   45   46   47   48   49   50   51   52   ...   79

140
öhdəliklər bu vahidlərə ayırmasından asılı olmayaraq paylanır. Qudvil pul vəsaitlərini 
yaradan vahidinin bir hissəsi olduğu və vahid nəzdində fəaliyyətin bir hissəsi ləğv 
olunduğu  təqdirdə  həmin  fəaliyyətə  aid  edilən  qudvil  onun  ləğv  olunmasından 
yaranan  gəlir  və  zərərin  müəyyən  edilməsi  üçün  ləğv  olunan  fəaliyyətin  balans 
dəyərinə daxil olunur. Bu cür hallarda silinən qudvil ləğv olunan fəaliyyətin müvafiq 
dəyəri və pul vəsaitlərini yaradan qalan vahidin dəyəri əsasında ölçülür.
Qeyri-maddi  aktivlər.  Qeyri-maddi  aktivlər  yığılmış  amortizasiyanı  və 
dəyərsizləşmə zərərini çıxmaqla, maya dəyərində qeydə alınır. Qeyri-maddi aktivlərə 
hüquqlar  və  proqram  təminatı,  patentlər,  lisenziyalar,  müştəri  ilə  münasibətlər, 
ticarət adı, sudan istifadə hüquqları və işlənmə layihələri daxildir. 
Qeyri-maddi  aktivlərin  faydalı  istifadə  müddəti  məhdud  və  ya  qeyri-müəyyən 
olaraq qiymətləndirilir. Məhdud faydalı istifadə müddətinə malik olan qeyri-maddi 
aktivlər onların faydalı iqtisadi müddəti ərzində amortizasiya edilir və dəyərsizləşə 
bilməsinə dair əlamət mövcud olduqda dəyərsizləşmə üzrə qiymətləndirilir. Məhdud 
faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlər üzrə amortizasiya dövrü 
və amortizasiya metodu ən azı hər bir hesabat dövrünün sonunda nəzərdən keçiri–
lir.  Gözlənilən  faydalı  istifadə  müddəti  və  ya  aktiv  üzrə  daxil  olacaq  gələcək  iqti-
sadi səmərənin gözlənilən istifadə modelində baş verən dəyişikliklər müvafiq olaraq 
amortizasiya dövrünü və ya metodunu dəyişdirməklə uçot təxminlərində dəyişikliklər 
kimi qeydə alınır. Məhdud faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlər 
üzrə amortizasiya xərcləri ümumi gəlir haqqında hesabatda qeyri-maddi aktivlərin 
funksiyasına uyğun olaraq xərc kateqoriyasında tanınır.
Qeyri-maddi  aktivlər  (davamı).  Qeyri-müəyyən  faydalı  istifadə  müddətinə 
malik  olan  qeyri-maddi  aktivlər  amortizasiya  edilmir,  lakin  fərdi  qaydada  və  ya 
pul  vəsaitlərini  yaradan  biznes  vahidləri  səviyyəsində  hər  il  dəyərsizləşmə  üzrə 
yoxlanılır.  Qeyri-müəyyən  faydalı  istifadə  müddətinin  qiymətləndirilməsi  qeyri-
müəyyən istifadə müddətinin uyğun olmaqda davam edə biləcəyini müəyyən etmək 
üçün hər il nəzərdən keçirilir. İstifadə müddəti uyğun olmadıqda, istifadə müddəti 
sonrakı dövrdən etibarən qeyri-müəyyən müddətdən məhdud müddətə dəyişdirilir.
a) Hüquqlar və proqram təminatı
Proqram təminatı yığılmış amortizasiyanı çıxmaqla, maya dəyərində qeydə alınır. 
Amortizasiya,  bu  cür  aktivlərin  təxmin  edilən  faydalı  istifadə  müddətləri  ərzində 
bərabər  çıxılmalar  metoduna  əsasən  hesablanır.  Torpaq  üzərində  mülkiyyət 
hüquqlarına  su  bəndlərindən,  fabrik  ərazisindən,  liman  ərazisindən,  sahənin 
işlənməsi, sahə və su ötürmə xəttindən istifadə hüquqları daxildir. Petkim Petrokimya 
Holding A.S. (“Petkim”) şirkətinin alışı zamanı (Qeyd 26) əldə edilmiş qeyri-maddi 


141
aktivlər əvvəlcə 30 may 2008-ci il tarixinə BMHS 3-ə əsasən ədalətli dəyərdə uçota 
alınmış, və qeyri-müəyyən faydalı istifadə müddətinə malik olduğu üçün amortiza-
siya olunmayan su ötürmə xətti istisna olmaqla, alış tarixindən başlayaraq qeyri-
maddi aktivlərin qalan faydalı istifadə müddətləri ərzində amortizasiya edilmişdir. 
b) Müştəri ilə münasibətlər
Petkim  şirkətinin  xalis  aktivlərinin  bir  hissəsi  kimi  əldə  edilmiş  müştəri  ilə 
münasibətlər əvvəlcə 30 may 2008-ci il tarixinə BMHS 3-ə əsasən ədalətli dəyərdə 
uçota alınmış və alış tarixindən başlayaraq onların 22 illik faydalı istifadə müddətləri 
ərzində amortizasiya edilmişdir (Qeyd 15).
c) Petkim ticarət adı
Petkim şirkətinin alışı zamanı əldə edilmiş Petkim ticarət adı əvvəlcə 30 may 2008-
ci il tarixinə BMHS 3-ə əsasən ədalətli dəyərdə uçota alınmışdır. Petkim ticarət adı 
qeyri-müəyyən faydalı istifadə müddətinə malik olduğu üçün amortizasiya edilmir 
(Qeyd 15).
d) Sudan istifadə hüquqları
Petkim  şirkətinin  alışı  zamanı  əldə  edilmiş  sudan  istifadə  hüquqları  əvvəlcə  30 
may  2008-ci  il  tarixinə  BMHS  3-ə  əsasən  ədalətli  dəyərdə  uçota  alınmış  və  alış 
tarixindən başlayaraq onların 47 illik faydalı istifadə müddətləri ərzində amortiza-
siya edilmişdir (Qeyd 15). 
e) İşləmə layihələri
Petkim şirkətinin alışı zamanı əldə edilmiş işlənmə layihələri əvvəlcə 30 may 2008-
ci  il  tarixinə  BMHS  3-ə  əsasən  ədalətli  dəyərdə  uçota  alınmış  və  alış  tarixindən 
başlayaraq onların 5 illik faydalı istifadə müddəti ərzində bərabər çıxılmalar meto-
duna  əsasən  amortizasiya  edilmişdir.  İşlənmə  layihələri  ilə  bağlı  çəkilmiş  xərclər 
(yeni və ya təkmilləşdirilmiş məhsulların yaradılması və sınaqdan keçirilməsinə aid 
olan) layihənin texniki-iqtisadi əsaslandırılmasını nəzərə alaraq gerçəkləşəcəyi ehti-
mal edildikdə və yalnız xərclər etibarlı şəkildə qiymətləndirilə bildikdə, qeyri-maddi 
aktivlər kimi uçota alınır. Tədqiqat və işlənmə fəaliyyəti ilə bağlı sair xərclər yarandığı 
dövrdə xərc kimi uçota alınır. Qeyri-maddi aktivlər dəyərsizləşdikdə, onların balans 
dəyəri bərpa dəyərinə azaldılır. 
Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddətləri hər bir maliyyə vəziyyəti haqqında 
hesabat tarixində nəzərdən keçirilir və lazım olduqda onlara düzəlişlər edilir. 
Mənfəət vergisi. Konsolidasiya edilmiş hazırkı maliyyə hesabatlarında mənfəət 
vergisi maliyyə vəziyyəti haqqında hesabatın tarixinə qüvvədə olan və ya əsasən 


142
qüvvəyə  minmiş  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  hesablanmışdır.  Mənfəət 
vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya digər 
dövrdə  vergi  təsiri  sair  ümumi  gəlirlərdə  və  ya  bilavasitə  kapitalda  uçota  alınan 
əməliyyatlar istisna olmaqla, mənfəət və ya zərər kimi əks etdirilir.
Cari mənfəət vergisi, cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət və 
ya zərər ilə bağlı vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbləği 
təşkil edir. Mənfəət vergisindən başqa sair vergilər əməliyyat xərcləri kimi qeydə 
alınır.
Mənfəət vergisi (davamı). Təxirə salınmış mənfəət vergisi öhdəlik metodundan 
istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası və konsolidasiya edilmiş maliyyə 
hesabatlarında  onların  balans  dəyəri  arasında  yaranan  müvəqqəti  fərqlər  üçün 
tam hesablanır. Təxirə salınmış vergi aktivi, qüvvədə olan və ya maliyyə vəziyyəti 
haqqında hesabat tarixinə qüvvəyə minmiş vergi dərəcələrinə (və qanunvericiliyə) 
əsasən hesablanır və müvafiq təxirə salınmış vergi aktivinin realizasiya ediləcəyi və 
ya təxirə salınmış vergi öhdəliyinin yerinə yetiriləcəyi halda tətbiq edilməsi gözlənilir.
Təxirə  salınmış  vergi  aktiv  və  öhdəliklərinin  əvəzləşdirilməsi  cari  vergi  aktivləri 
və cari vergi öhdəliklərinin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 
hüquq olduqda, eləcə də qalıqları xalis şəkildə əvəzləşdirmək niyyəti mövcud olduğu 
halda təxirə salınmış vergi aktiv və öhdəlikləri eyni vergi orqanı tərəfindən vergiyə 
cəlb edilən müəssisə və ya vergiyə cəlb edilən ayrı-ayrı müəssisələrə tətbiq edilmiş 
vergilərə aid olduqda həyata keçirilə bilər.
Təxirə  salınmış  vergi  aktivləri  müvəqqəti  fərqlərin  istifadə  oluna  bilməsi  üçün 
vergiyə  cəlb  edilən  mənfəətin  əldə  edilməsi  ehtimalının  mövcud  olacağı  zaman 
hesablanır.
Təxirə  salınmış  mənfəət  vergisi,  Qrupun  müvəqqəti  fərqlərin  bərpası  dövrünə 
nəzarət  etməsi  və  müvəqqəti  fərqlərin  yaxın  gələcəkdə  bərpa  edilməməsi  ehti-
mal olunan hallar istisna olmaqla, törəmə və əlaqəli müəssisələrə investisiyaların 
qoyulmasından yaranan müvəqqəti fərqlər üçün hesablanır.
Təxirə  salınmış  mənfəət  vergisi,  aktivlərin  ləğv  olunması  üzrə  öhdəliklər  üçün 
ehtiyatın,  eləcə  də  əsas  vəsaitlərin  ilkin  dəyəri  üzrə  müvafiq  düzəlişlərin  uçota 
alınması  və  sonrakı  dövrdə  qiymətləndirilməsindən    yaranan  müvəqqəti  fərqlər 
üçün tam şəkildə hesablanır.  
Mal-material  ehtiyatları.  Mal-material  ehtiyatları  maya  dəyəri  və  xalis  satış 
dəyəri arasında ən aşağı olan dəyərdə qeydə alınır. Maya dəyəri orta çəki metodu 
ilə müəyyən edilir. Maya dəyərinə birbaşa alış xərcləri, hasilat xərcləri, nəqliyyat və 
istehsal xərcləri (normal iş həcminə əsasən) daxildir. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə