Heydər Əliyev Azərbaycan xalqının


Dalğıc və sualtı-texniki işlər



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə37/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   33   34   35   36   37   38   39   40   ...   79

108
Dalğıc və sualtı-texniki işlər   Dalğıc xidməti işlərinin vaxtında aparılmasına, yeni sualtı 
texnikanın alınması, sınaqdan keçirilməsi  və tətbiqi   ilə bağlı işlərin görülməsinə şöbənin 
mütəxəssisləri tərəfindən nəzarət edilmişdir. Dalğıc xidmətinin fəaliyyətini reqlamentləşdirən 
normativ sənədlərin tətbiqi təmin edilmişdir.  
Dalğıc  və  sualtı-texniki  işlər  üzrə  2010-cu  ildə  aşağıda  qeyd  olunmuş  işlər  həyata 
keçirilmişdir: 
Neft  hasilatının  fasiləsiz  təminatı  ilə  əlaqədar  hidrotexniki  qurğulara  dalğıc  xidməti, 
sualtı  dəniz  magistral,  mədəndaxili  boru  və  DDÖ-lər  arası  kəmərlərin  təmiri,  hidrotexni-
ki  qurğuların  dəniz  stasionar  özüllərin      tədqiqi,  dənizi  çirkləndirən  mənbələrin    aradan 
qaldırılması, gəmilərin gövdə, digər sualtı hissələrinin, pər-sükan qurğularının təmizlənməsi 
və tədqiqi, dəniz obyektlərində qəza-xilasetmə xidmətinin təşkili, sualtı boru kəmərlərinin, 
dik  dayaqlarının,  elektrik  kabellərinin,  şaxtalarının,  rabitə  dayaqlarının,  quyu  şaxtalarının 
bərkidilməsi və tədqiqi, DDÖ-rin metal konstruksiyalarının, sualtı boru kəmərlərinin, onların 
dik dayaqlarının, elektrik   kabellərinin, şaxtaların heyətsiz sualtı aparatla (HSA) tədqiqi.
  İnsan  Həyatının  Mühafizəsi  üzrə  Təlim  Mərkəzi  XDND-nin  tərkibində  yaradılmış 
İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində   ARDNŞ-nin tərkibindəki müəssisələrdə 
çalışan,  eləcə  də  ARDNŞ  ilə  müxtəlif  müqavilələr  əsasında  tərəfdaş  kimi  çıxış  edən 
müəssisələrdəki  dənizçilərin  və  dəniz  neftçilərinin  Beynəlxalq  Standartlara  və  Beynəlxalq 
Dəniz Konvensiyalarının tələblərinə uyğun olaraq dənizdə insan həyatının mühafizəsini təmin 
etmək üçün müasir tələblərə cavab verən kursların təşkil edilməsinə şöbənin mütəxəsisləri 
tərəfindən köməklik göstərilmiş və bu kursların  müasir tələblərə uyğun aparılmasına daima 
nəzarət edilir.
Təlim Mərkəzi tərəfindən aşağıdakı əsas işlər yerinə yetirilmişdir:
Təlim Mərkəzində 2010-cu ildə təşkil olunmuş kurslarda ümumi (neftçilər və xarici şirkətlər 
nəzərə alınmaqla) 1903 nəfər iştirak etmişdir:
O cümlədən:
• 
Gəmi heyətinin hazırlanması - 275 nəfər (NBJS);
• 
Əmniyyətli idarəetmə üzrə beynəlxalq məcəllə - 269 nəfər (MKUB);
• 
Gəmi və liman vasitələrinin mühafizəsinə aid beynəlxalq məcəllə - 109 nəfər (OSPS);
• 
Gəmi  idarə  heyətinin  yanğınla  mübarizəsi  üçün  genişləndirilmiş  kurs  –  176  nəfər 
(SOLAS);
• 
Qlobal dəniz fəlakətləri zamanı əmniyyətli rabitə sistemi – 142 nəfər (QMSSB);
• 
Xilasedici qayıq və sallar üzrə hazırlıq kursları -531 (XQSHK);
2010-cu ildə aşağıda göstərilmiş yeni  kurslar təşkil olunmuşdur;
-   Dalğıcların hazırlanması,
-   İlk tibbi yardım göstərilməsi,
-   Sürətli qayıqların idarə edilməsi, 
-  Gəmi sürücülərinin elektron-kartoqrafiya trenajorunda hazırlanması, 
-  Yanğın üzrə trenajorun hazırlanması və müvafiq hazırlıq kursu
Yaradılmış kurslar üzrə lazımı təlimatların keçirilməsi davam etdirilir.


109
2011-ci ildə aşağıdakı tədbirlərin şöbə tərəfindən həyata keçirilməsi zəruri 
hesab edilir:
-XDND-nin maliyyə borclarının ixtisar edilməsi və xidməti maya dəyərinin aşağı salınması 
üzrə tədbirlərin həyata keçirilməsi;
 -ARDNŞ-nin 30 avqust 2011-ci il tarixli 111  nömrəli əmri ilə 2025-ci ilə kimi ARDNŞ-nin 
strateji inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi;
-ARDNŞ-nin 12 iyul 2008-ci il tarixli 91 nömrəli əmri ilə əlaqədar risklərin idarə edilməsi 
üzrə müvafiq tapşırıqların  yerinə yetirilməsinin davam etdirilməsi;
-Xarici şirkətlərlə və Alyanslarla iqtisadi əməkdaşlığın davam  etdirilməsi;
-İnsan  Həyatının  Mühafizəsi  üzrə  Təlim  Mərkəzində  dənizçilərin  və  dəniz  neftçilərinin 
Beynəlxalq Standartlara və BDT-nin “Solas-74”  Konvensiyasının tələblərinə uyğun olaraq  
kurslarda hazırlıqların keçirilməsinin davam etdirilməsi;
-Təlim Mərkəzində  İxtisaslaşdırılmış üstüörtülü  hovuzun layihələndirilməsi və tikintisinə 
başlanılması.
-Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün gəmilərdə və sahil obyektlərində 
müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;
-Yanacaq və sürtkü materiallarından, elektrik enerjisindən səmərəli istifadə edilməsi ilə 
bağlı tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;
-ARDNŞ-nin tabeliyində olan idarə və müəsisələrə xidmət göstərən gəmilərin istismarına 
nəzarətin gücləndirilməsi və boş dayanmalara yol verilməməsi;
-Təhlükəsizlik  texnikası  qaydalarının  pozulmasının  qarşısının  alınması,  qəza  və  qəza 
yönəmli hadisələrin baş verməməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi;
-2011-2012-ci illər üçün payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinə başlanılması;
-Gəmi Təmiri Zavodunda gəmilərin qrafik üzrə təmir olunmaları ilə əlaqədar  tədbirlərin 
həyata keçirilməsi davam etdirilsməsi;
-Registr üzmə sənədlərinin müddətləri qurtarmış gəmilərin istismarına yol verilməməsi 
və onların digər gəmilər ilə əvəz olunmaları ilə əlaqədar tədbirlərin həyata keçirilməsi;
-Günəşli yatağında yerləşən stasionar platfomalarda sualtı dalğıc işlərinin vaxtında təmin 
edilməsi məqsədi ilə yeni Hava Mobil Dalğıc Kompleksinin alınmasının həyata keçirilməsi;
-“Təbriz Xəlilbəyli” gəmisində quraşdırılmış yeni  Heyətsiz Sualtı Dalğıc Aparatının istisi-
mara verilməsinin təmin  edilməsi.
2010-cu  ildə  ARDNŞ-nin  kommersiya  daşımaları  sahəsində  aşağıdakı  işlər  
görülmüşdür: ARDNŞ və “Palmali” İnternational Holdinq Kompani Limited aralarında 2 
may 2007-ci il tarixdə bağlanmış daşınma xidmətləri üzrə 237 saylı müqaviləyə əsasən 
ARDNŞ-ə məxsus olan xam neft və neft məhsullarının daşınması razılaşdırılmış qrafiklə 
həyata keçirilmişdir. Xam neft və neft məhsullarının 3 000-dən 300 000 dedveyt tona qədər 
olan partiyalarla müxtəlif növ gəmilərlə təhlükəsiz limanlara daşınması təmin olunmuşdur. 
Əməliyyatların koordinasiyası və işlərə ümumi nəzarət ARDNŞ-nin Marketinq və İqtisadi 
Əməliyyatlar İdarəsi tərəfindən aparılır. 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə