Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə35/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   31   32   33   34   35   36   37   38   ...   79

103
Hesabat ilində  şöbənin  rəhbərliyi  və mütəxəssisləri  tərəfindən  “Azneft”, “Azəriqaz”, 
“Azərikimya” İB-nin  müəssisələrində  və Geofizika və geologiya idarəsinin “Nəqliyyat və 
Xüsusi  texnika”  idarəsində  nəqliyyat  vasitələrindən  və  yanacaq-sürtkü  materiallarının  
istifadəsi  araşdırılarkən   müəyyən  edilmiş  nöqsan  və  çatışmazlıqların  aradan  qaldırılması  
üçün  müəssisə  rəhbərlərinə  müvafiq  göstərişlər  verilmişdir.
İl  ərzində    yerlərdən      balansdan    silinməyə    təqdim    edilən    994    ədəd    nəqliyyat  
vasitəsinin  vəziyyəti  aidiyyatı  şöbələrlə  birlikdə  araşdırılmış  və  onların  silinməsi  üçün  
müvafiq  rəylər  hazırlanmışdır.
Müəssisələr  tərəfindən  ehtiyat  hissələrinin  alınması  üçün  təqdim  olunan  tələbat  
şöbə  tərəfindən  araşdırılmış  və  onların  alınması  üçün  təkliflər  verilmişdir.
Bundan  başqa  ötən  illərdən  fərqli  olaraq,   yeni avtonəqliyyat  və  xüsusi  texnika  
vasitələrinin  alınması  haqqında  müəssisələrdən  daxil  olan  müraciətlər  tərəfimizdən  
əsaslı  qaydada  araşdırılmış, texniki  göstəriciləri  dəqiq  təhlil  edilib  və  araşdırıldıqdan  
sonra  onların  alınması  üçün   rəhbərliyə  təkliflər  verilmişdir.  Bu hal hal-hazırda da  
davam  etdirilməkdədir. 
Qeyd  edək  ki,  səmərəliliyin  artırılması  məqsədi  ilə  şöbəyə daxil  olan bütün  hesa-
batlar,  təklif  və  rəylərin  alınması elektron poçt  vasitəsi  ilə həyata keçirilir. 
ARDNŞ-nin  struktur bölmələrində  nəqliyyat  vasitələrinin  istismarının  səmərəliliyinin  
artırılması    və    bu    sahədə    yerlərdə    nəzarətin    gücləndirilməsi    məqsədilə    hesabat  
ilində  ARDNŞ-nin  müvafiq  əmr  və  sərəncamları  ilə  nəqliyyat  vasitələrinin  idarəetmə  
sistemində  aşağıdakı  struktur  dəyişiklikləri  edilmişdir.
1. 41  nömrəli, 17 avqust  2010-cu  il  tarixli  əmrə  əsasən  “Neft  Kəmərləri”  idarəsinin  
Nəqliyyat  sexinin  Maddi - Texniki  bazasında  hüquqi  şəxs  statusuna  malik  olmayan  
təşkilat  kimi, İdarənin  birbaşa  tabeliyində  olan “Nəqliyyat  Departamenti” yaradılmışdır.
2.  58  nömrəli,  28  avqust    2010-cu    il    tarixli    əmrə    əsasən    “Azərikimya”    İB-nin  
tərkibində  hüquqi şəxs  statusuna  malik  olmayan  “Nəqliyyat və Xüsusi  texnika”  idarəsi 
yaradılmışdır.
3. 129 S nömrəli, 29 noyabr  2010-cu  il  tarixli  sərəncama  əsasən  H.Əliyev  adına 
BDÖ zavodunun, İTRİ-nin, XDND-nin, “Neftqaztikinti”  trestinin, “Ekologiya” idarəsinin, 
“Azərneftyağ” NEZ-in  və Qaz Emalı zavodunun  balansında olan bəzi minik  avtomobilləri  
“Azneft” İB-nin   “Nəqliyyat  Departamenti”nin  balansına   verilmişdir.
4. 58 nömrəli,  16 iyun 2010-cu il tarixli Sərancama  əsasən “Azneft” İB-nin “Abşeronneft” 
və “N.Z.Tağıyev” adına NQÇİ-lərin  Nəqliyyat  sexləri  onlara  aid  əmlakları  ilə  birlikdə  
həmin birliyin Nəqliyyat  Departamentinin  balansına verilmişdir.
Yol-nəqliyyat  hadisələrinin  qarşısının  alınması  məqsədilə  yerlərdə  müvafiq  tədbirlər  
planı  hazirlanıb  həyata  keçirilmişdir.
Qeyd  olunanlarla  yanaşı  şöbə  gündəlik  cari  işlərlə  və  ARDNŞ  rəhbərliyinin   müvafiq  
tapşırıqlarının  yerinə  yetirilməsi  ilə  də məşğul  olmuşdur.
b) Dəniz nəqliyyatı    2010-cu ildə Dəniz Nəqliyyatı şöbəsi tərəfindən neftqazçıxarma, 


104
qazma, tikinti ,geoloji, texnoloji prosseslərin  və dalğıc işlərinin görülməsinə lazım olan 
dəniz nəqliyyatı xidmətlərinin təşkil olunması ilə bağlı ARDNŞ-nin tabeliyində olan idarə 
və müəssisələrin rəhbərləri ilə birlikdə xidmətlərin vaxtında operativ həll olunması üçün 
müvafiq təkliflərin hazırlanmasına və həyata keçirilməsinə köməklik göstərilmişdir. Dəniz 
nəqliyyatı vasitələrinin sifarişçilər tərəfindən  səmərəli istifadə olunmasına və boş dayan-
malara  yol verilməməsi üçün müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi təmin 
olunmuşdur.
ARDNŞ-nin tabeliyində olan idarə və müəssisələrin balansında 01.01.2011-ci il tarixinə 
275 ədəd üzən vasitələr (gəmilər, üzən qazma qurğuları, kərəçilər, 3 ədəd üzən tərsanələr 
və 4 ədəd üzən emalatxanalar nəzərə alınmaqla) olmuşdur.
Bunları  belə göstərmək olar:
Fiziki və mənəvi cəhətdən aşınmış , istismarı böyük risk tələb edən və iqtisadi cəhətdən 
səmərəli olmayan gəmilərin balansdan silinməsi barədə Şirkətə daxil olan təkliflərə baxılmış 
və müvafiq rəylər verilmişdir.
 2010-cu ildə ARDNŞ-nin tabeliyində olan idarə və müəssisələrin     balansından 12 ədəd   
üzən vasitələr   silinmişdir. O cümlədən, XDND-nin balansından 11 ədəd gəmi və Geofizika 
və Geologiya İdarəsinin balansından “Abşeron” üzən qazma qurğusu. 
 2010-cu ildə XDND-nin balansına 1 ədəd “Bulvar-1”  ekoloji gəmi qəbul olunmuşdur. 
XDND-nin balansında 01 yanvar 2011-ci il tarixinə ümumi balans  dəyəri 726690 min 
manat müxtəlif tipli, ümumi yükqaldırma qabiliyyəti 82 323,6 ton və 411 143,2 at gücünə   
malik 253 gəmi vardır. 253 gəmidən 196 (77,5 %) gəmi istismarda, (9 gəmi icarədədir), 
Cədvəl XX-5
S.S
İdarə və müəssisələrin adı
Balansda olan üzən 
vasitələrin  sayı (ədəd)
Qeyd
1
Xəzər Dəniz Neft Donanması
253
4 ədəd üzən 
emalatxana  və 3 
ədəd üzən tərsanə 
nəzərə alınmışdır
2
“H.Əliyev  adına  Bakı  dərin 
özüllər zavodu”
1
Xidmət kateri RK-
“862”
3
“Kompleks qazma işləri” Tresti 
9
“Xəzər” tipli 6 ədəd, 
yarımdalma “Şelf” tipli 
3 ədəd
4
“Azneft” İB
8
Kərəçilər (kirjim)
5
“Neftqaztikinti” Tresti
4
Kərəçilər (kirjim)
C ə m i :                             275


105
38 (15,0 %) gəmi təmirdə, 11 (4,3 %) gəmi təmir gözləmədə, 8 (3,2 %) gəmi isə silinmə 
gözləmədə olmuşdur. 
XDND-nin  iqtisadi  göstəriciləri,  gəmilərin  təyinatına  görə  və  ARDNŞ-nin  müəssisələrinə, 
digər  təşkilatlara  göstərilmiş  gəmi  saatı  (daxili  dövriyyə  ilə  birlikdə)  xidmətləri  haqda 
məlumatlar  əlavə olunur (cədvəl 1,2,3  )  
Donanma gəmiləri üçün ARDNŞ-ə təqdim olunmuş dizel yanacağı və sürtkü materiallarına 
olan  illik  təlabatlar  şöbə  mütəxəssisləri  tərəfindən  araşdırılmış  və  təkliflər  verilmişdir.    İl 
ərzində    ayrılmış  fond  üzrə  dizel  yancağı  və  sürtkü  materiallarının  sərfinə  daimi  nəzarət 
edilmişdir   
Xarici şirkətlərlə əməkdaşlıq   ARDNŞ-nin dəniz nəqliyyatı sahəsinin inkişafına xarici 
sərmayənin cəlb edilməsi məqsədilə müvafiq rəylər və təkliflər verılmişdır. Şirkət və struktur 
bölmələrinin dəniz nəqliyyatı sahəsində xarici firmalarla əməkdaşlıq əlaqələrinin, Müştərək 
Müəssisə  və  ya  Alyansların  yaradılması  barədə  təkliflərin  verilməsi,  aparılan  işlərlə  bağlı 
aidiyyatı üzrə hesabatlara nəzarət edilmişdir.  
2010-cu  il  ərzində   xarici şirkət və müştərək müəssisələrlə imzalanmış Müqavilələr üzrə  
dəniz nəqliyyatı xidmətindən 15 874 159,0  manat  gəlir  əldə  edilmişdir.  Bu  da donanma 
üzrə  ümumi  gəlirin   16,2 %-ni   təşkil  edir.
Keçən  ilin  müvafiq  dövründə   bu sahə üzrə gəlir 12 558 662,0  manat  olmuşdur.  Yəni 
dəniz nəqliyyatı xidmətindən gəlir  2009-cu ilə nisbətən 3 315 497,0 manat  çox olmuşdur.                           
2010-cu il ərzində Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən əməliyyat şirkətlərinə 
(ABƏŞ  və  BP  Şahdəniz)  və  onların  podratçılarına  (  BUE  Kaspian,  Saipem,  CMS  və  s.)    
xidmətlərin göstərilməsi davam etdirilmişdir.
XDND/BYUİ Kaspiyan Alyansı vasitəsi ilə Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən 
xarici neft şirkətlərinə uzunmüddətli müqavilələr əsasında xidmətlərin göstərilməsi davam 
etdirilmişdir.  
Alyansın  sərəncamında  olan  gəmilərdən  əlavə  Azərbaycan  Respublikasına  3  ədəd  müa-
sir    təchizat-yedək  gəmiləri  gətirilmişdir  ki  ,  bunlar  da  Azəri-Çıraq-Günəşli    və  Şahdəniz 
yataqlarında    özülləri  təchizatla  təminata,  yedəkləmə  əməliyyatlarına  və  s.  işlərə  cəlb 
edilmişlər.                    
ARDNŞ  ilə  “Saipem  S.p.A.”  şirkəti  arasında  imzalanmış  20.11.2007-ci  il  tarixli  Alyans 
Müqaviləsinə əsasən 2010-cu il ərzində təftiş, texniki xidmət, təmir işləri eləcə də nəql və 
quraşdırma layihəsi üzrə sualtı texniki əməliyyatlar yerinə yetirilmişdir.
ARDNŞ və “Caspian Marine Services (UK) Ltd.” arasında imzalanmış Alyans Müqaviləsinə 
əsasən  XDND-nin  31  ədəd  müxtəlif  təyinatlı  gəmisi  Xəzərin  Azərbaycan  və  digər 
sektorlarında  qısa və uzunmüddətli  layihə əməliyyatlarina cəlb  edilmişdir. Bunların arasında 
“Ak.T.İsmayılov”, “İ.Hüseynov”, “Azərbaycan” və  “Ə.Şıxlinski” gəmilərini qeyd etmək olar. 
Alyans tərəfindən Azərbaycan Respublikasına gətirilən 5 ədəd sərnişin gəmiləri sifarişçilərin 
istifadəsinə verilmişdir.
Təmir    işləri    Şöbə  tərəfindən  üzmə  vasitələrinə  tələb  olunan  profilaktika  və  əsaslı 
təmir  işlərinin  görülməsi    üçün  təmir  proqramının  hazırlanmasına,  təmirin  əksər  hallarda 
Donanmanın Gəmi Təmiri Zavodunda (GTZ) görülməsinə, GTZ-də mümkün olmadıqda  ten-
der  keçirilməklə  kənar  təşkilatların  zavodlarında      aparılması  üçün  müvafiq  müqavilələrin 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə