Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə30/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   26   27   28   29   30   31   32   33   ...   79

90
ARDNŞ-nin yuxarıda qeyd olunan Əsasnaməsinə 25.09.2006-cı il tarixində edilmiş 
düzəlişlərə görə 2006-cı ildən etibarən tələbələr təqaüdlərini onların hər biri üçün 
ARDNŞ tərəfindən açılmış fərdi plastik kart vasitəsilə ilə istənilən bankdan ala bilir.
Hesabat ilində ADNA-nın bakalavriat pilləsində ARDNŞ təqaüdçüləri olmuş Abadlı 
Fərid  Norveç  Elm  və  Texnologiya  Universitetinin  (Norveç)  neft  mühəndisliyi, 
Abbaslı Tural Varvik Universitetinin (Böyük Britaniya) kompüter elmləri və tətbiqi, 
Ağayev Hüseyn Edinburq Universitetinin iqtisadiyyat, Cəfərov Bəxtiyar Nansi Uni-
versitetinin  lay  mühəndisliyi  (Fransa),  Dəmirov  Ənvər  Nyukasl  Universitetinin 
əməliyyatların  idarə  edilməsi  və  loqistika  (Böyük  Britaniya),  Quliyev  Kamal  Paris 
Neft İnstitutunun neftin iqtisadiyyatı və menecment (Fransa) və Dadaşov Əli RWTH 
Aachen Universitetində elektrik güc mühəndisliyi (Almaniya) üzrə magistraturasına, 
Salmanov  Orxan  Aberdin  Universitetinin  neft-qaz  mühəndisliyi  (Böyük  Britaniya) 
və  Xalıqov  Nicat  Şeffild  Universitetinin  kompüter  mühəndisliyi  (Böyük  Britaniya) 
üzrə  bakalavriatına  qəbul  olunmuşlar.  ARDNŞ  onların  xaricdə  təhsillərini  Təqaüd 
Proqramı çərçivəsində maliyyələşdirməyi öhdəsinə götürmüşdür.
Ötən  illərin  təcrübəsi  göstərir  ki,  bu  təşəbbüs  öz  bəhrəsini  vermişdir:  neft-qaz 
sənayesinə  aid  ixtisaslara  qəbul  üçün  sənəd  verənlər  arasında  yüksək  hazırlıqlı 
abituriyentlərin  xüsusi  çəkisi  yüksəlmiş,  tələbələrin  elmi-praktiki  biliklərə  daha 
dərindən  yiyələnməyə  marağı  artmış,  ARDNŞ-nin  müəllim-tələbə  kollektivləri 
arasında  müsbət  imicinin  formalaşmasına  mühüm  təsir  göstərmişdir.  Son  illər 
ARDNŞ-nin prioritetləri dəyişmiş, kadrların hazırlanması və idarə edilməsi sahəsində 
tələbkarlıq  artmış,  həmçinin  ölkəmizdə  gənc  kadrların  hazırlanmasında  yeni  nü-
fuzlu  ali  təhsil  müəssisələri  formalaşmışdır.  Qeyd  olunan  Əsasnamənin  mövcud 
tələblər səviyyəsində təkmilləşdirilməsinə yaranan ehtiyacı nəzərə alaraq, ARDNŞ 
20.06.2008-ci  il  tarixli  93  nömrəli  əmrlə  yuxarıda  qeyd  olunan  Əsasnaməni  ləğv 
etmiş  və  yeni  -  “Azərbaycan  Respublikası  ali  təhsil  müəssisələrinin  tələbələrinə 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsini haqqında” 
Əsasnamə  təsdiq  etmişdir.  ARDNŞ  təqaüdü  ayda  70  manat  məbləğində  təyin 
olunmuşdur. 
2010-cu  ilin  noyabr  ayından  etibarən  aylıq  təqaüdün  məbləği  100  manata 
qaldırılmışdır.  Müsabiqələr  ildə  2  dəfə,  semestr  imtahanları  başa  çatdıqdan  son-
ra elan olunur. 2009-cu ildən müsabiqəyə sənəd qəbulu yalnız elektron qeydiyyat 
vasitəsilə aparılır. Müsabiqə 2 turda həyata keçirilir: 1-ci turda iddiaçıların məntiqi 
təfəkkürü TQDK vasitəsilə keçirilən test imtahanları vasitəsilə yoxlanılır, müvafiq bal-
lar toplayan tələbələrlə 2-ci turda ARDNŞ-nin xüsusi komissiyası fərdi müsahibələr 
keçirir.  Müsabiqənin  bütün  gedişi  internet  saytında  (http://www.socar.az/tehsil.
html) əks olunur. 
2009-2010-cu  tədris  ilinin  1-ci  semestrinin  nəticələrinə  görə  keçirilmiş  
müsabiqədə  turları  uğurla  keçmiş  140  nəfər  tələbə,  2009-2010-cu  tədris  ilinin 


91
2-ci semestrinin nəticələrinə görə keçirilmiş müsabiqədə turları uğurla keçmiş 119 
nəfər tələbə ARDNŞ-nin təqaüdünə layiq görülmüşdür. ARDNŞ bu tələbələri daim 
diqqət  mərkəzində  saxlayır:  istehsalat  təcrübələri,  kurs  və  layihə  işləri,  təhsilini 
başa  vurmuş  təqaüdçülərin  işlə  təmin  olunması  və  ya  xarici  ölkələrdə  magistra-
tura təhsili almaları üçün şərait yaradılması. Təqaüd proqramı ilə işə qəbul olunan 
işçilərə mənzil şəraitinin yaxşılaşdırılması imkanları da yaradılmışdır. 
Eyni məqsədlə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) 
tərəfindən  də  2004-2005-ci  tədris  ilindən  etibarən  ADNA-nın  Kimya-texnologi-
ya,  Neft-mexanika,  Energetika,  İstehsalat  proseslərinin  avtomatlaşdırılması 
fakültələrinin  3-cü  və  4-cü  kursları,  1-ci  və  2-ci  kurs  magistratura  üzrə  yüksək 
tədris göstəricilərinə malik olan 29 tələbəsinə aylıq təqaüd təyin etmişdir. Zavodun 
təqaüdçüsü olmuş tələbələr ixtisasları üzrə magistraturanın əyani bölməsinə qəbul 
olunduqda,  onlara  təqaüd  verilməsi  davam  etdirilir.  BNEZ  bu  tələbələri  özünün 
diqqət mərkəzində saxlayır, istehsalat təcrübəsinin zavodda keçməsi, kurs və layihə 
işlərinin  mövzularının  müəyyən  olunması,  bu  işlərin  zavodun  faktiki  məlumatları 
əsasında  tərtib  edilməsində,  təqaüdçü  məzunların  işlə  təmin  olunmasında  onlara 
köməklik göstərir.
.ARDNŞ-nin  Gürcüstan  Nümayəndəliyi  də  2010-cu  ilin  yanvar  ayından  etibarən 
Gürcüstan  Respublikasının  müxtəlif  təhsil  müəssisələrində  təhsil  alan  113  nəfər 
istedadlı azərbaycanlı tələbəyə 100 lari təqaüd ayırır. 
ARDNŞ-nin fəaliyyətlərindən biri də orta məktəblərdə oxuyan şagirdlərin beynəlxalq 
olimpiadalarda iştirakına maddi və mənəvi dəstəyin verilməsidir. 
Bu  dəstək  nəticəsində,  son  5  tədris  ili  ərzində  Tayvan,  Rumıniya,  Çin,  Türkiyə, 
Makedoniya, Braziliya, Qazaxıstanda və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq 
fənn olimpiadalarında iştirak etmiş şagirlər vətənə cəmi 79,  o cümlədən 14 qızıl, 
17 gümüş və 48 bürünc medalla qayıtmışlar. Bunlardan əlavə, ARDNŞ-nin maliyyə 
dəstəyi  ilə  2007-ci  il  aprel  ayının  5–7-də  ekologiya  və  təbii  fəlakətlər,  ekstremal 
hallara həsr edilmiş İNEPO Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası, 
2008-ci il aprel ayının 4-5-də 2-ci İNEPO olimpiadası və 2009-cu ilin aprel ayının 
1-5-də isə 3-cü İNEPO olimpiadası keçirilmişdir. 2010-cu ildə Bakıda keçirilən 4-cü 
“İNEPO-Avrasiya” Layihə Olimpiadasında 33 ölkənin (ABŞ, Türkiyə, Rusiya, Hindis-
tan, Nigeriya, Slovakiya, Tacikistan, Ukrayna, Tayvan və s.), həmçinin Azərbaycanın 
müxtəlif  bölgələrinin  qabaqcıl  məktəblərinin  şagirdləri  iştirak  etdilər.  Azərbaycan 
məktəbliləri bu olimpiadalarda 23 medal, o cümlədən 5 qızıl, 7 gümüş və 11 bürünc 
medal  qazanmışdılar.  2011-ci  ildə  də  bu  istiqamətdə  elmi-mədəni  fəaliyyətlərin 
təşkili  və  dəstəyi  planlaşdırılır.  ARDNŞ  rəhbərliyi  istedadlı  şagirdlərlə  mütəmadi 
olaraq görüşlər keçirir, müxtəlif beynəlxalq yarışlarda fərqlənən şagirdlərə mükafat-
lar və xatirə hədiyyələri təqdim edir.
Bu  il  ilk  dəfə  olaraq  ARDNŞ  Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə