Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə21/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

64
Cədvəldən  göründüyü  kimi,  2010-cu  ildə  neft  hasilatının  stabilləşdirilməsi  və  qaz 
hasilatının  artırılması  məqsədilə  mütərəqqi  qazma  texnologiyalarını  tədbiq  etməklə 
yüksək  hasilatlı  neftqaz  quyularının  qazılması,  hasil  olunan  neft  və  qazın  yıgılması, 
hazırlanması və nəqli üçün müasir infrastrukturun  yaradılması və  mövcud sistemin 
yenidənqurulması  və  təmiri  istiqamətində  mühüm  işlər  görülmüşdür.  Neftin  sahilə 
fasiləsiz və etibarlı nəqli üçün  2010-ci ildə  Neft Daşları –Dübəndi arası 500mm-lik 
sualtı  neft  kəməri  əsaslı  təmir  olunmuşdur.  “Günəşli”,  Neft  Daşları,  “Palçiq  Pilpiləsi” 
və  sair  dəniz  yataqlarında  neftin  və  qazın  yığım-nəql  sisteminin  fasiləsiz  və  etibarlı 
istismarı məqsədilə, özüllərin, müxtəlif diametrli sualtı neftqaz xətləri və müvafiq kom-
munikasiya sistemlərinin əsaslı təmiri istiqamətində işlərin həcmi 94518,4 min manat 
olmuşdur. O cümlədən dəniz neft-mədən hidrotexniki qurğuların təmiri üzrə 53375,7 
min manat təmir işləri yerinə yetirilmişdir. Cəmi L=2174 pm estakada və S=10155 m2 
meydançaların əsaslı təmiri başa çatdırılaraq dövlət qəbul komissiyası tərəfindən istis-
mara qəbul edilmişdir. 
“Günəşli”  yatağında  5  və  8  saylı  DDÖ-lərdə  yaşayış  bloklarının  əsaslı  təmiri  başa 
çatdırılmış  və  yaxın  günlərdə  dövlət  qəbul  komissiyasının  təyin  olunması  nəzərdə 
tutulmuşdur.
Eyni zamanda Respublika ərazisində yaşayış məntəqələrinin fasiləsiz, təhlükəsiz qaz 
təchizatı və xaricə qaz ixracının artırılması üçün movcud infrastrukturun, kompessor və 
qazpaylayıcı  stansiyaların,  avadanlıqların  uzun  müddət  istismarda  olduqlarını  nəzərə 
alaraq  onların  təmiri  və  bərpası  istiqamətində  2010-cu  ildə    109963.0  min  manat 
həcmində işlər görülmüşdür.  O cümlədən:
     - Siyəzən KS-nın təmiri başa çatdırılıb
     - Hacıqabul KS-nin təmiri başa çatdırılıb
     - Korroziyaya uğramış qaz xətlərinin dəyişdirilməsi – 1558 km
225550,7
435500,2
2010 plan 
2010 fakt 
ARDNŞ üzrə 2010-cu ildə yerinə 
yetirilmiş əsaslı təmir işləri (min man)
Qrafik XIV 1


65
     - Dş1200mm-lik Astara-Qazıməmməd  və Qazıməmməd-Mozdok magistral 
       qaz kəmərlərinin 10 km-dən artıq hissələrinin təmiri
     - Yevlax-Şəki-Balakən qaz kəmərinin 10.5 km hissəsinin təmiri
     - Müxtəlif istiqamətlərdə Dş700mm qaz kəmərlərinin təmiri – 15.5km
     - Qaz sayqaclarının quraşdırılması – 141628 ədəd
Emal sahəsində əsasən emalın səviyyəsinin dərinləşdirilməsi və ekoloji cəhətdən daha 
təmiz yanacaq istehsal olunması məqsədilə mövcud qurğuların və yanacağın saxlanması 
və    nəqli  üçün  kommunikasiya  sistemlərinin  əsaslı  təmirinə  diqqət  artırılmışdır.  Neft 
və  qazın  emalı  sahəsində  2010-cu  ildə  yerinə  yetiirilmiş  əsaslı  təmir  işlərinin  həcmi  
28896.6 min manat təşkil edir.
H.Əliyev  adına  NEZ-da  neftin  ilkin  emalı  qurğusu  (ELOAVT-6),  koks  qurğusu  (43 
saylı),  reforminq  qurğusu  və  reagent  təsərrüfatı  qurğuları  əsaslı  təmir  olunmuşdur.( 
12047.8 min manat.)
“Azərneftyağ” zavodunda yağların hidrotəmizləmə qurğusu (43 saylı),bitum qurğusu 
(401 saylı), 202 və 305  saylı qurğularında 2010-cu ildə əsaslı təmir işləri aparılmışdır. 
( 11849.7 min manat.)
“Azərkimya” İB-də mövcud  texnoloji qurğuların, elektrik təsərrüfatı və sosial xarak-
terli obyektlərin əsaslı təmiri üzrə 2010-cu ildə 7135.2 min manata yaxın əsaslı təmir 
işləri yerinə yetirilmişdir.
Sosial  İnkişaf  İdarəsi  tərəfindən  2010-cu  ildə  (  173973.2  min  manat)  ARDNŞ-nin 
balansında olan əsas fondların  təmiri ilə yanaşı Respublikanın regionlarında və Bakı 
şəhəri İH-nin sosial  layihələrı üzrə də əsaslı təmir işləri görülmüşdür:
     - ARDNŞ-nin obyektlərinin əsaslı təmiri  -  24302.77 min manat
     - Bakı şəhəri İH-nin obyektləri üzrə     -   116005.3 min manat 
     - Regionlarda sosial obyektlər üzrə   -  33665.09 min manat
Bu  obyektlərin  təmiri  Azərbaycan  Respublikası  Prezidentinin  məlum  Sərəncamları 
ilə  təsdiq  edilmiş  “2009-2013-cu  illərdə  Bakı  şəhəri  və  qəsəbələrinin  sosial-iqtisadi 
inkişafına dair Dövlət Proqramı”  və “Azərbaycan Respublikası regionların 2009-2013-
cü illərdə  sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Layihə-smeta sənədlərinin ekspertizası şöbəsi üzrə                                                                                   
2010-cu  il  ərzində  ekspertiza  olunmaq  üçün  şöbəyə  34  obyektin  layihə-smeta 
sənədləri daxil olmuşdur. Bütün obyektlərin layihə-smeta sənədləri şöbədə araşdırılmış, 
sənədlərdə aşkar olunmuş çatışmazlıqlar işçi qaydada layihə təşkilatı tərəfindən aradan 
qaldırılmış, şirkətin müvafiq struktur bölmələri ilə birlikdə müzakirəsi təşkil olunmuş və 
razılaşdırılmış və təsdiq olunmaq üçün təqdim edilmişdir. Təqdim olunmuş layihə-smeta 
sənədlərindən 1 obyektin layihə-smeta sənədləri təshih olunmaq üçün qaytarılmış, 1 
obyektin layihə-smeta sənədləri tam olmadığı üçün geri qaytarılmış, 1 obyektin layihə-
smeta  sənədləri  obyektin  tikintisi  hal-hazırda  məqsədəuyğun  olmadığı  üçün  təsdiq 
olunmamışdır.  Təsdiq  olunmuş  obyektlərin  layihə-smeta  sənədlərində  tikinti  norma 
və qaydalarının tələblərinə uyğun olmayan xərclərin düzəldilməsi artıq hesablanmış iş 
həcmlərinin azaldılması nəticəsində tikinti-quraşdırma işlərinin dəyəri 1991-ci il bazis 
qiymətləri ilə cəmi 995,32 min manat həcmində azalmışdır. Təqdim olunmuş layihə-smeta 


66
sənədlərindən 4 obyekt ekoloji sahə üzrə, 5 obyekt sosial sahə üzrə olan obyektlərdir. 
Təqdim olunmuş layihə-smeta sənədlərindən biri özəl layihə təşkilatı tərəfindən, 33-ü 
isə ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanıb. 
2010-cu il ərzində ARDNŞ-də təsdiq olunmaq üçün təqdim edilmiş 224 obyektin layihə 
tapşırığı şöbə tərəfindən araşdırılmışdır. Onlardan 15 obyektin layihə tapşırığının təsdiq 
olunması məqsədəuyğun hesab edilməmişdir. 209 obyektin layihə tapşırığı araşdırılmış, 
iradlar işçi qaydada sifarişçi təşkilatlar tərəfindən aradan qaldırılmış, Şirkətin müvafiq 
struktur bölmələri ilə razılaşdırılmış (NQÇİ-lər üzrə lay məhsullarının yığım-nəql sistem-
inin  yenidən  qurulması  obyektlərinin  layihə  tapşırıqlarının  şirkətin  müvafiq  struktur 
bölmələrinin, sifarişçi və layihəçi təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirəsi 
təşkil edilmişdir) və təsdiq olunmaq üçün təqdim edilmişdir.  
2010-cu ildə “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən yenidən işlənərək təsdiq 
olunmaq üçün təqdim edilmiş “Xəzər dənizində neftqazmədən hidrotexniki qurğularının 
istismarı” MS 1669347-13-2009 “Müəssisə standartı” normativ sənədi araşdırılmış, irad 
və təkliflərlə yenidən işlənməsi üçün instituta qaytarılmış, institut tərəfindən müvafiq 
düzəlişlər aparıldıqdan sonra, Şirkətin müvafiq struktur bölmələri ilə razılaşdırıldıqdan 
sonra təsdiq olunmaq üçün təqdim edilmişdir.   
“Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Neft və Qaz quyularının 
tikintisi üçün layihə-smeta sənədlərinin tərkibi, hazırlanması, razılaşdırılması və təsdiq 
edilməsi qaydaları üzrə” təlimat araşdırılmış, irad və təkliflərlə yenidən işlənməsi üçün 
instituta qaytarılmışdır. 
Hesabat ili ərzində şöbənin funksiyalarına daxil olan digər işlər vaxtında və tələb olu-
nan səviyyədə yerinə yetirilmişdir. 
Tikinti-təmir işlərinə nəsarət şöbəsi üzrə Kapital Qoyuluşları İdarəsinin  Tikinti-təmir 
işlərinə nəzarət şöbəsinin  əsas fəaliyyəti  ARDNŞ-ın Kapital Qoyuluşları İdarəsi üzrə 
əsaslı  tikinti  və  əsaslı  təmir    planlarının    ARDNŞ-in    struktur  təşkilatları  tərəfindən  
vaxtında  yüksək  keyfiyyətlə,  layihə  smeta  sənədlərinə  uyğun    yerinə  yetirilməsinə  
nəzarətin həyata keçirilməsindən ibarətdir.
Hesabat dövrü ərzində  şöbə tərəfindən ARDNŞ-in   tərkibinə daxil olan: “Azneft” İB, 
“Geofizika və Geoloiya” İdarəsi,”Neft Kəmərləri” İdarəsi , H.Əliyev adına Bakı neft emalı 
zavodu,  “Azərneftyağ”  neft  emalı  zavodu,  H.Əliyev  adına  Bakı  dərin  özüllər  zavodu, 
“Azərkimya”İB,”Sosial İnkişaf” İdarəsi, ”Ekologiya” İdarəsi, Xəzər Dəniz Neft Donanması,  
”Kompleks  qazma    işləri”  tresti,  ”Qaz  emalı  zavodu”,  “Neftqazelmitədqiqatlayihə” 
İnstitutu struktur təşkilatlarında   əsaslı tikinti və əsaslı təmir planlarının icrasına cəlb 
olunmuş    podratçı    təşkilatların  gücü  ilə  yerinə  yetirilən  TQİ-yə    nəzarət  edilmişdir.  
Eyni zamanda bir sıra təşkilatlarda ayrı-ayrı obyektlər üzrə fiziki iş həcmlərinin qəbulu   
yoxlanılmışdır. 
Şöbə  tərəfindən    “Azneft”  İB-in  ”H.Z.Tağıyev  adına  NQÇİ-nin  Qala  sahəsində  1  və 
2 saylı neft məntəqələrini qidalandıran 2kv-luq elektrik şəbəkənin 6kv-luq gərginliyə 
keçirilməsi  stansiyasının  yenidən  qurulması”,  “Azəriqaz”  İB-in  “530mm-lik  Oğuz  qaz 
kəməri qolunun əsaslı təmiri”,  ”0-5km arası Turan kəndi ərazisində qanunsuz tikililərlə 
əlaqədar  kəmərin  təhlükəsiz  yerə  köçürülməsi”,  ”Kompleks  Qazma  İşləri  Trestinin 


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə