Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə22/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

67
“Neft  əsaslı  məhlul  və  benzoyl  çənlərinin  tikin-
tisi”,  “Neftqazelmitədqiqatlayihə”  İnstitutun  “9 
mərtəbəli istehsalat korpusunun əsaslı təmiri” və “5 
mərtəbəli laboratoriya binasının tikintisi”, ”Ekologi-
ya”  İdarəsinin  “H.Z.Tağıyev  adına  NQÇİ-nin 
ərazisində 9.3 ha sahədə şitilliyin salınması”(inzibati 
bina və təsərrüfat obyektləri daxil olmaqla,təshih) 
və  “H.Z.Tağıyev adına NQÇİ-nin ərazisində ekoloji 
parkın  yaradılması”,  H.Əliyev  adına  BNEZ-in  “9 
saylı sexin içməli və texniki su təchizatı sahəsində 
257/1  və  257/2  tutumların  təmiri”,    H.Əliyev 
adına  Bakı  dərin  özüllər  zavodunun  ”9  saylı  və 
6  saylı  sexlərin  dam  örtüklərinin  əsaslı  təmiri”,  
”Neft  Kəmərləri”  İdarəsinin  “Dübəndi-Böyükşor 
D300mm,D500mm və D700mm neft kəmərlərinin 
təmiri” və “Nəqliyyat sexinin 3 saylı avtodəstəsində 
mexaniki    sexin  təmiri”  obyektlərində        fiziki  iş 
həcmlərinin qəbulu və sənədləşdirilməsi,  TQİ-nin 
keyfiyyəti    bilavasitə  yerində  yoxlanılmışdır.Yox-
lama nəticəsində aşkar olunmuş qüsurlar müvafiq 
təşkilatın  tikinti  rəhbərlərinin  nəzərinə  çatdırılmış 
və  bu  qüsurların  aradan  qaldırılmasına    nəzarət 
edilmişdir.
Aparılan araşdırma  nəticəsində məlum olmuşdur 
ki,  obyektlərdə  bütün  təşkilatlar  üçün  xarakterik 
olan  bir sıra  çatışmazlıqlar vardır. Belə ki, tikinti quraşdırma işləri bəzi obyektlərdə 
düzgün  sənədləşdirilmir,  bəzi  obyektlərdə    layihə  smeta  sənədləri  tərtib  olunmadan 
yerinə yetirilir, bəzi obyektlərdə təsdiq olunmuş layihə smeta sənədlərinə əsasən inşaat 
işləri aparılan dövrdə bu layihə sənədlərinin tərkib hissəsi olan Tikintinin  Təşkili Planın 
tələblərinə axıra kimi əməl edilmir, təmir tikinti işlərinin keyfiyyətində,istifadə olunan 
materialların keyfiyyətində qüsurlara yol verilir. Həmçinin, yerlərdə podratçı təşkilatlar 
tərəfindən  İşlərin  İcrası  Planı  tərtib  olunmadan  işlər  aparılır.  Bütün  bunlar  tikintinin 
maya dəyərinin artmasına və tikinti  müddətinin üzanmasına səbəb olur.
Odur ki, şöbə tərəfindən 2010-cu ilin yekunlarına əsasən  təşkilatlarda əsaslı tikin-
ti və əsaslı təmir proqramlarının yerinə yetirilməsinin təhlili aparılmış, görülən işlərin 
dəyərinin artmasına  səbəb olan amillərin aradan qaldırılması və işlərin daha keyfiyyətli 
yerinə yetirilməsi  üçün tədbirlər görülmüşdür.
Şöbə öz fəaliyyəti dövründə Azərbaycan Respublikasının mövcud qanunlarını, digər 
normativ-hüquqi  aktları,  ARDNŞ-nin  əmr,  qərar  və  sərəncamlarını  şirkətin  normativ 
sənədlərini,  ARDNŞ-nin Prezidentinin, Kapital Qoyuluşları İdarəsi rəisinin tapşırıq və 
göstərişlərini  rəhbər tutmuşdur.


68
Təchizat İdarəsinin  əsas vəzifələri ARDNŞ-nin müəssisələrinin material ehtiyatlarına 
olan  ümumi  tələbatının  təhlili,  proqnozlaşdırılması  və  təchizatı,  keçirilən  satınalma 
əməliyyatlarında metodik köməklik göstərilməsindən ibarətdir.
İdarə  tərəfindən  2010-cu  ildə  neft  və  qaz  hasilatının  sabit  saxlanmasında,  tikinti, 
qazıma, emal və digər sahələrdə işlərin görülməsinə tələb olunan material ehtiyatları 
üzrə aylıq satınalma əməliyyatları haqqında hesabatların vaxtlı-vaxtında alınması təmin 
edilmiş,  il  ərzində  aparılmış  belə  əməliyyatların,  habelə  tərtib  edilmiş  hesabatların 
düzgünlüyü müvafiq qaydada araşdırılmışdır.
ARDNŞ  üzrə  satınalmaların  “ARDNŞ-nin  satınalmaların  təşkili  və  idarə  olunması 
üzrə  normativ  sənədləri”nə  uyğun  aparılmasına  bilavasitə  nəzarətin  gücləndirilməsi 
məqsədilə, Şirkətin müəssisə və təşkilatlarında keçirilən satınalma əməliyyatları zamanı, 
yaradılan  satınalmalar  qruplarının  iş  prosesinə  Təchizat  İdarəsinin  mütəxəssisləri 
tərəfindən nəzarət edilmişdir.
İdarəyə ayrı-ayrı tədarükçü və istehsalçılardan daim daxil olan təkliflər öyrənilmiş, 
araşdırılmış, müvafiq strukturlar bu təkliflərlə məlumatlandırılmışdır. Həmin təkliflərdən 
XV. MADDİ-TEXNİKİ TƏCHİZAT


69
və  istehsalçıların  internet  saytlarından  əldə  edilmiş  qiymət  göstəriciləri  idarənin 
mütəxəssisləri tərəfindən təhlil edilmiş, və struktur bölmələrinin satınalma qruplarının 
iş prosesi zamanı “qiymət nəzarəti” amili kimi istifadə edilmişdir.
Şirkətin  müəssisələrinin  anbarlarında  olan  material  ehtiyatlarının  qalıqlarının 
məqsədyönlü istifadə edilməsini, qalıq əmələ gətirən material ehtiyatların alınmasına 
yol verilməməsini və ayrılmış maliyyə vəsaitinə uyğun ən zəruri material ehtiyatlarının 
alınmasını  təmin  etmək  məqsədilə  mütəmadi  olaraq  anbar  qalıqları  barədə  təqdim 
olunmuş aylıq arayışlar əsasında yerlərdə anbarlara nəzarət edilmişdir.
 ARDNŞ-nin struktur bölmələri tərəfindən təqdim olunmuş arayışlara əsasən 2010-cu 
ildə material ehtiyatlarının alınmasına  901954,18 min manat sərf edilmişdir.
Cədvəl XV-1
Struktur bölmələrinin adı
İl ərzində material ehtiyatlarına 
sərf edilən məbləğ 
(min man)
”Azneft” İB
163602,4
H.Əliyev adına BNEZ
22559,65
Azərneftyağ NEZ
3712,98
H.Əliyev adına BDÖZ
23097,99
Xəzər Dəniz Neft Donanması
44789,98
Sosial İnkişaf İdarəsi
70502,8
Geofizika və Geologiya İdarəsi
26203,64
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
158,6
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
27576
Qaz İxrac İdarəsi
1513,3
”Neft Kəmərləri” İdarəsi
4779,74
Ekologiya İdarəsi
2171,87
Təhlükəsizlik İdarəsi
324,5
”Kompleks Qazma İşləri” Tresti
98677,21
”Neftqaztikinti” Tresti
289303,01
”Neftqazelmitədqiqatlayihə” İnstitutu
807,45
”Azəriqaz” İB
113998,12
”Qaz Emalı zavodu”
8174,94
Cəmi ARDNŞ üzrə:
901954,18


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə