HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə32/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

76

rus bu tarixi niyə danıb? Görünür, kazakın zümrəvi igidliyini özününkü kimi 

təqdim  etmək  istəyib.  Yaxud  digər  bir  məsələ.  Sibir  türkün  qədim  yaşayış 

ocağı və qədim mədəniyyət abidələrinin ən çox yeraltı və qismən də yerüstü 

muzeyidir. Arxeoloji tədqiqatlarında Sibirin e.ə. yüz­yüz əlli min illik tarixini 

öyrənən  A.Okladnikov  Avropa  mədəniyyətinin  Sibirdən  başlandığını  deyir. 

Bəs niyə rus belə zəngin tarixli Sibiri sürgün yeri kimi məşhurlaşdırıb? Ola 

bilsin  ki,  məhz  bu  yeraltı  və  yerüstü  muzeylərdən  diqqəti  yayındırmaq  istə-

yib. Bu muzeyin müəllifinin, yaradıcısının tanınması, yəqin ki, ona əl vermir. 

Murad Adcı əsərində belə həqiqətləri ustalıqla verir. Sibir­Avropa, Avrasiya, 

Yaxın  Şərq­Uzaq  Şərq,  Çin,  Monqolustan  və  Orta  Şərq  bu,  türkün  ixtisarla 

təsir dairəsidir, yığcam coğrafiyasıdır. 

Heydər Əliyev Fondunun dilimizə çevirib nəşr etdiyi digər mühüm əsər 

Amerika  Birləşmiş  Ştatlarının  Mərkəzi  Asiya  Qafqaz  İnstitutu  İpək  Yolu 

Araşdırmalar  Proqramı  çərçivəsində  S.Frederik  Starr  və  Svant  E.Kornellin 

“Bakı­Tbilisi­Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi” kitabıdır. 

  Kitabda  Bakı­Tbilisi­Ceyhan  neft  boru  kəmərinin  geostrateji  əhəmiyyəti, 

iqtisadi əhəmiyyəti, Azərbaycan üçün əhəmiyyəti, Gürcüstan üçün əhəmiyyəti, 

Türkiyə üçün əhəmiyyəti, kəmərin ekoloji və sosial aspektləri kimi məsələlər 7 

əsas fəsildə müxtəlif mütəxəssislər tərəfindən araşdırılmışdır. 

Fondun birgə layihələr çərçivəsində Azərbaycan dilində çap etdirdiyi xarici 

nəşrlərdən biri də Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə” adlı kitab-

dır. Kitabın nəşrində məqsəd fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətdə bə­

rabərhüquqlu üzv kimi qəbul edilməsinə kömək etməkdir.

Heydər  Əliyev  Fondu  tanınmış  rus  alimi,  yazıçı­tarixçi,  professor  Rudolf 

İvanovun  “Əlahəzrətin  general­adyutantı.  Hüseyn  xan  Naxçıvanski  haqqında 

dastan” kitabını nəşr etmişdir. Kitab Rusiyanın 20 mükafatı və 9 xarici orden 

ilə təltif olunmuş, rus ordusunun qocaman və adlı­sanlı alaylarına komandanlıq 

etmiş görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadətindən bəhs edir. 

Kitab  müəllif  Rudolf  İvanovun  ön  sözü  ilə  başlayır.  Müəllif  qeyd  edir  ki, 

özünün 34 illik hərb və döyüş həyatında Hüseyn xan kornetdən general kavale-

rinə qədər yol keçmiş və ən böyük hərbi rütbəyə – Əlahəzrətin general­adyutantı 

rütbəsinə layiq görülmüşdür. Hüseyn xan 20 il At polkunda xidmət göstərmiş, 

Rusiya­Yaponiya  müharibəsində  2­ci  Dağıstan At  polkuna,  müharibədən  sonra 

isə əfsanəvi 44­cü Nijeqorodski polka rəhbərlik etmişdir. Birinci Dünya müha-

ribəsi  general  Hüseyn  xan  Naxçıvanskidə  yeni  sərkərdəlik  istedadını  meydana 

çıxardı. O həmişə döyüşlərin ön cəbhəsində olur və uğurlu komandirlik edirdi.

Müəllif qeyd edir ki, tabeliyində olanlara qarşı nəzakətli, ciddi və xeyirxah 

münasibətinə  görə  Hüseyn  xan  Naxçıvanski  hərbçilər  tərəfindən  sevilirdi  və 

tabeçiliyində  olanlar  döyüş  tapşırığını  şərəflə  yerinə  yetirirdilər.  General  Hü­

seyn xan Naxçıvanskinin rəhbərliyi altında gələcəyin tarixi şəxsiyyətləri də var 

idi. Ağ hərəkatın liderləri olacaq P.N.Vranqel, A.İ.Denikin, A.M.Kaledin, məş-




77

hur dövlət xadimləri Ukraynanın getmanı P.P.Skoropadski, Finlandiyanın feld-

marşalı və Prezidenti K.K.Mannerqeym belə şəxsiyyətlərdəndir.

Hüseyn xan Naxçıvanski “qırmızı terrorun” qurbanı olmuşdur. Hüseyn xan 

Petroqradda  FK­nın  sədri  M.S.Uritskinin  verdiyi  orderə  əsasən  həbs  edilmiş-

dir.  Hüseyn  xan  bir  müddət  Petroqrad  şəhər  türməsində  olur. Amma  1918­ci 

ilin sentyabrından sonra onun haqqında məlumat yoxdur. FTX­nin arxivlərində 

aparılmış axtarışlar da bir nəticə verməmişdir. Müəllif qeyd edir ki, Azərbaycan 

tarixçiləri generalın 1919­cu ilin əvvəlində güllələnməsini iddia edirlər. Amma 

FTX­nin arxivlərindəki sənədlər bunu təsdiq etmir. Ola bilsin ki, lazımi sənəd-

lər arxivlərdə mühafizə olunmayıb və ya araşdırılmayıb.

Müəllif yazır ki, böyük fəxrlə bu fövqəladə sərkərdənin həyat və qəhrəman­

lıqlarını  qələmə  alarkən  general­adyutant  Hüseyn  xan  Naxçıvanskinin  taleyi-

nin naməlum olması kimi qəmgin bir fakt ilə rastlaşacağını gözləmirdi. Amma 

müəllif  bu  məsələdə  optimist  olduğunu  bildirir  və  qeyd  edir  ki,  Hüseyn  xan 

Naxçıvanskinin  fəal,  fədakar  və  rəşadətli  fəaliyyəti,  onun  qüsursuz,  əxlaqi 

mənəviyyatı heç bir cəmiyyətə, o cümlədən bizim cəmiyyətə də Rusiya İmperi-

yasının bu mühüm, görkəmli fiqurunun taleyinin naməlum qalmasına göz yum-

maq hüququ vermir.

Bu əsər nadir arxiv sənədlərinə əsaslanır və Azərbaycan gənclərinin hərbi 

vətənpərvərlik tərbiyəsi üçün böyük əhəmiyyət daşımaqdadır.

Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim 

və  pedaqoq  Mir  Cəlal  Paşayevin  “Dirilən  adam”,  “Açıq  kitab”  romanları, 

“Göylər adamı”, “İdxal xəstəlik”, “Möhür və eşq” hekayə kitabları Türkiyədə 

nəfis tərtibatla nəşr edilərək türk oxucularına təqdim olunmuşdur.

28  aprel  2007­ci  il  tarixdə  5  kitabda  toplanmış  roman  və  hekayələri  türk 

dilinə Əli Əkbər Əliyev və Azad Ağayev tərcümə etmişlər. Kitabların üz qabı-

ğında  əsərlərdəki  personajlara  uyğun  şəkillər  və  yazıçının  həyat,  yaradıcılıq 

yolunu əks etdirən yığcam məlumatlar verilmişdir.

Həmin  məlumatlarda  qeyd  edilir  ki,  Mir  Cəlal  Paşayev Azərbaycan  ədə-

biyyatında roman janrının bünövrə daşlarını qoyanlardan biri olmuşdur. Yaz-

dığı 6 roman və yüzlərlə hekayələri ilə yanaşı, onun böyük Azərbaycan şairi 

Məhəmməd  Füzuli  yaradıcılığının  ən  dərin  bilicisi  və  tədqiqatçısı  olduğu  da 

vurğulanır. Yaradıcılığında  həmişə  zülmə,  ədalətsizliyə  qarşı  mübarizə  prin-

siplərini  ön  plana  çəkən  yazıçı  bir  qayda  olaraq  cəsarətli,  mübariz  insanları 

əsərlərinə  qəhrəman  seçir,  bədbinliyi  tənqid  atəşinə  tuturdu.  Sovet  rejimi 

çərçivəsində  irticanın  meydan  suladığı  çağlarda  belə  quruluşun  insanlığa  nə 

qədər  yabançı  olduğunu  ayrı­ayrı  fakt  və  detallarla,  obrazların  dili  ilə  özü­

nəməxsus məharətlə oxucuya çatdırırdı.

Bu kitablar həm də görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 100 illik 

yubileyinə dəyərli töhfədir.

Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkə oxucularına 

çatdırılmasına və eyni zamanda müxtəlif xalqlara məxsus ən dəyərli əsərlərin 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə