HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə30/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

72

dələri”  musiqi  albomunun  nəfis  şəkildə  nəşr  olunması  və  “Gülüstan”  sara-

yında təqdimat mərasiminin keçirilməsidir. Qeyd olunanlardan başqa 2005­ci 

ildə  Heydər  Əliyev  Fondunun  köməyi  ilə Azərbaycanın  görkəmli  yazıçı  və 

pedaqoqu Abdulla Şaiqin ev muzeyində təmir­bərpa işləri aparılmış, Gəncə-

nin sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılmış, Gəncə şəhə-

rində VII əsrdə yaşamış, öz xeyirxahlığı ilə el arasında böyük hörmət qazan-

mış  Comərd  Həsənin  məzarı  və  məzarüstü  türbəsi  bərpa  olunmuş,  Həzrəti 

Zeynəb,  İmam  Rza  məscidləri  və  Pir  Həsən  ziyarətgahında  yenidənqurma 

işləri aparılmışdır.

Kitabın “Heydər Əliyev Fondunun elm və texnologiya sahəsindəki fəaliy-

yəti” adlı bölməsində bildirilir ki, Fond informasiya­kommunikasiya texnologi-

yaları ilə bağlı layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. 2005­ci 

ildə  Ümummilli  Liderimiz  Heydər  Əliyevin  həyat  və  fəaliyyətinə  həsr  olun-

muş  internet  portalı,  Heydər  Əliyev  Fondunun  internet  səhifəsi, Azərbaycan 

haqqında “Azərbaycan” portalı yaradılmışdır. 

Kitabın “Heydər Əliyev Fondunun nəşrləri” adlı bölməsində Fondun nəşr-

ləri haqqında məlumat verilir. 

“Xatirə  Kitabından  səhifələr”  adlanan  ikinci  kitabda  Fondu  ziyarət  etmiş 

dövlət və hökumət başçılarının, dünyada tanınmış elm, mədəniyyət və incəsənət 

xadimlərinin,  beynəlxalq  təşkilatların  rəhbərlərinin  bir  qisminin  təəssüratları 

verilmişdir. Onu da deyək ki, xatirə kitabına ilk sözləri 2004­cü il mayın 10­da, 

Fondun açılışı günü Azərbaycan Prezidenti İlham Əliyev yazmışdır.

Nəfis  şəkildə  tərtib  edilmiş  və  yüksək  poliqrafik  səviyyədə  çap  olunmuş 

kitablarda zəngin fotoşəkillər verilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Hərbi vətənpərvər-

lik  təbliğatının  aparılması”  layihəsi  birbaşa  olaraq  Silahlı  Qüvvələrin  şəxsi 

heyətinə,  orta  məktəblərin  yuxarı  sinif  şagirdlərinə  yönəldilib  və  mərhə lə­

lərlə  davam  etməkdədir.  Bu  layihə  çərçivəsində  Ümummilli  Lider  Heydər 

Əliyevin  ordu  quruculuğu  ilə  bağlı  kəlamlarının,  dövlət  atributlarımız  və 

tariximizlə bağlı məlumatların, o cümlədən hərbçilər üçün yararlı olacaq bil-

gilərin yer aldığı “Hərbçilərin qeyd və yaddaş kitabçası” çap olunub. Bun-

dan əlavə Ümummilli Liderimiz Heydər Əliyevin vətən haqqında kəlamları 

və qeydlər aparmaq üçün olan kitabça hərbçinin gündəlik istifadə edə bilə-

cəyi vəsaitə çevrilib. 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  hərbi  hissələrində  xidmət 

etməyə gələn gənc əsgərlər hərbi xidmət dövründə bu kitabçadan yararlanır və 

hərbi xidmətdən sonrakı dövrdə Ümummilli Lider Heydər Əliyevin kəlamları 

ilə zənginləşdirilmiş kitabçanı qiymətli xatirə kimi qoruyub saxlayırlar. Kitab-

çaların Silahlı Qüvvələrin şəxsi heyəti və orta məktəblərin yuxarı sinif şagird-

ləri arasında pulsuz paylanması davam etməkdədir. 



73

Layihənin digər hissəsinə uyğun olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə 

hərbi­vətənpərvərlik qəzeti olan “Hərbi and” yeniyetmə və gənclər, o cümlədən 

əsgərlər  arasında  hərbi­vətənpərvərlik  ideyalarının  təbliği  üçün  uşaq  evlərinə, 

internat  məktəblərinə,  orta  məktəblərin  kitabxanalarına  və  hərbi  müəllimlərə 

pulsuz olaraq yayılır. Həftəlik nəşr edilən “Hərbi and” qəzetinin əsas məqsədi 

gənc nəsildə hərbi­vətənpərvərlik hisslərinin yüksəldilməsi, Ümummilli Lider 

Heydər Əliyevin ideyalarının, Silahlı Qüvvələrin, dövlət atributlarının və rəmz-

lərinin təbliği, hərbçi peşəsinin sevdirilməsindən ibarətdir. 

Hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla 

yanaşan  Mehriban  xanım  Əliyevanın  rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondu 

mütəmadi  olaraq  müxtəlif  sahələrə  aid  yeni  layihələr  hazırlayıb  həyata  keçi-

rir. 2006­cı il yanvar ayının 24­də nəşr edilmiş “Qarabağ həqiqətləri” bukletlər 

toplusu həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir. 

UNESCO­nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaç­

qın  və  məcburi  köçkün  ailələrindən  olan  uşaqların  təhsili  və  işğal  olunmuş 

Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxuna-

raq  beynəlxalq  ictimaiyyətin  diqqətini Azərbaycan  ərazisinin  20%­nin  Ermə-

nistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban xanım Əliye-

vanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ 

haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə 

həyata keçirilmişdlir. 

 “Qarabağ həqiqətləri” silsiləsi aşağıdakı beş bukletdən ibarətdir: 

1. “Qarabağın tarixi haqqında qısa məlumat”;

2. “Qarabağ münaqişəsinin başlanması”;

3. “Xocalı soyqırımı”;

4. “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”;

5. “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”. 

Qarabağın  tarixi,  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 

başlanması,  onun  nəticəsində  ölkəmizə  dəyən  ziyan,  xalqımızın  yaddaşından 

heç  vaxt  silinməyəcək  Xocalı  faciəsi,  ermənilərin  dünyanın  müxtəlif  ölkələ-

rində törətdiyi terror aktları haqqında faktları əks etdirən bukletlər beynəlxalq 

ictimaiyyət üçün nəzərdə tutulduğu üçün ingilis, fransız, alman, rus və macar 

dillərində nəşr olunmuşdur.

Nəfis  şəkildə  tərtib  edilmiş  və  yüksək  poliqrafik  səviyyədə  çap  olunmuş 

bukletlər  fotoşəkillərlə  zəngindirlər.  Bütün  bukletlərdə  Azərbaycanın  xəritəsi 

verilmiş və burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri 

göstərilmişdir. Eyni zamanda burada münaqişə nəticəsində dəymiş ziyan, işğal 

aktının qurbanları və s. məlumatlar yer almışdır. 

“Qarabağın tarixi haqqında qısa məlumat” adlı buklet Heydər Əliyev Fon-

dunun prezidenti, UNESCO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva-



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə