HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə27/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

66

Bakıda  keçirilən  konfransda  iştirak  etməkdən  məmnun  olduğunu  bildirən 

BMT  baş  katibinin  müavini  xanım Aşa  Rouz  Migiro  belə  bir  aktual  mövzu-

nun  müzakirəsi  üçün  yaradılmış  şəraitə  və  qonaqpərvərliyə  görə Azərbaycan 

hökumətinə minnətdarlıq etmişdir. 

Bakının  həm  qədim,  həm  də  müasir  şəhər  olduğunu  qeyd  edən  BMT  baş 

katibinin  müavini  demişdir  ki,  Azərbaycan  çox  müsbət  və  çox  perspektivli 

gələcəyi olan bir ölkədir. Bu, ölkənin bütün vətəndaşları üçün böyük imkanlar 

yaradacaqdır. 

Qadınların həyatda, cəmiyyətdə çox vacib roluna toxunan xanım Aşa Rouz 

Migiro  təmsil  etdiyi  təşkilatın  gender  bərabərliyi  istiqamətindəki  fəaliyyətin-

dən söz açaraq demişdir ki, BMT bu prosesin həyata keçirilməsi üçün bir sıra 

layihələr icra edir. 

Qadınların sülhün və inkişafın təmin olunmasında oynadığı rolu qeyd edən 

BMT  baş  katibinin  müavini  demişdir  ki,  bu  konfrans  problemləri  müzakirə 

etmək və onların həlli yollarını axtarmaq baxımından bizə geniş imkan yarat-

mışdır. Bəzi ölkələr ayrı­seçkilik yaradan qaydaları və qanunları dəyişmişdir. 

Biz bunu müsbət əlamət kimi qiymətləndiririk. 

Xanım Aşa Rouz Migiro bir sıra ölkələrdə təhsil sahəsində aparılan müs-

bət dəyişikliklərin qadınların imkanlarını daha da genişləndirdiyini vurğulamış, 

ana  ölümünün  səviyyəsinin  aşağı  salınmasının  vacibliyini  söyləmişdir.  Bəzi 

istiqamətlərdə  nailiyyətlər  əldə  olunsa  da,  görüləsi  işlər  hələ  çoxdur.  Bizim 

üçün çox vacib məsələ ondan ibarətdir ki, gender stereotipləri, həmçinin qadın-

lara və qızlara qarşı ayrı­seçkilik aradan qaldırılsın. Qərarların qəbul edilməsi 

prosesində qadınların iştirakını genişləndirməliyik. 

Avropa  Şurası  Parlament  Assambleyasının  (AŞPA)  nümayəndəsi  Xose 

Mendes Bota çıxış edərək Azərbaycanda olmağından böyük şərəf duyduğunu, 

konfransın  yüksək  səviyyədə  təşkilinə  və  qonaqpərvərliyə  görə  Azərbaycan 

hökumətinə təşəkkürünü bildirmişdir. O, təmsil etdiyi qurumda gender bərabər-

liyinin təmini sahəsində bir çox işlərin görüldüyünü demişdir. 

Xose Mendes Bota qeyd etmişdir ki, bu yaxınlarda AŞPA­da qəbul edilən 

qərar  qadınlarla  kişilərin  eyni  hüquqa  malik  olması  ilə  bağlı  boşluğu  ara-

dan qaldırmağa yönəlmişdir. AŞPA­da yaradılmış şəbəkənin isə əsas məqsədi 

qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasıdır. 

Avropa  Şurası  Konqresinin Yerli  və  Regional  Hakimiyyətlər  Konqresinin 

sədri Yan Mikkalef bildirmişdir ki, bu konfrans gender bərabərliyi məsələsində 

dialoq və qlobal təcrübə mübadiləsinə imkan yaradır. Müasir Avropa cəmiyyə-

tində qadın bütün ictimai sahələrdə, siyasətdə və biznesdə iştirak edir. Lakin bu 

müsbət dəyişikliklərə baxmayaraq, hələ də gender bərabərliyi məsələsində boş-

luqlar vardır. Hələ bir sıra tövsiyə və qətnamələr yerinə yetirilməmişdir. Ona 

görə də gender bərabərliyi problemləri bir tərəfdən müasir cəmiyyət üçün çox 



67

vacib məsələdir, digər tərəfdən isə əldə olunmuş nailiyyətlərin daha da inkişaf 

etdirilməsinə ehtiyac vardır. Demokratik ölkədə gender bərabərliyi fundamen-

tal tələbdir. Bunu təmin etmək üçün stereotiplər aradan götürülməlidir. 

Avropa  Şurasının  QHT­lər  Konfransının  nümayəndəsi  Karin  Nordmeyer 

müzakirə olunan mövzu ilə bağlı təmsil etdiyi qurumda görülən işlərdən danış-

mışdır. Qonaq vurğulamışdır ki, dünyada elə bir şərait yaradılmalıdır ki, qadın-

lar öz potensialından tam istifadə edə bilsinlər. 

K.Nordmeyerin  sözlərinə  görə,  bir  çox  ölkələrdə  ayrı­seçkilik  qanunverici­

liklə qadağan olunmuşdur. Lakin qəbul edilən qərarların praktikada tam reallaşdı-

rılması üçün birgə səyləri artırmaq vacibdir. Avropa Şurası ictimai həyatın bütün 

sahələrində qadın və kişilərin iştirakını balanslaşdırmaq üçün ayrı­seçkiliklə müba-

rizə aparmağa çalışır. Bugünkü konfransın əsas məqsədi də de­yure və de­fakto 

gender bərabərliyinin təmin olunması məsələlərini müzakirə etməkdir. 

Konfrans işini “De­fakto gender bərabərliyinə nail olmaq üçün müsbət təd­

birlərin  həyata  keçirilməsi  və  gender  amilinin  daxil  edilməsi”  mövzusunun 

müzakirəsi ilə davam etdirmişdir. Çıxış edənlər Avropanın bir hissəsi kimi Azər-

baycanın gender məsələlərinə xüsusi diqqət ayırmasını yüksək qiymətləndirmiş-

lər. Vurğulanmışdır ki, bu gün Azərbaycanda təhsil, məşğulluq və ailə sahəsində 

gender bərabərliyi geniş təbliğ edilir. 

İrlandiyanın  təhsil  və  elm  departamentinin  baş  inspektoru  Maurin  Bohan 

gender  stereotiplərinə  qarşı  mübarizədə  təhsilin  böyük  rolunu  vurğulamışdır. 

Bir sıra ölkələrin təcrübəsini misal gətirən M.Bohan bu sahədə təhsilə lazımi 

diqqətin ayrılmaması nəticəsində yaranan problemlərdən danışmışdır. Hollan-

diyanı təmsil edən xanım Cok Hermes isə stereotiplərlə mübarizədə medianın 

rolu mövzusunda çıxış etmişdir. O, medianın bu məsələyə təsirinin çox güclü 

olduğunu  söyləyərək  mətbuatın  həmin  sahədə  lazımi  tədbirlərin  həyata  ke çi-

rilməsinin vacibliyini qeyd etmişdir. KİV­lər ailə və qadın prob lemlərinin həl-

lində də yaxından iştirak edən mühüm vasitələrdir. Televiziya və radio kanal-

larının, mətbuat orqanlarının monitorinqi gös tərir ki, tamaşaçıların, oxucuların 

diqqətinə aktual problemlərin həllinə, o cümlədən gender stereotiplərinin ara-

dan qaldırılmasına həsr olunmuş materiallar, reportajlar, verilişlər təqdim edilir. 

Bu baxımdan gender stereotiplərinə qarşı mübarizədə medianın rolu danılmazdır. 

Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri  Leyla  xanım 

Əliyevanın təşəbbüsü ilə 2010­cu il iyunun 29­da Bakıda “Qloballaşma şərai-

tində mədəniyyətlərin dialoqu” mövzusunda forum işə başlamışdır.

Çoxsaylı alim və ziyalıların iştirak etdikləri Bakı forumunu açan Azərbay­

can  Milli  Elmlər  Akademiyasının  prezidenti,  akademik  Mahmud  Kərimov 

Rusiyadan  gəlmiş  qonaqları  salamlayaraq,  tədbirin  ənənəvi  xarakter  aldığını 

söyləmişdir. O, forumun əhəmiyyətini qeyd edərək xatırlatmışdır ki, ulu öndər 

Heydər Əliyev müstəqilliyimizin ilk illərindən qloballaşmaya doğru istiqamət 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə