HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə29/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

70

HEYDƏR ƏLİYEV 

FONDUNUN NƏŞRLƏRİ

10  may  2006­cı  il  tarixdə  Fondun  fəaliyyətə  başlamasının  2  illiyinə  həsr 

olunmuş, Azərbaycan və ingilis dillərində olan iki kitabdan ibarət yeni nəşr – 

“Heydər Əliyev Fondu” kitabı nəşr edilmişdir. 

Birinci  kitabda  ulu  öndər  Heydər  Əliyevin  həyat  və  fəaliyyətindən, 

Heydər Əliyev Fondunun iki il ərzində müxtəlif sahələrdə həyata keçirdiyi 

layihələrdən bəhs olunur.

Kitab  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO­nun  xoşməramlı 

səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın giriş sözü ilə açılır. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fondun qarşıya 

qoyduğu  məqsəd  və  vəzifələrin  əhəmiyyətinə  və  miqyasına  görə  ölkəmizdə 

analoqu olmayan yeni tipli qurum kimi səciyyələndirir və qurumun geniş icti-

maiyyətlə  əlaqələri  möhkəmləndirməklə  Heydər  Əliyev  ideyalarının  həyata 

keçirilməsinə yardımçı olmaq məqsədi daşıyan fəaliyyətini daha da təkmilləş-

dirəcəyinə və Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə vətəndaş cəmiyyəti-

nin bərqərar edilməsi işinə köməyinin ilbəil artacağına inandığını bildirir. Hey-

dər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ömrünü xalqımızın 

gələcəyinə  həsr  etmiş  dahi  şəxsiyyətin  ideyalarının  həyata  keçirilməsi  kimi 

şərəfli işdə hamını Heydər Əliyev Fondu ilə əmakdaşlığa dəvət edir. 

Kitabın “Heydər Əliyevin həyat və fəaliyyəti” adlanan bölməsində ulu ön də-

rin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilir, Heydər Əliyevin 1969­cu 

ildən başlayaraq respublikaya rəhbərlik etdiyi dövr ərzində həyata keçirdiyi iri-

miqyaslı işlərdən söhbət açılır. Bildirilir ki, Heydər Əliyev Moskvada işlədiyi 

vaxtlarda  da  həmişə Azərbaycanı  düşünmüş,  onun  taleyi  ilə  yaşamış,  doğma 

respublikasının yalnız keçmiş SSRİ məkanında deyil, həm də dünyada tanıdıl-

ması üçün əlindən gələni etmişdir. Ulu öndərin bu yöndə fəaliyyəti Azərbaycan 

müstəqillik əldə etdikdən sonra da davam etmişdir. Qeyd olunur ki, Müstəqil 

Azərbaycan dövlətinin memarı və qurucusu kimi Heydər Əliyevin fəaliyyətinin 

çoxəsrlik dövlətçiliyimizin tarixində müstəsna yeri vardır.

Kitabın  “Heydər  Əliyev  Fondunun  məqsədləri”  adlı  bölməsində  Fondun 

məqsədləri  geniş  şəkildə  işıqlandırılmışdır.  Burada  qeyd  olunur  ki,  Heydər 

Əliyev Fondu bu dahi insanın milli dövlətçilik, azərbaycançılıq məfkurəsinin 

həyata  keçirilməsini,  onun  zəngin  nəzəri­fəlsəfi,  siyasi  irsinin  dərindən  öyrə-

nilməsini özünün başlıca məqsədi, vəzifəsi hesab edir. Fondun yaradılmasının 

əsas  məqsədlərindən  biri  məhz  Heydər  Əliyevin  müstəqil  dövlətimizin  möh-

kəmlənməsinə xidmət edən zəngin irsinin hərtərəfli öyrənilməsinə və təbliğinə, 

Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına 



71

yönələn genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir. Bun-

dan başqa, Fondun əsas məqsədləri kimi bunlar göstərilir: beynəlxalq miqyaslı 

iqtisadi layihələrin həyata keçirilməsini dəstəkləmək və onlarda yaxından işti-

rak etmək, elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi 

məqsədilə  layihələr  həyata  keçirmək,  qaçqın  və  məcburi  köçkün  ailələrinin, 

eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemlərini diqqətdə 

saxlamaq və həllinə kömək etmək, Azərbaycanın beynəlxalq aləmdə tanınma-

sına, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, Azər-

baycanın  beynəlxalq  nüfuzunun  artırılması  ilə  bağlı  tədbirlərin  keçirilməsinə 

yardım göstərmək.

Kitabın “Heydər Əliyev Fondunun 2005­2006­cı illərdəki fəaliyyətinin əsas 

istiqamətləri”  adlı  bölməsində  Fondun  həyata  keçirdiyi  müxtəlif  la yihələrdən 

söhbət  açılır.  Bildirilir  ki,  ölkəmizin  bütün  guşələrində,  hətta  ən  ucqar  kənd-

lərdə yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binaların inşasını nəzərdə 

tutan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi 2005­ci ildə həyata keçiri­

lən ən mühüm və uğurlu layihədir. 

Kitabın  “Heydər  Əliyev  Fondunun  təhsil  sahəsindəki  fəaliyyəti”  adlı  böl-

məsində “Uşaq evləri və İnternat Məktəblərinin İnkişafı Proqramı”, “Yeniləşən 

Azərbaycana  yeni  məktəb”,  kor  və  görmə  qabiliyyəti  zəif  olan  insanlar  üçün 

İKT­yə  çıxışın  təmin  edilməsi”  layihələri  haqqında  məlumat  verilir.  Burada 

“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən məktəblə-

rin siyahısı da verilmişdir.

Kitabın  “Heydər  Əliyev  Fondunun  səhiyyə  sahəsindəki  fəaliyyəti”  adla-

nan bölməsində bildirilir ki, səhiyyə sahəsində problemlərə diqqət 2005­ci ildə 

Fondun fəaliyyətində xüsusi yer tutmuşdur. Səhiyyə sahəsində həyata keçirilən 

“Diabetli  uşaqlara  ən  yüksək  qayğı”  layihəsinin  əsas  məqsədi  ictimaiyyətin, 

yerli  və  xarici  şirkətlərin  diqqətini  ölkəmizdəki  diabetli  uşaqların  problemlə-

rinə yönəltmək, həllinə kömək etmək və Beynəlxalq Diabet Federasiyasının bu 

sahədə iştirakını fəallaşdırmaqdan ibarətdir. Səhiyyə sahəsində həyata keçirilən 

digər  bir  layihə  “Talassemiyasız  həyat  naminə”  adlanır.  Bu  proqram  çərçivə-

sində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması 

qərara  alınmışdır.  Bundan  başqa,  2005­ci  ildə  Metropolitenin  “Bakı  Soveti” 

stansiyasında  baş  vermiş  qəza  nəticəsində  xəsarət  almış  insanların  müalicə 

olunmasını Heydər Əliyev Fondu öz üzərinə götürmüş, həlak olanların ailələ-

rinə və xəsarət alanlara maddi yardım göstərmişdir.

Kitabın “Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti” adlı 

bölməsində qeyd olunur ki, Fond ötən illər ərzində Azərbaycanın milli musiqi-

sinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı mühüm işlər gör-

müşdür. Bunlardan biri Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qo­

yulmasıdır. Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində 

növbəti tədbir “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanən-




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə