HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə37/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

86

Giriş  hissədə  Azərbaycan  tarixi  haqqında  qısa  arayış  verilir.  Burada 

uzun  illər  ərzində  ölkəmizdə  arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş 

maddi­mədəniyyət nümunələri xatırladılır, yer üzündə qədim insan məskən-

lərindən  biri  olan Azərbaycan  ərazisində  meydana  gəlmiş  erkən  sivilizasi-

yadan,  əcdadlarımızın  yaratdığı  rəngarəng  memarlıq  abidələrindən  söhbət 

açılır.  Azərbaycanda  qədim  dövlətçilik  ənənələri  barədə  məlumat  verilir, 

ötən  nəsillərin  hər  birinin  mədəni  irsimizdə  öz  payı  olduğu  vurğulanır. 

Azərbaycan ərazisində müxtəlif dinlərin – bütpərəstlik, zərdüştilik və xris-

tianlığın yaranması tarixindən danışılır, bunların hər birinin mədəni­mənəvi 

irs xəzinəsinə töhfə verdiyi bildirilir. Kitabda ərəb istilasından sonra Qafqaz 

Albaniyası  əhalisinin  əsasən  islamı  qəbul  etməsi,  bəzi  dağlıq  bölgələrdə  isə 

xristianlığın  qalması  vurğulanır.  Sonrakı  dövrlərdə  yaranmış  Salarilər,  Şəd-

dadilər,  Atabəylər,  Hülakülər  (Elxanilər),  Qaraqoyunlular,  Ağqoyunlular  və 

Səfəvilər  kimi  tarixi  Azərbaycan  dövlətlərindən  bəhs  olunur.  Bildirilir  ki, 

XIX  əsrin  əvvəllərində  Azərbaycanın  şimal  ərazilərinin  Rusiya  tərəfindən 

işğalından  sonra  çarizmin  mürtəce  demoqrafik  siyasəti  nəticəsində  bu  yer-

lərə İran və Türkiyədən on minlərlə erməninin köçürülməsi, əslində, gələcək 

dramatik­faciəvi hadisələrin əsasını qoymuşdur. Rusiyada bolşeviklərin haki-

miyyətə  gəlməsindən  sonra  Azərbaycanın  tarixi  torpaqları  hesabına  Ermə-

nistan  Respublikası  yaradılmışdır.  Bundan  daha  da  şirnikən  erməni­daşnak 

millətçiləri Azərbaycana qarşı ərazi iddialarını davam etdirmiş, keçmiş SSRİ 

rəhbərliyi bu işdə faktiki olaraq onlara himayədarlıq etmişdir.

“Qafqaz albanlarının dini memarlıq irsi” adlanan bölmədə Qafqaz Alba-

niyası  dövrünə  aid  abidələrdən  geniş  bəhs  olunur.  Bu  da  təsadüfi  deyildir. 

Çünki  tarixi  faktları  saxtalaşdırmağa  adət  etmiş  ermənilər  indi  də  Qafqaz 

Albaniyası dövlətinin erməni etnosu tərəfindən yaradılması və deməli, həmin 

dövrə  aid  xristian  abidələrinin  də  ermənilərə  mənsub  olması  kimi  sərsəm 

təbliğatla  məşğuldurlar. Azərbaycan  tarixçilərinin  bu  məsələ  ilə  bağlı  bəya-

natında  deyilir:  “Qarabağın  yüz  ildən  çox  müddət  ərzində  arxeoloji  tədqiqi 

prosesində  nə  dağlıq,  nə  də  düzən  Qarabağda  heç  bir  erməni  yaşayış  yeri, 

nekropolu,  qalası  və  s.  aşkar  olunmamışdır. Azərbaycan  arxeoloqlarının  on 

illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində 

paleolit  dövrünə  aid Azıx,  Tağlar,  Zar  mağara  düşərgələri,  eneolit  dövrünə 

aid  Çalağantəpə,  Leylatəpə  və  s.  abidələr,  ilk  tunc  dövrünə  aid  Xankəndi, 

Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid 

Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abi-

dələri, habelə antik dövrə və ilk orta əsrlərə aid Covurqala və digər çoxsaylı 

abidələr aşkar edilmişdir. Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alim-

lərinin  özləri  də  bütün  bu  tarixi  abidələrin Azərbaycanın  qədim  sakinlərinə 

məxsus olduğunu birmənalı şəkildə qəbul etmişlər”.



87

Kitabda  qeyd  olunur  ki,  Qafqaz Albaniyası  cənubda Araz  çayından  tut-

muş,  şimalda  Dərbəndə  kimi  ərazini  əhatə  edirdi.  Baxmayaraq  ki,  Alba-

niyada  xristianlıq  IV  əsrdə  dövlət  dini  elan  edilmişdir,  onun  təbliği  hələ  I 

əsrdə  başlamışdı.  İndiki  Şəki  rayonunun  Kiş  kəndindəki  kilsə  Alban  kil-

sələrinin  anası  hesab  olunurdu.  Bu  təkcə  Albaniya  ərazisində  deyil,  eyni 

zamanda Cənubi Qafqazda ilk kilsə idi.

Sonralar  Albaniyanın  birinci  paytaxtı  olan  Qəbələdə,  indiki  Oğuz,  Qax, 

Zaqatala, Balakən rayonları ərazisində və başqa yerlərdə kilsələr tikilmişdi.

Kitabda  Şimali  Azərbaycan  xanlıqları  Rusiyaya  birləşdirildikdən  sonra 

erməni Qriqorian kilsəsinin Alban kilsəsinə qarşı məkrli siyasətindən və nə­

hayət, Peterburq Sinodu vasitəsilə onun fəaliyyətinə son qoyulmasından geniş 

bəhs olunur. Eyni zamanda vurğulanır ki, Qriqorian kilsəsinin bu siyasəti həm 

də  xristian  albanların  və  onların  abidələrinin  erməniləşdirilməsi  siyasəti  ilə 

müşayiət olunurdu. Lakin albanların çoxu buna qarşı çıxmış və islamı qəbul 

etmişdilər. Bu fakt XIX əsrə aid statistik məlumatlarla da sübut olunur. Həmin 

faktlar  Rusiya  imperiyasının  nümayəndələri  tərəfindən  toplanılmış  və  çap 

etdirilmişdir. Özü də albanların islamı qəbul etməsi elə bir dövrdə baş verirdi 

ki, o vaxt Rusiyada müsəlmanların vəziyyəti xristianlara nisbətən çox əlveriş-

siz idi. Bununla belə, albanlar erməniləşməyə yox, müsəlmanlığı qəbul edib 

alban  olaraq  qalmağa  üstünlük  verirdilər.  Eyni  zamanda,  erməni  kilsəsinin 

bütün təzyiqlərinə baxmayaraq, Azərbaycanın indiki Qəbələ və Oğuz rayon-

larında yaşayan udinlərin o vaxtkı nəsilləri erməniləşmədilər, öz dillərini və 

adət­ənənələrini saxladılar.

Kitabda  işğal  olunmuş  rayonlar  üzrə  abidələrin,  mədəniyyət  ocaqlarının 

siyahısı,  xəritələr  verilmişdir.  Bu  siyahılara  Şuşa  rayonundan  279,  Kəlbəcər 

rayonundan  255,  Laçın  rayonundan  345,  Qubadlı  rayonundan  209,  Zəngilan 

rayonundan 171, Cəbrayıl rayonundan 169, Füzuli rayonundan 148, Xocavənd 

rayonundan 76, Xocalı rayonundan 62, Ağdam rayonundan 126, Tərtər rayo-

nundan 18 obyekt daxil edilmişdir.

Kitabda,  eyni  zamanda  işğal  altındakı  bölgələrimizdə  və  Ermənistan  əra-

zisindəki tarix və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyəti haq­

qında  materiallar  yer  almışdır.  Kitabda  vurğulanır  ki,  ermənilərin  bu  gün  də 

davam  edən  dağıdıcılıq  siyasəti  Azərbaycan  mədəniyyətinə  zərbə  vurmaq 

məqsədi daşıyır. Qarabağın işğal altındakı şəhər və qəsəbələrində, o cümlədən 

Şuşada abidələrin dağıdılması, onların memarlıq əlamətlərinin dəyişdirilməsi, 

“arxeoloji qazıntılar” pərdəsi altında “erməniləşdirilməsi” bu ərazilərin və abi-

dələrin Azərbaycana  məxsusluğuna  dair  bütün  əlamətlərin  məhvinə  yönəlmiş 

uzunmüddətli hədəflərdir. 1994­cü ildə imzalanmış atəşkəs sazişindən keçən 13 

ildə baş verənlərin təhlili göstərir ki, bu müddət ərzində ermənilərin dağıtdığı 

abidələrin sayı hərbi əməliyyatların getdiyi illərdə dağıdılmış abidələrin sayın-

dan çoxdur. Nadir kolleksiyası olan Kəlbəcər tarix­diyarşünaslıq muzeyi, Şuşa, 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə