HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə33/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

78

dilimizə  çevrilib  nəşr  edilməsinə  daim  yardımçı  olan  Heydər  Əliyev  Fondu-

nun bu təşəbbüsü də olduqca təqdirəlayiqdir. Bunu türk oxucularının bu əsər-

lərə, Mir Cəlal yaradıcılığına dərin marağı, kitabların qısa vaxtda qardaş ölkədə 

geniş populyarlıq qazanması bir daha sübut edir.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jur-

nalının ilk nömrəsi və “Muğam­Antologiya” layihəsi çərçivəsində Səfiyəddin 

Urməvinin (1217­1294) “Şərəfiyyə risaləsi” və “Kitabül­ədvar”, Fətullah Şir-

vaninin (1417­1486) “Musiqi məcəlləsi” əsərləri işıq üzü görmüşdür.

2  iyul  2007­ci  il  tarixdən  “Muğam”  jurnalının  baş  redaktoru, Azərbaycan 

Mədəniyyətinin Dostları Fondunun (AMDF) prezidenti Mehriban xanım Əliye-

vadır. AMDF nəzdindəki “Muğam Mərkəzi”ndə tərtib edilmiş və “Şərq­Qərb” 

mətbəəsində Azərbaycan, ingilis və rus dillərində çap olunmuş jurnalın birinci 

nömrəsinin “Ön söz” hissəsində Mehriban xanım Əliyeva nəşrin konsepsiyası 

haqqında məlumat verir.

Jurnalda Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları 

Fondunun  muğamla  bağlı  keçirdiyi  müxtəlif  tədbirlərin,  UNESCO­nun  Bey-

nəlxalq  Muğam  Mərkəzinin  təməlinin  qoyulması  mərasiminin,  Ümummilli 

Liderimiz  Heydər  Əliyevin  görkəmli  musiqiçilərlə  görüşünün  əks  olunduğu 

fotoşəkillər yer almışdır. Oxucular jurnalda görkəmli bəstəkar Fikrət Əmirovun 

simfonik muğamları haqqında Cəmilə Həsənovanın məqaləsi, Azərbaycan Bəs­

təkarlar İttifaqı idarə heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə-

nin və qədim xalq çalğı alətləri ansamblının bədii rəhbəri Məcnun Kərimovun 

müsahibələri,  xalq  artisti Alim  Qasımov  və  zəmanəmizin  görkəmli  violonçel 

ustalarından biri Yo­Yo­Ma haqqında məqalələr ilə tanış ola bilərlər.

Bundan  əlavə,  klassik  muğamların  məzmunu  və  strukturuna  aid  ayrıca 

məqalənin yer aldığı jurnalın “Tarixin səhifələri” bölməsində müxtəlif illərə tə­

sadüf edən və muğamla bağlı olan hadisələr haqqında xülasə verilir. “Qədim 

dövrlərdən  xəbər  verən  musiqi”  məqaləsində  Şərq  vokal  məktəbindən  bəhs 

olunur. Jurnalda milli musiqi alətlərimiz tar və qaval haqqında danışılmış, xalq 

şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından parçalar verilmişdir.

Səfiyəddin  Urməvinin  “Şərəfiyyə  risaləsi”  və  “Kitabül­ədvar”,  Fətullah 

Şirvaninin  “Musiqi  məcəlləsi”  kitabları  haqqında  da  qısa  xülasələrin  veril-

diyi jurnalın ilk nömrəsinin son səhifələrində “Biz muğam haqqında nə bili-

rik və onun gələcəyi varmı?” sorğusuna müxtəlif peşə sahiblərinin cavabları 

da dərc olunmuşdur.

11 iyun 2007­ci il tarixdə “Heydər Əliyev Fondu” kitabının növbəti nəşri 

Azərbaycan və ingilis dillərində nəfis tərtibatda çapdan buraxılmışdır. Fondun 

bu nəşri də iki kitabdan ibarətdir. 

Birinci kitabda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Heydər 

Əliyev Fondunun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən bəhs olunur.

Fondun fəaliyyətinin üçillik dövründən bəhs edən kitab Heydər Əliyev Fon-

dunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO 



79

və  İSESCO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 

Əliyevanın “Ön Söz”ü ilə açılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban 

xanım Əliyeva bildirir ki, xalqımızın yetirdiyi görkəmli siyasi və dövlət xadimi 

Heydər Əliyevin adını daşıyan Fondun yaranmasından üç il keçir. Fond ictimai 

təşkilat  kimi,  yarandığı  gündən  Heydər  Əliyev  ideyalarının  reallaşmasına  öz 

töhfəsini verməyə çalışır. 

Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva  qeyd  edir 

ki, Fondun fəaliyyət coğrafiyası artıq ölkəmizin sərhədlərini aşmışdır. Dünya-

nın bir çox ölkələrində layihələrin reallaşması Fondun beynəlxalq aləmdə artan 

nüfuzunun göstəricisidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fondun geniş 

ictimaiyyətlə  əlaqələrini  möhkəmləndirməklə  fəalliyyətini  daha  da  təkmilləş-

dirəcəyinə və Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə vətəndaş cəmiyyəti-

nin bərqərar edilməsi işinə öz töhfəsini verəcəyinə inandığını ifadə edir. 

Kitabın ilk bölməsi “Heydər Əliyevin həyat və fəaliyyəti” adlanır. Burada 

zəngin, mənalı ömür yolu keçmiş dahi şəxsiyyətin həyatının ayrı­ayrı dövrləri 

gözlərimiz önündə canlanır. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkə-

mizin  sosial­iqtisadi,  mədəni  yüksəlişi,  xalqımızın  maddi  rifahının  yaxşılaş-

ması,  ötən  yüzillikdə  yenidən  müstəqilliyinə  qovuşmuş  ölkəmizin  parçalanıb 

məhv  olmaq  təhlükəsindən  qurtularaq,  dünya  birliyində  öz  layiqli  yerini  tut-

ması sahəsində ulu öndərin gördüyü nəhəng işlər ətraflı təhlil olunur.

“Heydər  Əliyev  Fondunun  məqsədləri”  adlanan  ikinci  bölmədə  xüsusi 

vurğulanır ki, ulu öndər Heydər Əliyevin zaman, məkan anlayışına sığmayan 

həyat amalı azad və müstəqil bir dövlət qurmaq idi. Heydər Əliyev ömrü Azər-

baycan xalqının XX əsr tarixinin 35 illik ən məsuliyyətli, çətin və şərəfli bir 

dövrünün salnaməsidir. Ona görə də ulu öndərin adını daşıyan Fondun yaran-

ması  həm  də  xalqın  öz  dahi  oğluna  sonsuz  ehtiramının  ifadəsidir.  2004­cü  il 

mayın 10­dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və 

fəaliyyət fəlsəfəsinin, elmi­nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrə-

nilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli 

missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır.

İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı 

məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olma-

yan  yeni  tipli  qurumdur,  ardıcıl  və  məqsədyönlü  fəaliyyəti  nəticəsində  Fond 

həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük 

hörmət qazanmışdır. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban 

Əliyeva  çoxcəhətli  fəaliyyətinə  görə  bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatların 

mükafatlarına layiq görülmüşdür.

Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı-

nın ikinci mərhələsinin təqdimatına həsr olunmuş “dəyirmi masa” da çıxışında 

demişdir: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteq-




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə