HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə35/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

82

liyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Heydər Əliyev Fondu 

onlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya­kommunikasiya 

texnologiyalarından (İKT) istifadəni zəruri saymışdır. 

Fondun  UNESCO  ilə  birgə  keçirdiyi  “UNESCO­Azərbaycan:  gələcəyə 

körpü”  mövzusunda  konfransda Azərbaycanın  təhsil  sistemində  aparılan  isla-

hatlar, Avropa  təhsil  sisteminə  inteqrasiya  və  digər  məsələlər  müzakirə  olun-

muşdur.  Azərbaycanın  tarixi  və  mədəni  ənənələrini,  mövcud  tolerantlığını 

nəzərə alaraq, Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını 

2006­cı il aprelin 24­də Bakıda Heydər Əliyev Fondu ilə birgə keçirmişdir. 

“Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan – sivilizasiyalararası dia-

loqun keçmişi və bu günü” mövzusunda konfransda iştirak edən xarici qonaq-

lar  ölkəmizdə  dini  etiqad  azadlığının,  dini  dözümlülüyün  yüksək  səviyyədə 

olduğunu, Azərbaycanın Şərq və Qərb sivilizasiyalarının ən yaxşı ənənələrini 

özündə birləşdirdiyini faktlarla vurğulamışlar.

“Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda birinci beynəlxalq 

konfrans  da  Bakıda  keçirilmişdir.  Əlyazmalar  İnstitutunda  saxlanılan  qədim 

təbabətə  dair  3  nadir  tibb  əlyazması  Fondun  dəstəyi  ilə  konfrans  ərəfəsində 

UNESCO­nun  Dünya Yaddaşı  Proqramının  Beynəlxalq  Siyahısına  daxil  edil-

mişdir. Vaşinqton Elmlər Akademiyası ilə birgə təşkil edilmiş konfransın açılış 

mərasimi 2006­cı il iyunun 12­də Heydər Əliyev Fondunda keçirilmişdir. Kon-

fransın keçirildiyi günlərdə Fondda qədim əlyazmaların sərgisi təşkil olunmuş-

dur. Konfransın növbəti iclasları Yevlax və Şəki şəhərlərində keçirilmişdir.

İSESCO  ilə  əməkdaşlıq  da  uğurla  inkişaf  edir.  Ötən  il  Mehriban  xanım 

Əliyeva islam dünyasının bu nüfuzlu qurumunun ilk qadın xoşməramlı səfiri 

seçilmişdir. Heydər Əliyev Fondu ilə İSESCO arasında əməkdaşlıq haqqında 

protokol imzalanmışdır.

Azərbaycan  həqiqətlərinin  yayılmasına  həmişə  xüsusi  önəm  verən  Fond 

bu  ilin  əvvəlindən  etibarən  Xocalı  faciəsinin  15­ci  ildönümü  ərəfəsində 

xüsusi layihə həyata keçirmişdir. 16 ölkədə anma tədbirləri təşkil olunmuş, 

erməni  fa şizminin  iç  üzünü  açıb  göstərən  “Qarabağ  həqiqətləri”  toplusu  və 

onun elektron versiyaları yayılmış, “Xocalı soyqırımı” filmi nümayiş etdiril-

mişdir. Real faktlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası 

on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın 

ölkəmizə  qarşı  həyata  keçirdiyi  təcavüzkar  işğalçılıq  siyasəti  haqqında  əsl 

həqiqətləri çatdırmışdır.

Sosial sahə Heydər Əliyev Fondunun fəaliyyətində əhəmiyyətli yer tutur və 

“Heydər Əliyev Fondunun sosial sahədəki fəaliyyəti” adlı bölmədə əks olun-

muşdur. Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 min sakinin su təminatı-

nın yaxşılaşdırılmasına imkan verən boru kəməri çəkilmişdir.

Şamaxı  şəhərində  müvəqqəti  məskunlaşmış  məcburi  köçkün  ailələri  üçün 

16 mənzilli bina əsaslı təmir olunmuş, ev əşyaları və avadanlıqla təmin edil-




83

mişdir.  1941­1945­ci  illər  müharibəsində  qələbənin  60  illiyinə  həsr  olunmuş 

mərasim keçirilmiş, Xəzər rayonunun Türkan qəsəbəsində abidə ucaldılmışdır. 

Kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün hər il ölkə-

nin ən iri saraylarında Yeni il və Novruz şənlikləri təşkil edilir.

Ekologiya  sahəsində  2007­ci  ilin  Novruz  bayramı  ərəfəsində  Fond  Bakı 

ətrafındakı istifadəsiz sahələrdə 20 min həmişəyaşıl tingin əkilməsi ilə “Hərə-

miz  bir  ağac  əkək!”  layihəsinə  start  vermişdir.  Qısa  zamanda  respublikanın 

bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar, ayrı­ayrı kollektivlər bu çağı-

rışa qoşularaq, yaşıllaşdırma kampaniyasına başlamışlar. Ətraf mühitin sağlam-

laşdırılmasına,  təmiz  hava,  təmiz  ekologiyaya  töhfə  olan  layihə  çərçivəsində 

respublikanın hər yerində yüz minlərlə yeni ağac əkilmiş, təzə parklar, bağlar, 

yaşıl xiyabanlar salınmışdır. Təşəbbüsün hər il mövsümi olaraq davam etdiril-

məsi nəzərdə tutulur.

Fond elm və texnologiya sahəsində fəaliyyətə də böyük əhəmiyyət verir. 

2005­ci  ildə  Mehriban  xanımın  təşəbbüsü  ilə  respublikanın  internet  məka-

nında  məlumat  bazasının  zənginliyinə  görə  analoqu  olmayan  “Azərbaycan” 

portalı  yaradıldı.  12  bölmədən  ibarət  4  min  səhifəlik  portalda  toplanmış 

konkret  məlumatlar Azərbaycanla  bağlı  istənilən  mövzuda  informasiya  əldə 

etməyə imkan verir.

Fondun  nəşrlərinə  “Qarabağ  həqiqətləri”  toplusu,  “Azərbaycana  qarşı 

mü haribə:  mədəni  irsin  hədəfə  alınması”,  “Müharibə  və  tarixi­mədəniyyət 

abidələrimiz”,  xarici  nəşrlərdən  tərcümə  edilmiş  Murad  Adcinin  “Türklər 

və  dünya:  munis  tariximiz”, ABŞ­ın  Mərkəzi Asiya­Qafqaz  İnstitutu  –  İpək 

Yolu Araşdır malar Proqramının rəhbərləri Frederik Starr və Svante Kornellin 

“Bakı­Tbilisi­Ceyhan  boru  kəməri:  Qərbə  açılan  neft  pəncərəsi”,  “Azərbay-

can təbiəti”, Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə”, Rudolf İvano-

vun “Bəyazidin müdafiəsi: həqiqət və yalan”, “Əlahəzrətin general­adyutantı” 

kitabları  bu  qə bildəndir.  Dünya  şöhrətli  musiqiçi  M.Rostropoviçə  və  xanımı 

Q.Vişnevskayaya  həsr  edilmiş  musiqi  albomu  da  populyarlıq  qazanmışdır. 

İSESCO ilə birlikdə görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Yeni ərəb 

ədəbiyyatının korifeyləri” kitabı ərəb dilində nəşr edilmişdir.

“Xatirə  Kitabından  səhifələr”  adlanan  ikinci  kitabda  Fondu  ziyarət  etmiş 

dövlət  və  hökumət  başçılarının,  dünyada  tanınmış  elm,  mədəniyyət  və  incə­

sənət xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin bir qisminin təəssürat-

ları verilmişdir.

Heydər Əliyev Fondu nəfis tərtibatda “Fəxri xiyaban” kitabını nəşr etmiş-

dir. Etiraf etmək lazımdır ki, xarici ölkələrdən gələn qonaqların hər zaman üz 

tutduğu  Fəxri  xiyaban  haqqında  belə  elmi­kütləvi  nəşrə  böyük  ehtiyac  duyu-

lurdu və Fond bu boşluğu doldurmuşdur.

Soraq kitabında toplanmış, Azərbaycan və ingilis dillərində hazırlanmış ma­

teriallar ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan həyat yolu haqqında 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə