HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə36/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

84

yığcam məqalə ilə başlayır. Burada xalqımızın dahi oğlunun Fəxri xiyabandakı 

qəbirüstü abidə kompleksinin şəkli də dərc olunmuşdur.

Digər materiallar isə ensiklopedik qaydada əlifba sırası ilə verilmişdir. Təbii 

ki, Azərbaycan oxucularının bir qismi, xüsusilə yaşlı və orta nəslin nümayən-

dələrinin  Fəxri  xiyabanda  dəfn  olunmuş  insanların  çoxu  barədə  məlumat-

ları vardır. Ancaq gənc nəsli və ölkəmizə gələn xarici qonaqları nəzərə alsaq, 

deməliyik ki, Heydər Əliyev Fondu bu təşəbbüsü ilə çox böyük maarifləndirici 

və təbliğat işi görmüşdür.

Azərbaycanın  görkəmli  maarifçi,  yazıçı  və  şairlərindən  Cəlil  Məmməd­

quluzadə,  Həsən  bəy  Zərdabi,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Məmməd  Səid 

Ordubadi, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Əli Nəzmi, 

Səməd  Vurğun,  Süleyman  Rəhimov,  Rəsul  Rza,  Vahid,  Mirzə  İbrahimov, 

Mehdi Hüseyn, Süleyman Rüstəm, Əli Vəliyev, İsmayıl Şıxlı, Sabit Rəhman, 

Cabir Novruz, İlyas Əfəndiyev, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri, 

Yusif Səmədoğlu və başqalarının tərcümeyi­halı, yaradıcılığı haqqında verilən 

məlumatlar çox qısa, informasiya xarakteri daşısa da, ümumi təsəvvür yaradır.

Fəxri Xiyabanda dəfn edilənlər içərisində mədəniyyət və incəsənət xadim-

ləri üstünlük təşkil edir. Bu siyahıda birinci yeri, şübhəsiz ki, xalqımıza böyük 

şöhrət  gətirmiş,  Şərqdə,  o  cümlədən  Azərbaycanda  professional  musiqinin, 

opera və baletin banisi, əsərləri bir çox dillərə tərcümə olunaraq dünya musiqi 

mədəniyyətinin qızıl fonduna daxil olmuş dahi bəstəkar Üzeyir Hacıbəyli tutur.

Müslüm  Maqomayev,  Qara  Qarayev,  Fikrət  Əmirov,  Niyazi,  Mikayıl 

Abdullayev,  Qəmər  Almaszadə,  Rəşid  Behbudov,  Leyla  Bədirbəyli,  Bəşir 

Səfəroğlu,  Bülbül,  Cahangir  Cahangirov,  Səid  Rüstəmov,  Vasif Adıgözəlov, 

Həqiqət  Rzayeva,  Hüseynqulu  Sarabski,  Mərziyə  Davudova,  Fuad  Əbdür-

rəhmanov,  Mehdi  Məmmədov,  Seyid  Şuşinski,  Ələsgər  Ələkbərov,  Şövkət 

Ələkbərova, Tofiq Quliyev, Süleyman Ələsgərov, Kamil Əliyev, Mirzağa Əli-

yev,  Hüseyn  Ərəblinski,  Sidqi  Ruhulla,  Mikayıl  Hüseynov,  Lətif  Kərimov, 

Hökumə  Qurbanova,  Soltan  Hacıbəyov,  Əzim  Əzimzadə,  Sara  Qədimova, 

Leyla Vəkilova, Nəsibə Zeynalova və başqalarının adı xalqımızın yaddaşına 

əbədi  həkk  olunmuşdur.  Onların  adı,  sənəti  mədəniyyət  tariximizdə  əbədi 

yaşayacaq, nəsillərə örnək olacaqdır.

Oxucular dövlət xadimləri və ictimai xadimlərdən Əziz Əliyev, İmam Mus-

tafayev,  Seyidcəfər  Pişəvəri,  Şıxəli  Qurbanov,  Afiyəddin  Cəlilov,  Arif  Hey-

dərov, Kamran Hüseynov, Əliş Ləmbəranski, Süleyman Vəzirov, əmək qəhrə-

manları Qurban Abbasov (Neftçi Qurban), Ağa Nemətulla, Bəsti Bağırova, Əli 

Əmirov və başqaları haqqında da yığcam məlumat ala biləcəklər.

Xalqımızın yetirdiyi alimlər zaman­zaman ölkəmizdə və onun hüdudların-

dan kənarda elmi ixtiraları, sanballı tədqiqatları ilə özlərinə və mənsub olduq-

ları  diyara  şərəf­şöhrət  qazandırmış,  elmi­texniki  tərəqqiyə  töhfələrini  ver-

mişlər. Akademiklər Zərifə Əliyeva, Heydər Hüseynov, Yusif Məmmədəliyev, 




85

Azad Mirzəcanzadə, Həsən Abdullayev, Ziya Bünyadov, Məmməd Arif, Mus-

tafa Topçubaşov və başqaları belələrindəndir. 

Azərbaycan xalqı həmişə özünün qəhrəman oğulları ilə fəxr etmişdir. İkinci 

Dünya müharibəsində və dinc quruculuq dövründə igidliyi, şücaəti, sərkərdə-

lik qabiliyyəti ilə seçilmiş generallar Akim Abbasov, Mahmud Əbilov, Səlahəd-

din  Kazımov,  Məlik  Məhərrəmov,  Hüseyn  Rəsulbəyov,  Hacıbaba  Zeynalov 

və  başqaları  haqqında  verilmiş  məlumatlar,  heç  şübhəsiz,  gənc  nəslin  hərbi 

vətənpərvərlik tərbiyəsi baxımından da faydalıdır.

Erməni  millətçilərinin  əzəli  torpağımız  olan  Dağlıq  Qarabağı  ələ  keçir-

mək niyyəti ilə başladıqları silahlı təcavüz nəticəsində on minlərlə vətən oğlu 

torpaqlarımızın  müdafiəsi  uğrunda  döyüşlərdə  həlak  olmuşdur.  Azərbayca-

nın  tanınmış  oğullarının  bəziləri  isə  ermənilərin  fitnəkar  qəsdlərinin  qurbanı 

olmuşlar. Onların bir qrupu – 1991­ci il noyabrın 20­də Dağlıq Qarabağda – 

Qarakənd yaxınlığında vurulmuş vertolyotda həlak olanlar – sabiq daxili işlər 

naziri,  general­mayor  Məhəmməd  Əsədov,  Azərbaycanın  ilk  dövlət  katibi, 

istedadlı alim Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət xadimləri, 

Nazirlər  Soveti  sədrinin  müavini  Zülfi  Hacıyev,  Vəli  Məmmədov,  tanınmış 

publisist­jurnalist Osman Mirzəyev və başqaları Fəxri Xiyabanda dəfn edilmiş-

lər. Kitabda onların hər biri haqqında qısa məlumat verilmişdir.

Fəxri  Xiyaban  haqqında  kitabı  vərəqlədikcə  xalqımızın  tolerantlığı, 

müxtəlif din və dillərə mənsub insanlara eyni dərəcədə xoş münasibəti, hör-

mət və ehtiramla yanaşması, humanizmi də aydın görünür. Fəxri Xiyabanda 

müxtəlif  millətlərin  nümayəndələri  dəfn  olunmuşdur  və  kitabda  onların 

haqqında məlumat vardır.

Ümumiyyətlə, “Fəxri xiyaban” kitabında 242 nəfər haqqında məlumat top-

lanmışdır.

Kitabın  yüksək  poliqrafik  səviyyədə  nəşr  edilib  ictimaiyyətə  çatdırılması 

ulu  öndərin  adını  daşıyan  Fondun  xalqımızın  tərəqqisinə  xidmətinin,  zən-

gin  tarix  və  mədəniyyətinə  hörmət  və  ehtiramının  nümunəsi,  qurumun  bu 

istiqamətdə ardıcıl fəaliyyətinin, nəcib təşəbbüslərinin növbəti təzahürüdür.

Heydər Əliyev Fondu “Qarabağ haqqında həqiqətlər” seriyasından “Azər-

baycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbai-

jan: Targeting Cultural Heritage”) kitabını hazırlamışdır. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Fon-

dunun birgə hazırladığı kitab işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə, 

maddi­mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm 

siyasətindən və onun acı nəticələrindən bəhs edir.

İngilis  dilində  olan  kitab  yüksək  poliqrafik  səviyyədə  nəşr  olunmuşdur. 

Kitab “Qafqaz albanlarının dini memarlıq irsi” və Azərbaycanın işğal altındakı 

bütün  rayonlarında  mədəni  irsimizin  məruz  qaldığı  erməni  vəhşiliklərindən 

bəhs edən yazılı və illüstrativ materiallardan ibarətdir.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə