HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə44/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

100

Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan 

“Qabusnamə” kitabını rus dilində nəşr etmişdir. 

Tərbiyə  və  etikanın  vacib  məsələlərini  əhatə  edən  kitab  yüzilliklər  boyu 

müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082­1083­cü illərdə 

Cənubi  Azərbaycan  ərazisində  yerləşən  Gilan  dövlətinin  padşahı  Keykavus 

tərəfindən yazılmış “Qabusnamə” orta əsrlərdə hökmdarların, din xadimlərinin, 

elm adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir 

savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin tər-

biyəsində mühüm rol oynamış, nəsildən­nəsilə ötürülən mənəviyyat qaynağı və 

əxlaq dərsliyi kimi qiymətləndirilmişdir. 

Rus oxucusuna təqdim olunan “Qabusnamə” Şərq və onunla qırılmaz tel-

lərlə  bağlı  olan  Azərbaycan  mədəniyyəti,  tarixi,  fəlsəfəsi  haqqında  təsəvvür 

yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə 

tirajla nəşr olunmuşdur. 

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və 

qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 

70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir. 

Azərbaycan  musiqi  ifaçılığı  məktəbinin  görkəmli  nümayəndəsi  Canəli 

Əkbərovun  həyat  və  yaradıcılığına  həsr  olunmuş  albom  yüksək  poliqra-

fik  səviyyədə  və  nəfis  şəkildə  hazırlanmışdır.  Musiqi  albomu  kitab  və  dörd 

kompakt  diskdən  ibarətdir.  Kitabda  ustad  xanəndənin  uşaqlıq  və  gənclik 

illərindən,  zəngin  və  unudulmaz  hadisələrlə  yadda  qalan  yaradıcılıq  yolun-

dan söhbət açılır. Eyni zamanda sənətkarın müxtəlif məclislərdə ifasının əks 

olunduğu şəkillər, tələbələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də 

kitabda yer almışdır.

Nəşrdəki  kompakt  disklərdə  cəmlənmiş  musiqi  nümunələri  sənət  hesabatı 

kimi  xanəndənin  yaradıcılıq  yolunu  əks  etdirir.  Burada  xanəndənin  ifasında 

“Zabul­segah”, “Mahur­hindi” muğam dəsgahları, “Dügah”, “Şahnaz” muğam-

ları, “Simayi­şəms”, “Mənsuriyyə” zərb muğamları, “Qarabağ” şikəstəsi və xalq 

mahnıları toplanmışdır. 

Azərbaycan  mədəniyyətinin  inkişafına  xüsusi  diqqət  və  qayğı  göstərən 

Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 

illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir. 

Alboma  Azərbaycan  və  ingilis  dillərində,  yüksək  poliqrafik  səviyyədə  və 

nəfis tərtibatda hazırlanmış, xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən 

kitab və üç kompakt disk daxildir. 

Kitabda xanəndənin uşaqlıq və gənclik illərindən, muğam dünyası ilə ilkin 

tanışlığın  ömürlük  məhəbbət  tarixçəsindən  söhbət  açılır.  Böyük  vurğunluqla 

dinlədiyi  ustad  sənətkarların  aşıladığı  muğam  sevgisi  vaxtilə  gənc Ağaxanın 

həyatında böyük rol oynamışdır. Peşəkar sənətə yönələn yol A.Zeynallı adına 



101

Musiqi  Məktəbindən,  ustadların  unudulmaz  dərslərindən  keçmişdir. Azərbay-

can muğamının bənzərsiz gözəlliyi ömür boyu onu öz cazibəsində saxlamışdır. 

Kitabda sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələ-

bələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.

Alboma  daxil  olan  kompakt  disklərdə  toplanmış  musiqi  nümunələri  sənət 

hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifa-

sında “Rast” dəstgahı, “Bayatı­kürd”, “Zabul segah”, “Rahab”, “Bayatı­Qacar” 

muğamları, “Humayun” təsnifi və xalq mahnıları yer almışdır. 

Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik 

görkəmli  Azərbaycan  alimi  Məhəmməd  Nəsirəddin  Tusinin  “Əxlaqi­Nasiri” 

kitabını latın qrafikası ilə yenidən nəşr etmişdir. 

Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsər-

lərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. Mütəfək-

kir alimin anadan olmasının 800 illik yubileyi ərəfəsində Ümummilli Lider 13 

iyun 2000­ci il tarixli fərmanı ilə yubileyin dövlət səviyyəsində qeyd olunması 

ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlər-

dən biri kimi qeyd etmişdi.

Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olu-

nan  “Əxlaqi­Nasiri”  kitabında  Məhəmməd  Nəsirəddin  Tusinin  insan,  ailə,  cə­

miyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik­fəlsəfi 

fikirləri yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər 

qorunub saxlanmışdır.

Nəfis  tərtibatla,  rəngarəng  miniatürlərlə  nəşr  olunmuş  bu  kitab  oxuculara 

Nəsirəddin  Tusi  dühasını  tanıtmaqla  yanaşı,  həm  də  müasir  cəmiyyət  həya-

tında  aktuallığını  itirməyən  mövzulara  diqqət  çəkmək  baxımından  müstəsna 

əhəmiyyət daşıyır.

Azərbaycan mətbəxi dünyanın ən zəngin, ən qədim və dadlı mətbəxlərindən 

biridir.

Bu  yalnız  xörəklər  və  onların  hazırlanma  texnikası  ilə  bağlı  deyil.  Milli 

kim liyimizin  əsasını  təşkil  edən  tarix,  fəlsəfə,  qidalanma,  pəhriz  və  ziyafət 

ənənələri,  fiziologiya,  gigiyena,  etika,  estetika,  poeziya  və  digər  çoxsaylı  as­

pektləri ahəngdar formada ehtiva edən Azərbaycan mətbəxi ölkənin çoxəsrlik 

mədəniyyətinin ayrılmaz parçasıdır. 

Azərbaycan mətbəxi müasir Azərbaycan Respublikası, Cənubi Azərbaycan 

(hazırda  İranın  şimal  əyalətləri),  İrəvan  xanlığı,  Zəngəzur  və  Göyçə  (hazırkı 

Ermənistan),  Borçalı  (Gürcüstan),  Dərbənd  (Dağıstan  Muxtar  Respublikası) 

və bölgənin digər ərazilərində yaşamış əcdadlarımız tərəfindən minilliklər bo­

yunca formalaşdırılmışdır. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə