HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə40/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

92

yevanın Qarabağ muğam məktəbi haqqında fikirləri yer almışdır. Burada bil-

dirilir ki, Azərbaycan muğamı UNESCO­nun qərarı ilə dünya mədəniyyətinin 

misilsiz dəyərə malik şifahi, mənəvi sərvətləri sırasına daxil edilmişdir. 

Azərbaycanda muğamın tarixindən söz açan müəllif qeyd edir ki, muğam 

bütün  ölkədə  yayılsa  da,  onun  əsas  ocaqları  özlərinin  müstəqil  məktəblərini 

yaratmış əsas muğam yaradıcılığı mərkəzləri kimi Bakı, Şamaxı, Gəncə, Nax-

çıvan  və  Şuşa  sayılır.  Qarabağ  muğam  məktəbindən  bəhs  edən  müəllif  qeyd 

edir  ki,  bu  məktəbin  nümayəndələri Azərbaycan  xalqının  musiqi  mədəniyyə-

tini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə 

nəcib təsir göstərmişlər. 

Mehriban xanım Əliyeva bu layihənin də musiqi ənənələrinin qorunub sax-

lanması və zənginləşdirilməsinə sanballı töfhə verəcəyini vurğulamışdır.

Kitabın  “Qarabağ  xanəndələri”  adlı  hissəsində  Qarabağ  xanəndələri  haq­

qında ayrı­ayrılıqda dolğun məlumat verilmişdir. Kitabda Qarabağ xanəndələri-

nin şəkilləri də yer almışdır.

Albomda  Şərqin  bənzərsiz  muğam  ustalarından  24  sənətçinin  –  Cabbar 

Qaryağdıoğlunun,  Keçəçi  oğlu  Məhəmmədin,  Məşədi  Məhəmməd  Fərzəliye-

vin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdulla-

yevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, müasir muğam usta-

larının  ifasında  səslənən  muğam  parçaları  ürəkləri  riqqətə  gətirir,  xalqımızın 

qədim və zənqin mədəniyyəti barədə dinləyicidə əyani təsəvvür yaradır. 

Xüsusilə, əlamətdardır ki, Fondun bu layihəsi məhz Qarabağ xanəndələrinə 

həsr olunmuşdur. Bu, həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq 

səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır, hər bir azər-

baycanlıya  bu  fikri  aşılayır  ki,  belə  nadir  sənətkarlar  yetirən,  belə  möcüzəli 

musiqinin beşiyi olan Qarabağ torpağı yağı tapdağında, işğal altında, düşmən 

əlində qala bilməz. 

2005­ci ilin mart ayında UNESCO­nun qərargahında xoşməramlı səfirlərin 

illik toplantısında təqdimatı olmuş “Qarabağ xanəndələri” musiqi albomu çox 

böyük diqqət cəlb etmişdir. 

Heydər  Əliyev  Fondu  muğamı  qorumağı,  inkişaf  etdirməyi,  muğamın 

gözəlliyini,  onun  dərin  fəlsəfəsini  gələcək  nəsillərə  çatdırmağı  özünün 

mənəvi borcu sayır.

Heydər  Əliyev  Fondu  Azərbaycan  Respublikasının  xalq  artisti,  böyük 

sənətkar,  virtuoz  kamançaçalan  Habil  Mustafa  oğlu  Əliyevin  80  illik  yubile-

yinə həsr olunmuş musiqi albomu hazırlamışdır. 

Alboma kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, mu­

ğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 ədəd 

kompakt  disk  daxildir.  Kitab Azərbaycan  və  ingilis  dillərində  nəfis  tərtibatda 

nəşr edilmişdir.



93

Kitabda Habil Əliyevin ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, 

Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO­nun  və  İSESCO­nun  xoşmə-

ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birgə çəkdir-

diyi şəkillər yer almışdır. Kitab, həmçinin sənətkarın həyat və yaradıcılığının 

müxtəlif  dövrlərini  əks  etdirən  fotoşəkillər,  müxtəlif  tədbirlərdə,  qastrollarda 

ailə və sənət dostları ilə çəkdirdiyi şəkilllərlə də zəngindir. 

Kitab  Ümummilli  Lider  Heydər  Əliyevin  Habil  Əliyev  haqqında  dediyi 

“...Hər adam mühəndis də, həkim də, müəllim də, tacir də ola bilər, hamı tar, 

kamança çala bilər, ancaq sənin kimi çala bilməz. Ona görə də sən bu sənəti 

seçməyinlə  fəxr  edə  bilərsən.  Biz  də  sənin  kimi  kamança  çalan  Habillə  fəxr 

edirik” dəyərli sözləri ilə başlayır. Bu səhifədə Ümummilli Liderimiz Heydər 

Əliyev  tərəfindən  1997­ci  il  28  may  tarixli  fərman  ilə  Habil  Əliyevə  təqdim 

olunmuş “Şöhrət” ordeni diplomunun surəti də əks olunmuşdur. 

Kitbda  daha  sonra  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım 

Əliyevanın  Habil  Əliyevə  ünvanladığı  təbrik  məktubunun  surəti  verilmişdir. 

Sənətkarı 80 illik yubileyi və “İstiqlal” ordeni ilə mükafatlandırılmağı müna-

sibətilə təbrik edən Mehriban xanım Əliyeva sənətkarın Azərbaycan musiqisi-

nin inkişafındakı xüsusi rolunu qeyd etmiş və bundan sonra da xalqımızın xoş 

gələcəyi uğrunda yaşayıb­yaradacağına inandığını bildirmişdir. 

Kitabın  “Habil  Əliyev”,  “Habil  Kaman”  başlıqlı  yazılarında  sənətkarın 

ömür və yaradıcılıq yolu işıqlandırılmışdır. Qeyd olunur ki, Habil Əliyev tək

cə  doğma Azərbaycanın  deyil,  Şərqin,  bütün  türk  dünyasının  sevilən,  seçilən 

sənətkarıdır.  Habil  Əliyev  dünyanın  bir  çox  ölkələrində  ­  Türkiyədə,  İranda, 

Misirdə,  Bolqarıstanda,  Əlcəzairdə,  İtaliyada,  Fransada, ABŞ­da,  İngiltərədə, 

Tunisdə,  Suriyada,  Hindistanda,  Yaponiyada  və  s.  ölkələrdə  qastrol  səfərlə-

rində Azərbaycan  musiqisini  dünya  xalqlarına  sevdirmişdir.  Ustad  sənətkarın 

ifa etdiyi “Sarı gəlin”, “Qaragilə”, “Dilbərim”, “Apardı sellər Saranı”, “Sona 

bülbüllər”,  “Sarıköynək”,  “Yaxan  düymələ”,  “Tello”,  “İrəvanda  xal  qalmadı” 

kimi xalq mahnıları, “Ana”, “Ay qız” (C.Cahangirov), “Sən­sən” (Ə.Tağıyev), 

“Həkim qız” (S.Rüstəmov), “Cücələrim” (Q.Hüseynli) və b. onlarca bəstəkar 

nəğmələri tamam başqa tərzdə, ifa əlvanlığı ilə səslənir. Habil Əliyevin ka man-

çada  çaldığı  “Segah”,  “Bayatı­Şiraz”,  “Cahargah”,  “Dilkəş”,  “Dügah”  özü­

nə məxsus üslubda, yeni çalarda, təzə ovqatda oldu. O, kimsəni təkrar etmədi, 

ancaq özünü ifadə elədi. 

Kitabda qeyd olunur ki, Habil Əliyev təkcə muğam və xalq mahnılarımı-

zın mahir ifaçısı deyil, həm də gözəl, yaddaqalan mahnıların yaradıcısıdır. O, 

on beşdən artıq mahnının müəllifidir. Onun “Gülüm yatsın”, “Şəhla gözlüm”, 

“Vəfa”, “İlk məhəbbət”, “Güləsən gərək” və s. mahnıları ən görkəmli müğən-

nilərimizin ifasında eşidilmişdir və eşidilməkdədir. 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə