HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə42/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

96

Heydər Əliyev Fondunun geniş fəaliyyətini əks etdirən “Heydər Əliyev Fondu” 

kitabı çapdan çıxmışdır. 

2005­ci  ildə  nəşr  olunmuş  kitab  Heydər  Əliyev  Fondunun  prezidenti, 

UNESCO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın giriş sözü ilə açı-

lır. Burada vurğulanır ki, ictimai təşkilat olan Fond qarşısına qoyduğu məqsəd 

və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni 

tipli bir qurumdur. 

Fondun  fəaliyyətə  başlamasının  bir  illiyi  münasibətilə  buraxılmış  kitab 

bir neçə bölmədən ibarətdir. “Vətənə, xalqa həsr edilən ömür” adlanan birinci 

bölmədə  dünya  şöhrətli  siyasi  xadimin  həyat  və  fəaliyyətindən,  respubli-

kamıza  rəhbərlik  etdiyi  uzun  illər  ərzində  gördüyü  misilsiz  işlərdən  yığcam 

şəkildə söhbət açılır. 

“Heydər  Əliyev  Fondunun  məqsədləri”,  “Heydər  Əliyev  Fondunun  fəaliy-

yəti – 2004­2005”, adlı bölmələrdə Heydər Əliyev Fondunun məqsədlərin-

dən,  fəaliyyətə  başladığı  vaxtdan  ötən  bir  ildə  həyata  keçirdiyi  layihələr-

dən bəhs olunur. 

“Xatirə  kitabını  vərəqlərkən...”  adlanan  sonuncu  bölmədə  Fondu  ziyarət 

edən qonaqların bir qisminin təəssüratları verilmişdir. Xatirə kitabı Azərbaycan 

Respublikası Prezidenti Cənab İlham Əliyevin Fondun təqdimat mərasimi günü 

– 2004­cü il mayın 10­da yazdığı sözlərlə açılır.

Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə Azərbaycan  muğamına  həsr  olun-

muş “Muğam ensiklopediyası” işıq üzü görmüşdür. İki cilddən ibarət olan bu 

ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm 

də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir. Kita-

bın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban xanım Əliyevadır. 

“Muğam  ensiklopediyası”  çap  nəşrində  böyük  həcmdə  informasiya, 

1300­ə yaxın məqalə – muğam sənətilə bağlı terminlərin şərhi, muğam ifaçı-

larının, bəstəkarların yaradıcılığı haqqında məlumatlar, antik dövrdən müasir 

dövrə kimi dünyanın böyük alimləri və onların musiqiyə, muğama həsr olun-

muş elmi əsərlərinə dair bilgilər, Azərbaycanın  və  xarici  ölkələrin  mədəniy-

yət xadimlərinin muğam haqqında fikirləri, bir sıra təşkilatlara – musiqi təhsili 

ocaqları, arxivlər, muzeylər, fondlar, musiqi kollektivləri ilə bağlı məlumat öz 

əksini tapmışdır.

Ensiklopediyanın tərtibində Azərbaycan Milli Ensiklopediyasından, Əfrasi-

yab Bədəlbəylinin “İzahlı­monoqrafik Musiqi lüğəti”ndən, “Üzeyir Hacıbəyli-

nin  Ensiklopediyası”ndan,  “Böyük  Musiqi  Ensiklopediyası”ndan,  A.Doljans-

kinin “Musiqi lüğəti”ndən və s. ensiklopedik nəşrlərdən, elmi tədqiqatlardan, 

şəxsi arxivlərdən istifadə olunmuşdur. 



97

Ensiklopediyanın sonunda ədəbiyyat siyahısı (biblioqrafiya və notoqrafiya) 

verilir, bu siyahıya Azərbaycan və xarici müəlliflərin tədqiqatları, şifahi ənənəli 

musiqi nümunələrinin not nəşrləri daxildir. 

“Muğam  ensiklopediyası”  layihəsi  çərçivəsində  “Azərbaycan  xanəndə­

ləri”  adlı  səs  yazılarının  kolleksiya  nəşri  həyata  keçirilmişdir.  Azərbaycanın 

görkəmli muğam ustadlarının Azərbaycan Dövlət Səsyazıları Arxivinin, Azər-

baycan  Respublikası  Dövlət  Televiziya  və  Radio  Verilişləri  Qapalı  Səhmdar 

Cəmiyyətinin Fondunda, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin, 

Üzeyir  Hacıbəylinin  ev­muzeyinin  fondlarında,  şəxsi  arxivlərdə  (B.Mansuro-

vun, F.Şuşinskinin) saxlanılan səsləri ilə bağlı unikal fonomaterialların rəqəm-

sal formatda qorunması üçün onlar müasir texniki vasitələrin köməyi ilə bərpa 

olunmuş, səsdaşıyıcılarının bütün növlərində səs informasiyası yığılmışdır. 

“Muğam ensiklopediyası”nın “Azərbaycan xanəndələri” səs kolleksiyası 6 

albomdan: “Qarabağ xanəndələri”, “Muğam dəstgahları”, “Gənc xanəndələr”, 

“Ustad xanəndələr” (kişi və qadın xanəndələr) adlı 5  CD  albom və  “Muğam 

ensiklopediyası” elektron multimedia DVD nəşrindən ibarətdir. 

“Qarabağ  xanəndələri”  albomu  Qarabağ  muğam  ifaçılığı  məktəbinə  mən-

sub  görkəmli Azərbaycan  xanəndələrinin  səsyazılarını  əhatə  edir.  4  CD  disk-

dən (MP3 formatında) ibarət topluya XX əsrin əvvəllərində fəaliyyət göstərən 

xanəndələrin  qrammofon  vallarında  qorunub  saxlanılan  ifaları  ilə  yanaşı,  bu 

məktəbin ənənələrini davam etdirən orta və gənc nəsil xanəndələrinin ifasında 

muğamlar, təsnif və xalq mahnıları daxil edilmişdir.

“Muğam dəstgahları” albomuna daxil olan 4 CD diskdə (MP3 formatında) 

Azərbaycan şifahi ənənəli professional musiqi xəzinəsinin inciləri olan bütün 

muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələr və onların rən-

garəng ifaçılıq variantları toplanmışdır. Görkəmli ustad xanəndələrin və müxtə-

lif  xalq  çalğı  alətləri  ansambllarının  ifasında  verilən  bu  səsyazıları  muğam 

sənətinin zəngin aləmini təcəssüm etdirir.

“Gənc xanəndələr” albomu 4 CD diskdən (MP3 formatında) ibarətdir. Bu­

rada Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam televiziya müsabiqələ-

rinin (2005, 2007) laureatlarının ifasında Azərbaycan muğam dəstgahları, kiçik 

muğamlar və zərbi muğamlar toplanmışdır. Muğam ansamblının müşayiəti ilə 

gənc xanəndələrin səsyazıları ustad xanəndələrin ənənələrinin davam olundu-

ğunu, muğam sənətinin müasir dövrdə inkişafını əks etdirir. 

“Ustad xanəndələr” albomu kişi və qadın xanəndələr adlı iki hissədən iba­

rətdir. “Ustad xanəndələr” albomunun kişi xanəndələr adlı hissəsinə 4 CD disk 

(MP3  formatında)  daxildir. Azərbaycan  muğam  sənətinin  inkişafında  mühüm 

əhəmiyyəti olan Qarabağ, Bakı, Şirvan və respublikanın digər bölgələrinin ifa-

çılıq məktəblərinin müxtəlif nəsillərinə mənsub kişi xanəndələrin yaradıcılığını 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə