HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə50/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

118

Xatırladaq ki, “Baku” jurnalının ərsəyə gəlməsinə “Krokus İntənəşnl” şir­

kətinin kommersiya direktoru Emin Ağalarov da əhəmiyyətli töhfə vermişdir. 

Artıq 2008­ci ildən başlayaraq Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əli-

yev  Fondunun  Rusiyadakı  nümayəndəliyinin  fəaliyyəti  genişmiqyas  alaraq 

daha  uğurlu  layihələr  həyata  keçirməyə  başladı.  Təqdirəlayiq  məsələ  isə,  bu 

layihələrdə  Rusiya  tərəfinin  marağının  artması  idi.  Sankt­Peterburqun  quber-

natoru Valentina Matviyenko 2008­ci il fevralın 2­də Fondun Rusiyadakı nü­

mayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  ilə  görüşdə  demişdir:  “Biz  humanitar 

əməkdaşlığa xüsusi  əhəmiyyət  verilən  birgə  fəaliyyətdə  –  təhsil,  mədəniyyət, 

tarixin öyrənilməsi və başqa layihələrdə ən fəal şəkildə iştirak etməyə hazırıq. 

Biz  təklif  etmək  istərdik  ki,  Sankt­Peterburq  Fondun  gələcək  fəaliyyəti  üçün 

dayaq  meydançası  olsun,  çünki  bundan  ötrü  çox  böyük  potensial  var”.  Hey-

dər  Əliyev  Fondunun  Rusiyadakı  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva 

isə  bu  xüsusda  demişdir:  “Heydər  Əliyev  Fondunun  fəaliyyəti  genişlənir  və 

bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiy-

yət  kəsb  edir.  Biz  Fondun  fəaliyyətinin  təkcə Azərbaycanla  məhdudlaşa  bil-

məyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, 

təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”. O, ətraflı məlu-

mat  verərək  vurğulamışdır  ki,  Fondun  təşəbbüsü  ilə  son  üç  ildə  Azərbay-

canda  300­ə  yaxın  məktəb  tikilmiş  və  təmir  edilmişdir,  bu  proses  davam 

edir. Artıq  Fransada,  Rumıniyada,  Böyük  Britaniyada  və Türkiyədə  Fondun 

filialları açılmışdır və onun fəaliyyət coğrafiyası genişlənməkdə davam edir. 

Fond səhiyyə sahəsində, xüsusən talassemiya və diabet kimi ağır xəstəliklərə 

qarşı  mübarizə  üzrə  bir  sıra  mühüm  layihələr  həyata  keçirir.  Fondun  təşəb-

büsü ilə Talassemiya Mərkəzi tikilir, xəstə uşaqlara kömək üçün bir sıra başqa 

layihələr  həyata  keçirilir.  Fevralın  10­da  Fond  Moskvada  əlil  uşaqlar  üçün 

xeyriyyə konserti təşkil edəcəkdir.

Muğam  mərkəzi  tikilir,  istedadlı  gənclər,  rəssamlar,  artistlər  dəstəklənir. 

Ümumiyyətlə, Fondun mövcud olduğu dörd ilə yaxın müddətdə çox işlər gö­

rülmüşdür və biz öz fəaliyyətimizin bütün məsuliyyətini hiss edirik”.

Heydər  Əliyev  Fondu  ilə  Rusiya  Milli  Kitabxanası  arasında  əməkdaşlıq 

haqqında sazişin imzalanması Sankt­Peterburqun və Azərbaycanın mədəni hə­

yatında  çox  mühüm  hadisə  olmuşdur.  Bu  sənədi  Leyla  Əliyeva  və  kitabxana-

nın baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva Fondun adın-

dan kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan 

kitablarını  hədiyyə  etmişdir.  O  bildirmişdir  ki,  Fond  kitab  nəşrinə  çox  böyük 

əhəmiyyət verir, xüsusən internetin və elektron KİV­in inkişaf etdiyi, adamların 

çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir. 

Leyla Əliyeva KİV nümayəndələri ilə söhbətində imzalanmış sənədin əhə-

miyyətindən danışarkən Fond və onun Rusiyada cəmi bir il bundan əvvəl açıl-



119

mış  nümayəndəliyi  Azərbaycan  ilə  Rusiya  arasında  mədəni  dialoqu  inkişaf 

etdiyini bildirmişdir. Leyla Əliyeva demişdir: “Mədəni dialoq xüsusən gənclər 

üçün ən vacib məsələdir. Güman edirəm ki, bu kitabxana vasitəsilə biz mədəni 

dialoqun genişlənməsinə nail ola biləcəyik. Bu, çox zəngin kitabxanadır. Xoşa-

gələn haldır ki, burada Azərbaycan dilində bu qədər kitab var və onları qay-

ğıkeşliklə qoruyub saxlayırlar. Ümidvaram ki, gələcəkdə kitabxana ilə müna-

sibətlərimiz daha da inkişaf edəcək, biz kitab mübadiləsi edəcək, buraya yeni 

nəşrlər göndərəcəyik. Cəmi bir ay bundan əvvəl “Baku” jurnalının ilk nömrəsi 

çapdan çıxmışdır. Bu nəşri Moskva və Sankt­Peterburq oxucuları da görəcək-

lər.  Jurnal  onların  ölkəmiz  haqqında  daha  çox  məlumat  əldə  etməsinə  imkan 

verəcəkdir. Ölkələrimiz arasında həmişə çox yaxşı mədəni münasibətlər olmuş-

dur.  Azərbaycanda  rus  mədəniyyətinə,  rus  ədəbiyyatına  həmişə  yaxşı  bələd 

olmuş,  onları  sevmişlər. Azərbaycan  məktəblərində  rus  dilinin  tədrisi  indi  də 

tam həcmdə davam edir”.

Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyev  1994­cü  ildə 

M.F.Axundov adına Milli Kitabxanaya öz şəxsi kitabxanasından 400­dən çox 

nəşr hədiyyə etmiş, bununla da kitaba qayğı ilə yanaşmaq nümunəsi göstərmiş-

dir. Bu gün də bu ənənəni Heydər Əliyevin nəvəsi, onun adını daşıyan Fondun 

nümayəndəliyinin rəhbəri davam etdirir. 

Leyla  Əliyeva  və  V.Zaytsev  Rusiya  Milli  Kitabxanasında  təşkil  edilmiş 

Azərbaycan  ədəbiyyatı  sərgisini  açmışlar.  Heydər  Əliyev  Fondunun  RF­dəki 

nümayəndəliyinin rəhbəri Azərbaycan kitablarının nadir nüsxələrinin nümayiş 

etdirildiyi sərgi ilə tanış olmuşdur.

Leyla  Əliyeva  Sankt­Peterburq  ictimaiyyətinin  nümayəndələri  qarşısında 

çıxış  edərək,  demişdir:  “Sankt­Peterburq  qəribə  şəhərdir,  o,  insanı  daim  hey-

rətləndirir, biz də öz tərəfimizdən qədim Azərbaycan mədəniyyətinin bir zərrə-

sini sizlərə bəxş etmək, adət və ənənələrimiz barəsində söhbət açmaq və bizim 

istedadları  sizlərə  təqdim  etmək  üçün  əlimizdən  gələni  etməyə  çalışmışıq. 

Azərbaycan çox qədim tarixə və çox zəngin mədəniyyətə malik olan bir ölkə-

dir, böyük şairlərin, bəstəkarların və yazıçıların vətənidir. Harada olmasından 

asılı olmayaraq, hər bir azərbaycanlı üçün Qarabağ bülbülləri oxuyur, Abşeron 

günəşi onun üçün parlayır, Xəzərin dalğaları onun üçün səslənir. Azərbaycan-

lılar çox qonaqpərvər xalqdır, bu gün də çoxsaylı millətlərin və dini məzhəb-

lərin nümayəndələri ölkəmizdə sülh və dostluq şəraitində yaşayırlar. Bizə çox 

xoşdur ki, Rusiya­Azərbaycan münasibətləri günbəgün möhkəmlənir və bir sıra 

sahələrdə bu münasibətlər yüksək səviyyəyə çatmışdır. Azərbaycan məktəblə-

rində rus dilinin tədrisi tam həcmdə davam edən az sayda dövlətlərdən biridir, 

Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bu gün bizim 

qarşımızda, Rusiyada yaşayan gənclər qarşısında bir məsələ durur: bu münasi-

bətləri daha da möhkəmlətmək və vətənimizi ləyaqətlə təmsil etmək”.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə