HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə49/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

116

bütün gözəlliyini və qədimliyini göstərməyə çalışmışıq. Bu gün Bakı iqtisadi 

inkişaf, müasirliklə qovuşmuş milli ənənələr, zəngin mədəni dəyərlər demək-

dir.  Bakı  həmişə  tolerantlığı,  qonaqpərvərliyi  ilə  seçilmişdir.  O  ən  müxtəlif 

millətlərin  nümayəndələri  üçün  doğma  şəhərdir.  Bu  gün  biz  bu  jurnalın  təq-

dimatı  ilə  Azərbaycanın  qədim  mədəniyyətinin  bir  zərrəsini  Rusiya  paytax-

tına gətirməyə çalışmışıq və sizin üçün milli musiqidən ibarət maraqlı konsert 

hazırlamışıq.  “Ümidvaram  ki,  “Baku”  jurnalı  Azərbaycanla  Rusiya  arasında 

mədəni dialoqu daha da inkişaf etdirəcək, həm ölkəmizdə, həm də Rusiyada 

maraqlı informasiya mənbəyi olacaqdır”.

“Baku”  jurnalının  nəşrinin  əhəmiyyəti  haqqında Azərbaycanın  birinci  xa­

nımı Mehriban Əliyeva demişdir: “Mən bu gün ikiqat sevinc içindəyəm, çünki 

mənə  doğma  olan  insanların  bu  əlamətdar  hadisəyə  birbaşa  aidiyyatı  vardır. 

Layihənin məharətlə həyata keçirilməsi münasibətilə Leyla Əliyevanı və onun 

komandasını ürəkdən təbrik edirəm. Nəşriyyat işində ikinci dərəcəli məsələlər 

olmur,  jurnalistlərin  işindən  tutmuş  material  və  fotoşəkil  seçiminə,  tərtibata-

dək bütün işlər vacibdir. Bir sözlə, bu prosesdə hər şey çox mühüm rol oyna-

yır.  Zənnimcə,  bu  gənc  komanda  çox  qısa  müddətdə  böyük  zövqlə  gözəl  və 

maraqlı jurnal yarada bilmişdir. Yəqin, Leylanın dediyi kimi, onlar bu işə qəl-

bən yanaşmışlar və təbii ki, nəticədə çox gözəl və ciddi bir jurnal ərsəyə gəl-

mişdir.  Oxucu  auditoriyası  formalaşdıraraq,  uzun  illər  öz  oxucusunu  axtaran 

bir çox nəşrlər var, lakin “Baku” jurnalının vəziyyəti tamamilə başqadır: böyük 

auditoriya uzun illər öz nəşrini gözləmiş və nəhayət, istədiyinə çatmışdır. Mən 

inanıram ki, bu jurnal təkcə Bakı ilə Moskva arasında deyil, həm də Rusiyanın 

müxtəlif regionları arasında özünəməxsus körpü yaradacaqdır. Ümidvaram ki, 

“Baku” təkcə Rusiyada yaşayan azərbaycanlıların deyil, həm də Azərbaycanı 

sevən, ölkəmizlə, onun mədəniyyəti və tarixi ilə maraqlananlar, bir sözlə, bütün 

dostlarımız üçün sevimli nəşrlərdən birinə çevriləcəkdir”.

Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyeva  “Baku”  adlı  yeni  jurnalın 

birinci nömrəsinin nəşri ilə bağlı Rusiya və Azərbaycanın mətbuat nümayən-

dələrinin  suallarına  cavab  verərək  demişdir:  “Azərbaycanla  Rusiya  arasında, 

iki dövlətin başçıları arasında münasibətlər strateji tərəfdaşlıq kimi qiymətlən-

dirilir. Bu o deməkdir ki, biz fəaliyyətimizin, əslində, bütün sahələrində əmək-

daşlıq edirik. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni əməkdaşlıqdır. Bil-

diyiniz kimi, 2005­ci il Rusiyada Azərbaycan İli, 2006­cı il isə Azərbaycanda 

Rusiya  İli  elan  edilmişdi.  Bu  mədəni  mübadilə  çərçivəsində  həm  Moskvada, 

həm də Bakıda çoxlu tədbirlər, konsertlər, sərgilər təşkil olundu. Ölkələrimizi 

uzun illər ərzində mehriban qonşuluq münasibətləri bağlayır və mən çox şadam 

ki, bu gün həmin ənənələr davam etdirilir.

Jurnal mədəni dialoqun inkişafında çox böyük rol oynayacaqdır. Bildiyiniz 

kimi, hazırda Azərbaycan olduqca dinamik inkişaf edən ölkədir, regionda lider-



117

dir və iqtisadi artım sürətinə görə dünyada aparıcı yer tutur. Bütün bu prosesləri 

əyani şəkildə görmək üçün Bakıya gəlmək lazımdır. Bakıda böyük tikinti işləri 

gedir,  körpülər  salınır,  məktəblər  inşa  olunur,  tarixi  abidələr,  teatrlar,  muzey-

lər bərpa edilir. Zənnimcə, bütün bunlar jurnalın səhifələrində əksini tapacaq-

dır. Ümidvaram ki, bütün bunlar təkcə xaricdə yaşayan həmvətənlərimiz üçün 

maraq doğurmayacaq, həm də rusiyalı oxucunun da diqqətini cəlb edəcəkdir. 

Nəşrin konsepsiyası təkcə Bakı və Moskvadakı hadisələri işıqlandırmağı deyil, 

həm də bütövlükdə Rusiyanın və Azərbaycanın mədəni həyatında baş vermiş 

hadisələri  əhatə  etməyi  nəzərdə  tutur. Azərbaycan  oxucusu  ölkəmizin  hüdud-

larından kənarda baş verən hadisələri maraqla izləyəcəkdir. Bir sözlə, “Baku” 

jurnalının gələcəyi böyükdür”.

Mehriban xanım Əliyeva Azərbaycanın turizm perspektivlərini şərh edərək 

bildirmişdir  ki,  nadir  təbiəti  olan  ölkəmizdə  dünyadakı  11  iqlim  qurşağından 

9­u  var.  Birinci  xanım  vurğulamışdır:  “Bakı  dünyanın  dəniz  sahilində  yerlə­

şən az sayda paytaxt şəhərlərdən biridir. Əlbəttə, bütün bunlar turizmin inki-

şafı üçün böyük imkanlar açır. Hazırda Azərbaycanda turizm sahəsi fəal inki-

şaf edir, mehmanxanalar tikilir, turizm bazaları açılır və zənnimcə, bu sahənin 

böyük gələcəyi vardır. İnanıram ki, Azərbaycanda güclü turizm sənayesi yara-

dılacaq və bu mövzu da “Baku” jurnalında öz əksini tapacaqdır”. 

Azərbaycan  Prezidenti  İlham  Əliyev  “Baku”  jurnalının  redaksiyasına  ün­

vanlanmış təbrik məktubunda “Baku” adlı yeni jurnalın birinci nömrəsinin nəş-

rini belə dəyərləndirmişdir: “Baku” adlı yeni jurnalın birinci nömrəsinin nəşri 

münasibətilə redaksiyanın bütün əməkdaşlarını təbrik edirəm. Jurnal paytaxtı-

mızın şərəfinə adlandırılmışdır. Bu, məsuliyyət deməkdir, axı, Bakı nadir şəhər-

dir, onun müasir siması, qədim küçələrinin gözəlliyi, Bakı buxtasının misilsiz 

mənzərəsi  Bakıda,  heç  olmazsa,  bircə  dəfə  olan  insanların  yaddaşından  uzun 

müddət  silinmir.  Bu,  Bakının  son  dərəcə  gözəlliyinin  ab­havası  jurnalda  çox 

yaxşı əksini tapmışdır. Onun səhifələrində tariximizdən faktlar, bizim günlərin 

daha  parlaq  hadisələri  ahəngdarlıqla  uzlaşır.  Zənnimcə, Azərbaycan  sakinləri 

və diasporumuzun nümayəndələri, turistlər gözəl hədiyyə almışlar. Ümidvaram 

ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda jurnalın oxucu 

dairəsi daim genişlənəcəkdir.

Bu gün Azərbaycan dinamik inkişaf edir, müxtəlif sahələrdəki nailiyyətləri-

miz bir çox yazılarda və nəşrlərdə öz əksini tapır. Lakin indiyədək Azərbaycan 

haqqında  rus  dilində  obyektiv  informasiya  verən  illüstrasiyalı  jurnalımız  yox 

idi. Jurnal, şübhəsiz, bu informasiya boşluğunu aradan qaldıracaqdır. Bununla 

yanaşı,  onun  səhifələrində  Rusiyada  yaşayan  azərbaycanlılarla  tanış  olmaq, 

onların  nailiyyətləri  və  problemləri  barədə  daha  çox  məlumat  almaq  imkanı 

verilir. Əminəm ki, “Baku” jurnalı tezliklə başqa dillərdə də çıxmağa başlaya-

caq, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi öz ətrafında birləşdirəcəkdir. 

Bu  nəşrin  ərsəyə  gəlməsinə  kömək  edənlərin  hamısına  xoşbəxtlik,  cansağlığı 

və firavanlıq arzulayıram.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə