HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə51/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

120

2008­ci  il  fevralın  3­də  Leyla  Əliyevanın  Sankt­Peterburqa  səfəri  çərçi­

vəsində  dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  Sankt­ 

Peterburqda ucaldılmış abidəsini ziyarət edərək demişdir ki, Nizami dünyaya 

“Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İsgəndərnamə” kimi və başqa misilsiz 

əsərlər bəxş etmiş dahi şair və mütəfəkkirdir. Nizami həmişə Azərbaycan xalqı-

nın fəxri olaraq qalacaqdır. Bu böyük insana dünyanın ən gözəl şəhərlərindən 

birində abidə qoyulması Azərbaycanla Rusiya arasında olan böyük dostluğu və 

qarşılıqlı hörməti bir daha sübut edir.

Böyük Nizamiyə Sankt­Peterburqda abidə qoyulması və öz mədəniyyətinə 

qayğıkeş  münasibət Azərbaycan  diasporuna  başucalıq  gətirməsi  və  mədəniy-

yətlərin  qarşılıqlı  zənginləşməsi  prosesinə  çox  güclü  təsir  göstərməsi  xüsusi 

olaraq vurğulanmışdır. 

Leyla  Əliyeva  başda  olmaqla  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri 

Qoroxovaya  küçəsindəki,  6  nömrəli  binada  Ümummilli  Lider  Heydər  Əliye-

vin xatirə lövhəsini də ziyarət etmişlər. Xatırladaq ki, 1940­cı illərin axırları – 

1950­ci illərin əvvəllərində Heydər Əliyev həmin binada yerləşən SSRİ Dövlət 

Təhlükəsizliyi Nazirliyinin rəhbər heyət məktəbində təhsil almışdır.

Rusiyada  Azərbaycan  gəncləri  hərəkatının  lideri  Leyla  Əliyeva  gəncləri 

RF­nin  ictimai­siyasi  həyatında  daha  fəal  iştirak  etməyə,  Rusiya  cəmiyyətinə 

daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə 

qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır. O 

bildirmişdir  ki,  indi  Fondun  əsas  vəzifələrindən  biri  regionlarda Azərbaycan 

dilində bazar günü məktəblərinin açılmasıdır. Fond bu cür məktəblərin açılma-

sını  təşviq  edir  və  onların  tədris  ədəbiyyatı,  kompüterlərlə  təchiz  olunmasına 

kömək  edir.  Fond  indiyə  qədər  İvanovo, Tula, Tver  və  Surqut  şəhərlərindəki 

bazar  günü  məktəblərinə  kömək  etmişdir.  Bununla  yanaşı,  müxtəlif  xeyriyyə 

tədbirləri, o  cümlədən əlil  uşaqlar üçün “Biz həyatı sevirik” adlı konsert, bir 

neçə  kitabın  təqdimat  mərasimləri  hazırlanır.  Bu  günlərdə  təşkilatın  internet 

saytı açılacaqdır, gənclər bu saytda Azərbaycanın gerçəklikləri barədə məlumat 

ala biləcəklər. Ayda bir dəfə çıxacaq “Baku” jurnalı da xalqımızın mədəniyyəti, 

incəsənəti və ənənələri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. 

Belə bir jurnal yox idi, onu hamı gözləyirdi, indi isə onu Rusiyada da almaq 

mümkün olacaqdır.

Gənclərin nümayəndələri Heydər Əliyev Fonduna gənclər siyasətini dəstək-

ləyərək  bildirmişlər  ki,  Leyla  Əliyevanın  başçılıq  etdiyi  təşkilat  yaradılandan 

sonra gənclər onu özlərinə arxa hesab edir və birləşmə hərəkatı fəallaşmışdır. 

4 fevral 2008­ci ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı 

nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  Sankt­Peterburqa  səfəri  çərçivə-

sində  Primorski  inzibati  rayonundakı  uşaq  ev­məktəbində  olmuşdur.  Leyla 

Əliyeva məktəbin şagirdləri qarşısında çıxışında demişdir ki, təhsilə və mək-



121

təblərə kömək Fondun fəaliyyətinin üstün istiqamətlərindən biridir. O xüsusi 

vurğulamışdır ki, Azərbaycan uşaqları da biliklərə yiyələnməyə, təhsilə can 

atırlar. O, gənclərə hansı ixtisası seçmələrini məsləhət görməyi barədə suala 

cavabında media sahəsinin adını çəkərək demişdir ki, bu, çox perspektivli və 

maraqlı işdir.

Məktəb  rəhbərliyi  Heydər  Əliyev  Fondunun  Rusiyadakı  nümayəndəliyi-

nin rəhbərinə rusiyalı uşaqlara diqqətinə görə təşəkkür edərək demişdir ki, bu 

səfər gələcək dostluğun və əməkdaşlığın təməli olacaqdır. Uşaq diplomatiyası 

ən güclü diplomatiyadır və biz ümid edirik ki, Azərbaycanla daha yaxından 

tanış olacağıq.

2008­ci il fevral ayının 4­də  Heydər Əliyev Fondunun Rusiya Federasiya-

sındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə yeni, 

nəfis tərtibatlı “Baku” jurnalının Rusiyanın şimal paytaxtında keçirilmiş təqdi-

mat mərasimi mühüm hadisə olmuşdur. 

Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda geniş oxucu audi-

toriyası  üçün  nəzərdə  tutulmuş  bu  jurnalın  təqdimatının  şəhərin  mərkəzində 

yerləşən, Şərq üslubunda tərtib olunmuş gözəl “Baku” restoranında keçirilməsi 

rəmzi  məna  daşıyır.  Mərasimdə  Sankt­Peterburqda  akkreditə  edilmiş  diplo-

matik  missiyaların  rəhbərləri,  tanınmış  mədəniyyət  xadimləri  və  ictimaiyyə-

tin nümayəndələri, şəhərin biznes elitasının, eləcə də Azərbaycan diasporunun 

təmsilçiləri iştirak etmişlər.

“Baku” jurnalının naşiri və baş redaktoru Leyla Əliyeva bu nəşrin konsep-

siyası  və  məqsədləri  barədə  məlumat  verərək  demişdir:  “Baku”  jurnalı  geniş 

auditoriya üçün nəzərdə tutulmuşdur. Biz bu jurnal vasitəsilə şəhərimizin bütün 

gözəlliklərini və hərarətini oxuculara çatdırmağa çalışmışıq. Bakı deyəndə göz-

lərimiz önündə mülayim iqlimli, günəşli bir şəhər, onun zəngin mədəniyyəti və 

qədim  tarixi  canlanır.  Güman  edirəm  ki,  bu  jurnal Azərbaycanla  Rusiya  ara-

sında dostluğun möhkəmlənməsinə, mədəni dialoqun inkişafına kömək edəcək-

dir. Ümidvaram ki, xalqların qarşılıqlı sevgisindən, tarixindən və dostluğundan 

bəhs edən bu jurnalı hamı məmnuniyyətlə oxuyacaqdır”. O, xüsusi vurğuladı 

ki, bu jurnal siyasi nəşr deyil, burada əsasən mədəniyyət, tarix, müxtəlif ma­

raqlı  şəxsiyyətlər  haqqında  söhbət  açılır  və  başlıca  vəzifə  ondan  ibarətdir  ki, 

bu  nəşr Azərbaycanı  sevən,  ölkəmiz  haqqında  daha  çox  məlumat  əldə  etmək 

istəyən hər kəs üçün maraqlı olsun. “Baku” jurnalının təkcə Azərbaycan üçün 

nəzərdə tutulmadığını bildirən Leyla Əliyeva dedi ki, Azərbaycan tolerant döv-

lətdir, bu ölkədə çoxsaylı millətlərin nümayəndələri yaşayır. Bu jurnal həm də 

onlar üçün, eləcə də bütün başqa millətlər və xalqlar üçündür. Jurnalın növbəti 

nömrəsi martın 15­də çapdan çıxacaq və güman edirəm ki, arzu edənlərin hər 

biri onu əldə edə biləcəkdir. Mən çox istərdim ki, “Baku” jurnalı bütün Rusi-

yada, gələcəkdə isə bütün MDB məkanında populyar olsun”.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə