HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə47/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

112

Azərbaycan  həqiqətlərinin  dünyaya  çatdırılması  məqsədi  ilə  Leyla  xanım 

Əliyeva  məktəbin  kitabxanası  və  muzeyinə  Heydər  Əliyev  Fondu  haqqında 

kitabın suvenir nəşrini və nəfis tərtibatlı “Qarabağ xanəndələri” musiqi albo-

munu hədiyyə etmişdir.

Həmin il oktyabrın 19­da İvanovo vilayətinə səfər edən Heydər Əliyev Fon-

dunun  Rusiyadakı  nümayəndəliyinin  rəhbəri,  Rusiyadakı  azərbaycanlı  gənc-

lərin lideri Leyla Əliyeva burada gənclər siyasəti, gənc azərbaycanlılar klubu-

nun yaradılması məsələlərini müzakirə etmiş və Rusiyanın digər regionlarında 

da  cəmiyyətdə  tolerantlığın  formalaşmasına,  xalqlarımızın  mədəniyyətlərinin 

yaxınlaşmasına xidmət göstərən klubların yaradıldığını nəzərə çatdırmışdır.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin baş-

çısı,  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunun  (MDBMİ)  Azər-

baycan klubunun lideri Leyla Əliyeva 2007­ci il oktyabrın 26­da RF­nin Tula 

vilayətində  L.N.Tolstoy  adına  Tula  Pedaqoji  İnstitutuna  getmiş,  bu  ali  mək-

təbdə təhsil alan gənclərlə, o cümlədən azərbaycanlı tələbələrlə görüşmüşdür. 

O,  burada  Heydər  Əliyev  Fondunun  fəaliyyətindən,  xüsusən  Fondun  Rusiya-

dakı  nümayəndəliyinin  məqsəd  və  vəzifələrindən  söz  açaraq  bildirmişdir  ki, 

Fondun  Rusiyadakı  nümayəndəliyi  ölkənin  bütün  regionlarında  azərbaycanlı 

gənclərin Azərbaycan klubları yaratmasına və gənclərin həmin klublarda birləş-

məsinə kömək etmək niyyətindədir və bu məqsədlə də Tula vilayətinin quber-

natoru Vyaçeslav Dudka və şəhər administrasiyasının başçısı Albert Ukolov ilə 

müzakirələr aparmışdır. 

Leyla  Əliyeva  bu  səfərin  Tula  vilayətində  yaşayan  gənc  soydaşlarımızla, 

Azərbaycan diasporu ilə sıx əlaqə yaratmaq, Fondun Rusiya­Bakı nümayəndə-

liyinin qarşısında Azərbaycanın mədəniyyətini, tarixini, elmini bu ölkədə təbliğ 

etmək və bununla da Azərbaycan və rus xalqları arasında dostluğun və qarşılıqlı 

anlaşmanın möhkəmlənməsinə kömək etmək məqsədi daşıdığını bildirmişdir.

Leyla Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu “Təhsilin dəstək-

lənməsi”  layihəsi  çərçivəsində  mühüm  aksiyalar  həyata  keçirməklə  Mosk-

vada azərbaycanlı uşaqların da təhsil aldığı ümumtəhsil məktəbləri ilə Fondun 

əməkdaşlığını fəallaşdırmağa nail olmuşdur. Belə ki, Heydər Əliyev Fondunun 

RF­dəki  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  2007­ci  il  noyabrın  16­da 

Moskvadakı  544  nömrəli  orta  məktəbdə  olaraq  orada  təhsil  prosesi  ilə  tanış 

olmuş, məktəbin müəllim kollektivi və şagirdləri ilə görüşmüşdür. O, Heydər 

Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti, ölkəmizdə 

ümumtəhsil  sisteminin  inkişaf  etdirilməsi  sahəsindəki  planlar,  Azərbaycanda 

və xarici ölkələrdə soydaşlarımızın da təhsil aldığı orta məktəblərin hərtərəfli 

dəstəklənməsinə  yönəlmiş  iş  barədə  məlumat  verərək  demişdir:  “Fond  millə-

tin təhsilinə böyük əhəmiyyət verir. Son illərdə təkcə “Yeniləşən Azərbaycana 

yeni  məktəb”  layihəsi  çərçivəsində  Azərbaycanda  200­dən  çox  müasir  tipli 



113

ümumtəhsil məktəbi tikilmiş və yenidən qurulmuşdur və bu proses davam edir. 

Kitabxanalara  əlavə  ədəbiyyat  verilməsi,  təlimin  keyfiyyətinə  təsir  göstərən 

problemlərin həllinə kömək məsələləri də Fondun diqqət mərkəzindədir”. Ley

la  Əliyeva  bu  fikirlərin  təsdiqi  kimi,  Heydər  Əliyev  Fondunun  dəstəyi  sayə-

sində  nəşr  edilmiş Azərbaycan  ədəbiyyatı  nümunələrini,  o  cümlədən  Nizami 

Gəncəvinin,  Mirzə  Şəfi  Vazehin,  Səməd  Vurğunun,  Mir  Cəlalın  əsərlərinin 

xeyli nüsxəsini 544 nömrəli məktəbə hədiyyə etmişdir.

Məktəbin  rəhbərliyi  və  şagirdləri,  o  cümlədən  burada  təhsil  alan  24  azər-

baycanlı şagird Heydər Əliyev Fondunun RF­dəki nümayəndəliyinin bu mək-

təbə diqqətinə görə, Azərbaycan xalqının qədim və zəngin mədəniyyətini daha 

yaxşı öyrənməyə və başa düşməyə kömək edəcək nəşrlərə Azərbaycan ədəbiy-

yatının gözəl nümunələrinin məktəbə hədiyyə edilməsinə görə Leyla Əliyeva-

nın fəaliyyətini yüksək qiymətləndirmişlər. 

2007­ci il noyabr ayının 28­də Moskvadakı “Mir” kino­konsert salonunda 

Rusiyanın  40  regionunu  təmsil  edən  gənclər  təşkilatlarının  fəalları,  diaspor 

rəhbərləri,  Ümumrusiya  Azərbaycan  Konqresinin  və  Federal  milli­mədəni 

muxtariyyətin 200­dən çox nümayəndəsinin iştirakı ilə Heydər Əliyev Fondu-

nun  Rusiya  Federasiyasındakı  nümayəndəliyi  tərəfindən  tədbir  keçirilmişdir. 

Tədbirdə  Heydər  Əliyev  Fondunun  Moskvadakı  nümayəndəliyinin  fəaliyyəti 

nəticəsində  Rusiyanın  müxtəlif  ali  məktəblərində  azərbaycanlı  gənclər  klub-

ları  yaradıldığı,  bununla  bağlı  olaraq  bir  sıra  regionlarda  yerli  administrasiya 

və diasporlarla görüşlər keçirildiyi, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin 

nümayiş etdirildiyi, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsi istiqamə-

tində  təqdirəlayiq  işlərin  görüldüyü, Azərbaycan  və  Rusiya  xalqları  arasında 

dostluğun möhkəmləndirilməsinə xidmət edən digər tədbirlərin təşkili yüksək 

qiymətləndirilmişdir.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev qeyd 

etmişdir  ki,  Azərbaycan  diasporunun  sıx  birləşdirilməsi  ideyası  xalqımızın 

Ümummilli  Lideri  böyük  Heydər  Əliyevə  məxsusdur.  Bu  ideyanın  reallaşdı-

rılması ÜAK­ın yaradılması ilə nəticələnmişdir və bu gün Konqresin gördüyü 

işlər Ulu Öndərimizin ideyalarının təcəssümüdür.

Rusiyanın  müxtəlif  regionlarını  təmsil  edən  gənclər  Fondun  Rusiyadakı 

nümayəndəliyinin  gənclərin  sıx  birləşməsini  və  onların  Rusiya  cəmiyyətinə 

inteqrasiya  etməsini  dəstəklədiyinə,  müxtəlif  layihələrin  həyata  keçirilməsinə 

köməyinə,  azərbaycanlı  gənclərin  Rusiyanın  ictimai­siyasi  həyatında  rolu-

nun  və  nüfuzunun  artmasına  şərait  yaratdığına  görə  nümayəndəliyə  təşəkkür 

etmişlər.  Regionların  kitabxana  və  məktəblərinin  zəruri  ədəbiyyat,  dərsliklər 

və  müxtəlif  vəsaitlərlə  təmin  olunmasında  Fondun  fəal  iştirakı  xüsusi  olaraq 

dəstəklənmişdir.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə