HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə48/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

114

Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiyada fəaliyyətinin əsas pri-

oritetləri barədə söhbət açaraq xüsusi vurğulamışdır ki, müasir dünyada anla-

şılmazlıqlar, fikir ayrılıqları və saxta stereotiplər çoxdur. Bu şəraitdə mədəni 

dialoq  bir  sıra  problemlərin  həllinin  universal  açarıdır.  Nümayəndəliyin  pri-

oritet vəzifələrindən biri də Azərbaycan ilə Rusiya arasında mədəni dialoqun 

inkişaf etdirilməsi və genişləndirilməsidir. Bununla əlaqədar Rusiya­Azərbaycan 

münasibətlərindən bəhs edən Leyla Əliyeva qeyd etmişdir ki, bu münasibət-

lər  bir  sıra  istiqamətlər  üzrə  dinamik  inkişaf  edir  və  dövlətlərimizin  başçı-

ları onu strateji tərəfdaşlıq münasibətləri hesab edirlər. O, bu münasibətlərin 

inkişaf etdirilməsində gənc nəslin xüsusi rol oynamasını vurğulayaraq demiş-

dir ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə hərtərəfli inteqrasiya etməli, 

onun ictimai­siyasi həyatına fəal cəlb edilməli, lakin, eyni zamanda öz milli 

mədəniyyətini  qoruyub  saxlamalıdırlar.  Azərbaycan  klublarının,  bazar  günü 

məktəblərinin  və  digər  mədəni  mərkəzlərin  əhatə  dairəsinin  genişləndiril-

məsi vacibdir, azərbaycanlı tələbələr bu mərkəzlərdə öz dilini, mədəniyyətini 

öyrənmək,  eyni  zamanda, Azərbaycanda  baş  verən  prosesləri  izləmək  imka-

nından istifadə etməlidirlər.

Leyla Əliyeva Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yara-

dılmasına böyük ümidlər bəslədiyini bildirərək demişdir: “İnanıram ki, RAGT 

elə bir vahid məkan yaratmağa nail olacaq ki, orada azərbaycanlı gənclərin hər 

bir nümayəndəsi özünə münasib maraqlı ideyalar tapacaq, yeni dostlar qazana-

caqdır. Biz istəyirik ki, bu təşkilat bir­birini sevmək, dostluq etmək, ünsiyyət 

saxlamaq, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafına 

öz töhfəsini vermək istəyənlərin hamısı üçün bir növ körpü olsun”.

“Единая Россия” Partiyası Ali Şurası katibinin müavini, RF Dövlət Duma-

sında “Единая Россия” fraksiyasının sədr müavini Valeri Ryazanski demişdir 

ki, azərbaycanlı gənclərin forumu Rusiya üçün və “Единая Россия” üçün çox 

məsul bir məqamda – Dövlət Dumasına seçkilər ərəfəsində keçirilir. Ona görə 

də bu aksiyanın ucsuz­bucaqsız ölkənin bütün guşələrindən buraya toplaşmış 

azərbaycanlı gənclər tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir.  

2007­ci il oktyabr ayının 12­də Moskvada Heydər Əliyev Fondunun Rusiya 

Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə “İnterfaks” informasiya agent-

liyi tərəfindən nəşr edilmiş, agentliyin xəbər lentləri materialları əsasında Azər-

baycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  1990­2003­cü  illərdəki 

çıxışları və bəyanatları toplanmış “Heydər Əliyev haqqında teleqraf mətni ilə” 

kitabının  təqdimatı  keçirilmişdir. Təqdimat  mərasimində  Heydər  Əliyev  Fon-

dunun  RF­dəki  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva,  RF  Ticarət­Sənaye 

Palatasının (TSP) prezidenti Yevgeni Primakov, Azərbaycan Prezidentinin İcra 

Aparatının sektor müdiri Fuad Axundov iştirak etmişlər.




115

RF TSP prezidenti Yevgeni Primakov təqdimatı keçirilən kitabın təkcə Azər-

baycan miqyasında deyil, həm də dünya miqyasında böyük insan, dahi siyasi 

xadim  və  şəxsiyyət  olan  Heydər  Əliyevin  irsinin  öyrənilməsi  üçün  mühüm 

tarixi sənəd olduğunu bildirmiş və əminliklə vurğulamışdır ki, əgər Azərbay-

canın  müstəqilliyinin  ilk  illərində  hakimiyyət  sükanı  Heydər  Əliyevin  əlində 

olsaydı,  o,  qan  tökülməsinə  və  münaqişənin  hərbi  mərhələyə  çatma sına  yol 

verməzdi. O demişdir: “Böyük sürətlə inkişaf etməkdə olan müasir Azərbay-

canın indi malik olduğu dəyərlər Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsi-

dir.  Müasir Azərbaycanın  həyatın  bütün  sahələrində  qazandığı  böyük  uğurlar 

onunla  bağlıdır  ki,  ölkənin  indiki  Prezidenti  İlham  Əliyev  Heydər  Əliyevin 

xəttini inamla davam etdirir. Respublikada görülən işlər buna sübutdur. Bütün 

bunlar  onu  göstərir  ki,  İlham  Əliyevin  siyasəti  Azərbaycanı  daha  böyük 

tərəqqiyə doğru aparır”.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-

yeva qeyd etmişdir ki, “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının 

xüsusi dəyəri və maraqlı olması onunla bağlıdır ki, bu kitabda məşhur siyasət-

çinin və görkəmli insanın ən dramatik dövrlərindən biri – 1990­cı il yanvarın 

20­də Bakıda törədilmiş qanlı hadisələrlə əlaqədar dövrü təsvir edilir. O vaxt 

Heydər  Əliyev  öz  xalqı  ilə  həmrəy  olaraq,  “İnterfaks”  agentliyinə  gəlmiş  və 

tarixi  bəyanatla  çıxış  etmişdir.  Agentliyə  təzyiq  göstərilməsinə  baxmayaraq, 

həmin bəyanat yayılmışdır. O dövr üçün bu, cəsarətli addım idi, xüsusən ona 

görə  ki,  sovet  rəhbərliyi  bu  agentliyi  bağlamağa  və  söz  azadlığını  boğmağa 

çalışırdı. Jurnalistlər riskə gedərək, bəyanatın tam mətnini dərc etmişlər. Hey-

dər Əliyev “İnterfaks” jurnalistlərinin cəsarətini və prinsipiallığını çox yüksək 

qiymətləndirmişdi”.  Bununla  yanaşı,  Leyla  Əliyeva  Heydər  Əliyev  haqqında 

kitab yazmaq niyyətində olduğunu da bildirmişdir. 

2007­ci il dekabr ayının 20­də Moskvada, “Ritts­Karlton” mehmanxanası­

nın  dəbdəbəli  salonunda  Azərbaycandan  və  onun  paytaxtından,  ölkəmizin 

zəngin və qədim mədəniyyətindən, ənənələrindən və müasir nailiyyətlərindən 

söhbət açan “Bakı” jurnalının birinci nömrəsinin təntənəli təqdimatı olmuşdur. 

Moskva elitasının toplaşdığı mərasimdə Azərbaycanın birinci xanımı, Heydər 

Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO­nun xoşməramlı səfiri, Milli 

Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.

Yeni nəşrin konsepsiyasını jurnalın baş redaktoru və naşiri, Heydər Əliyev 

Fondunun  Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  başçısı  Leyla  Əliyeva 

bu  hadisənin  əhəmiyyətini  belə  qiymətləndirmişdir:  “Biz  heyranlıq  doğuran 

faktların, şəxsi səciyyəli müsahibələrin və qeyri­adi tarixçələrin təqdim olun-

duğu yeni və orijinal mənbə yaradırıq. Bütün bunları qısa “Baku” kəlməsi bir-

ləşdirəcəkdir.  “Baku”  jurnalının  təqdimatı  mənim  üçün  çox  fərəhli,  eyni  za­

manda həyəcan doğuran hadisədir. Çünki biz bu jurnal vasitəsilə şəhərimizin 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə