HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə45/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

102


103


104


105


106


107

HEYDƏR ƏLİYEV 

FONDUNUN NÜMAYƏNDƏLİKLƏRİ

Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın 

beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız 

haqqında  obyektiv  ictimai  rəyin  formalaşmasına  kömək  etməkdir.  Bu  sahədə 

optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliy-

yətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost döv-

lətlərdə  nümayəndəliklər  yaratmağı,  eləcə  də  bu  ölkələrdə  fəaliyyət  göstərən 

analoji  qeyri­hökumət  qurumları  ilə  əməkdaşlıq  əlaqələri  qurmağı  məqsəd-

yönlü sayır. Artıq Fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və 

ABŞ­da nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun nü ma­

yəndəliklərinin məqsədləri aşağıdakılardan ibarətdir:

– Azərbaycan  Respublikasının  beynəlxalq  nüfuzunun  artırılması  ilə  bağlı 

tədbirlərin həyata keçirilməsinə yardım göstərmək

– Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; 

– Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qo­

runması ilə bağlı aparılan işlərə kömək etmək

–  Xarici  ölkələrin  fondları,  QHT­ləri,  ictimai  təşkilatları  ilə  əməkdaşlığı 

genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək

– Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və 

layihələr hazırlayıb həyata keçirmək

– Xarici ölkələrin tanınmış elmi­tədqiqat mərkəzləri ilə alimlərin mübadilə-

sini təşkil etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək; 

– Xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək ; 

– Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qay-

ğıya ehtiyacı olan insanlara kömək göstərmək

– Xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək

–  Uşaqların,  yaradıcı  gənclərin,  incəsənət  xadimlərinin  sərgilərini  təşkil 

etmək.


Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi 2007­ci 

ilin may ayından açılmışdır. Nümayəndəliyin rəhbəri Leyla Əliyevadır. 

Nümayəndəlik  Fondun  Azərbaycanda  gerçəkləşdirdiyi  təhsil,  səhiyyə, 

mə dəniyyət,  idman,  sosial  sahədə  anoloji  layihələri  Rusiya  Federasiyasında 

həyata keçirir. “Təhsilin dəstəklənməsi” layihəsi çərçivəsində Heydər Əliyev 

Fo ndunun RF­dəki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva mütəmadi 




108

olaraq  məktəblərə,  uşaq  evlərinə  səfərlər  edir.  Heydər  Əliyev  Fondunun 

 RF ­dəki nümayəndəliyi xəstə, yetim uşaqlara daim qayğı göstərir və müxtəlif 

xeyriyyəçilik aksiyaları həyata keçirir.

Heydər  Əliyev  Fondu  Rusiyadakı  Azərbaycan  diasporu  ilə  əlaqələrin 

genişləndirilməsinə,  Rusiyadakı  azərbaycanlı  gənclərin  sıx  birləşməsinə  və 

onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin Rusi­

yanın  ictimai­siyasi  həyatında  rolunun  və  nüfuzunun  artmasına, Azər baycan 

mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Azər bay canın bugünkü 

reallıqlarının  Rusiya  ictimaiyyətinə  çatdırılmasına,  Azərbaycan  və  Rusiya 

xalqları arasında dostluğun möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Heydər Əliyev Fondunun RF­dəki nümayəndəliyi Azərbaycan mədəniy­

yətinin,  incəsənətinin,  ədəbiyyatının  təbliği  istiqamətində  də  çox  mühüm 

işlər görür. 

Leyla Əliyeva Moskvada nəşr olunan “Bakı” jurnalının baş redaktorudur. 

Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi 2007­ci il sentyabr 

ayının 24­də açılmışdır. Nümayəndəliyin rəhbəri İqbal Hacıyevdir. 

Nümayəndəlik Rumıniyadakı uşaq və ahıllar evlərinə mütəmadi yardımlar 

göstərir,  valideyn  qayğısından  məhrum  uşaqların  cəmiyyətə  reinteqrasiyasına 

kömək məqsədi ilə müxtəlif layihələr həyata keçirir. 

Nümayəndəlik təbii fəlakətdən əziyyət çəkən insanlara da lazımi yardımlar 

edir. 31 iyul 2008­ci il tarixində Fondun Rumıniyadakı təmsilçiliyi təbii fəlakət 

nəticəsində  Suçeava  bölgəsində  təbii  fəlakətdən  zərər  çəkmiş  əhaliyə  zəruri 

yardım ləvazimatı, ərzaq və tibb preparatları ilə kömək etmişdir.

Heydər  Əliyev  Fondunun  Rumıniyadakı  nümayəndəliyi Azərbaycan  həqi­

qətlərinin Rumıniya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif mərasimlər 

keçirir.  2008­ci  ilin  26  fevral  tarixində  Xocalı  faciəsinin  16­cı  ildönümü  ilə 

bağlı Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyində anma mərasimi 

keçirilmişdir.  Mərasimdə  Xocalı  faciəsinin  dəhşətlərini  əks  etdirən  sənədli 

film və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Heydər Əliyev 

Fondunun  dəstəyi  ilə  hazırladığı  Azərbaycanın  işğal  olunmuş  əraziləri  və 

Ermənistandakı  mədəniyyət  sərvətlərimizə  həsr  olunmuş  “Azərbaycana  qar

şı müharibə: hədəf mədəniyyət mirasları” adlı film nümayiş etdirilmiş, təd bir 

iştirakçıları  Heydər  Əliyev  Fondu  tərəfindən  təqdim  olunan  və  Xocalı  faci­

əsinin dəhşətlərini əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı sərgi ilə tanış 

olmuşlar. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış 

“Qarabağ haqqında həqiqi faktlar” və “Xocalı soyqırımı (sənədlər, faktlarda 

və  xarici  mətbuatda)”  adlı  kitabçalar,  səfirliyin  təşəbbüsü  ilə  rumın  dilində 

çapdan  çıxmış  “Xocalı  faciəsi”  və Avstriyalı  yazıçı  Erik  Feyqelin  “Erməni 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə