HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə53/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

124

Rusiyadakı nümayəndəliyi tərəfindən 2008­ci il fevralın 27­də Moskvada təşkil 

edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi­praktik konfransda demişdir.

Leyla  Əliyeva  qeyd  etmişdir  ki,  Xocalı  faciəsi  Ermənistan­Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olmuşdur. Bu münaqişə nə­

ticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. O demişdir: “1992­

ci  il  fevralın  25­dən  26­na  keçən  gecə  erməni  təcavüzkarları  Azərbaycanın 

Xocalı şəhərini zəbt etmiş və şəhərin 613 dinc sakinini, o cümlədən 106 qadını, 

63 uşağı və 70 nəfər ahıl insanı amansızlıqla qətlə yetirmişlər. Xocalı yaraları 

hər bir azərbaycanlının ürəyində əbədi qalacaqdır.

Azərbaycan üçün çox ağır və çətin illər arxada qalıb və indi ölkəmiz gün-

bəgün inkişaf edir, çiçəklənir. Azərbaycan iqtisadi artım sürətinə görə dalbadal 

üçüncü ildir ki, dünyada birinci yeri tutur, insanların həyat səviyyəsi yaxşılaşır, 

əhalinin əmək haqqı və pensiyaları artır, işsizlik və yoxsulluq azalır.

Ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq, 

bu gün bircə çadır şəhərciyi də qalmamışdır, qaçqınların və məcburi köçkünlə-

rin hamısı üçün normal həyat şəraiti yaradılmışdır.

Artıq  15  ildir  ki,  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 

həlli üzrə danışıqlar prosesi gedir. Biz çox ümid edirik ki, dünya birliyi səsi-

mizi  eşidəcək  və  bu  problem  tezliklə  öz  ədalətli  həllini  tapacaqdır,  çünki  bu 

gün dünyada özgə torpaqlarının işğalına, təcavüzə və kütləvi qətllərə yer yox-

dur. Mən inanıram ki, azərbaycanlılar lap yaxın gələcəkdə öz doğma torpaqla-

rına qayıdacaqlar”.

Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutu,  MDU,  Seçenov  adına 

Tibb Akademiyası  və  Moskva  Dövlət  Linqvistika  Universiteti  kimi  tanınmış 

ali  məktəblərin  tələbələri,  aspirantları  və  magistrləri  Ermənistan­Azərbaycan 

münaqişəsinin  tarixi­hüquqi  və  siyasi  aspektləri,  bu  münaqişənin  nəticələri 

haqqında məruzələrlə çıxış etmişdirlər. Konfrans iştirakçıları tələbələrdən Olqa 

Kuraşın “80­ci illərin axırları – 90­cı illərin əvvəllərində Qarabağ münaqişəsi­

nin  tarixi”,  Andrey  Kurakinin  “Xocalı  soyqırımı  beynəlxalq  cinayət  kimi”, 

Natiq  Əliyevin  “Ermənistan­Azərbaycan  münaqişəsinin  siyasi­hüquqi  aspekt-

ləri”,  Ceyhun  Hüseynovun  “Qarabağın  tarixi”,  Anarə  Axundovanın  “90­cı 

illərdə Qarabağ haqqında jurnalist işlərinin nümunələri” və Əşrəf Həsənovun 

“Xocalı  soyqırımının  azərbaycanlı  qaçqınlar  üçün  nəticələri”  mövzusunda 

məruzələrini böyük maraqla dinləmişdirlər.

Tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalıda azərbay-

canlıların soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəb-

büsü ilə Azərbaycanın RF­dəki səfirliyində Böyük Vətən müharibəsi veteran-

ları ilə qeyri­rəsmi dostluq görüşü keçirilmişdir.




125

Veteranlar  qeyri­rəsmi  görüşün  təşkilinə,  onlara  göstərilən  diqqət  və  qay-

ğıya görə dərin minnətdarlıqlarını bildirərək qeyd etmişdirlər ki, belə əlaqələr 

xalqlarımız  və  ölkələrimiz  arasında  dostluq  və  əməkdaşlığın  möhkəmlənmə-

sinə xidmət edir. Öz xatirələrini bölüşən veteranlar azərbaycanlıların rəşadətini 

və qəhrəmanlığını, faşizm üzərində Qələbədə bütövlükdə ölkəmizin rolunu xü­

susi vurğulamışdırlar. 

Azərbaycanın  paytaxtına  Döyüş  Şöhrəti  Şəhəri  adının  verilməsi,  Moskva 

torpağında  həlak  olmuş  azərbaycanlı  döyüşçülərin  xatirəsini  əbədiləşdirmək 

təklif edilmişdir. 

Məşhur  Rusiya  Dövlət  Kitabxanası  (keçmiş  Lenin  adına  kitabxana)  Hey-

dər  Əliyev  Fondunun  nəşr  etdirdiyi Azərbaycan  kitabları  ilə  zənginləşmişdir. 

Fondun  Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva 

kitabxanaya  kifayət  qədər  Azərbaycan  dilində  kitablar  hədiyyə  etmişdir.  Bu 

kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə 

olunmuşdur. 

Leyla  Əliyevanın  bu  xidmətlərini  Rusiya  Dövlət  Kitabxanasının  direk-

toru Viktor Fyodorov belə qiymətləndirmişdir: “Bu, çox fərəhli hadisədir və 

şübhəsiz,  iki  ölkə  arasında  mədəni  əlaqələrin  möhkəmlənməsində  mühüm 

rol oynayacaqdır”. 

Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin təşəbbüsü ilə Rusiya 

Federasiyası Sankt­Peterburq şəhəri Primorsk rayonundakı 46 saylı uşaq evi ­

məktəbinin yetirmələri və müəllim heyəti 2008­ci il avqustun 17­də Fondun 

Moskva  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyevanın  Sankt­Peterburq  şəhə-

rinə  səfəri  zamanı  vilayətin  qubernatoru  Valentina  Matvienko  ilə  qarşılıqlı 

razılaşma  əsasında  təşkil  olunmuş  yay  tətili  günlərində  Azərbaycana  dəvət 

edilmişdirlər.

10 günlük səfər çərçivəsində rusiyalı qonaqlar Bakı şəhərindəki Nizami ra­

yonunun yeni təmir olunmuş 1 saylı uşaq evində və Şüvəlan qəsəbəsindəki yay 

düşərgəsində  istirahət  etmişdirlər.  Proqram  çərçivəsində  səmərəli  istira hətlə 

yanaşı,  onların  şəhər  və  şəhərətrafına  gəzintisi,  qədim  və  zəngin  mədəniyyə-

timizlə,  tarixi  abidələrimizlə  tanışlığı,  idman  və  əyləncəli  oyunlarda  iştirakı 

təmin olunmuşdur.

Rusiyalı qonaqlar Suraxanıda, Yanardağda, Atəşgahda olmuş, tarixi­mədəni 

abidələr haqqında ətraflı məlumat almışlar. Tarix muzeyi və Xalça muzeyi ilə 

tanışlıqdan sonra “Azəriilmə” şirkətində olan uşaqlar dünya şöhrətli xalçaları-

mız haqqında maraqlı məlumat əldə etmişlər.

Avqustun 27­dək davam edən səfər zamanı uşaq evinin yetirmələri Qobus-

tan Dövlət Qoruğu, Pir Həsən ziyarətgahı, eləcə də Mərdəkan, Ramana, Qala 

qəsəbələrində tarixi abidələrlə tanış olmuş və Amburan əyləncə­istirahət mər­

kəzində dincəlmişlər. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə