HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə52/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

122

Dünya şöhrətli böyük rus müğənnisi, SSRİ xalq artisti, Lenin mükafatı və 

SSRİ  Dövlət  mükafatı  laureatı  Yelena  Obraztsova  “Baku”  jurnalının  nəşrini 

çox mühüm hadisə adlandıraraq, onun səhifələrində Sankt­Peterburq barəsində 

də materiallar dərc edilməsi arzusunu bildirdi ki, bakılılar bu şəhərin mədəniy-

yəti barədə daha çox məlumat əldə etsinlər. Sankt­Peterburq administrasiyası-

nın  mədəniyyət  komitəsinin  sədri  Nikolay  Burov  öz  çıxışında  dedi  ki,  jurnal 

gözəl  tərtib  olunmaqla  bərabər,  məzmunca  da  zəngindir.  İctimai­siyasi,  ədəbi ­

bədii nəşr üçün çox düzgün istiqamət seçilmişdir. Orada hər şey var – bir qədər 

reklam, çoxlu tarixi məlumat, tanınmış mədəniyyət xadimlərinin gözəl fotoşə-

killəri... Jurnalın rus dilində nəşr edilməsi isə çox mühümdür.

Tarixi  abidələrin  qorunması  üzrə  komitənin  sədr  müavini  Olqa  Taratı-

nova,  Ukraynanın  baş  konsulu  Nikolay  Rudko,  tatar  diasporunun  nümayən-

dəsi Əlfiyyə Raxmatulina, “Yevropa” hotelinin baş direktoru Tomas Noll və 

başqaları  öz  çıxışlarında  demişdirlər  ki,  “Baku”  jurnalının  təqdimatı  Sankt­

Peterbur qun  mədəni  həyatında  mühüm  hadisə  kimi  mədəni  dialoqun  inki-

şafı  üçün  çox  böyük  əhəmiyyət  kəsb  edr.  “Baku”  jurnalı  iki  şəhər  arasında 

əlaqələndirici körpü rolu oynayacaq, onun sayəsində iki dost xalq bir­birinə 

daha da yaxınlaşacaqdır. Arzu edirik ki, bu jurnal vasitəsilə rusiyalılar Azər-

baycanı  tanısın,  azərbaycanlılar  isə  öz  ölkələri  ilə  Sankt­Peterburq  arasında 

sıx  dostluq  əlaqələri  barədə,  bu  şəhərin  həyatı  və  mədəniyyəti  barədə  daha 

çox informasiya əldə etsinlər.

Qonaqlara “Baku” jurnalının nüsxələri təqdim edildi, eləcə də jurnala abunə 

yazılmaq üçün vizit vərəqələri arasında “uduş tirajı” keçirilmiş və “Mebel İspa-

nii” şirkətinin baş direktoru Yevgeni Simonov jurnala pulsuz abunə yazılmaq 

hüququ qazanmışdır. 

11 fevral 2008­ci il tarixdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasın-

dakı nümayəndəliyi Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) və “Zəif 

eşidənlər dünyası” adlı Rusiya ictimai gənclər təşkilatının iştirakı ilə Moskvada 

əlil  uşaqlar  üçün  geniş  xeyriyyə  tədbiri  keçirmişdir.  Tədbirə  fiziki  qüsurları 

olan 300­dən çox uşaq və onların ailə üzvləri dəvət edilmişdi.

“Biz həyatı sevirik” devizi altında keçirilmiş xeyriyyə aksiyasında Rusiya 

ictimaiyyətinin  nümayəndələri,  parlament  üzvləri,  mədəniyyət  və  incəsənət 

xadimləri, Rusiyadakı Azərbaycan diasporunun və müxtəlif milli diasporların 

nümayəndələri iştirak etmişdirlər.

Aksiyanın təşəbbüsçüsü və təşkilatçısı, Heydər Əliyev Fondunun RF­dəki 

nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  Heydər  Əliyev  Fondunun Azərbay-

canda sosial sahədə, təhsil və səhiyyə sahələrində geniş iş apardığını, mədəniy-

yətin inkişafı və mədəni irsin qorunub saxlanması məsələlərinə, müasir məktəb-

lərin tikintisinə, tarixi abidələrin bərpasına, kitab nəşrinə və başqa humanitar 

məsələlərə böyük diqqət yetirdiyini bildirmişdir. 



123

Fondun  Rusiyadakı  nümayəndəliyinin  bayram  ab­havası  yaratmaq  üçün 

lazım olan hər şeyi etməyə çalışdığını bildirən Leyla Əliyeva demişdir: “Mən 

bu salonda çoxlu gözəl, şən və ilhamlı uşaqlar görürəm. Arzu edirəm ki, onlar 

həmişə belə həyatsevər və mərd olsunlar. Biz də öz tərəfimizdən mümkün olan 

hər şeyi edəcəyik ki, Rusiya torpağında sizin arzularınız reallığa çevrilsin”.

RF  Dövlət  Dumasının  Ailə,  Qadın  və  Uşaq  məsələləri  komitəsi  sədri-

nin  müavini  Natalya  Karpoviç  xeyriyyə  aksiyasının  təşkilatçılarına  təşəkkü-

rünü bildirərək demişdir: “Heydər Əliyev Fondu çox böyük və bizim hamımız 

üçün yaxşı işlər görür. Belə tədbirlər həm fiziki qüsurları olan insanları, həm 

də dolğun həyat sürənləri birləşdirir. Bu isə çox vacibdir. Bu aksiya bizim bir­ 

birimizə daha yaxın olmağımıza, bu salondakı uşaqlardan hər birinin faciəsini 

başa düşməyə və onu öz faciəmiz kimi qəbul etməyimizə kömək edir. Bu da 

çox vacibdir ki, bu tədbir həmin uşaqların böyük ölkəmizin tamdəyərli vətən-

daşları olduqlarını başa düşməsinə imkan verir”.

Bayrama qonaq kimi dəvət edilmiş məşhur rusiyalı rəqqas, Böyük Teatrın 

solisti, Maris Liyepa adına Xeyriyyə Fondunun idarə heyətinin sədri Andris 

Liyepa  müştərək  xeyriyyə  layihələrinin  əhəmiyyətini  dəyərləndirmişdir.  O 

demişdir  ki,  rəqs  dili  zəif  görən  və  zəif  eşidən  uşaqların  öz  hisslərini  daha 

tam ifadə etmələrinə kömək edə bilər.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-

yeva  KİV  nümayəndələrinə  müsahibəsində  Moskvada  keçirilmiş  aksiyanın 

əhəmiyyətini vurğulayaraq demişdir ki, “Fond Rusiya paytaxtında ilk dəfədir 

ki, bu cür geniş xeyriyyə tədbiri keçirir. Bu cür aksiyalar çox vacibdir. Fond 

Azərbaycanda buna oxşar tədbirləri çox keçirmişdir. Fondun Rusiya nümayən-

dəliyi  də  müxtəlif  tədbirlər  keçirmiş,  məktəblərə,  internatlara  baş  çəkmişdir, 

lakin hamının bir yerə yığılması birinci dəfədir və güman edirəm ki, bu, bizim 

axırıncı  xeyriyyə  aksiyamız  olmayacaqdır.  Fondun  Rusiyadakı  nümayəndə-

liyi cəmi yarım ildir ki, Moskvada fəaliyyət göstərir. Bunlar hələ yalnız baş-

lanğıcdır. Heç şübhəsiz, gələcəkdə bu cür tədbirlərin sayı qat­qat çox olacaq, 

çünki  onlar  çox  əhəmiyyətlidir.  Mən  indicə  konsertdən  çıxmışam,  hisslərim 

aşıb­ daşır. Uşaqları öz yanında görəndə, onların sevinməsini, çöhrələrindən nur 

yağmasını görəndə başa düşürsən ki, bütün başqa məsələlərin əhəmiyyəti azdır. 

Əsas məsələ budur ki, uşaqlar görsünlər ki, onları xatırlayırlar, sevirlər və onlar 

da bütün başqa uşaqlar kimidirlər. Bu gün həmin uşaqlar bunu öz yaradıcılığı 

ilə sübut etdilər. Onların bəzi qüsurlarının olmasını hiss etmələrinə yol vermək 

olmaz,  onlara  ümid  vermək,  diqqət  göstərmək  lazımdır,  çünki  onlardan  ötrü 

əsas məsələ maddi dəyərlər deyil, diqqətdir”.

“Xocalı  faciəsi  öz  miqyasına  və  qəddarlığına  görə  bəşəriyyət  əleyhinə  ən 

ağır  cinayətlərlə  bir  sıraya  qoyula  bilər.”  Heydər  Əliyev  Fondunun  RF­dəki 

nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə