HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə54/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

126

Səfər proqramı Azərbaycan və qonaqsevər xalqımız, qədim və zəngin mə­

dəniyyətimiz  haqqında  dolğun  təəssüratın  yaranması  ilə  yanaşı,  xalqlararası 

münasibətlərin  yaxınlaşmasını,  anoloji  qurumlarla  əməkdaşlıq  münasibətinin 

qurulmasını əsas məqsəd daşımışdır.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin sifarişi ilə əfsanəvi 

Azərbaycan geoloqu, Sibir neftinin ilk kəşfiyyatçısı Fərman Salmanovun büs

tü  hazırlanmışdır.  F.Salmaov  1928­ci  ildə  Şəmkir  rayonunda  doğulmuşdur. 

1954­cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini dağ 

mühəndisi­geoloq  ixtisası  üzrə  bitirmişdir.  1957­1962­ci  illərdə  Yuqansk  və 

Surqut  neft  kəşfiyyatı  ekspedisiyalarının  rəisi  işləmişdir.  1970­ci  ildə  Lenin 

mükafatı laureatı, 1976­cı ildə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Fərman 

Salmanov  1970­1978­ci  illərdə Tümen  Baş  Geologiya  İdarəsinin  neft  və  qaz 

üzrə baş geoloqu olmuş, 1978­ci ildən idarə rəisi işləmişdir. F.Salmanovun, bi­

lavasitə iştirakı ilə Mamontovsk, Megion, Pravdinsk, Ust­Balık neft yataqları 

kəşf edilmişdir. 

F.Salmanov 2002­ci ildən Rusiyanın “İtera” Neft­Qaz Şirkətinin Direktorlar 

Şurası sədrinin müşaviri işləmişdir. 

Heydər Əliyev Fondu tərəfindən Fərman Salmanovun büstü onun uzun illər 

işlədiyi Surqut şəhərinə hədiyyə edilmişdir. Büst Surqut şəhərində ilk cığıraçan 

geoloqların  xatirə  kompleksinə  qoyulmuşdur.  Büstün  müəllifi  tanınmış  hey-

kəltəraş, Ümummilli Lider Heydər Əliyevin Sankt­Peterburqdakı Qoroxovaya 

küçəsi, 6 nömrəli evin (Ulu Öndər 1949­1950­ci illərdə burada oxumuşdur) fa­

sadında qoyulmuş barelyefini düzəltmiş Y.Neymandır. 

15  dekabr  2008­ci  ildə  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnsti­

tutunda (MDBMİ) Azərbaycan klubu Heydər Əliyev Fondunun RF­dəki nü ma­

yəndəliyinin  dəstəyi  ilə  xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliyevin  anım 

gecəsini keçirmişdir. 

Qeyd etmək lazımdır ki, bir neçə il əvvəl Ulu Öndərə Rusiyanın bu mötəbər 

ali məktəbinin fəxri doktoru adı verilmişdi. Həmin gün də XX əsrin görkəmli 

siyasi  xadiminin  xatirəsini  anmaq  üçün  buraya  tələbələr,  professor­müəllim 

heyəti, Azərbaycan səfirliyinin nümayəndələri gəlmişdilər. 

Xatirə gecəsində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərə-

findən təqdim olunmuş və Ümummilli Liderin həyatının müxtəlif mərhələlərini 

əks etdirən sənədli film nümayiş edilmişdir.

Gecəyə dəvət olunmuş dramaturq Rüstəm İbrahimbəyov, Heydər Əliyevin 

köməkçisi,  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci  müavininin  müşaviri  Yuri 

Soloduxin,  Nazirlər  Şurası  Sədri  Katibliyinin  müdir  müavini Vladimir  Uxov, 

DTK­nın  polkovniki  Georgi  Pozdorovkin  dahi  siyasi  xadim  və  nurlu  insan 

barədə  unudulmaz  xatirələrini  bölüşmüş,  Ulu  Öndərlə  işlədikləri  vaxtlarda 

onun həyatından maraqlı epizodlar danışmışlar. 



127

2009­cu il fevralın 26­da Heydər Əliyev Fondunun Rusiyadakı nümayən-

dəliyinin dəstəyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 17­ci 

ildönümü ilə əlaqədar “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsi təşkil edil-

mişdi.  Tədbirdə  Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin  rəh-

bəri Leyla Əliyeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov, Türkiyə, İraq, 

Özbəkistan, Tacikistan, Mali, Sudan, Qırğızıstan səfirləri, Qazaxıstan, Misir, 

Fələstin səfirliklərinin əməkdaşları, habelə Rusiya elmi ictimaiyyətinin, Azər-

baycan diasporunun və gənclərin nümayəndələri, politoloqlar, mətbuat işçiləri 

iştirak etmişdilər.

Görkəmli ictimai və siyasi xadimlər Heydər Əliyev Fondunun RF­dəki nü­

mayəndəliyinin rəhbəri İslam Konfransı Təşkilatının Gənclər Forumunun  baş 

əlaqələndiricisi  Leyla  Əliyevanın  təşəbbüsünü  xüsusi  vurğulayaraq  bildirmiş-

lər  ki,  bu  qurumun  gənclər  qanadı  Xocalı  faciəsi  və  Ermənistan­Azərbaycan 

münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün eyni vaxtda 

dünyanın  bir  neçə  iri  ölkəsində  aksiyalar  keçirir.  Bu,  bir  daha  təsdiq  edir  ki, 

böyüməkdə  olan  nəsil Azərbaycanı  bütün  dünyada  tanıdacaq  və Azərbaycan 

xalqımızın üzləşdiyi faciələrin unudulmasına imkan verməyəcəkdir. 

Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin  rəhbəri  Leyla  Əli-

yeva demişdir: “Bu faciə Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələr-

dən biri kimi həmişəlik yazılmışdır. 1992­ci il fevralın 25­dən 26­na keçən 

gecə  erməni  işğalçıları  Azərbaycanın  Xocalı  şəhərini  tutmuşdur.  Nəticədə 

şəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaşlı insan, 63 

uşaq amansızcasına öldürülmüş, 155 nəfər itkin düşmüşdür. Bu qəddarlığın, 

bu vəhşiliyin səbəbi nə idi? 

Lakin  zaman  göstərdi  ki, Azərbaycan  xalqının  əzmi  qırılmamışdır  və  heç 

vaxt qırıla bilməz. Dəhşətlisi odur ki, belə bir faciə XX əsrin axırlarında törə-

dilmiş və indiyə qədər beynəlxalq birlik tərəfindən bu fakta siyasi­hüquqi və 

ən başlıcası, mənəvi qiymət verilməmişdir. Biz xalqımızın məruz qaldığı qəd-

darlığa və haqsızlığa qarşı etiraz səsini ucaltmış bütün insanlara, o cümlədən 

rusiyalılara minnətdarıq. Azərbaycan torpaqları 20 ildən çoxdur ki, işğal altın-

dadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Azərbaycan hökuməti bu 

insanlara çox böyük diqqət yetirir. Çətinliklərə baxmayaraq, Azərbaycanda bir 

dənə də çadır şəhərciyi qalmamışdır, bütün qaçqın və məcburi köçkünlər üçün 

normal həyat şəraiti yaradılmışdır.

Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət yetirir, hər il bu möv-

zuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təşkil edi­

lir. Bu gün Fondumuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr 

edilmiş tədbirlər keçirir. Bu tədbirlərə alimlər, tarixçilər, kulturoloqlar, gənclər 

və kütləvi informasiya vasitələri cəlb olunur. İslam Konfransı Təşkilatının Mə­

dəni Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi mən 2008­ci il 

mayın 8­də “Xocalıya ədalət” aksiyası keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə