HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə43/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

98

əks etdirən səsyazılarında muğam dəstgahları, kiçik muğamlar, zərbi muğam-

lar, şikəstələrlə yanaşı, təsniflər və xalq mahnıları öz əksini tapmışdır. 

“Ustad xanəndələr” albomunun qadın xanəndələr adlı hissəsi də 4 CD disk­

dən  (MP3  formatında)  ibarətdir.  Burada  ilk  dəfə  olaraq, Azərbaycan  muğam 

sənətinin  inkişafında  mühüm  rol  oynayan  qadın  xanəndələrin  yaradıcılığını 

əks etdirən səsyazıları toplanmışdır. Onların ifasında xüsusi məlahətlə səslənən 

muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələrlə yanaşı, təsnif-

lər və xalq mahnıları zəngin muğam irsinin gözəl və rəngarəng nümunələridir. 

Ümumilikdə bu albomlara daxil olan 20 CD disk (MP3 formatda) XX əsrin 

əvvəllərindən  başlayaraq  XXI  əsrin  əvvəllərinə  kimi  bir  əsrlik  dövrün  səsya-

zılarını  özündə  cəmləşdirir.  Burada Azərbaycan  muğam  sənətinin  inkişafında 

böyük xidmətləri olan görkəmli xanəndələrin, respublikanın müxtəlif bölgələ-

rinə aid muğam ifaçılıq məktəblərinin nümayəndələrinin – ustadların və gənc 

xanəndələrin  ifasında  muğam  dəstgahları,  kiçik  muğamlar,  zərbi  muğamlar, 

şikəstələr, təsniflər və xalq mahnıları öz əksini tapmışdır. 

“Muğam ensiklopediyası” elektron multimedia DVD nəşri isə şifahi ənənəli 

professional musiqiyə dair geniş bilgilər verən maraqlı mənbədir. Elektron nəş-

rin əsas xüsusiyyəti ondan ibarətdir ki, buradakı hər bir terminin izahı çoxtə-

bəqəli  olub,  digər  səhifələrlə  əlaqələnir,  həmçinin,  həmin  sözü  daha  ətraflı 

şəkildə  izah  etmək  üçün  foto,  audio,  video  materiallardan,  musiqişünasların 

səslənən mühazirələrindən, not nümunələrindən istifadə olunur, təqdim olunan 

şərhlər canlandırılır. 

“Muğam ensiklopediyası” layihəsinin işıq üzü görməsi dünya musiqi xə zi­

nəsini  zənginləşdirəcək  mədəni  hadisə  kimi  böyük  əhəmiyyətə  malikdir.  Bu 

layihə  “Bəşər  mədəniyyətinin  şah  əsərləri”ndən  biri  olan Azərbaycan  muğa-

mını  dünyanın  bütün  muğamsevərlərinə  çatdıraraq,  muğamı  öyrənmək,  bu 

sənətin dərin sirlərini əxz etmək istəyən hər bir kəs üçün böyük və ecazkar bir 

dünya, möhtəşəm muğam dünyası haqqında təsəvvür yaradır. 

2008­ci il sentyabrın 17­də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun 

“Üzeyir dünyası” layihəsinin təqdimatı olmuşdur.

Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azər-

baycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəy-

liyə  həsr  olunmuş  “Üzeyir  dünyası”  layihəsinə  “Ömür  salnaməsi”,  “Üzeyir 

Hacibəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və 

Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili komediyala-

rının klavir, libretto və CD­ləri daxildir.

“Ömür salnaməsi” kitabı Qulam Məmmədlinin Üzeyir Hacıbəylinin həyat 

və  yaradıcılığından  bəhs  edən  kitabı  əsasında  hazırlanmışdır.  Nəşrin  birinci 

hissəsində Üzeyir bəyin maraqlı həyatı və çoxsahəli yaradıcılığı konkret fakt-

larla işıqlandırılmışdır. Burada 60 illik dövrdə müxtəlif qəzet və jurnallardan, 



99

kitablardan,  arxiv  materiallarından  götürülmüş  faktlar  və  sənədlərdə  Üze-

yir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər öz əksini tapmış-

dır. İkinci hissədə dahi bəstəkarın əsərləri və onun haqqında yazılan müxtəlif 

materiallar toplanmış, indiyədək üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin 

tam biblioqrafiyası verilmişdir.

Kitaba  ön  sözü  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO­nun  və 

İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əli-

yeva yazmışdır.

“Bədii  və  publisistik  əsərləri”  kitabında  Üzeyir  Hacıbəylinin  operaları, 

musiqili komediyaları, satirik hekayələri, səhnəcikləri, felyetonları və məqalələri 

toplanmışdır. 

Heydər  Əliyev  Fondu  Qala Arxeoloji­Etnoqrafik  Muzey  Kompleksi  haq­

qında buklet nəşr etmişdir.

Bukletdə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri 

Abşeron yarımadasının şimal­şərqində yerləşən Qala kəndi və 2008­ci ildə Hey-

dər  Əliyev  Fondunun  prezidenti,  UNESCO­nun  və  İSESCO­nun  xoşməramlı 

səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbər-

liyi ilə Qala Tarix­Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan 

Qala Arxeoloji­Etnoqrafik Muzey Kompleksi haqqında məlumat ve rilir. 

Qeyd olunur ki, kompleksin ərazisində Abşeron yarımadasında aşkar edil-

miş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə. 

III­II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görü-

nüşündə olduğu kimi qurulub. 

Muzey  Kompleksi  qədim  və  orta  əsrlərdən  üzü  bəri  sakinlərin  məişəti, 

təsərrüfatı, sənətkarlıqları haqqında ətraflı məlumat almağa imkan verir. 

Bu  layihə Azərbaycanın  tarixi  keçmişinin  qorunub  saxlanması  ilə  yanaşı, 

ölkəmizdə turizmin inkişafına xidmət edəcəkdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim 

və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş “Mir Cəlal­

100” fotoalbomu nəşr edilmişdir. Kitabın ilk səhifəsində filologiya elmləri dok-

toru, professor Nərgiz xanım Paşayevanın Mir Cəlal Paşayev dünyası, görkəmli 

alimin həyat və yaradıcılığı haqqındakı düşüncələri yer almışdır. Nərgiz xanım 

Paşayevanın da qeyd etdiyi kimi “Bu kitabda gedənlərlə qalanlar bir məkanda 

və zamanda fotoşəkillərdə əks edilmişlər”. 

Kitab  görkəmli  yazıçı,  ədəbiyyatşünas  alim  və  pedaqoq  Mir  Cəlal  Paşa-

yevin  həyat  və  yaradıcılığının  müxtəlif  dövrlərini  əks  etdirən  fotoşəkillər, 

müxtəlif  tədbirlərdə,  mərasimlərdə,  ailə  üzvləri  və  dostları  ilə  çəkdirdiyi 

şəkilllərlə zəngindir.

Kitabın  tərtibçisi  Moskva  Dövlət  Universitetinin  Bakı  filialının  rektoru, 

filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə