HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə39/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

90

adlarına layiq görülmüş, Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1998­ci 

ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2002­ci ildən Azərbaycan Respubli­

kası  Prezidentinin  təqaüdçüsü  olan  Arif  Babayev  Prezident  İlham  Əliyevin 

2008­ci il 15 fevral tarixli Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişa-

fındakı böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Kitabdakı “Könlüm keçir Qarabağdan” bölməsində xanəndənin yaradıcılığı 

ətraflı təhlil olunmuşdur.

Heydər  Əliyev  Fondu  “Muğamı  yaşadanlar”  adlı  buklet  nəşr  etmişdir. 

Buklet  Heydər  Əliyev  Fondunun  muğamın  qorunması  və  daha  geniş  miq-

yasda  təqdim  olunması  istiqamətində  həyata  keçirdiyi  layihələr  haqqında 

geniş məlumatı əks etdirir.

Buklet Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun və İSESCO­nun 

xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın  giriş 

sözü ilə başlayır. 

Mehriban xanım Əliyeva Azərbaycan musiqi sənətinin zəngin və möhtəşəm 

abidəsi  olan  muğamın  uzun  tarixi  bir  yol  keçərək  əbədiyyətə  qovuşduğunu, 

milli  və  dünya  mədəniyyəti  üçün  zəngin,  mötəbər  və  mühüm  bir  abidə  kimi 

UNESCO­nun “Bəşəriyyətin şifahi və qeyri­maddi irsinin şah əsərləri” siyahı-

sına daxil edildiyini diqqətə çatdırır.

Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərimizin, həmçinin muğamın 

qorunması, inkişafı və təşviqi, onun zənginliyinin və dərin fəlsəfəsinin gələcək 

nəsillərə  çatdırılması  məqsədilə  Heydər  Əliyev  Fondunun  bir  sıra  uğurlu  la­

yihələr həyata keçirdiyini qeyd edir. 

Bukletdə Heydər Əliyev Fondunun muğamın qorunması və daha geniş miq-

yasda  təqdim  olunması  məqsədilə  həyata  keçiridiyi  layihələr  –  “Azərbaycan 

muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu, Bey-

nəlxalq  Muğam  Mərkəzi,  Muğam  Müsabiqəsi  Proqramı  layihələri  haqqında 

geniş məlumat öz əksini tapmışdır. 

Bukletə “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qala­konsertindən 

ibarət DVD də daxildir. 

Heydər  Əliyev  Fondu Azərbaycanın  musiqi  mədəniyyəti  tarixində  xüsusi 

yeri olan xalq artisti, cazmen, pianoçu, bəstəkar Rafiq Babayevin yaradıcılığını 

əhatə edən musiqi albomu hazırlamışdır.

Layihənin  təşəbbüsçüsü,  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNES-

CO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 

xanım Əliyevadır.

MDB  ölkələrinin  və Azərbaycanın  dövlət  arxivlərindən  toplanmış  materi-

allar əsasında hazırlanmış alboma Rafiq Babayevin həyat və yaradıcılığından 

bəhs edən və yüksək poliqrafik səviyyədə buraxılmış kitab, nadir videoyazılar 

olan 2 DVD və sənətkarın əsərlərindən ibarət 8 CD daxildir. Disklər “SONY” 

firmasının Avstriyadakı studiyasında müasir texnologiya əsasında təmizlənərək 




91

yazılmışdır.  Kitabdakı  mətnlər  üç  dildə  –  Azərbaycan,  rus,  ingilis  dillərində 

verilmişdir. Kitab sənətkarın həyatının müxtəlif anlarının əks olunduğu fotoşə-

killərlə zəngindir.

İstedadlı cazmen, pianoçu və bəstəkar Rafiq Babayevin həyat və yaradıcı-

lığından  bəhs  edən  kitabda  bildirilir  ki,  Maestronun  caz  kompozisiyaları  boş 

yerdə  yaranmırdı.  Azərbaycan  xalqına  xas  olan  tolerantlıq,  digər  millətlərə, 

dinlərə  qarşı  qeyri­adi  dözümlülük,  başqa  mədəniyyətləri  həssaslıqla  qavra-

maq, çox güman ki, Maestronun yaradıcılığında özünü aydın göstərən Qərb caz 

intonasiyası  ilə  Şərq  muğam  mədəniyyətinin  yüksək  səviyyədə  birləşməsini 

mümkün etmişdir. 

Qeyd  olunur  ki,  Rafiq  Babayev  caz  kompozisiyalarını  qapalı  sovet  qada-

ğaları  çərçivəsində  bəstələməyə  başlamışdı.  Bunu  yalnız  cəsarətli  və  dərin 

mənəvi mədəniyyətə malik şəxsiyyətlər bacarırdı. 

Kitabda Rafiq Babayevin ömür və yaradıcılıq yolu geniş şəkildə işıqlandırı-

lır. Bildirilir ki, Rafiq Babayev bütün yaradıcılığı dövründə müxtəlif kollektiv-

lərlə dünyanın bir çox ölkələrinə qastrol səfərləri etmişdir. Onun fəaliyyətinin 

əsas amallarından biri nadir Azərbaycan musiqisini şöhrətləndirmək və xarici 

ölkələrin dinləyicilərinə çatdırmaq idi. Caz Rafiq Babayev üçün sadəcə həyat 

tərzi, özünü duymaq və ya yaradıcılıq imkanlarının təcəssümü deyildi. Bu həm 

də  sonsuz,  dərin  tədqiqat,  diqqətlə  öyrənmə  obyekti,  onun  kökünə,  heç  nəyə 

bənzəməyən musiqi dilinə nüfuz etmək idi. Bu mənada caz ondan ötrü özündə 

həqiqi və doğru­düzgün olanı açmağa qadir olan yeganə qüvvə idi.

Kitabda qeyd olunur ki, hər şeydən əvvəl, Rafiq Babayev bu gün Azərbay-

can cazının tarixi və ənənəsidir. 

Rafiq  Babayev  1994­cü  il  martın  19­da  erməni  terror  təşkilatlarının  Bakı 

Metropolitenində törətdiyi birinci terror aktı nəticəsində faciəvi surətdə həlak 

oldu. Bu albom həm də Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə törədil-

miş terror aktının qurbanı olan Rafiq Babayevin simasında erməni təcavüzü və 

terroru nəticəsində həlak olmuş bütün insanların xatirəsinə həsr edilir.

Heydər Əliyev Fondu tərəfindən hazırlanan bu albom böyük sənətkar Rafiq 

Babayevin yaradıcılıq irsinin qorunması və təbliğində böyük rol oynayacaqdır.

Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin inkişafı və qorun-

ması istiqamətində tədbirlərindən biri “Azərbaycan muğamları” layihəsi çərçi-

vəsində “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması 

və “Gülüstan” sarayında təqdimat mərasiminin keçirilməsidir. 

Alboma  “Qarabağ  xanəndələri”  adlı  Azərbaycan,  ingilis,  rus,  fransız 

dillərində olan kitab və 24 sənətçinin ifasında muğam parçalarından ibarət 

12 disk daxildir.

Kitabın ilk səhifəsindəki “Qarabağ muğam məktəbi” başlıqlı yazıda layihə-

nin müəllifi və rəhbəri Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun və 

İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əli-




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə