HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə38/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

88

Laçın, Ağdam muzeyləri və başqaları dağıdılmış, onların eksponatları dünyanın 

müxtəlif ölkələrində satışa çıxarılmışdır. Məsələn, Natəvanın, Üzeyir Hacıbəy­

linin Bülbülün güllələnmiş tunc heykəlləri Şuşadan aparılaraq, sonradan Gür-

cüstanda  satışa  çıxarılmış  və  Azərbaycan  hökuməti  bunları  500  min  dollara 

alıb Bakıya gətirmişdir. Londondakı Sotbi hərracında Laçın tarix­diyarşünaslıq 

muzeyinə məxsus eksponat 80 min dollara satılmışdır.

Kitabda  qeyd  olunur  ki,  ermənilərin  işğal  olunmuş  ərazilərdə  həyata  ke­

çirdikləri  vəhşiliklərindən  biri  də  tarixi  abidələrdə  və  ayrı­ayrı  tikililərdə  

Azərbaycan­müsəlman elementlərini erməni xaçı və yazıları ilə əvəz etmələridir.

Kitabda  işğal  olunmuş  rayonların  tarix­mədəniyyət  abidələrinin  bir  çoxu-

nun əvvəlki görünüşünü və indiki dağılmış vəziyyətini əks etdirən fotoşəkillər 

geniş yer tutur. Eyni zamanda hər bir rayonun abidələri olan ərazilərin kosmos-

dan çəkilmiş şəkilləri verilmişdir.

Kitabda  indiki  Ermənistan  ərazisindəki Azərbaycan  abidələri,  o  cümlədən 

Urud kəndindəki məşhur kitabələr, İrəvandakı Sərdar sarayı, Göy məscid, Şah 

İsmayıl məscidi və s. azərbaycanlıların tarixi­etnik torpaqlarından deportasiyası 

barədə geniş məlumat da əksini tapmışdır.

Kitabın  daha  bir  üstünlüyü  ona  buradakı  materialların  əks  olunduğu  bir 

multimedia və bir video diskin əlavə olunmasıdır.

İlk  növbədə  beynəlxalq  ictimaiyyət  üçün  nəzərdə  tutulmuş  bu  kitabın 

ölkəmizin işğal olunmuş torpaqlarında, eləcə də indiki Ermənistan ərazisin-

dəki tarix və mədəniyyət abidələrini məhv etməklə bu yerlərin azərbaycanlı-

ların tarixi­etnik torpaqları olmasını təsdiqləyən izləri itirmək məqsədi daşı-

yan  erməni  millətçi­daşnak  siyasətinin  mahiyyətini  ifşa  etmək  baxımından 

müstəsna əhəmiyyəti vardır. Bu qiymətli nəşr erməni vandalizmi nəticəsində 

məhv  olunan  mədəni  sərvətlərimiz  haqqında  dünya  ictimaiyyətinə  dolğun 

mə lumat çatdırmaqla yanaşı, gələcək nəsillərin də həmin həqiqətləri bilməsi 

üçün sənədli mənbədir.

Onu  da  qeyd  edək  ki,  yeni  nəşrlə  bağlı  www.war-culture.az  domeni  olan 

internet səhifəsi də yaradılmışdır.

Heydər  Əliyev  Fondu Azərbaycanın  xalq  artisti,  görkəmli  muğam  ifaçısı, 

professor Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş “Arif Babayev 70” 

musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəfis tər-

tibatda nəşr edilmiş kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlar-

dan ibarət 4 ədəd kompakt diski daxildir.

Ümummilli  Lider  Heydər  Əliyevin  1998­ci  ilin  bahar  bayramı  şənliyində 

ədəbiyyat və incəsənət xadimləri ilə söhbəti zamanı dediyi “...Arif bizim böyük 

müğənnimizdir”  kəlamı  ilə  başlayan  kitab Arif  Babayevin  ulu  öndər  Heydər 

Əliyev, Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, UNES-

CO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 

xanım Əliyeva ilə birgə çəkdirdiyi şəkillərlə zəngindir.




89

Kitabda  Mehriban  xanım  Əliyevanın  muğam  ifaçıları  ilə  görüşlərini, Arif 

Babayevin  səhnədə  canlandırdığı  rolları  əks  etdirən,  sənətkarın  müəllimləri, 

tələbələri və ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.

Nəşrdə görkəmli muğam ifaçısı Arif Babayevin ömür yoluna, yaradıcılığına 

nəzər salınmış, onun muğam sənətinin inkişafındakı xidmətlərindən bəhs olun-

muşdur. Bildirilmişdir ki, gənc yaşlarından fitri istedadı ilə diqqəti cəlb edən 

Arif Babayev qısa müddətdə xalq arasında böyük rəğbət qazanmışdır. 1964­cü 

ildə  M.Maqomayev  adına  Azərbaycan  Dövlət  Filarmoniyasının  solisti  olan 

gənc müğənni 1966­cı ildə xalq artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azər-

baycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlayıb. 2006­cı 

ilədək  bu  teatrda  çalışan  Arif  Babayev  müxtəlif  illərdə  “Leyli  və  Məcnun”, 

“Əsli  və  Kərəm”  operalarında  Məcnun,  Kərəm,  “Aşıq  Qərib”də  Qərib,  “Şah 

İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçıla-

rından olmuşdur. Onun iştirakı ilə “Leyli və Məcnun”, “Əsli və Kərəm” və s. 

opera tamaşaları bu gün də musiqimizin qızıl fondunda saxlanılır.

Kitabda  qeyd  olunur  ki,  Arif  Babayev  mahir  muğam  ifaçısı  kimi  təkcə 

Vətəni Azərbaycanın deyil, bütün Şərqin xanəndəsidir. Ustad sənətkarın oxu-

duğu “Şur”, “Rast”, “Bayatı­Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Za

bul  segah”,  “Segah”  muğamları,  xalq  mahnıları,  təsniflər,  bəstəkar  mahnıları 

artıq musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuşdur.

Kitabda Arif  Babayevin  pedaqoji  fəaliyyətindən  də  bəhs  edilmişdir.  Vur-

ğulanmışdır  ki,  xanəndə Azərbaycan  Dövlət  Konservatoriyasının  muğam  sin-

finin  ilk  müəllimlərindən  biri  olmuşdur. Azərbaycan  muğam  ifaçılarından  ilk 

dəfə professor elmi dərəcəsinə layiq görülmüş Arif Babayev hazırda Azərbay-

can Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Onun yetirmələ-

rinin  çoxu  respublikamızın  tanınmış,  adlı­sanlı  xanəndələridir.  Xalq  artistləri 

Nəzakət  Teymurova,  Aygün  Bayramova,  əməkdar  artistlər  Könül  Xasıyeva, 

Gülüstan  Əliyeva,  Fehruz  Səxavət,  Cabir  Abdullayev,  opera  teatrının  solisti 

Səbuhi İbayev məhz ondan dərs almışlar.

Kitabda məlumat verilir ki, yüksək səhnə mədəniyyətinə sahib olan Arif 

Babayev  dünyanın  60­dan  çox  ölkəsində  qastrol  səfərində  olmuş,  muğam-

larımızın,  milli  musiqimizin  təbliğində,  sevilməsində  çox  böyük  xidmətlər 

göstərmişdir.

Kitabda Arif Babayevin 2005­ci və 2007­ci illərdə Heydər Əliyev Fondu-

nun prezidenti, UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məcli­

sin  deputatı  Mehriban  xanım  Əliyevanın  şəxsi  təşəbbüsü  ilə  keçirilən,  bütün 

dünya azərbaycanlılarının sevə­sevə izlədikləri muğam müsabiqələrində daimi 

və ədalətli bir münsif kimi böyük hörmət qazanmasından söz açılmışdır.

Qeyd olunmuşdur ki, sənətkarın Opera və Balet Teatrının solisti və muğam 

ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndiril-

mişdir.  O,  1978­ci  ildə  əməkdar,  1989­cu  ildə  respublikanın  xalq  artisti  fəxri 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə