HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə34/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

80

rasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu 

yarandığı  ilk  gündən  təhsilə  yardımı  öz  fəaliyyətinin  prioritet  istiqaməti 

elan etmişdir”.

Fondun  rəhbəri  2005­ci  ilin  əvvəlində  Bakıda  və  əksər  rayonlardakı  uşaq 

evləri və internat məktəblərində olduqdan sonra “Uşaq evləri və internat mək-

təblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun 

hesab etmişdir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud prob-

lemlərin həllinə yönələn bu proqram ötən illər Heydər Əliyev Fondunun fəa-

liyyətinin başlıca istiqamətlərindən birinə çevrilmişdir. 29 uşaq müəssisəsində 

yenidənqurma və tikinti­təmir işləri aparılmışdır. Bu zaman onların zəruri ava-

danlıqla  təmin  edilməsi,  yeni  ədəbiyyatla  zəngin  kitabxanaların  yaradılması, 

informasiya  texnologiyalarının  tətbiqi,  sinif  otaqlarının  interaktiv  təhsil  üçün 

uyğunlaşdırılması  da  diqqət  mərkəzində  olmuşdur.  Əlavə  yardımçı  binalar, 

sanitar­gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaq-

ları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmış, 

yay istirahət düşərgələri inşa edilmişdir.

Fondun  “Yeniləşən Azərbaycana  yeni  məktəb”  proqramı  təhsilin  səviyyə-

sinə birbaşa təsir edən problemlərin həllinə – tədris prosesinin günün tələbləri 

səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına is­

tiqamətlənmiş,  respublikada  məktəb  binalarının  vəziyyəti  yoxlanılmışdır.  Nə­

ticədə Azərbaycanın  ən  müxtəlif  bölgələrində  tam  yararsız  hesab  olunan  132 

məktəb müəyyənləşdirilmiş, mütəxəssislərin rəyinə görə, onların yenidən inşası 

problemin ən optimal həlli kimi qiymətləndirilmişdir.

Fond tərəfindən son 3 ildə müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq çər-

çivəsində respublikamızın ali məktəblərinə müxtəlif adda 10 min nüsxə kitab, 

dərslik alınıb paylanılmışdır.

“Heydər  Əliyev  Fondunun  səhiyyə  sahəsindəki  fəaliyyəti”  bölməsində  bu 

sahədə görülən işlərdən bəhs olunur. Fondun səhiyyə ilə bağlı ilk tədbirlərindən 

biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi olmuşdur.

2004­cü  il  dekabrın  4­də  layihənin  təqdimatından  sonra  Heydər  Əliyev 

Fondu Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli in­

sulin  istehsalı  sahəsində  dünyada  lider  olan  “Novo  Nordisk”  şirkəti  ilə  birgə 

onun icrasına başlamışdır. Layihənin əsas məqsədi ictimaiyyətin, yerli və xarici 

şirkətlərin  diqqətini  ölkəmizdəki  diabetli  uşaqların  problemlərinə  yönəltmək, 

bunların həllinə kömək etmək və Beynəlxalq Diabet Federasiyasının bu sahədə 

iştirakını fəallaşdırmaqdır.

Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək uşaqların insulinlə təmi-

natında əvvəllər böyük çətinlik mövcud idi. Layihə çərçivəsində həmin uşaq-

lara  yarımillik  insulin  preparatları  və  şpris­qələmlər  verilmişdir.  2005­ci  ilin 

may ayından başlayaraq, Heydər Əliyev Fondu tərəfindən hər növbəti yarım il 



81

üçün insulin preparatları və şpris­qələmlər paylanılır və bu iş indi də müntəzəm 

davam edir. 

Fondun  təşəbbüsü  ilə  ölkəmizdə  talassemiyalı  xəstələrin  sayı,  vəziyyəti, 

müalicə  imkanları  ilə  bağlı  müvafiq  informasiya  toplandıqdan  sonra,  2005­ci 

ilin fevralında “Talassemiyasız həyat naminə” mövzusunda keçirilən “dəyirmi 

masa”da  ictimaiyyət  nümayəndələri,  beynəlxalq  təşkilatlar,  o  cümlədən  Bey-

nəlxalq  Talassemiya  Federasiyası  ilə  birgə  əməkdaşlıq  imkanları  müzakirə 

olunmuşdur.  Dünya  Səhiyyə Təşkilatının  proqnozlarına  görə,  lazımi  tədbirlər 

görülməsə, 45 il ərzində ölkəmizdə bu xəstələrin sayı 16 minə çata bilər. Ona 

görə də müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzi-

nin və Qan bankının yaradılması qərara alınmışdır. Mərkəz ilin sonunadək isti-

fadəyə veriləcəkdir.

Fondun təşəbbüsü ilə İsmayıllıda və Bakının Xəzər rayonunda poliklinika, 

təcili yardım stansiyası, apteklər tikilmişdir.

Almaniyanın tanınmış “Fresenius Medical Care” və “Karl Storz” şirkətlə-

rinin  Fondla  əməkdaşlığı  çərçivəsində  humanitar  yardım  kimi  130  min  avro 

dəyərində 2 ədəd autoqemotransfuziya və 4 ədəd dərman preparatlarının dəqiq 

doza ilə ötürülməsini təmin edən aparat alınmışdır. Bunlar, habelə ötən il Fonda 

verilmiş 200 min avro dəyərində 10 ədəd hemodializ aparatı Səhiyyə Nazirli-

yinə bağışlanmışdır.

Oxucular “Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti” böl-

məsində  Fondun  mədəniyyət  sahəsindəki  fəaliyyəti  ilə  də  tanış  ola  biləcəklər. 

Azərbaycan muğam sənətinin inkişafı və onun ənənələrinin qorunub saxlan-

masını nəzərdə tutan “Azərbaycan muğamları” layihəsi çərçivəsində 2005­ci 

ildə Parisdə – UNESCO­nun qərargahında 24 muğam ustasının ifasında səs-

lənmiş muğamların toplandığı “Qarabağ xanəndələri” musiqi albomunun təq-

dimatı keçirilmişdir. 

Fondun prezidentinin təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşə-

riyyətin  şifahi  və  qeyri­maddi  irsinin  şah  əsərləri  siyahısına  daxil  etmişdir. 

Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması 

və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi 

məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilir.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 120 illiyi münasi-

bətilə  bir  il  davam  edən  muğam  telemüsabiqəsi  keçirilmiş,  Heydər  Əliyev 

adına Sarayda müsabiqə iştirakçılarının və muğam ustadlarının konserti təş-

kil edilmişdir.

Kitabın “Beynəlxalq əməkdaşlıq” adlı bölməsində qeyd olunur ki, Fondun 

beynəlxalq  əməkdaşlığı  ilbəil  genişlənir.  2005­ci  ildən  başlayaraq  BMT­nin 

İnkişaf  Proqramı  ilə  əməkdaşlıq  çərçivəsində  “Kor  və  görmə  qabiliyyəti  zəif 

olan  insanların  informasiya­kommunikasiya  texnologiyalarına  çıxışının  təmin 

edilməsi” Proqramına start verilmişdir. Respublikamızda kor və ya görmə qabi-




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə