HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə41/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

94

Kitabda  Habil  Əliyevin  pedaqoji  fəaliyyətinə  toxunulur  və  qeyd  olunur 

ki, sənətkar pedaqoji fəaliyyətlə məşğul olmasa da, özündən sonra gələn bir 

çox kamança ifaçılarının ustadıdır. Çünki Habil Əliyevin sənəti böyükdür və 

danılmazdır. 

Heydər  Əliyev  Fondu  Azərbaycan  musiqi  mədəniyyətinin  görkəmli  nü­

mayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi 

albomu  hazırlamışdır.  Alboma  Azərbaycan  və  ingilis  dillərində  nəşr  edilən 

kitab  və  xanəndənin  xalq  mahnıları,  təsniflər  və  muğamlardan  ibarət  4  ədəd 

kompakt diski daxildir. Kitab Əlibaba Məmmədovun “Şöhrət” ordeni ilə təltif 

edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 

fevral 2000­ci il tarixli fərmanı ilə başlayır. İkinci səhifədə Ümummilli Lide-

rin  Əlibaba  Məmmədova  təbrik  məktubu  yer  almışdır.  Əlibaba  Məmmədovu 

70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edən ulu öndər sənətkarın 

yaradıcılığına yüksək qiymət vermiş və yeni xanəndələr nəslinin yetişdirilməsi, 

muğam  ifaçılığı  məktəbinin  daha  da  inkişaf  etdirilməsi  yolunda  ona  uğurlar 

arzulamışdır. 

Kitab Əlibaba Məmmədovun Ümummilli Lider Heydər Əliyevlə, Prezident 

İlham Əliyevlə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun və İSES-

CO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə 

görüşlərini əks etdirən fotoşəkillərlə zəngindir. 

Kitabda  Əlibaba  Məmmədovun  həyat  və  yaradıcılığı  haqqında  dolğun  in­

formasiya  verilmişdir.  Burada  göstərilir  ki,  sənətkarın  repertuarında  “Rast”, 

“Bayatı­Şiraz”, “Dəşti”, “Rahab”, “Çahargah”, “Hümayun” muğamları başlıca 

yer  tutmuşdur.  Qeyd  olunur  ki,  Əlibaba  Məmmədovun  yaratdığı  “Hümayun” 

xalq çalğı alətləri ansamblı zəngin, çoxçalarlı, rəngarəng repertuarı ilə xalqımı-

zın estetik zövqünün formalaşmasında öz müsbət rolunu oynamışdır. 

Kitabda Əlibaba Məmmədovun pedaqoji fəaliyyəti də işıqlandırılmışdır. 

Əlibaba  Məmmədov  xalqımızın  qarşısındakı  xidmətlərinə  görə  1963­cü 

ildə respublikanın əməkdar, 1989­cu ildə isə xalq artisti fəxri adına layiq görül-

müş, “SSRİ mədəniyyət əlaçısı” fəxri döş nişanı ilə təltif olunmuş, 1992­ci ildə 

Əlağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə “Vahid” adına müka-

fata layiq görülmüşdür. Ümummilli Liderimiz Heydər Əliyevin 4 fevral 2000­ci 

il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyində ölkənin “Şöhrət” 

ordeni ilə təltif edilmişdir. Əlibaba Məmmədov Azərbaycan Respublikası Pre-

zidentinin fərdi təqaüdçüsüdür.

Kitabda sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələ-

bələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.

Heydər  Əliyev  Fondu  dünya  şöhrətli  musiqiçi  Mstislav  Rostropoviçin  və 

xanımı, məşhur müğənni Qalina Vişnevskayanın ailə həyatı qurmalarının 50 il­

liyi – “Qızıl toy” münasibətilə musiqili albom hazırlamışdır. Nəfis şəkildə tər-



95

tib olunmuş kitab ingilis dilində olmaqla Maestro və xanımının həyat və yara-

dıcılığını əks etdirən fotoşəkillərlə zəngindir.

Kitabın ilk səhifəsində Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevs-

kayanın bir yerdə çəkdirdikləri fotoşəkil verilmiş və şəklin aşağısında bu söz-

lər yazılmışdır: “Qalina Vişnevskaya və Mstislav Rostropoviç 50 il bir yerdə 

yaşamışlar.  Vişnevskayanı  XX  əsrin  ən  böyük  qadını,  Rostropoviçi  müasir 

dövrümüzün böyük musiqiçisi adlandırırlar. Bu mənada onların 50 illik evlili-

yini xüsusi qeyd etmək lazımdır. Güman ki, bu keçən əsrin, bəlkə də elə yaşa-

dığımız  əsrin  ən  böyük  sirlərindən  biridir.  Biz  bu  nikahın  uğurunun  səbəblə-

rini  araşdırmaq  fikrində  deyilik.  Amma  50  illik  bu  tarixin  bəzi  səhifələrini 

vərəqləməyə cəhd göstərəcəyik”.

Kitab Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun xoşməramlı sə­

firi  Mehriban  xanım  Əliyevanın  “Qalina  və  Slava”  adlı  yazısı  ilə  başlayır. 

Mehriban xanım Əliyeva yazıda sənətkarların həyatının müxtəlif məqamlarına 

toxunur və vurğulayır ki, 50 illik evlilik həyatı boyunca musiqi bir növ onların 

ayrılmaz ailə dostu idi. Uğurun ümumi bir düsturu yoxdur və ola da bilməz. 

Amma şübhəsiz, bu cütlük özlərinin düsturunu müəyyən etmişlər və bu düstur 

onların 50 il əvvəlki kimi parlaq olmalarına imkan verir.

Yazısının sonunda Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun xoş-

məramlı səfiri Mehriban xanım Əliyeva qeyd edir ki, bu layihədə təqdim olun-

muş  musiqi  parçaları  və  onları  müşayiət  edən  fotoşəkillər  bu  tarixi  cütlüyün 

ecazkar dünyasına daxil olmağa imkan verir.

Kitabda Mstislav Rostropoviçin və Qalina Vişnevskayanın SSRİ vətəndaşlı-

ğından çıxarılması haqqında SSRİ Ali Soveti Rəyasət Heyyətinin qərarının əks 

olunduğu sənədin surəti, Mstislav Rostropoviçin “Pravda”, “İzvestiya”, “Lite-

raturnaya qazeta”, “Sovetskaya kultura” qəzetlərinin baş redaktorlarına məktu-

bunun surəti, Qalina Vişnevskaya və Mstislav Rostropoviçin L.İ.Brejnevə mək-

tubunun  surəti  əks  olunmuşdur.  Bundan  başqa  kitabda  sənətkarlara  müxtəlif 

vaxtlarda dövlət başçıları, görkəmli sənətkarlar tərəfindən ünvanlanmış təbrik 

məktublarının surətləri də yer almışdır. 

Kitabdakı  “Uşaqlıq”,  “Qalina  səhnədə”,  “Maestro”,  “Dostlarımız”,  “Slava 

Bakıda” və s. yazılarda sənətkarların həyat və yaradıcılığı haqqında geniş in­

formasiya verilmişdir.

Alboma Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevskayanın yaradıcılı-

ğını əhatə edən 8 ədəd CD, 3 ədəd DVD və 1 ədəd multimedia diski də daxildir.

Məqsədi  Prezident  Heydər  Əliyevin  zəngin  irsini  öyrənmək  və  təbliğ 

etməkdən,  onun  Azərbaycanın  sosial­iqtisadi,  mədəni  tərəqqisinə  yönəlmiş 

genişmiqyaslı  fəaliyyəti  barədə  gələcək  nəsillərdə,  qonaqlarda  əyani  təsəvvür 

yaratmaqdan,  Azərbaycan  mədəniyyətinin  və  ölkəmizin  tarixinin  geniş  təb-

liği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən, dahi şəxsiyyətin müəllifi 

olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən ibarət olan 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə