HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə46/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

109

Mifo maniyası”  adlı  kitablar,  Xocalı  soyqırımı  ilə  əlaqədar  Səfirliyin  press­

relizi təq dim olunmuşdur.

Heydər Əliyev Fondunun ABŞ­dakı nümayəndəliyi 2008­ci ilin avqust ayında 

açılmışdır. Nümayəndəliyin rəhbəri Paşayeva Seyidzadə Cəmilədir. 

Nümayəndəlik Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması 

ilə  bağlı  tədbirlərin  həyata  keçirilməsinə,  Azərbaycan  həqiqətlərinin  dünya 

ictimaiyyətinə  çatdırılmasına  yardım  göstərir,  Azərbaycan  mədəniyyətinin 

geniş təbliği ilə bağlı aparılan işlərə kömək edir, xüsusi qayğıya ehtiyacı olan 

insanlara  kömək  göstərir,  digər  fondlar,  QHT­lər,  ictimai  təşkilatlarla,  təhsil 

müəssisələri ilə əməkdaşlıq edir.

Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi 2008­ci ilin sentyabrında 

açılmışdır. Nümayəndəliyin rəhbəri Cəfərov Samirdir. 

Nümayəndəlik  Türkiyədə  Azərbaycan  həqiqətlərinin  ictimaiyyətə  çat dı­

rılması,  Azərbaycan  mədəniyyətinin  geniş  təbliği,  sağlam  mənəvi  dəyərlərin 

qorunması ilə bağlı tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji 

sahələrə  aid  proqram  və  layihələr  həyata  keçirir,  müxtəlif  fondlar,  QHT­lər, 

ictimai təşkilatlarla əməkdaşlıq edir, yerli əhəmiyyətli sosial problemlərin həl­

linə yardımçı olur.



110

HEYDƏR ƏLİYEV FONDUNUN 

RUSİYA NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi 2007­ci 

ilin may ayından açılmışdır. Nümayəndəliyin rəhbəri Leyla Əliyevadır. Azər-

baycan Respublikasının Prezidenti İlham Əliyevin qızı, Rusiya Azərbaycanlı 

Gənclər Təşkilatının (RAGT) sədri, İslam Konfransı Təşkilatının Gənclər Fo­

rumunun baş əlaqələndiricisi Leyla İlham qızı Əliyeva 3 iyul 1986­cı ildə ana-

dan olmuşdur.

Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada təhsil alıb, Moskva Dövlət 

Beynəlxalq  Münasibətlər  İnstitutunda  (MDBMİ)  (rusca:  Московский  Госу­

дарственный  Институт  Международных  Отношений  –  МГИМО)  magistr 

dərəcəsi almışdır.

2006­cı il aprel ayının 30­da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun 

oğlu  Emin Ağalarov  ilə  ailə  həyatı  qurub.  1  dekabr  2008­ci  il  tarixində  əkiz 

oğlan uşaqları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.

Heydər Əliyev Fondu təşkilatçılığı ilə 2007­ci il may ayının 10­da Rusiya 

Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda 

(Universitetində) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 84­cü il 

dönümünə xatirə gecəsi keçirilmişdir.

Heydər Əliyev Fondu tərəfindən MDBMİ­nin foyesində Ümummilli Li­

derin  həyat  və  fəaliyyətinin  müxtəlif  dövrlərini  əks  etdirən  fotosərgi  təşkil 

olunmuşdu.

MDBMİ  (U)­nun  prorektoru  İvan  Tyulin  gecənin  məhz  bu  ali  məktəbdə 

keçirilməsinin rəmzi məna daşıdığını vurğulayaraq bildirdi ki, Heydər Əliyev 

Moskvada  işləyərkən  onun  inkişafına  böyük  diqqət  yetirirdi.  O  xatırlatdı  ki, 

böyük dövlət xadimi Heydər Əliyevin xidmətlərini nəzərə alaraq, vaxtilə ona 

MDBMİ­nin  Fəxri  doktoru  adı  verilmişdi.  İ.Tyulin  vurğuladı  ki, Azərbaycan 

Prezidenti İlham Əliyev MDBMİ­ni bitirmişdir, hazırda isə burada Heydər Əli-

yevin  nəvəsi  Leyla  Əliyeva  təhsil  alır.  Prorektor  dedi:  “Hazırda  MDBMİ­də 

Azərbaycandan  yüzdən  çox  gəncin  təhsil  aldığını  qeyd  etməyə  bilmərəm. 

MDBMİ onlar üçün doğma evə çevrilmişdir”.

Leyla Əliyeva babasının həyat və fəaliyyətindən, onun Azərbaycanın müa-

sir  tarixindəki  rolundan  və  şəxsən  onun  üçün  necə  böyük  əhəmiyyət  daşıdı-

ğından söz açaraq bu böyük insanın müstəqil Azərbaycanın Prezidenti olarkən 

indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratdı-




111

ğını, Heydər Əliyev Fondunun üç il ərzində ölkə əhalisinin bütün təbəqələrini 

dəstəklədiyini və etimadını qazandığını qeyd etmişdir. 

Leyla Əliyeva çıxışında demişdir: “Bu gün Heydər Əliyev haqqında təkcə 

siyasi  xadim  və  ictimai  lider  kimi  danışmaq  mənim  üçün  bir  qədər  çətindir, 

çünki o, mənə doğma, yaxın və sevimli İnsan idi. Ürəyimi aça biləcəyim bir 

İnsan. O, həmişə məni dəstəkləyir, məsləhət verir, başa salır və sakitləşdirirdi. 

İşinin  həddən  artıq  çoxluğuna,  ağırlığına  baxmayaraq,  o,  həmişə  ailəsi  üçün 

vaxt  tapırdı.  O,  mənim  babam,  dostum,  dəstəyim  və  dayağım  idi.  Mən  onun 

yoxluğunu  həmişə  hiss  edəcəyəm.  Bəzən  deyirlər  ki,  əvəzolunmaz  adamlar 

yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm, o, əvəzolunmaz insan idi”.Gecədə 

Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, tarixçi və tədqiqatçı, 

“Taleyin  dolanbacları.  Heydər  Əliyev”  kitabının  müəllifi  Nikolay  Zenkeviç, 

Rusiya Federasiyasının UNESCO­dakı komissiyasının sədri, senator Aleksandr 

Dzasoxov,  Rusiya  Dövlət  Duması  Mədəniyyət  Komitəsinin  sədri  İosif  Kob-

zon Heydər Əliyev şəxsiyyətinin miqyasından və onun ölkələrimizin ən yeni 

tarixindəki misilsiz rolundan danışmışlar.

2007­ci il sentyabr ayının 28­də Heydər Əliyev Fondunun Rusiya Federa-

siyasındakı  rəsmi  nümayəndəsi  Leyla  xanım  Əliyeva Tver  vilayətinin  vitse­

qubernatoru  K.Buyeviç,  Tver  şəhərinin  meri  O.Lebedev,  gənclər  komitəsinin 

sədri xanım O.Sukova ilə rəsmi görüşlər keçirmişdir. Adı çəkilən regionda 25 

min nəfərə yaxın azərbaycanlı yaşayır. 

Fondun bilavasitə yardımı ilə azərbaycanlı gənclərin Azərbaycanda gedən 

proseslərdən  geri  qalmamaları,  ən  vacibi  isə Azərbaycan  dilini  unutmamaları 

üçün respublikamız və xalqımız haqqında doğma dildə kitablarla təmin olun-

maları, Tver şəhərinin meri ilə əldə edilmiş razılığa əsasən “Bazar Günü” mək-

təbinin  açılması,  Tverdə  yaşayan  azərbaycanlı  gənclərin  internet  səhifəsinin 

yaradılması qərara alınmışdır. 

2007­ci  il  oktyabr  ayının  15­də  Heydər  Əliyev  Fondunun  Rusiya  Fede-

rasiyasındakı  nümayəndəliyinin  rəhbəri  Leyla  xanım  Əliyeva  Moskvadakı 

Azərbaycan  və  gürcü  etnik­mədəni  təhsil  komponentli  1331  №­li  məktəbə 

səfər etmişdir.

Leyla xanım Əliyeva məktəbin müəllim və şagirdləri ilə görüşmüş, Heydər 

Əliyev Fondunun ölkəmizin təhsil sisteminin inkişafı sahəsində fəaliyyəti, Fon-

dun Rusiyadakı nümayəndəliyinin xaricdəki Azərbaycan məktəblərinin dəstək-

lənməsinə yönəlmiş işləri barədə məlumat vermişdir. Leyla xanım Əliyeva ilk 

dəfə gəldiyi bu məktəbi bundan sonra daim diqqət mərkəzində saxlayacağını, 

qarşıya çıxan problemin həllinə lazımi kömək göstərəcəyini bildirmişdir.

Gürcü dilində təhsil qrupunun müəllimləri Heydər Əliyev Fondunun nü ma­

yəndəliyinin  bu  məktəbə  göstərdiyi  diqqətdən  məmnun  olduqlarını  bildirmiş, 

azərbaycanlı uşaqların yüksək səviyyəsini vurğulamışlar.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə