HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə23/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   19   20   21   22   23   24   25   26   ...   145

72 

 

Məsələn, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 



1993-cü ildə  ikinci  dəfə  hakimiyyətə  gələn Heydər Əliyev formal 

və qeyri-formal lider statusu daşımağa başladı. Əgər müstəqilliyin 

ilk iki ilində   O, ölkəyə  rəhbərlik  etmədiyi  zaman kəsiyində  şəxsi 

nüfuzu,  keyfiyyətləri  və  xarizması  ilə  qeyri-formal  lider  idisə, 

1993-cü ildən sonra xalqın seçimi nəticəsində həm formal, həm də 

qeyri-formal lider statusu daşımağa başladı. 

Bundan başqa, funksiyalarına görə siyasi liderlər “bayraqdar”, 

“təmsilçi”, “yanğınsöndürən”, “faydalı”, “sahibkar” “aktyor”, “ta-

cir” rəhbərlər kimi səciyyələndirilərək təsnif edilir. “Bayraqdar” li-

der cəmiyyətdə ali, nəcib şəxsi keyfiyyətlərə malik olan əsl rəhbər 

kimi  qəbul  və  müdafiə  edilir.  Onun  uğurlarının  əsasında  həmin 

şəxsə qarşı olan  yüksək  dəstək amili dayanır. Məhz bu cür siyasi 

liderlər olduqca realist, rasional və praqmatik təfəkkürə malik olur-

lar  və  qarşılarına  qoyduqları  dərk  edilmiş  məqsədlərə  uğurla  çata 

bilirlər. Bir sözlə, “bayraqdar” liderlər sözün əsl mənasında yeganə 

və əsas aparıcı qüvvə qismində çıxış edirlər. 

“Yanğınsöndürən”  liderlər  isə  mürəkkəb  situasiyanın  fonunda 

xüsusi fəaliyyətləri ilə milli həmrəylik və bütövlüyün təmin olun-

masına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çı-

xış  edirlər.  Bir  çox  liderlərdən  fərqli  olaraq  onlar  ən  mürəkkəb 

situasiyalarda  özlərinin  şəxsi  təcrübə  və  keyfiyyətlərindən  xüsusi 

məharətlə  yararlanırlar  və  xalqın  ali  mənafeyinin  təmin  edilməsi 

missiyasını uğurla yerinə yetirirlər. 

“Sahibkar” imicli liderlər isə özlərinə bənzərlik effektinə xüsu-

si  diqqət  yetirir və  öz davamçılarını məhz bənzərlik  əsasında mü-

əyyən edirlər. Siyasət nəzəriyyəsində bu cür liderlər irrasional xü-

susiyyətlərin məcmusu kimi təsvir edilsə də, bir çox situasiyalarda 

onların fəaliyyət mexanizmi inkişaf mənbəyi kimi çıxış edir. 

“Faydalı”  liderlər  özlərində  xüsusi  keyfiyyətləri  cəmləşdirmiş 

və  bir  çox  lider  modellərinin  xüsusiyyətlərini  sintez  etmiş  rəhbər 

qismində  səciyyələndirilir.  Məhz  bu  cür  siyasi  liderlər  ictimai-si-

yasi  proseslərin  dərinliklərinə  nüfuz  edir  və  sözün  əsl  mənasında 

sabitləşdirici və inkişafetdirici qüvvə önəmi kəsb edirlər. Rasional 



73 

 

liderlər qrupuna aid edilən bu şəxslər zaman və məkanın bütövlü-



yünü lokal surətdə təmin edərək  cəmiyyətin və xalqın ali maraqla-

rının ifadəedicisi qismində çıxış edirlər. 

“Təmsilçi” liderlərin isə fəaliyyət mexanizminin əsasında təm-

sil etdiyi qrup və subyektlərin maraqlarının təmin edilməsi prinsipi 

dayanır. Onlar sahib olduqları bütün resurslardan xalqın mənafeyi-

nin  təmin  edilməsi  və  tələbatlarının  ödənilməsi  istiqamətində  isti-

fadə etməyi zəruri strateji prinsip kimi qəbul edir və fəaliyyət fəl-

səfələrini məhz bu nöqteyi-nəzərdən müəyyən edirlər. 

Beləliklə, bütün bu liderlik növləri və modellərinə nəzər yetir-

dikdə məlum olur ki, Azərbaycan xalqının Ümummilli lideri Hey-

dər  Əliyev  fəaliyyət  mexanizminin  substratlarına  görə  “bayraq-

dar”,  “təmsilçi”,  “yanğınsöndürən”,  “faydalı”  lider  kimi  səciyyə-

ləndirilməlidir. 

Bunlarla  yanaşı,  hakimiyyətin  legitimliyinə  və  fərdi  xüsusiy-

yətlərinə  görə  siyasi  liderlər  xarizmatik,  rasional-leqal  və  ənənəvi 

liderlər kimi  təsnif edilirlər. Xarizmatik  liderlər təsir imkanları  və 

ətrafdakılarda sosial fəaliyyətə yönəlmiş enerji doğurmaq bacarıq-

ları, natiqlik və ünsiyyətcillik məharətləri ilə fərqlənirlər. Onlar öz-

lərinin  ekstraordinar  keyfiyyətləri  ilə  digərlərindən  fərqlənirlər. 

Araşdırmaçı  A.N.Qanter  xarizmatik liderə  xas  xüsusiyyətləri  aşa-

ğıdakı kimi təsnif edir: 

1. Enerji mübadiləsi və ya insanlara emosional təsir bacarığı, 

başqalarına  mənəvi  baxımdan  müsbət  təsir  bağışlamaqla  ruhlan-

dırmaq qabiliyyəti

2. Fiziki və psixi bütünlük təsiri bağışlayan obrazı ilə insanlar-

da simpatiya yaradan şəxsiyyət surəti

3. Ritorik və kommunikativ qabiliyyət

4. Xarakterin bütövlüyü və müstəqilliyi, özünəinam hissi

5. Ali məqsədlərə çatmaq iqtidarında olan güclü insan imici. 

Rasional-leqal  liderlər  isə  legitim  şərait  və  şəkildə  fəaliyyət 

göstərən,  ümumi  maraqlar  əsasında  müxtəlif  qrupların  təmsilçisi 



74 

 

qismində çıxış edirlər. 



Ənənəvi  liderlər  isə  fəaliyyət  mexanizmini  müəyyən  ənənələr 

əsasında quran, rasionallıq və legitimliyi ikinici planda tutan, küt-

lələri  ənənələr  əsasında  idarə  edən  və  istiqamətləndirən  rəhbər 

şəxslərdir. 

Beləliklə,  sadalanan  lider  tiplərinə  nəzər  saldıqda  məlum  olur 

ki,  Ulu  öndər  Heydər  Əliyev  həm  də  rasional-leqal  və  xarizmatik 

liderlər qismində dəyərləndirilməlidir. Təsadüfi deyil ki, bütün bu 

xüsusiyyətlərin daşıyıcısı kimi çıxış etmiş Heydər Əliyev xalqımız 

tərəfindən Ümummilli lider statusu ilə qiymətləndirilib. 

 

3.2Siyasi sistemin struktur elementlərinin təşəkkül tapması 



       və təkmilləşdirilməsi: konstitusiyanın qəbulu, parlament 

       seçkilərinin keçirilməsi və ictimai-siyasi institutlaşma 

       prosesinin əsasının qoyulması 

 

Ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  həyata 

keçirilən sistematik strategiyanın fonunda milli təhlükəsizliyə real 

və  potensial  təhdid  yaradan  ünsürlərin  neytrallaşdırılması, 

münasibətləri  sürüşkən  müstəvidə  cərəyan  edən  qüvvələrarası 

antaqonist  əlaqələrə  son  qoyularaq  ümumi  konsensusun  əldə 

edilməsi,  parlament və  hökumət  böhranı  şəklində təzahür edən və 

mürəkkəb  siyasi-hüquqi  kataklizmlərlə  müşayiət  edilən  daxili 

siyasi  böhranın  aradan  qaldırılması  və  ümumilikdə  ictimai-siyasi 

sabitliyin təmin edilməsi artıq qeyri-formal milli dövlət və modern 

cəmiyyət  quruculuğu  vəzifəsinin  fonunda  növbəti  strateji 

istiqamətlərin  müəyyən  edilməsini  diktə  edirdi.  Bu  istiqamətlər 

sırasına siyasi sistemin təməl atributları və struktur elementlərinin 

dirçəldilməsi  və  təkmilləşdirilməsi,  ictimai-siyasi  institutlaşma 

prosesinin  sürətləndirilməsi,  inzibati  səciyyə  daşıyan  struktur 

islahatlarının  həyata  keçirilməsi,  legitimləşdirmə  tendensiyasının 

sürətləndirilməsi  fonunda  siyasi  plüralizmin  təmin  edilməsi  və 

bütün  bunların  əsasında  demokratik  transformasiyanın  milli 

dəyərlərə  və  maraqlara  müvafiq  surətdə  baş  tutması  kimi 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə