HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə30/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   26   27   28   29   30   31   32   33   ...   145

93 

 

rə əks qütblərdə qərar tutduqlarından nə ümummilli ideologiyanın 



yaradılmasından, nə də məqbul bir cəmiyyət strukturunun formalaş-

dırılmasından bəhs etmək olardı. Belə bir şəraitdə bütün bu olaylar 

cəmiyyəti  mənəvi-ideoloji  iflasa  sürükləyir,  idarəetmə  və  onun 

strukturlarının yenidən formalaşdırılmasını mürəkkəbləşdirirdi. 

Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yal-

nız  1993-cü  ildəki  siyasi  dönümdən  sonra  müəyyənləşdirildi.  

Azərbaycan  xalqının  Ümummilli  lideri  Heydər  Əliyevin  müəllifi 

olduğu  azərbaycançılıq  ideologiyası  özündə  ümumbəşəri  səciyyə 

daşıyan  və  milli  dəyərlərə  cavab  verən  prinsipləri  ehtiva  etməklə 

milli  həmrəyliyi  təmin  edən  milli-mənəvi  mexanizm  oldu.  Azər-

baycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni 

zamanda,  bütün  dünyada  məskunlaşan  azərbaycanlıları  əhatə  edə-

rək  dünya  azərbaycanlılarının  milli  istinad  mənbəyinə  çevrildi. 

Bundan  sonra  görülən  davamlı  tədbirlər  sayəsində  xalqın,  milli 

dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mə-

nəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi. 

Beləliklə,  azərbaycançılıq  real  tarixi  keçmişimizlə,  milli  men-

talitetimizlə  və  mövcud  dəyərlərlə  sıx  bağlı  olduğundan  qısa  za-

man  kəsiyində  cəmiyyət  tərəfindən  qəbul  olundu.  Digər  tərəfdən, 

bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı ol-

mayaraq  bütün  etnik  qrupların,  milli  azlıqların  hüquqlarını  paritet 

əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa 

sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan 

dövlətinin  ideya  əsasına  çevrilən  və  dünya  azərbaycanlılarını  bir-

ləşdirən  milli  məfkurəyə  çevrilən  azərbaycançılıq  ideologiyası  öl-

kədəki  bütün  konfessiya  və  etnosların  həmrəylik  və  qarşılıqlı  an-

laşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciy-

yəsi daşıdı. 

Azərbaycançılıq  ideologiyasına  mənəvi  sərvət  kimi  yanaşan 

Ümummilli  lider  Heydər  Əliyev  deyirdi:  “Müstəqil  Azərbaycan 



dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycan-

lı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz 

azərbaycançılığı  –  Azərbaycan  dilini,  mədəniyyətini,  milli-mə-


94 

 

nəvi  dəyərlərini,  adət-ənənələrini  yaşatmalıyıq...  azərbaycanlı-



lar harada yaşamalarından asılı olmayaraq daim öz milli, mə-

nəvi  dəyərlərinə,  milli  köklərinə  sadiq  olmalıdırlar.  Bizim  ha-

mımızı  birləşdirən,  həmrəy  edən  azərbaycançılıq  ideyasıdır, 

azərbaycançılıqdır.  Azərbaycan  dövləti  müstəqilliyini  əldə 

edəndən  sonra  azərbaycançılıq  aparıcı  ideya  kimi  həm  Azər-

baycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycan-

lılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiy-

yətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zaman-

da,  onların  ümumbəşəri  dəyərlərlə  sintezindən,  inteqrasiyasın-

dan bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması 

deməkdir”. 

Universal  ideoloji  formula  olan  azərbaycançılıq  ideologiyası-

nın  önəmi  və  funksionallıq  nöqteyi-nəzərindən  səmərəlilik  səviy-

yəsini  daha  da  aydınlaşdırmaq  üçün  onunla  analoji  dəyərlərə  və 

prinsiplərə malik  olan ideoloji  cərəyanlara nəzər  yetirmək məqsə-

dəmüvafiqdir.  Elmi  ədəbiyyatda  ideologiya  sosial  qrupların  və  ya 

bütün cəmiyyətin mənafelərini müdafiə və ifadə edən, sosial reallı-

ğı bu mənafelər prizmasından izah edən və əməli fəaliyyət direk-

tivləri,  oriyentasiyaları  olan  nəzəriyyələr,  ideyalar  və  məlumatlar 

sistemi  kimi  müəyyənləşdirilir.  Milli  ideologiya  öz  funksiyalarına 

görə milli həmrəylik və bütövlüyü təmin edən, mənəvi müstəvidə 

ahəngdarlığın davamlılığına xidmət edən ümummilli baxışlar siste-

mi səciyyəsi daşıyır. Bunu isbat etmək üçün ideologiyaların nəzə-

ri-empirik surətdə təsbit edilmiş funksiyalarına nəzər  yetirmək ki-

fayətdir.  Siyasi  ideologiyaların  ilk  funksiyası  yönləndirmədir.  Bu 

funksiya  müxtəlif  sahələrdə,  bütövlükdə  cəmiyyətdə  insan  fəaliy-

yətinin mənəvi əsaslarını və istiqamətlərini müəyyənləşdirir. Yön-

ləndirmə funksiyası müəyyən resurslarla təmin olunmuş subyektlə-

rin  fəaliyyət  və  baxışlar  oriyentasiyasını  müəyyən  edən 

fundamental  mənəvi  faktor  qismində  çıxış  edir.  Növbəti-

səfərbəredici  funksiya  isə  siyasi  fəaliyyətin  ideoloji  motivi  və 

stimulu qismində çıxış edir. Məhz bu funksiyanın fonunda müəyyən 

edilmiş  siyasi-ideoloji  məqsədlərin  təmin  edilməsi  naminə  resurslar 



95 

 

və  subyektlər  vahid  mərkəzdə  cəmləşdirilir  və  məqsədlərə  yönəlik 



fəaliyyətə səfərbər edilir. İnteqrativ funksiya isə ümumi maraqlar və 

baxışlar  sistemini  üstün  tutur  və  fərdlərin  fəaliyyətini  ümumi 

maraqlar  kontekstində  stimullaşdırır.  Birləşdirici  səciyyə  daşıyan  bu 

funksiya müxtəlif qrupları və fərdləri bir mərkəzdə birləşdirə bilir və 

milli həmrəyliyin təmin olunması işinə birinci dərəcəli töhfələr bəxş 

edir.  Deməli,  ideologiya  səfərbəredici,  maarifləndirici,  tərbiyəedici, 

inteqrativ, kommunikativ səciyyə daşıyır və mənəvi substrat qismində 

çıxış edir. 

Bunlarla  yanaşı,  fəaliyyətin  mənəvi  substratı  qismində  çıxış 

edən  ideologiya  gerçəkliyin  xüsusi  obrazının  yaradılması,  ictimai 

şüurun yönləndirilməsi, ümumi ideya və çağırışlar əsasında insanla-

rın birləşdirilməsi, siyasi inkişafın istiqamətləri və aparıcı qüvvələ-

rinin müəyyənləşdirilməsi kimi strateji funksiyaları da yerinə yetirir. 

Bundan  başqa,  ideologiyalar  bir  çox  meyarlara  görə  bir  neçə 

qrupda təsnif edilir: 

–  sosial  mənafeyə  münasibətə  görə:  mütərəqqi,  mühafizəkar, 

mürtəce, liberal, radikal, millətçi, beynəlmiləl; 

– sosial bazasına görə: milli, sinfi qrup və irqi

–  daxili  strukturuna  görə:  dini,  dünyəvi,  rasional,  irrasional, 

universal, partikulyar; 

– Nüfuz dairəsinə görə: milli və ümumbəşəri. 

Başlıca siyasi ideoloji cərəyanlar sırasına isə liberalizm, neoli-

beralizm,  konservatizm  (mühafizəkarlıq),  neokonservatizm  və  so-

sializm daxildir. 

Elmi  ədəbiyyatda  liberalizm  (latınca  liberalis-azad)  dar  məna-

da  adət-ənənələrə,  vərdişlərə  münasibətdə  tam  müstəqil  olan,  öz 

müqəddəratını və fəaliyyətini müstəqil surətdə müəyyənləşdirmək-

lə xarakterizə edilən fəaliyyət və düşüncə tərzi kimi səciyyələndiri-

lir.  Ümumilikdə  isə  liberal  səciyyəli  doktrina  və  konsepsiyaların 

mərkəzində “fərdin azadlığı” ideyası və məfhumu dayanır. Bu ide-

oloji cərəyanın əsas struktur elementləri və prinsipləri müxtəlif xa-

rakterli nəzəriyyə və konsepsiyalarda əks olunmuşdur. Onların ha-

mısına aid olan ortaq nöqtə isə qanunlarla nizamlanmış və müəy-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə