HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə38/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   34   35   36   37   38   39   40   41   ...   145

118 

 

rılmış hakimiyyətidir” tezisi o qədər də doğru deyil. Xalqın hamı-



sının  eyni  vaxtda  hakimiyyətdə  olması  praktik  baxımdan  gülünc-

dür. Belə olduqda, görəsən, hakimiyyət altında olanlar kim olacaq? 

Ona görə də, bu tezis daha çox ictimai ahəngdarlığı və hormo-

niyanı qorumaq və azlığın (bir qrupun) hakimiyyətini təmin etmək 

üçün düşünülmüş təbliğata bənzəyir. Demokratiya bütün digər növ 

cəmiyyət  quruluşu  modelləri  kimi,  cəmiyyətin  təbii  tələbatı  olan 

qrup hakimiyyətini təmin edir. Digər deyilənlər isə siyasi aksesuar-

lardan başqa bir şey deyil. Üstün cəhət isə, sadəcə, vaxtında seçki-

lərə  getməklə  hakim  qrupun  təzələnməsidir.  Hakimiyyətin  mütləq 

məzmunu isə hökm etməkdir. Bu, bütün cəmiyyətlərin yazılmamış 

ali qanunudur. 

Ancaq  demokratiya  üstün  dəyər  kimi  bu  gün  daha  çox  siyasi 

spekulyasiya  vasitəsinə,  hətta  qlobal  güc  mərkəzlərinin  imperiya 

maraqlarının  reallaşdırılmasına  xidmət  edən  alətə  çevrilib.  “De-

mokratiya” mərkəzlərindən ixrac edilən bu cür “genetik modifika-

siya olunmuş demokratiya” isə heç də həqiqi demokratiya istəyən 

xalqların milli maraqlarına uyğun gəlmir. Ancaq “demokratiya ba-

zarı”  imperialist  “demokratlar”ın  inhisarında  olduğu  üçün  “ba-

zar”da başqa “mal”, alternativ yoxdur. Biz mütləq demokratiya adı 

altında bizə sırınanları almalıyıq. Ona görə də, nəzəriyyəyə çox da 

aludə  olmadan  bütün  hallarda  milli  və  dövlət  maraqları  ilə  uzlaş-

mayan demokratiyadan imtina etmək lazımdır. Bizcə, qloballaşan, 

hamının  bir-birinə  bənzədilməsinə  çalışdırılan  dünyada  milli-

mənəvi dəyərlərin qorunmasının ən düzgün yolu budur. 

 

4.2. Demokratik tranzit problemi: modellər, mərhələlər və reallıqlar 

 

Siyasət  nəzəriyyəsində  siyasi  rejimlər,  siyasi  idarəetmə  xüsu-

siyyətləri, formaları və metodlarından bəhs edərkən ən çox istinad 

edilən  nəzəri,  empirik  məsələlərdən  biri  də  demokratik  tranzit 

problemidir. Demokratik tranzit legitimlik elementlərinin az oldu-

ğu bir rejimdən, idarəetmə sistemindən digərinə keçid kimi səciy-

yələndirilir.  Daha  da  dəqiqləşdirsək,  formalaşmış  tarixi  situasiya-



119 

 

nın fonunda əsasları zəifləmiş, məhdud xarakterli legitimliyə malik 



olan  siyasi  rejimdən  digərinə  transformasiya  şəraitində  ortaya  çı-

xan  vəzifələr,  problemlər  və  bu  transformasiyanın  həyata  keçiril-

məsi  formaları  demokratik  tranzit  problemində  nəzərə  alınan  və 

araşdırma obyektinə çevrilən başlıca məsələlərdir.   

Demokratik  tranzit  probleminin  əks  olunduğu  əksər  nəzəri-

konseptual  mənbələrdə  tranzitin  avtoritarizmdən  demokratiyaya 

transformasiya formasında baş tutduğu bildirilir. Amma bəzi araş-

dırmaçılar  totalitarizmdən  avtoritarizmə,  avtoritarizmdənsə  de-

mokratiyaya keçiddən də bəhs edirlər və bu tendensiyanı XX əsrin 

transformasiya dalğası kimi səciyyələndirirlər. Amma təcrübi ger-

çəkliklərə nəzər yetirdikdə məlum olur ki, totalitarizmdən avtorita-

rizmə keçid məsələsi bir neçə fundamental faktora görə formal sə-

ciyyə daşıyır. Əvvəla, totalitar rejimlərdə hakim elita və kontrelita 

özlərinin  qarşısına  avtoritarizmə  keçid  kimi  strateji  missiya  qoy-

murlar    və  bu  yöndə  hər  hansı  bir  addımlar  atmırlar.  İkincisi,  to-

talitar  idarəetmə  sistemində  mövcud  münasibətlər  və  proseslər 

tranzit üçün əlverişli deyil. Ümumiyyətlə, totalitar idarəetmə siste-

minin  hökm  sürdüyü  cəmiyyətlər  dəyişikliklərə  açıq  deyil,  müəy-

yən  dəyişikliklər    baş  tutsa  belə,  bunlar  kardinal  səviyyədə  olmur 

və daha çox dağıdıcı nəticələrə gətirib çıxarır. Məsələn, uzurpasiya 

vasitəsilə  hakimiyyətin  qəsb  edilməsi,  silahlı  toqquşmaların  baş 

verməsi,  qüvvələrarası  konfrantasiyaların  meydana  gəlməsi  dəyi-

şiklik vasitələri kimi təzahür edir, bütün bunlar isə cəmiyyətdə par-

çalanma və deviasiyalar meydana gətirən destruktiv faktor qismin-

də çıxış edir. Üçüncüsü, XX əsrdə dünya miqyasında baş verən lo-

kal, regional miqyaslı, qlobal xarakterli dəyişikliklər, transformasi-

yalar onu göstərir ki, demokratik tranzit heç də totalitarizm – avto-

ritarizm-demokratiya istiqamətinə deyil, avtoritarizmdən demokra-

tiyaya keçid formasında baş tutur. Belə ki, ötən əsrin 70-ci və 90-cı 

illərində Portuqaliya, Yunanıstan, İspaniya, Latın Amerikası, Şərqi 

Avropa  və  SSRİ  məkanında  baş  tutan  transformasiyalar  bunu  sü-

but edir. 

Empirik  göstərici  və  faktlarla  təsbit  edilmiş  nəzəri-konseptual 



120 

 

mənbələrdə demokratik tranzitin müxtəlif yolları göstərilir: 



– Transformasiya yolu: keçid hakim qüvvələrin və bütövlük-

də cəmiyyətin istəyi ilə baş tutur və yuxarıdan həyata keçirilən is-

lahatlar transformasiyanı sürətləndirən fundamental faktor qismin-

də çıxış edir. Məhz belə bir mövqenin fonunda həyata keçirilən si-

yasi-hüquqi islahatlar demokratik tranzitin effektiv və operativ su-

rətdə baş tutmasını təmin edir ki, bu da qısa zaman kəsiyində milli 

inkişaf  strategiyasının  tətbiqini  mümkün  edir.  Beləliklə,  transfor-

masiya  yolu  adlandırılan keçid  formasında  radikal  metod və vasi-

tələrə yox, təkamül yoluna istinad edilir

– Radikal tranzit: keçid əsasən dağıdıcı vasitə və metodlardan 

istifadə  edilməklə  baş  tutur.  Bu  zaman  uzurpasiya  başlıca  istinad 

metoduna çevrilir  və  inqilablar, çevrilişlərlə  müşayiət  edilən dest-

ruktiv proseslər cəmiyyətdə xaos və anarxiyanın meydana gəlməsi-

ni şərtləndirir. Belə bir şəraitdə hakimiyyətin qəsb edilməsi qüvvə-

lərarası münasibətləri daha da kəskinləşdirir və sərt mərkəzləşmə-

lərin fonunda tranzit cəhdləri edilir. Amma radikal formada edilən 

tranzit cəhdləri təqlidi xarakter daşıyır və sabitliyin, təhlükəsizliyin 

təmin  olunmasına  xidmət  etmədiyindən  siyasi  sistemin  struktur 

elementlərinin təkmilləşdirilməsi missiyasına nail olunmur; 

–  Uzurpasiya  və  ya  hərbi  istila  vasitəsilə:  hərbi  metodlarla 

hakimiyyətin devrilməsi yeni siyasi rejimin və idarəetmə forması-

nın  yaradılmasına  imkan  yaratsa  da,  siyasi  subyektlərin  ənənəvi 

metodlara istinad etmələri və korporativ maraqlardan çıxış etmələ-

ri demokratik tranzitin sözün əsl mənasında formal xarakter daşı-

masına  səbəb  olur.  Belə  şəraitdə  təqlidi  tranzit  baş  tutur,  amma 

mütəmadi qaydada uzurpasiya və çevriliş cəhdləri müşahidə edilir. 

Bu da qeyri-sabitlik və antaqonist ziddiyyətlərin dövri şəkildə da-

vamlı xarakter almasına səbəb olur. 

Politoloq  Samuel  Hantinqton  demokratikləşmənin  3  modelini 

göstərir: 



1. Ənənəvi model: demokratik tranzit mütləqiyyətin zəifləmə-

si,  vətəndaşların,  qanunverici  orqanın  hüquqlarının  genişlənməsi 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə