HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə41/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   37   38   39   40   41   42   43   44   ...   145

127 

 

teji maraqları əsasında “demokratiya dalğaları”nı hərəkətə gətirən-



lər-“ixracatçı”lar  oldular.  Başqa  sözlə,  əsasında  xarici  faktorların 

dayandığı  məlum  keçidlər  nəhəng  güc  mərkəzlərinin  geosiyasi 

oyunlarının struktur elementi, tərkib hissəsi səciyyəsi daşıdı. 

Nəhəng  geosiyasi  vahidlərdən  biri  olan  SSRİ-nin  iflasından 

sonra  yaranmış  təkqütblü  dünya  nizamının  fonunda  da  analoji 

oyunlar,  ssenarilər  və  planlar  davam  etdi  və  demokratiya,  insan 

haqları  kimi  özündə  ümumbəşəri  dəyərləri  ehtiva  edən  institusio-

nal  məfhumlardan  müdaxilə  və  istismar  vasitəsi  qismində  istifadə 

edildi.  Artıq  Qərb  “Yeni  Dünya  Düzəni”  (“Le  Nouvel  Ordre 

Mondial”), “Mondializm” kimi mədəni imperializmə xidmət edən 

konsepsiyalar  meydana  gətirməklə  geostrateji  ekspansiyaları  yeni 

keyfiyyətdə  davam  etdirdi.  Bundan  sonra  “demokratiya”  oyunları 

ən müxtəlif ölkələrin nümunəsində təzahür etdi. 

Beləliklə, Qərbin ifa etdiyi “demokratiya nəğməsi”nin sivil in-

sanların  qətlinə, ölkələrin xaosa, böhrana və  anarxiyaya sürüklən-

məsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut etdi ki, dünyanı ida-

rə edən Atlantik aktorları “demokratiya”, “insan haqları” kimi for-

mal  institusional  məfhumlardan  özünün  transmilli  maraqlarını  tə-

min etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. 

 

4.4.  Demokratik tranzitin milli modeli – Azərbaycan 

  nümunəsi: reallıqlar və perspektivlər 

 

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran 

fundamental strateji vəzifələrdən biri də modern cəmiyyət və qey-

ri-formal  milli  dövlət  quruculuğu  prosesinin  əsasının  qoyulması 

idi.  Bunun    üçünsə,  ilk  növbədə,  ictimai-siyasi  müstəvidə  sabitlik 

təmin  edilməli,  əlaqələri  sürüşkən  müstəvidə  cərəyan  edən  sub-

yektlərarası  antaqonist  meyillər  aradan  qaldırılmalı,  ictimai-siyasi 

təsisatlanmanın  operativ  və  effektiv  surətdə  həyata  keçirilməsini 

şərtləndirən  struktur  elementləri  və  real  zəmin  bərqərar  olunmalı 

və  sistematik  strategiyanın  fonunda  mərhələli  surətdə  demokratik 

tranzit  həyata  keçirilməli  idi.  Bütün  bunları  reallaşdırmaq  üçünsə 



128 

 

ilk növbədə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizmi-



nə malik olan LİDER SİYASƏTÇİ lazım idi. 

Ancaq müstəqilliyin ilk iki ilində (1991-1993) ölkəyə səriştəsiz 

və irrasional təfəkkürə sahib olan təcrübəsiz şəxslərin rəhbərlik et-

məsi  sadalanan  vəzifələrin  yerinə  yetirilməsini  mümkün  etmədi. 

Hətta  həmin  ərəfədə  çox  ciddi  institusional  kataklizmlərlə 

müşayiət  edilən  xaotik  proseslərin  hökm  sürməsi  üfüqi  və  şaquli 

münaqişələrin,  milli  münasibətlər  zəminində  subyektlərarası 

dissonanslar  və  antaqonist  əlaqələrin  daha  da  kəskinləşməsinə  və 

ictimai-siyasi  müstəvidə  kəskin  qarşıdurma  meyillərinin  təzahür 

olunmasına səbəb oldu. 

Akademik  Ramiz  Mehdiyev  “Demokratiya  yolunda:  irs  haq-

qında düşünərkən” adlı kitabında yazır ki, demokratiyanın 3 ilkin 

şərti mövcuddur: 

1.  Milli  birliyin  və  müvafiq  eyniyyətin  (indentikliyin)  əldə 

edilməsi; 



2. İqtisadi inkişafın yüksək səviyyəsi

3.  Demokratik  prinsiplərin  tanınmasını  nəzərdə  tutan  mədəni 

norma və dəyərlərin kütləvi surətdə yayılması. 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci 

dəfə hakimiyyətə gəlməsindən sonra həyata keçirilən sistematik və 

kompleks tədbirlər sayəsində ictimai-siyasi sabitlik təmin edildi və 

demokratik tranzit prosesinin həyata keçirilməsinə  əlverişli  zəmin 

yaradıldı.  Demokratik  tranzit  prosesinin  fonunda,  ilk  növbədə, 

Konstitusiyanın qəbul edilməsi milli inkişaf strategiyasının hüquqi 

substratlarının  bərqərar  olunmasını  şərtləndirdi  və  bundan  sonra 

mərhələli  surətdə  demokratik  transformasiya  prosesi  həyata  keçi-

rilməyə başlandı. 

Həmin  ərəfədə  Ümummilli  lider  Heydər  Əliyev  demokratik 

tranzitlə bağlı ölkənin qarşısında duran strateji vəzifələri məhz bu 

cür səciyyələndirirdi: “Biz  Azərbaycanda  demokratik  respubli-



ka  quraraq  sivilizasiyalararası  cəmiyyət  uğrunda  mübarizə 

apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifa-


129 

 

də etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, 



ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi 

nailiyyətlərini,  milli  ənənələrini  nümayiş  etdirə  bilsin.  Azər-

baycan  xalqının  bu  barədə  həm  tarixi,  həm  də  müasir  poten-

sialı  olduqca  böyükdür.  Bunların  hamısından  istifadə  olunsa, 

Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cə-

miyyətimiz  tam  demokratik-hüquqi,  ümumbəşəri  dəyərlərin 

əsasında qurulan demokratik bir cəmiyyət olacaq”. 

Azərbaycan  Respublikasında  demokratik-hüquqi  dövlət 



qurulmalıdır.  Azərbaycan  Respublikası  demokratiya  yolu  ilə 

getməlidir, heç vaxt totalitar sistemə, kommunizm rejiminə qa-

yıtmamalıdır.  Azərbaycan  Respublikasında  siyasi  plüralizm 

hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı – bunların hamısı 

bərqərar  edilməlidir.  İnsan  hüquqlarının  qorunması  bizim 

əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-müha-

fizə  orqanlarının  əsas  vəzifələrindən  biri  olmalıdır.  Dövlətin 

hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar 

aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bü-

tün  Azərbaycanın  simasını  dəyişməkdir,  Azərbaycanı  inkişaf 

etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlə-

tə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək 

həyatını  azadlıq, demokratiya  yolu ilə  təmin  etməkdir.  Biz  bu 

yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”. 

Demokratik  transformasiya  prosesinin  fonunda  dövrün  və  şə-

raitin qanunauyğunluqlarına, reallıqlarına və çağırışlarına müvafiq 

surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsi, ictimai-siyasi 

təsisatlanmanın  davamlılığının  təmin  edilməsi,  ictimai-siyasi  mü-

nasibətləri  yeni  şəraitə  uyğun  formada  tənzimləmək  üçün  sosial 

strukturlar  və  siyasi  təsisatların  fəaliyyətinə  legitim  şəraitin  yara-

dılması, sosial  stratifikasiyalararası  ictimai  münasibətlərin sağlam 

dəyərlər  əsasında  təşkil  edilməsi  nəticə  etibarilə  özündə  yeni  və 

daha  təkmil  struktur  elementlərini,  sağlam  milli  münasibətləri  və 

dəyərləri birləşdirən, ehtiva edən siyasi sistemin təşəkkül tapması-

nı  şərtləndirdi  ki,  bu  da  bəhs  edilən  prosesin  effektivliyini  təmin 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə