HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə49/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   45   46   47   48   49   50   51   52   ...   145

153 

 

6.2. Demokratik cəmiyyətlərdə insan və vətəndaş 



       hüquq və azadlıqlarının təmin və müdafiə 

       edilməsi vasitələri və mexanizmləri 

 

İnsanın cəmiyyətdə vəziyyətinin beynəlxalq-hüquqi tənzimlən-

məsinin  nəticələrinin  pozitiv  olması  həmin  cəmiyyətin  daxili  mü-

hiti  və  bütövlükdə  siyasi  sistemindən,  dövlətin  suveren  iradəsin-

dən,  sosial-siyasi,  hüquqi,  iqtisadi  və  mədəni  xüsusiyyətlərindən 

və durumundan asılıdır. Dövlətin sosial təcrübəsində insan hüquq-

ları və azadlıqlarına dair müvafiq beynəlxalq sazişlərdəki bu və ya 

digər  hüquqi  normaların  reallaşdırılması  üçün  təkcə  onların  məz-

mununu  ölkənin  qanunvericiliyinə  transformasiya  etmək  deyil, 

həm də ilk növbədə, onlardakı şəraitin yaradılmasına yönələn mü-

vafiq  sosial-iqtisadi  siyasətin  həyata  keçirilməsi  zəruridir.  Bu  ba-

xımdan, yalnız demokratik cəmiyyətdə insan və vətəndaş hüquq və 

azadlıqlarının reallaşdırılması üçün əlverişli şərait yaranır və onla-

ra tam təminat verilir. ABŞ politoloqu Şapiro yazır ki, demokratiya 

azadlığı qoruyan nemət və rifahdır. Məhz buna görə də, bu məqsəd 

və prinsip əsasında siyasi strategiyanı reallaşdırmaq lazımdır. 

İnsan hüquqları probleminə ictimai mənafelər və dəyərlərin üs-

tünlüyünü  nəzərə  almaqla  daha  ədalətli  və  humanist  yanaşmanın 

işlənilməsi  və  inkişaf  etdirilməsi  nöqteyi-nəzərindən,  bir  tərəfdən 

dəyişən maraqların, digər tərəfdən isə mənəvi dəyərlər və impera-

tivlərin sabitliyinin dəyişməz əhəmiyyəti vardır. Bizim fikrimizcə, 

bu faktorların birləşdirilməsi bəşəriyyətin hüquqi və sosial inkişa-

fının  əsas  tələbatı,  insan  hüquqları  nəzəriyyəsi  və  təcrübəsinin, 

milli dövlətlərin daxili və xarici siyasətinin prinsipial məsələsidir. 

İnsan hüquqları ideyasına əsaslanan demokratiya konsepsiyası 

geniş  şəkildə  politoloq  Larri  Daymond  tərəfindən  işlənmişdir. 

Onun fikrincə, insan hüquqlarının nəzərə alınmaması demokratiya 

konsepsiyasını  zəiflədir,  insan  hüquqlarına  əsaslanan  liberal  de-

mokratiya modeli demokratik fikir və təcrübəni zənginləşdirir. Bu 

model  fərdi  və  qrup  azadlığı  ilə  yanaşı,  siyasi  plüralizmin  təmin 




154 

 

olunmasını da nəzərdə tutur. 



L.Daymond insan hüquqlarının demokratik modelinin əsas əla-

mətlərinə aşağıdakıları aid edir: 

  real  hakimiyyət  konstitusion  əsasda  faktiki  surətdə  seçilmiş 

şəxslərə və onların təyin etdiyi şəxslərə mənsubdur

  icra  hakimiyyətinin  səlahiyyətləri  konstitusiya  və  ona 



müvafiq  qəbul  edilmiş  normativ  aktlarla  məhdudlaşdırılır. 

Müstəqil  məhkəmə,  parlament,  insan  hüquqları  üzrə  Müvəkkil-

ombudsman təsisatı digər institutlar qarşısında məsuldur; 

 seçkilərin nəticələri əvvəlcədən müəyyən olunmur, müxalifət 



mövcuddur  və  alternativ  qüvvələrin  fəaliyyətinə  imkan  və  şərait 

vardır; 

  vətəndaşların  partiyalar  və  müntəzəm  seçkilərdən  başqa  öz 



maraqlarını və dəyərlərini ifadə və təmsil etməsi üçün çoxlu kanal-

lar və vasitələrin olması, o cümlədən onların yarada biləcəyi müx-

təlif muxtar assosiasiyalar, hərəkat və qruplar

  assosiasiyalar  azadlığına  və  plüralizmə  əlavə  olaraq  vətən-



daşların siyasi cəhətdən azad əlaqəsi vasitəsi olan kütləvi informa-

siya vasitələri  də  daxil olmaqla  alternativ informasiya mənbələri-

nin mövcud olması; 

 fərdlər əsas azadlıqlara  etiqad, fikir, mətbuat, toplaşma və 



s. azadlıqlara malik olmalıdır; 

  vətəndaşlar  siyasi  cəhətdən  qanun  qarşısında  bərabərdirlər 



və  onların  azadlıqlarını  qərarları  digər  hakimiyyət  mərkəzləri  tə-

rəfindən hörmətlə qarşılanan və dəstəklənən məhkəmə sistemi mü-

dafiə edir; 

 legitim idarəetmə vətəndaşları ədalətsiz həbslərdən, sürgün-



dən, terrordan, işgəncələrdən və digər bu kimi mənfi müdaxilələr-

dən qoruyur. 

Ceyms Marş və İohan Olsen “inteqrativ demokratiya”da insan 

və  vətəndaş  hüquq  və  azadlıqlarına  münasibəti  açıqlayaraq  qeyd 

edirlər ki, birincisi, insan hüquqları pozulmazdır, yəni onlara müt-

ləq surətdə təminat verilməlidir; ikincisi, insan hüquqları ayrılmaz-

dır, yəni, onlar bir dəfə müəyyən olunduqdan sonra ləğv oluna bil-




155 

 

məzlər; üçüncüsü, hüquqlar qanunların  yenidən baxılması yolu ilə 



deyil, daha çox onların interpretasiyası vasitəsilə dəyişdirilir.  

Modern cəmiyyətlərdə insan hüquqlarının təsnifatı müxtəlifdir. 

Onların  daha  ümumi  təsnifatına  görə  bütün  hüquqlar  neqativ  və 

pozitiv  hüquqlara  bölünür.  Hüquqların  təsnifat  əsasında  bölgüsü 

onlarda azadlığın neqativ və pozitiv aspektlərinin fərqləndirilməsi-

nə  əsaslanır.  Neqativ  hüquqlar  fərdin  azadlığını  mühafizə  edir  və 

cəmiyyətin, dövlətin, digər şəxslərin ona qarşı münasibətdə  bu və 

ya  digər  neqativ  hərəkətlərə  yol  vermək  vəzifələri  kimi  qeyd  olu-

nur. Bu hüquqlar fərdi dövlətin onun azadlığını pozan, digər şəxs-

lərin müdaxiləsindən və məhdudiyyətlərindən qoruyur. Onların hə-

yata keçirilməsi isə dövlətin ehtiyatlarından, ölkənin sosial-iqtisadi 

inkişaf səviyyəsindən asılı deyil. 

Neqativ  hüquqların  legitim  təsdiqinə  və  bütövlükdə  insan  hü-

quqlarına  neqativ  (və  liberal)  münasibətə  misal  olaraq  ABŞ  Kon-

stitusiyasının “Hüquqlar haqqında Bill”ini – ABŞ Konstitusiyasına 

dəyişiklikləri göstərmək olar. 

Bu  sənədin  birinci  maddəsində  yazılır:  “Konqres  hər  hansı 

bir  dinin  bərqərar  olunması  və  ya  sərbəst  etiqadı  qadağan 

edən,  söz  və  mətbuat  azadlığını,  həmçinin,  vətəndaşların  dinc 

toplaşma  və  sui-istifadə  hallarını  aradan  qaldırmaq  tələbləri 

ilə  öz  şikayətlərini  hökumətə  bildirmək  üçün  müraciət  etmək 

hüququnu məhdudlaşdıran qanun verə bilməz”. 

Neqativ hüquqlar fərdi dövlətin onun sərbəst hərəkət etməsinə 

mane  olan  məhdudiyyətləri  və  məcburiyyətlərindən  qoruyan  hü-

quqlar hesab olunur. Rusiya politoloqu A.İ.Solovyev bu hüquqlara 

praktiki olaraq bütün liberal səciyyəli insan hüquqlarını aid edir. O 

hesab edir ki, bu hüquqlar mütləqdir və konkret ölkənin inkişaf sə-

viyyəsindən asılı deyil, yalnız insan şəxsiyyətinin suverenliyini və 

onun sərbəst seçiminə dövlət tərəfindən hörmətli münasibəti nəzər-

də tutur. 

Bu hüquqlar yalnız fərdin işləri və maraqlarına ədalətsiz müda-

xilə, onun azad seçiminə qəsd istisna olmaqla dövlətdən maddi və 

digər ehtiyatların toplanması və bölüşdürülməsini, ümumiyyətlə, hər 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə